Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu rüSTƏm kamal «Kİtabi-DƏDƏ qorqud»



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə18/35
tarix18.06.2018
ölçüsü0,9 Mb.
#49784
1   ...   14   15   16   17   18   19   20   21   ...   35

Salur Qazan içmüşdi. Çirğab-çirğab çadır otaq bağışlardı. Qa­

tar-qatar dəvələr bağışlardı.  Oğlı Uruz qarşusmda yaya söykə­

nib  turardı.  Sağ  yanında  qardaşı  Qaragünə  otırmışdı.  Sol  ya­

nında tayısı Aruz oturmışdı»;

«Qamğan  oğlı  xan  Bayındır  yerindən  turmışdı.  Qara 

yerin  üstinə  ağban  evin  dikdirmişdi.  Ala  sayvan  gög  yüzinə 

aşanmışdı.  Bin  pərdə  ipək  xalıçəsi  döşənmişdi.  İç  Oğuz,  Taş 

Oğuz  bəgləri  Bayındır  xanın  söhbətinə  dərilmişdir.  Baybörə- 

nin  dəxi  Bayındır  xanın  söhbətinə  gəlmişdi.  Bayındır  xanın 

qarşusmda oğlı  Qarabudaq bay tayanıb turmışdı.  Sağ yanında 

Qazan oğlı Uruz turmış  idi.  Sol yanında Qazlıq  qoca oğlı bəg 

Yegnək turmışdı».

Bu  ziyafətlərdə  davranışın  streotipliyi,  etiketliliyi  epik 

qəhrəmanlıq  dünyasının  dəyişməzliyi  ilə  bağlı  təsəvvürlərin 

ifadəsidir. Etiketlik epik personajların davranış funksionallığı- 

nı şərtləndirən amillərdən biridir.

Bayındır  xanın  divanında  bəylik  etiketinin  pozulması 

oğuz qəhrəmanlıq dünyasının,  sosial nizamın dağılmasına gə­

tirə  bilər.  Bayındır xanla,  Qazan xanla oğuz bəyləri  arasında, 

atalar  ilə  oğullar  arasında  sosial-kommunikativ  münasibətlər 

məhz xan ritual-etiket məkanında təsdiqlənir.

«Oğuz  zamanında  Uşun  qoca  deyərlər,  bir  kişi  vardı. 

Ömründə  eki  oğlı  vardı.  Ulu  oğlının  adı  Əgrək  idik.  Bəhadır, 

dəlü, yaxşı yigid idi.  Bayındır xanın divanına qaçan istəsə va- 

rır-gəliirdi.  Bəglər bəgi  olan Qazan  divanında buna heç qapu- 

baca  yoğdı.  Bəgləri  basub,  Qazan  oğındə  oturardı.  Kimsəyə 

iltifat eyləməzdi».

Bayındır xanın divanında bəylərin «hər biri oturdığı yeri 

qılıcilə -  ətməgilə alubdur». Etiketə müvafiq olaraq, xan diva­

nında Tərs Uzamışm yeri göstərilir: «Mərə, sən başmu kəsdin, 

qanmı tökdün, acmı toyurdun, yalıncığmı tonatdın!»

Bayındır  xanın  divanında,  bəylərin  yığnağında  rəğbət-

70

ləndirilmə  mərasimi  keçirilir.  İç Oğuzun və Dış Oğuzun yığı­



şıb  Gürcüstandan  gəlmiş  xəracın  (at,  comaq,  qılınc)  Bəkilə 

verilməsi ilə bağlı məsləhət-məşvərət keçirilir:

«Toquz tümən Cürcüstanm xəracı gəldi; bir at, bir qılıc, 

bir çomaq gəturdilər.

Bayandır xan  qatı  səxt oldı.  Dədəm  Qorqud gəldi.  Şad­

lıq  çaldı.  «Xanım,  niyə  səxt  olursan?»  -  dedi.  Aydır:  «Necə 

səxt  olmıyam?  Hər  yil  altun  aqça  gəlürdi,  yigidə-bəgə  verir­

din, xatirləri xoş olurdı...

Dədə Qorqud aydır:  «Xanım, bunun içini dəxi bir yigidə 

verəlim, - dedi, - oğuz elinə qaravul olsun! -  dedi».

Bayandır xanı  salamlama etiket vacib aktı  hesab olunur. 

Bəkil  öz  oğlunu  Bayındır  xanın  divanına  göndərərkən  ona 

müvafiq etiket qaydalarına əməl etməsini xatırladır:

«Ağ alınlı  Bayındır xanın divanına vargil!

Ağız dildən Baymdıra səlam vergil!

Bəglər bəgi olan Qazanın əlin öpgil!»

«Özgə  dünya»dan  (əsirlik)  -   kafir  ölkəsindən  gələn 

Beyrək  etiketə  uyğun  olaraq  Qazan  xam  salamlayandan  və 

öyəndən  sonra  mərasimə,  «özününkü»lərə  qatılır.  Salamlama 

ona «dünyaların» sərhədini keçmək imkanı verir.

Qazan xanla dəli  ozanın (Beyrək)  salamlama ilə baş  ve­

rir:  burda  iki  nitq janrı  -  “salamlama”  və  “öymə”  etiket  for­

mulları birləşir, perrormativ mahiyyət kəsb edir.

«Dəli  ozan  gəldi,  baş  endirdi,  bağır  basdı,  salam  verdi. 

Beyrək aydır:

Alar sabah sapa yerdə dikiləndə ağban evli,

Atlasla yapılanda gög sayvanlu,

Tavla-tavla çəkiləndə şahbaz atlu,

Çağruban dad verəndə yol çavuşlu,

Yığanduğunda yağ dökülən bol nemətlü!

Qalmış yigit arxası!  Bizə miskin umudı!

71



Bayırıdır xanm göy güsü!

Tülü quşun yavnsı!

Türküstanın dirəgi!

Amit soyınm aslanı,  Qaraçuğın qaplanı!

Qonur atm ayası!

Xan Uruzun babası,

Xanım Qazan, ünim anla, sözim dinlə!..»

«Kitabi-Dədə  Qorqud»a  ritual  öymələrin  çoxluğu  bü­

tövlükdə  ona bir panegerik mətn statusu  da qazandırır.  Ritual 

öymə  hər bir  boyun kommunikativ-etiket strukturunda söylə- 

yici-ozamn strategiyasını müəyyənləşdirir. «Kitabi-Dədə Qor­

qud»  dilinin ritual funksiyası panegirik nitq janrı kimi öyməni 

başqa nitq janrları arasında daha üstün mövqeyə çıxardır.

Panegirik  janrın  əsas  ifaçıları  ozanlar  həm  də  ictimai- 

toplumsal  rəyin  ifadəçisi  idilər,  oğuz  qəhrəmanlarının  «tale 

mətnini»,  “ol  oğuz  zamanı”nın hünər-ərənlik  salnaməsini  öy­

mə janrında təsvir və təqdim edirdilər:

“Qolça qopuz götürüb eldən-elə, bəgdən-bəgə ozan gəzər.

Ər comərdin, ər nakəsin ozan bilür”

Ritual  öymə  sosial  ritual  etiket  sisteminin  tərkib hissəsi 

olub,  orta  əsr  dünyagörüşünün  etiketliyinin  ifadəsidir,  sere- 

monial  formalardan  biridir.  Bunu  Topqapı  sarayındakı  oğuz 

dastanının bir parçasından da görmək olar.

Qeyd  edək  ki,  bu  dastan  ilk  dəfə  olaraq  Zəki  Vəlidi 

Toğan  tərəfindən  («Türk  Tarih,  Arkeologiya  və  Etnoqrafiya 

Dərgisi»nin ikinci  cildində) çap olunmuşdur.  Bahaeddin Ögel 

bu dastanla əlaqədar yazır:  «Dastan  quruluş və söyləniş  baxı­

mından  Orta Asiyadakı  əski  türk  baxışlarının  dualarını  andı­

rır.  Ruhları,  ataları,  övliyaları  öyüb, yardıma çağıran baxışlar 

kimi!  «Suyun ayağı Ər Qorqut kimi!  Topqapı sarayı dastanın­

da  da,  Oğuz  böyükləri  bir-bir  sayılır  və  Öyülür»  [99,  113]. 

B.Ögelin  araşdırmasına  istinad  etməklə,  hər  iki  dastandakı

72

öymələrin müqayisəsini aparmaq olar:



«Topqapı sarayı dastanı»nda:

Ulaş Oğlu Salur Qazan üçün

Sarp hisar (...) duma donlu, salkum-salkum don giyən! 

Konur atın oynadan!

Türkistamn dirəgi!  Tülü quşun yavrusu!

Kanlı Kafir ellərindən yadlı, Horasana ad çağırdan! 

Akça-Hisar m, eğlik salıp alan!

Görklü yüzlü, güzel kızların; oğlanların bulun sürən! 

Kanla Kafir ellerinə, kann kaşandıran!

Karabaşların bunlunan, oğlancıklarm ağlaştıran!

İtlərin uluşturan! Tavukların kığıldaştıran!

Ulaş oğlu Salur -  Kazan Beg!

Qaragünə bəy üçün:

Kara taşı kırrnadıkta, kül eyləyən!

Dağa taşa buşusundan, duman çökən!

Kara dere ağzında,  . . .Karayeri kertüp, beşik kılan!

Altı ay, Hancerkit (?) kalasında, dustaq olan!

Qazan  Bəg in kardaşı, Qara -  Künə Beg!

Bügdüz Əmən bəy üçün:

Bıyığm enğscsindən üç gcz dügən!

Kahıdıkta karımına,  kann kaşandıran!

Kara gözlü, kanın dönən!

Bəy Beyrək üçün:

Ban Hasarından, parlayub uçan!

Altı batman som demürü, ayağından qıran!

Apıl apıl yürüyendə, boğa yiyən!

Zıvıl zıvıl zıvlayanda, yılan yiyən!

On altı yıl Bayburt Hisarında dustaklık çəkən!

Baldırı uzun, Baldırşad'  m hakkın alan!

73



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə