Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu rüSTƏm kamal «Kİtabi-DƏDƏ qorqud»



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə24/35
tarix18.06.2018
ölçüsü0,9 Mb.
#49784
1   ...   20   21   22   23   24   25   26   27   ...   35

Ağlaşmada  və  şivəndə  ağı  janrının  funksionallığı  və 

strukturu  onun  semiotik  strukturu  ilə  müəyyən  edilir.  Se- 

miotik  struktur  deyəndə  biz  yalnız  işarələr  sistemini  deyil, 

həm də bu sistemi  ötürən kommunikativ modeli nəzərdə tutu­

ruq. (Y.M.Lotman kommunikasiya problemini  tədqiq edərkən 

R.Yakobsonun  sxemini  genişləndirərək,  “Mən-Mən”  tipli 

avtokommunikasiya nəzəriyyəsini  irəli sürür [179,165]).

Həmin  proses  nəticəsində  məlumatın  kodlaşdırılması 

baş  verir.  Adresat,  yeni  məlumatlar  deyil,  yeni  kodlar  almış 

olur.  Belə  kommunikasiya  prosesində  şəxsiyyəin  özünün 

yenidən formalaşması baş verir [179 ,72]

«Vay,  al  duvağın  iyəsi!  Vay,  alnum-başım  umurı!  Vay, 

şah  yigidim,  vay,  şahbaz  yigidim!  Doyunca  yüzinə  haqma­

dığım,  xanım yigit!  Qanda getdim,  bəni yalnuz qoyub,  canım 

yigit!  Göz açuban gördigim,  könül  ilə  sevdigim,  bir yasduqda 

baş  qoduğim!  Yolunda  öldigim!  Qurban  olduğim!  Vay,  Qa­

zan  bəgin  inağı!  Vay,  Qalın  Oğuzun  imrəncəsi  Beyrək!  -  

deyüb zarı-zarı ağladı».

Basat qardaşının Təpəgöz əlində  ölüdüyünü  eşidən kimi 

hönkür-hönkür  ağlayır.  Bu  soylamanı  B.Abdulla  ağı  kimi 

səciyyələndirir [2,  124].

«Basatın  qarannulu  gözləri  yaşla  toldı.  Qarındaşıçün 

soylamış, görəlim, xanım, nə soylamış, aydır:

Qıran yerdə tikilmiş otaxlarm,

O zalım yıqdırdı ola, qardaş!

Yügrək olan atlarun tavlasından 

O zalım ayırdı  ola, qardaş!

Bisərək-bisərək dəvələrin qatarında 

O zalım ayırdı ola, qardaş!

Güvəncimlə gətürdigin gəlüncügin 

O zalım səndən ayırdı ola, qardaş!

Ağ saqallu babamı

94

«Oğubdeyü ağlatdın ola, qardaş!



Qarşu yatan qara tağım yüksəgi qardaş!

Aqındılı görklü suyımın tasqunı qardaş!

Güclü belim qüvvəti, qarannu gözlərümin aydını, qardaş! 

«Qardaşımdan ayrıldım!» deyü çoq ağladı, zarlıq qıldı!» 

Buğacm öldüyünü bilən ana acısını ağı ilə belə anladır: 

«Oğul, oğul, ay oğul!  Ortacım oğul!

Qarşu yalan qara tağun yüksəgi oğul!

Qarannulıca gözlərim aydın oğul!

Sanı yelləri əsmədin, Qazan, qulağun çınlar,

Sərimsaq otın yemədin, Qazan, içüm göynər.

Sarı yılan soqmadan ağca tənüm qalqar-şişər.

Qurumışca köksimdə südim oynar.

Yalnızca oğul görünməz, bağrım yanar»...

Qazan xanın  savaş meydanında oğlunu tapa bilməyəndə 

ağlaması dastanın təsirli, görümlü səhnələrindən biridir:

«Qazan  xan  savaş  meydanında,  leş  arasında  oğlancığı 

leşin bulmadı.  Altunlıca qamçısın buldı.  Yəqin bildi kim, oğlı 

kafərə tutsaqdır, ağladı:

Qara tağım yüksəgi  oğul!

Qanlu suyım taşqun oğul!

Qocalığım vəqti  aldırduğım oğul! -  dedi».

Filosof oğuz qəhrəmanlarının davranışını “impulsiv ərən- 

lik”  tipinə  şamil  edir:  “İmpulsiv  ərənlik,  çılğın,  partlayıç təsiri 

bağışlayan  ərənlikdir...  İmpulsiv  ərənlik  üçün  partlayış  xa­

rakterli duyğular, nərə, “vurub şıxmaq” xarakterlidir” [72,90] 

Xan  divanında  oturmaq  gənc  oğuz  bəyləri  üçün  sosial 

davranışın  hüququ  mahiyyətini  təşkil  edir.  Xan  divanında  so­

sial iyerarxiyanın pozulması Tərs Uzamışın səbrini tükəndirir: 

«Mərə Uşun qoca oğlı, bu oturan bəglər hər biri oturdığı 

yeri  qılıcilə-əturəgilə  alubdur.  Mərə,  sən  başumı  kəsdin,  qan­

95



mı tökdün,  acmı toyurdun,  yalmcığın tonatdm!»  -  dedi.  T ərs 

Uzamışın bu imperativi affektiv akta çevrilir.

Əgrək aydır:  «Mərə Tərs Uzamış, baş kəsub qan tökmək 

hünərmi dir? -  dedi. Aydır: Bəli, hünərdir ya».

Tərs  Uzamışın  sözi  Əgrəgə  kar  eylədi:  Turdı,  Qazan 

bəgdən aqın dilədi».

Əgrəyin xan  divanında normaya uyğun  olmayan davra­

nışı  da  bu  qəbildəndir:  «Oğuz  elində  hələ  ki,  bir  mövqe  qa­

zanmayan,  özünü  təsdiq  etməyən  Əgrəyin  xan  divanında  k e­

çib  yuxarı  başda  oturması  qəhrəmanın  başqalarına  bənzəmə- 

məsindən, onun nəsə qəribə bir igid olmasından xəbər verir v ə 

aydınlaşdırmaq  istəmədiyimiz  dəlilik  məsələsi  də  daha  çox 

belə qəribəliklər içərisində üzə çıxır»  [59, 22].

Oğuz  insanın  emosional  impulsiv  ifadə  formalarından 

biri də ofkəlilikdir.

Dəli  Qaçar  Bamsı  Beyrək  üçün  elçiliyə  gəlmiş  Dədə 

Qorqudu belə öfkə ilə qarşılayır, hətta onu təhqir edir:

«Dəlİ  Qarcar  ağzın  köpükləndirdi.  Dədə  Qorqudan  yü- 

zinə  baqdı.  Aydır:  Əleykəs  səlam!  Ay  əməli  azmış,  feli  dön­

müş, qadır Allah ağ alnına qada yazmış! Ayaqlılar buraya gəl- 

digi yoq. Ağızlılar bu suyımdan içdigi yoq.  Sana noldı? Əmə­

lini  azdı?  Felinmi  azdı?  Əcəlinmi  gəldi?  Bu  aralarda neylər­

sən?» -  dedi».

T.Hacıyev  bu  “ofkə  mətni”nin  linqvopoetik  strukturunu 

belə  səciyyələndirir:  «Dəli  Qarcarm  bu  öfkəli  çıxışı  struktura 

malikdir.  Əvvəlcə real məlumat verilir. Ardınca biri, sonra baş­

qası  olmaqla iki ümumi  sual  verilir.  İki nəqli cümləyə qarşılıq 

olan bu  iki  sualın arasında əvvəlki üç xitab -  nidaya uyğun üç 

sual düzülür: nidaların ardıcıllığı suallarda gözlənilir. Nidaların 

və suallann kəmiyyət uyğunluğu ritmik detala dönür»  [50, 76].

Çılğınlıq,  öfkəlik,  acığı tutmaq dastanda iki personajın -  

Qaragünənin  və  Buğdüz  Əmənin  emosional  davranışının

96

məzmununu təşkil  edir və onların bədii portretini tamamlayan 



detallardır:

«Qaradərə  ağzında qadir verən,  qara buqa dərisindən be- 

şiginin yapuğı olan, acığı tutanda qara taşı kül eyləyən, qara bi- 

gin yedi yerdə ənsəsində dügən Qazan qartaşı Qaragünə.. .»;

«Variban  peyğəmbərlərin yüzini  görən,  gəlübəni  Oğuz­

da  səhabəsi  olan,  acığı  tutanda  bıqlarından  qan  çıqan,  bıği 

qanlu Bugdüz Əmən».

Oğuzda  etiket  qaydalarının,  sosial  normalann,  etik  ya­

saqların  pozulması  mütləq emosional  reaksiyaya -  acığa,  qə­

zəbə  səbəb  olur.  Məsələn:  Bəzirganlar  Baybörə  bəyin  diva­

nında etiketi pozub atanın deyil, onları xilas etdiyi üçün oğlun 

(Beyrəyin) əlini öpmək istəyirlər:

«Bunlar böylə  edicək  Baybörə  bəgin  acığı  tutdı.  Bəzir- 

ganlara  aydır:  «Mərə  qavat  oğlı  qavatlar!  Ata  tururkən  oğıl 

əlinmi öpərlər?»

Bamsı Beyrək nişanlısının toyunda oxatma mərasimində 

kənardan  baxıb  yay  çəkib  oxatan  «şövkətli  oğuz  bəylərini» 

öyürsə, Yalançı oğlu Yalancuğı isə söyür, təhqir edir:

«Əlün  qırsun,  parmaqların  çürisin,  hey,  tonuz  oğlı  to­

nuz, -  deyirdi -  göygülərə qurban ol!» -  deyirdi. Yalançı oğlı 

Yalançığm acığı tutdı.. .»

Şərəfə,  qürura  toxunan  özgə  sözü  acıqla,  öfkə  ilə  qar­

şılanır:

«Böylə digəc Qaracıq çobanm  acığı  tutdı, todaqları təb- 

sərdi. Çoban aydır:

Mərə, dini yoq, əqilsiz kafər!

Ussı yoq, dəməksiz kafər!

Qarşu yatan qarlı qara tağlar

Qarıyıbdır suyı gəlməz.

Şahbaz-şahbaz atlar

Qarıyubdur qulun verməz.

97



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə