Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu


ATALAR SÖZLƏRİ VƏ MƏSƏLLƏR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə87/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   ...   83   84   85   86   87   88   89   90   ...   94

 
 
322
ATALAR SÖZLƏRİ VƏ MƏSƏLLƏR 
 
1. Axşam oduna gedən çox olar. 
2. Allah zulmu çəkənə verer. 
3. Allah verdihcə bəndə gümana gələr. 
4. Arvadı evdə güdərsən
ı
, oğru olar, çöldə güdərsən
ı
, q...ə 
olar. 
5. Asmalıxdan
263
 asılma, asdığın
ı
, əsdiyin
ı
 məlumdu. Gər-
məşöydən
264
 gərilmə, gəldiyin
ı
 yer məlumdu.  
6. Aşın yağı bol olar, 
  Gəlinin üzü ağ olar. 
7. Atdı, muratdı, qadasın aldığım arvatdı. 
8. Bar verən ağaca daş atallar. 
9. Başa gələni əyax çəkər.  
10. Bizim gəlin bizdən qaşdı, 
 
Başın örtdü, qıçın aşdı. 
11. Boşdan  bir  çıxarsa,  bərkdən  iki  çixar.  Simic  adam 
üçün deyilir. 
12. Bosdan əkif bosdanın
ı
a güvənmə. 
13. Bu əlin əməyi o ələ haramdı. 
14. Can çıxar, xuy
265
 çıxmaz. 
15. Çayda su çoxdu, öydə miqdarı gərəh. 
16. Çağa qundaxda, gəlin gərdəhdə. 
17. Çaşmış ördəh suya ikiəyaxlı girər. 
18. Çayır-çimən gəzə-gəzə, 
 
 Mən də oldum bir gəvəzə. 
19. Çörəyin yekəsinnən kökəsi yaxşıdı. 
 
 
20. Dan
ı
 ater, gün bater. 
                                                             
263
 Asmalıx – asılqan 
264
 Gərməşöy – gərməşov, ağac növü 
265
 Xuy – xasiyyət 


 
 
323
21. Daz  dazla  yatdı,  daz  da  şıllax  atdı  =  Daz  dazla  yatdı, 
dazı bəyəmmədi = Dazın daznan yatdığı, dazın da g...t atdığı. 
22. Dediyim dedik, çaldığım düdük. 
23. Dəli  dəlini  tapar,  dəyənək  göydən  yağar.  (Dəlilər 
savaşar, ara qızışar). 
24. Dəli söylədi, ağıllı utandı. 
25. Dəlihli  muncux  yerdə  qalmaz.  (Qız  əvvəl-axır  ərə 
gedər, evdə qalmaz). 
26. Dəni mənnən yiir, başqa yerdə yumurtduyur. 
27. Dərdini söyləmiyən dərdinə dərman tapbaz. 
28. Dəvələr dəngilnən
266
 gəlsin. 
29. Dili xuruşdu
267
 adam söz deməz. 
30. Dilin sümüyü yoxdu. 
 
 
 
 
31. Düz yıxılmaz, yıxılsa da, yıxılı qalmaz. 
32. Düz düz olsa, həmməşə işi düz gedəjəh.   
33. El atan daş uzağa gedər. 
34. El yığıldı köşməyə, 
 
Gəlin qaşdı s.....a. 
35. Elçi cox olar, qismət bir. 
36. Elnən gələn toy-bayramdı. 
37. Eşşəh anqırıf tayını tapajax. 
38. Eşihdən baxırsan
ı
 ‒ mələkdi, 
 
İçəridən baxırsan
ı
 ‒ kəpəkdi. 
39. Eşiyə çıxar, itdər qapar. 
 
İçəri girər, bitdər qapar. (Pinti adam üçün deyilir). 
40. Ev oturanındı, söz götürənindi. 
41. Evdə dağarcıx
268
 çuvaldan böyühdü. 
42. Əmcəh əmcəhdi, olar da bir-birinnən tokquşor. 
                                                             
266
 Dəngilnən – karvanla 
267
 Dili xuruşdu – atmaca atan 
268
 Dağarcıx – qoyun dərisindən düzəldilmiş iri torba, kisə 


 
 
324
 
43. Ər tapanda yer tapberıx, 
 
Yer tapanda ər tapberıx. 
44. Ər dumbuzu, gül dumbuzu
 
Əsirgəmə, vur dumbuzu.  
 
= Ər ağacı, gül ağacı, 
 
Əsirgəmə, vur ağacı. 
45. Əri döyən arvadı bir yannan da it tutar. 
46. Ərim süpürgə boyda olsun, dünyaca hörmətim olsun. 
47. Əslində olan dırnağında bildirər. 
48. Əsnəməy əsnəməy gətirər, vay samannıxdakının halına. 
49. Ətəyi kalın buynuzuna keçif. 
50. Əzəldən nəydi gül  camalı, 
 
Son
ı
rası oldu dəli Bayramalı. 
51. Filankəs filankəsin p...nun içində noxud axdarır. 
52. Gəldih gəlin görməyə
 
Gəlin gedif çəmən dərməyə.  
53. Gəlin atdandı, ya qismət. 
54. Gözə qaytağa yoxdu. 
55. Gücün
ı
ə bax, şələni bağla. 
56. Hamıya ədətdi, man
ı
a bedatdı. 
57. Hay hayını tapar, kor tayını. 
58. Hənəy-hənəy, axırı dəyənəy. 
59. Xeyirsöyləməzə dedilər ki, xeyir söylə. Dedi ki, bəlkə, 
getdim gəlmədim. 
60. Xətir üsdə xəsdə yatıram. 
61. İgit başına iş gəler, dağ başına qış gəler. 
62. İlan sürünsün, dalınca da balası. 
63. İt də üsdünə gəldi sözün. 
64. İt itin əəğını basmaz.  
 
 
65. İtəndə axdaranım yox, 


 
 
325
    Tapanda sevinənim. 
66. Kasıf gedir qarpız alır, kal çıxır, 
    Varrı gedir bəhməz alır, bal çıxır. 
67. Keşmiş aşa su qatma. (Arapozanlıq etmə). 
68. Keçiyi keçinin, qoyunu qoyunun əəğınnan as. 
69. Kəssən, kəsiləsi döyül, üzsən, üzüləsi. = Kəssən, kəsil-
məz, üzsən, üzülməz. (Qohumluq əlaqəsi üçün deyilir). 
70. Kor gözə barmax soxullar. 
71. Kor koru bəyənməsə, korun bağrı yarılar.  
72. Qan çıxdı, geri qayıtmaz. 
73. Qan qusuf qızılca şərbəti işdim. 
74. Qapıdan çıxmıyan kosanın yaşını bilməh olmaz. 
75. Qaraçıdan qıl umullar. 
76. Qardaşın isdolunun başınnan ərin qapısının davanı 
yaxşıdı. 
77. Qaz o yekəlihdə  yumurtduyur, səsi çıxmer, əmə töyux 
dınnax
269
 yumurtduyan kimi səsi dünyüyü başına aler. 
78. Qaz-qazla, kət toyuğu topal xoruzla. 
79. Qərib itin quyruğu belində olar. 
80. Qığınnan  muncux  düzəldir.  Yəni  ozünü  öyüb  göyə 
qaldırır. 
81. Qırxında  öyrənif  gorunda  da  çalajax  =  Qırxında  ör-
gənmiyən heş gorunda da çalammıyjax. 
82. Qız doğulanda deyəllər: qızı beşiyə, cehizi eşiyə. 
83. Qızını döyməyən dizinə döyər. 
84. Qon
ı
şu  qızı  göyülcənni
270
  olur.  (Qon
ı
şu  qızı  bəyənil-
mir, oğlan gedib başqa yerdə qız axtarır). 
85. Qorxu cana kafərdi. 
86. Qozbeli qavır da düzəltmer. 
                                                             
269
 Dınnax – balaca, azca 
270
 Göyülcənni – bəyənilməyən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə