Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu rüSTƏm kamal «Kİtabi-DƏDƏ qorqud»



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə26/35
tarix18.06.2018
ölçüsü0,9 Mb.
#49784
1   ...   22   23   24   25   26   27   28   29   ...   35

Məhz personajların ritual -  mərasim kodunda ünsiyyəti 

“Kitabi-Dədə  Qorqudun”  xüsusi  dilini  formalaşdırmışdır.  Ri­

tualda  istifadə  olunan  semiotik  vasitələr  davranış  elementlə­

ridir  (ritual-davranış  kateqoriyası).  P.A.Florenski  yazırdı  ki, 

mərasimin  müəyyən  edilmiş  heç  bir  sərhədi  yoxdur:  mahiy­

yətcə — mərasim hər şeydir, mərasim olmayan nə varsa, kulto- 

sentrik  təcrübənin  vahid  toxumasını  yaratmır.  Biz  hər  dəfə 

faktiki  olaraq  davranışımızın  sərhədini  mərasim  sərhədi  ad­

landırırıq.  Məsələn,  biz  küçədə  papağımızı  çıxarıb  təzim 

edirik — bu, mərasimdir, yoxsa adətdir?  Yəqin ki,  çoxu deyə­

cək  ki,  bu,  adətdir,  yəni  təzim  etməni  mərasimi  içinə  almır. 

Amma İoann Damaskin təsdiq edir ki, tanışlarla qarşılaşan da 

papaq çıxardırıq və papağımızı  ona görə çıxartmalıyıq ki, biz 

insandakı  ilahi  obraza  dini  sitayişimizi  ifadə  edirik:  insan  -  

elə  ikonanın özü — Rəbbimizin ikonasıdır.  Deməli, təzimetmə 

-  küçədə tanış  adama təzim etmək -   artıq  «adət»  deyil,  «mə- 

rasim»dir [259,  130].

“Xəbərləşmə”,  mərasim  davranış  sferasının  arxetipidir. 

Xəbərləşmə  aktına müəyyən  kommunikativ  taktikanın yerinə 

yetirilməsi üsulu kimi  baxmaq olar.  Xəbərləşmə süjet yaratma 

mexanizmi kimi çıxış edir.

Xəbərləşmə  “Kitabi-Dədə  Qorqud”  da  təbiət  obyektləri 

(dağ,  su,  ağac)  və  varlıqları  (qurd,  köpək)  ilə  yaxud,  özgə 

dünya  təmsilçiləri  (Əzrayıl)  ilə  informasiya  mübadiləsindən 

ibarətdir.  “Kitabi-Dədə  Qorqud”  da xəbərləşmə  sistem  halm- 

dadır,  yaxud  sistem  içində  sistemdir.  M.Cəfərli  yazır  ki, 

“dastançılıq  ənənəsində  belə,  “xəbərləşmə”  sistem  halını  da­

şıyır və sistemlilik məhz strukturdan xəbər verir...İnsanla per- 

sonifıkasiya olunmuş  Təbiət arasındakı hər hansı  münasibətin 

əski ritual-mifoloji kontekstdə modeli var.  Və müxtəlif xəbər­

ləşmə  tiplərinin  tutuşdurulması  həmin  modelin  struktur  for­

masını təsəvvür etməyə imkan verir” [22,122]

102

Qazan xan yağmalanmış evinin xəbərini sudan, qurddan 



və  köpəkdən  sorur.  Onun su  ilə,  qurd  və  köpək  ilə xəbərləş­

məsi mifopoetik düşüncə hadisəsidir.

V.Hacıyev  (Hacılar) Borçalı folklorunun maraqlı nümu­

nəsi  olan  «Qismətini  axtaranın  nağılı»nda  su  ilə  xəbərləşmə 

motivini  misal  gətirir:  «Yolçu yoluna davam  etdi.  Bir  az ge­

dəndən  sonra  suya  rast  gəldi.  Salam  verdi,  su  salamını  aldı: 

«Məndən  qabaq  buradan  adam  keçdimi?»  Su  dedi:  «Yox, 

keçməyib»

«Qismətini  axtaranın  nağılı»nda  da  qəhrəman  eynilə 

Qazanın  xəbərləşdiyi  nəsnələrlə  rastlaşıb  onlarla  həmsöhbət 

olur.  Bu ardıcıllıq nağılda boydakmm eyni olmasa da,  mahiy­

yətcə ordakılarm eynidir»...  [49,45; 46]

«Qazan  öginə bir su  gəldi.  Qazan  aydır:  su həq didarın 

görmişdir.  Bən bu suyla xəbərləşim!»  - dedi. Görəlim,  xanım, 

necə xəbərləşdi.  Qazan aydır:

Cağnam-cağnam qayalardan çıqan su,

Ağac gəmiləri oynadan su,

Həsənlə Hüseynin həsrəti su,

Bağ ilə bostanın ziynəti su,

Ayişə ilə Fatimənin nigahı su,

Şahbaz atlar gəlüb içdigi su,

Qızıl dəvələr gəlüb keçdigi su,

Ağ qoyunlar gəlüb çevrəsində yatdıgi su,

Ordumun xəbərin bilürmısın, degil mana!

Qara başım qurban olsun, suyum,  sana! -  dedi.

«Su qaçan xəbər versə gərək?!

«Folklor, yaxud m if qəhrəmanının qurdla xəbərləşib on­

dan  məsləhət  alması  «Oğuznamə»  silsiləsinə  daxil  olan  epik 

əsərlərdə  geniş  yayılmışdır.  «Kitabi-Dədə  Qorqud»da  Qazan 

xanın  qurdla  xəbərləşməsi  bu  qədim  inanışın  əks-sədasıdır» 

[49,47].

103



Sudan keçdi, bu gəz bir qurda tuş oldı.  Qurd yüzi müba­

rəkdir,  qurdlan bir xəbərləşəyim», -  dedi. Görəlim, xanım,  nə 

xəbərləşdi.

Qazan aydır:

Qaranqu axşam olanda güni doğan,

Qar ilə yağmur yağanda ər kibi duran,

Qaraquç atları gördügində kişnəşdirən,

Qızıl dəvə gödügində bozlaşdıran,

Ağca qoyun gördügində quyruq çırpub qamçılayan, 

Arqasını urub bərk ağılın ardın sökən,

Qarma-bükəc səmüzin alub tutan,

Qanlı quyruq üzüb çap-çap udan 

Avazı qaba köpəklərə qavğa salan,

Çaqmaqluca çobanları dünlə yügürdən,

Ordumun xəbərin bilürmısm, degil mana!

Qara başım qurban olsun, qurdum, sana! -  dedi.

Qurdla xəbərləşmə  dastanın  Vatikan  nüsxəsində  də  yer 

almışdır:  «Qazan  bəy  qurtdan xəbər  sordu.  Aydur:  Mərə  sırtı 

yoluq boz quit, ordumdan xəbər ver bana. Yoqsa qarış verürin 

şimdi sana, - dedi»  (V-58).  V.Zahidoğlu «sırtı yoluq» ifadəsi­

ni «üzü nurlu, üzü mübarək» kimi şərh edir [ 90,152-153].

Əski  təsəvvürlərdə  insanın  qabağma  itin  çıxması  pis 

əlamət sayılırdı. Bir çox xalqların inanc ənənəsində köpək öz­

gə  dünya  ilə  bağlı  olan  xtonik  varlıqdır.  İt  (köpək)  heç  vaxt 

bir yerdə dayanıb durmur, «o dünya»  ilə «bu dünya» arasında 

hərəkət  edir  [271,  71-79].  Mifoloji  mətnlərdə  isə  köpək  həm 

də ölüm xəbərçisidir.

«Qaraca Çobanın qara köpəgi Qazana qarşu gəldi. Qazan 

qara köpəklə xəbərləşdi, görəlim, xanım nə xəbərləşdi. Aydır: 

Qaranqu axşam olanda vaf-vaf ürən!

Acı ayran töküləndə çap-çap içən!

Gələn xırsuzları qorqudan!

104

Qorqudulan şəmatəsilə ürküdən!



Ordumın xəbərin bilürmısən, degil mana!

Qara  başım  sağlığında  eyülüklər  edəm,  köpək,  sana!  -

dedi.

Köpək qaçan xəbər versə gərək?!  Köpək Qazanın atının 



ayağına  çap-çap  düşər,  sin-sin  sinlər.  Qazan  bir  tumar  ilə 

köpəyi urdı. Köpək çəkildi, gəldüği yola getdi».

N.Cəfərov  yazır:  «Epos»  sadəcə  dastan  deyil,  müxtəlif 

süjetlər  və  motivlər  verən,  mənsub  olduğu  xalqın  ictimai-es­

tetik təfəkkürünü bütövlükdə ifadə edən möhtəşəm dastan po­

tensiyasıdır»  [26,  12].  Bu  mənada xronotop  “dastan  potensi­

yasını  “gerçəkləşdirən  ən  vacib  kateqoriyalardan  biridir,  “... 

mənalar sferasına iştənilən giriş yalnız xronotop vasitəsilə baş 

verir”  [147, 406].  Xronotop həm janrı  və süjeti, həm də insan 

obrazı müəyyən edir.

«Kitabi-Dədə  Qorqud»da  xəbər  yalnız  kommunikasiya 

vahidi deyil, həm də müxtəlif məkanları və ya lokal xronotopla- 

n   birləşdirən,  bir  araya  gətirən  vasitədir  və  geniş  (dominant) 

xronotoplar içində çoxlu lokal xronotoplar seçilir, yəni  «xrono- 

toplar bir-birinə bağlana, bir yerdə mövcud ola bilər, əvəzoluna, 

qarşılaşdınla,  müqayisə  oluna  bilər,  yaxud  daha  mürəkkəb 

qarşılıqlı münasibətlərdə ola bilər» [147,401]. Ona görə də nitq 

janrları xronotop məsələsi ilə bir yerdə nəzərdən keçirilməlidir.

Amma  bəzi  tədqiqatçılar haqlı olaraq güman edirlər ki, 

xronotop  yalnız  “zaman  -  məkanın  deyil,  həm  də zamanı”  -  

baş verdiyi yerdir”,  “prosesə, hadisəyə, yaxud subyektin duru­

muna  xas  olan  zaman  və  məkan  iradəsi  və janr  tamamlan­

masıdır” [ 275;276].

Xronotop  “janrın  struktur  qanunudur”,  janrdan  aslı  ola­

raq,  məsələn,  macəra romanının xronotopu,  bioqrafik  və avto- 

bioqraflk romanların xronotopu, folklor xronotopu, cəngavərlik 

romanının xronotopu) bir sıra xronotopları fərqləndirmək olar.

105



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə