123
2012/
IV
Lətifələr
Kəntdə bir kişi varıydı. Arvadının da adı Balışıydı. Bı, danışdıxcan
demax ki, demax ki deyirmiş. Demax ki, demax ki deyəndə arvadı deyip
ki, a kişi, səni and verirəm Allaha, bir də bı demax ki sözun deməginən.
Axı biz utanırıx, elə qızdar da utanır. Elə hər sözündə demax ki deyirsən.
Belə deyənnən sora bı xeyləh dinmir. Dimmir, dimmir, birdən qışqırır
bının üsdünə:
– Az, sənin sözunan demax ki, demax ki demiyəjəm?
Novruzov Şahsuvar Novruz oğlu, Qubadlı sakini, təqaüdçü
* * *
Bı kişi əsgərriyə gedir gəlir. Rus dilində heylə bilmir. Elə bı netinən
yesi bilir. Numayiş adında orda bir kalxozun sədri varıydı. Allah rəhmət
eləsin. Ölüpdü. O deyir ki, ə, Fərzalıdan düz adam yoxdu, onu qoyum xır-
mana. Xırman da kəndə yaxundu. Deməh, gecə danışılanda səs çox gedir
axı. Səssizdih olur, ona görə də çox gedir. Bir də İmamverdi adında bir
nəfər cavan oğlan da qoyur bının yanına ki, iki nəfər qarovul çəhsinnər.
Buğdanı da yığıp süsdüyüplər, belə çoxlu buğda. İkisi indi bırda qarovul
çəkir. Fərzalı baxır görür( bij adamımış da ) deməh bı çöl havasıynan o
insannarın – çobanın da zehni, onnan sora dünyagörüşü, təcrübəsi o qədər
güjdü olur ki, dediyi sözdər hamısı düz çıxır. Məsələn, yağış yağajax, düz
çıxır. İndi müşahidə eliyiplər həməşə, yaddarında saxlıyıplar. Yaddaşdarı
da güjdü olup. İmamverdi çox qurtdalanır oənə – bənə. Deyir ki, Fərzalı,
gedim evdə bir stəkan çay içim, gəlim. Deyir ki, get, neynəh, mən bırda -
yam da. Hələ axşama var. İndi gəlip bırda məni öldürüp taxılı apar mı ya -
jaxlar ki. Hə, bı gedir, gəlir. Gələnnən sora görür ki, ə, bı gedəndə axı bı -
nın qarnı-zadı yoxuydu. İndi qarnı olup belə. Heş demə, iki dənə me şo ğu
bağlıyıp ortasına ki, bı görməsin da, Fərzalı görməsin. Evləri də ya xı nıydı
kəndə. Xeylax qalannan sora Fərzalı özün vırır bij diyə, başdıyır xo -
ruldamağa. Çığırır bir-iki dəfə ki, Fərzalı, Fərzalı. Cavap vermir da. Eşi -
dir, gözünün altıynan baxır ki, görüm bı neyniyir. Onnan sora (İmamverdi
– top.) dizin qoyup yerə başdıyır meşoxları doldurup dalına alanda:
– Ey, qara pişih, şto delayet?( Rus dilində bir bını bilir).
Deyip:
– Anqırma, tökürəm yerinə.
Eşitdilər, biyabır olajax da ki, bala, səni düz adam bilip qarovul qoy-
124
2012/
IV
muşam. Bəs bı nə hak-hesapdı? Bı qalır elə-belə, yalvar-yapış elıyır, qay-
tarır meşoğu da tökür ora, deyir ki, Fərzalı, səni ant verirəm Allaha, bını
ayrı yerdə danışmagınən, biyabır olaram ha. Axır ki, sözü saxlıya bilmir.
Numayiş deyir ki, mən bilirəm İmamverdini, fərağat oturan adam deyil.
Nətər oldu, nejə oldu? Deyip ki, hal-qəziyə belə. Numayiş də gəlip idara-
da deyip. Sora da düşüp camahatın ağzına. Kimi dindirirdin, deyirdi ki,
anqırma, tökürəm yerinə.
Novruzov Şahsuvar Novruz oğlu, Qubadlı sakini, təqaüdçü
Novruz adətləri
I mətn
Atalardan-babalardan qalıp ki, boz ay bozara-bozara gələr. Ama boz
ayın bir gözəl xasyəti var ki, yazın isdi havası qabağa gəlir diyə o, acizdih
eliyir, öz hökmünü gösdərə bilmir ki, qabağa gözəl yaz gəlir. Çiçəhlər
gəlir. Ağaşdarın açılmasıdı, torpağın oyanmasıdı. Kiçih çillənin ciddi so-
yoğu olar. Deyir ki, kiçih çillənin soyoğu təndirə yapar toyoğu. Belə bir
şey var. Hərəkət elədi, ta onun qabağına heş nə dayana bilməz.
Həşımov Səlim Mir Ələkbər oğlu,Qubadlı sakini, təqaüdçü
II mətn
Mən, əmmoğlu Şükür, Şükürün dayısı oğlu Zahid qodu gəzdirirdih.
Qodu gəzdirməh nəyiydi? Kosa gəzdirməyiydi, biz ona qodu gəzdirməh
deyirdih. Hə, arvat paltarı geyinirdih. Əsas da arvat paltarın qodu geyinir-
di. Qəmişdən tütəh düzəldirdih. Bir nəfər tütəh düzəldirdi, onu çalırdı, bir
nəfər də köhnə vedrəni-zadı götürüp dank-dunk, guya toy çalır. Gedirdih
evlərə, elə bil ki, əvvəlcədən uşaxlar gedirdi, toran düşməmişdən qabax.
Torba atırdılar, uşaxların torbalarına bayram payı verirdilər. Onnan sora –
qarannıx düşənnən sora qodu gedirdilər, qodu gəzirdi. Qodu gəzənnərə də
pul verirdilər. Qoduya ancax pul verirdilər. Hammı, elə bil ki, sevinirdi.
Noruz bayramı gələndə, həqqətən də, hammı sevinirdi. Camahat, o ev yox-
uydu ki, hammı evin tökürdü, təmizdiyirdi, yığışdırırdı, evin ağar dırdı.
Bütün orda – Noruz bayramında bütün böyüh-uşax təzə paltar geyinməliy-
di. Hammı təzə paltar alırdı. Əsas Noruz lap şənnihli Mahruzdu, Zilannı
kətdərində keçirirdilər e. Ollar lap dəhşətdi keçirirdilər – çox ma raxlı.
Baxşalıyev Hümbət Məhəmməd oğlu, Qubadlı sakini, təqaüdçü
125
2012/
IV
III mətn
Bizdə Noruz adəti də bir az fərkli olurdu. Düzdü, hər halda bir az
uyğunnuxları var rayon mərkəziynən bizim kəndin də, ama daha maraxlı
olurdu. Mənim uşaxlığım orda keçip. Bılların hamısı yadımdadı. Əvvəl-
əvvəl bı yalançı çərşənbələr keçirdi, bı vaxdı heş nə eləmirdilər. Bı hansı
ki dört dənə çərşənbə yoxdu, doğruçu çərşənbə deyidih biz ollara. O
çərşənbələrin hamısında tonqal... Tonqal yox, bizdə o vaxdı küləş yan -
dırırdılar, yəni otun qalığın yandırırdılar də. Hər bir ev, öz də ayrı- ayrılıx-
da hər həyətdə bı tonqal yandırılırdı. Ama axırıncı çərşənbə daha təm tə -
raxlı keçirilirdi. İlaxır çərşənbə. Həmin gecə qədir saxlıyırdılar. İkinci gün
gecə-çərşənbə gecəsi. Həm tonqallar yandırılırdı hər kəsin öz qapısında,
ayrı-ayrılıxda. Eyni zamanda da cavannar da, yəni uşaxlar- oğlannar ayrı,
qızdar ayrı və yaxut da elə qarışıx qədir saxlıyırdıx. Mən özüm, elə bil
iştirak eləmişəm. Qədir saxlıyırdıx. Ta bırda pul yığılıp yüksəh məbləğdə
nəsə almırdın da. Hərə öz evinnən. Yağ gətirən, düyü gətirən. Bir stakan
yağ, bir stakan düyü. Axır ki da bı aş bişiməh üçün nələr lazım olurdusa,
yığılırdı bir yerə. Həmin orda bir bacaranlar aş bişirirdilər, gecəni yeyir -
dilər, şənlih eliyirdilər, çalğı, fılan-bəşməkan. Sora başdıyırdılar bir-bir
qapıları gəzirdilər, qodu gəzdirirdilər da. Kosa deyirdilər o vax. Bı mə ra -
sim qutarannan sora başdıyır axı bayram. Çərşənbədən sora bayram gəlir
da – ayın irmisi. Bayram günündə şah bəziyirdilər. Bı şahı bir gözəl bə zi -
yirdilər, da bına bir bəzəhlər vururdular. Yadımdadı, qəşəh papax, elə bil,
şah paltarı geyindirirdilər da kiməsə. Kim seçirdi ki, məsələn bı adam
hündürdü, yaraşıxlıdı, bacarar... Mənim yadımdadı ki, bizim kətdə İslam
olmuşdu. Atı da bəziyirdilər. Atın palanına qırmızı belə qəşəh şeylər –
toxunmalı şeylər – əl işdəriynən, qotazdar-zad düzəldirdilər, asırdılar onu
palanının qıraxlarıynan-zadnan qəşəh, yəhərinin, palanının qırağıynan. Bı
şahı otuzdururdular onun üsdündə. Şah həmin gün kimə nə əmr eləsə, onu
yerinə yetirməliydi. İsdiyir yaşdı, isdiyir uşax, isdiyirsən qoca, fərqi yox -
du. Kim ki əmr yerinə yetirmirdi, tutax ki deyirdi ki, bizdə də bilağ uzağ
olurdu axı. Deyirdi ki, ged o bulaxdan su gətir mənə. İndi kimsə də qorx-
urdu da yəqin gecə vaxdı gedip gətirməyə. Əməl eləməsəydi, şahın özü -
nün vəziri vardı, vəkili vardı, cəlladı vardı. Deyirdi ki, cəllad, bını cəza-
landırın. O vəzirin, vəkilin məsləhətiynən, nə cəza verəh, neyniyəh, elə
bil ki, bının cəzasını verirdilər. Mənim yadımdadı ki, bir dəfə bizim kətdə
Mehdi varıydı, Çimnazin əri Mehdi. Bax orda o Mehdinin qollarınnan as -
mışdılar dar ağacınnan. Öl dürməh üçün yox da, yəni əmr eliyipsə, yadım-
Dostları ilə paylaş: |