2012/
IV
137
Yeddi gəlin geri qaçdı.
Ağ Tayçı içəri girəndə
Bir boz qurd gəldi.
Qucaqdan geniş boyunlu
Dişləri bir qulacdan çox idi.
Qurdun iki gözü atəş kimiydi.
Bahadur Ağ Tayçı
Boz qurdu cəld tutdu.
Qurdu ikiyə ayırıb
Qapıdan fırladıb atdı.
Oradan irəliyə gedib
İkinci qapını da qırıb açdı.
Qan-sarı ayı qarşı gəldi
Ağ Tayçıya sillə vurdu.
Hirslənməyən Ağ Tayçı hirsləndi.
Qan-sarı ayını tutub
Qurda etdiyi kimi
İki qapıdan fırladıb atdı.
Oradan irəliyə yüyürüb
Üçüncü qapını da itələyib açdı.
Altmış qulac şeytan ilan
Alt dodağı yeri yalayaraq
Ağ Tayçını udmağa gəldi.
Onu görən Ağ Tayçı
Sağ əliylə üst dodağını tutdu.
Altmış qulac ilanı
Quyruğuna qədər ikiyə ayırdı
Üç qapıdan çıxarıb fırlatdı.
Əli belə titrəmədi.
Sonra əsəbləşərək
Bahadur Ağ Tayçı
Dördüncü qapını itələyib qırdı.
Əti sümüyü bilinməyən
2012/
IV
138
Yer göbəkli Barın Bökö
Bahadur pəhləvan qarşı gəldi.
Sağın-solun yoxladı.
Çiynindən tutub çəkdi.
İkisinin çəkişməsindən
Daş saray guruldadı.
Dəmir oturaq əridi
Beləcə dava edərkən
Ağ Tayçı bahadurun
Əti, qanı isindi.
Ər gücünə güc qatıldı.
Yer göbəkli Barın Bökönü
Yuxarı qaldıraraq
Dəmir oturağa vurdu.
Qabırğalarını vurub sındırdı.
Fırladıb dörd qapıdan atdı.
«Ee! Temir Xaqanın toyu, əyləncəsi,
Tərifə dəyərmiş doğrusu!
Bahadurlara hörmət edilən,
Müqəddəs yeməklər yeyən
Tərifə layiq toy oldu – deyə
Ağ Tayçı kinlə danışdı.
Beşinci qapını da qırdı.
Altmış qulac azı dişli
Arslan pəhləvan çıxıb gəldi.
Sağın-solun yoxladı.
Daş saray silkələndi.
Dəmir oturaq əyildi
İki gün dava etdilər.
Üçüncü gün girəndə
Bahadur Ağ Tayçı
Altmış qulac azı dişli
Arslan pəhlivanı yuxarı qaldırdı.
Dəmir oturağa vurdu».
2012/
IV
139
Qabırğalarını vurub sındırdı.
Onurğasını vurub sındırdı.
İtə yeməyə leşini də saxlamadan
Atəş külü kimi sovurdu.
Boş bahadura qalib gələrək
Ərlik Biyin hazırladığı.
Pəhlivanları öldürərək
Ağ Tayçı təkrar çıxdı.
Atı Ağ Boroya minərək
Güclü qamçısını qaldırıb
Qara daş sarayı parçaladı.
Sonra Ağ Boronu çevirib
Temir Xaqana yönəldi.
Acı fəryad qopartdı.
Sağa-sola fit çaldı:
«Hazırladığımız toyda
Yaxşıca əylənib, dönüb gəldim!
Sizin kimi bir böyüklə
İçki içməli deyə düşündüm!
Aylı, günəşli Altaydan
Çağırdığınız qonaqlarınızın
Çıxıb atını alın» – deyə
Ağ Tayçı bağırdı.
Altından enmədən gözlədi.
Temir Xaqan titrəyib
Yavaşca qapıdan çıxıb gəldi.
«Mənə belə bağıra bilən
Bu alp hardan gəlib?
Mənə Ərlik Biyin özü belə
Belə pis söz söyləmədi.
Sən hardan gələn küçüksən?
Mən səni tanıyıram» – deyə
Temir Xaqan danışdı.
Yenidən sarayına girmək üçün döndü.
«Uzun quyruq inəkdə yaradılmış,
2012/
IV
140
Utanmaz üz səndə yaradılmış
At öldürüb yeməklə
Ər öldürüb dadına baxmaqla
Qımırlanan it səni!» – deyə
Ağ Tayçı bağıraraq
Temir Xaqanın hörüyündən tutdu.
Güclü qayış qamçısıyla
Çiyninə vurub,
Qabırğasını əzişdirərək vurub
Qamçısına doladı.
Temir Xaqanın ahı, inləməsi
Yuxarıdakı Altaydan duyuldu.
Yanındakı Ərlik də duydu.
Ağ Tayçıya yalvarıb
Mərhəmət diləndi.
Fəqət Ağ Tayçının qəzəbini
Yumşaldacaq heç nə yoxdu.
Temir Xaqanı qamçı ilə
Əlini soya-soya,
Yerdə bəyaz sümüyü qaldı
Yumşaq əti dağıldı
Sonda Ağ Tayçı
Səkkiz budaqlı dəmir qovağı
Tutub daşından yardı,
Müqəddəs qovağa bağladı.
Dəmir qovağı yenidən
Yarılan yerindən düzəldib
Tutub yaxşıca sığalladı
Temir Xaqanın bərk sümüyü
Saqqız kimi əridi
Dəmir qovğa gübrə oldu
İndi bunlar olanda,
Durduğu yer silkindi.
Daş saray sallandı.
Temir Xaqanın xatunu çıxdı.
2012/
IV
141
Ağ Tayçıya bunları söylədi:
«Ağ Tayçı bahadurum
Bu səsdən qorxma
Otuz başlı Ox çılan adlı
Mənim oğlum gəlir.
Sənə pislik düşünərsə,
Mən onu durduraram...»
O sözünü bitirərək,
Otuz başlı Ox çılan bahadur
Gəlib durdu.
Salam belə vermədən,
Söz söyləmədən,
Gəlib Ağ Tayçını tutdu.
«Sən atamı öldürən it!
Ər gücünü görəcəyik!
Şənini, ününü biləcəyik» – deyə
Otuz başlı Ox çılan bahadur
Acı-acı bağırdı.
Ağ Tayçıyla tutuşdu.
Doqquz qat dəmirdən xırmanda!
İki bahadur çəkişdi
Temir Xaqanın xatunu
İki dizinin üstünə yıxılıb
Çöküb yalvardı.
İki hörüyünü sığallayıb
Oğluna bunu dedi:
«Ağ Börö ata minən
Ağ Tayçı bahaduru
Dəfələrlə elçi göndərib
Atan özü çağırdı,
Onu öldürmək üçün
Çoxlu tələ hazırladı.
Övladım bunun üçün
Atanın qisasını alma
Təmiz qan tökmə».
Dostları ilə paylaş: |