Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə84/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   ...   80   81   82   83   84   85   86   87   ...   94

 
 
309
Fələh məni elə dərdə saldı, 
Yarandığıma oldum peşman.  
 
88. Bir at mindim, başı yox, 
Bir çay keşdim, daşı yox. 
Burda bir qəriv ölüf, 
Yanında yoldaşı yox. 
 
89. Araz aşdı, deellər, 
Kür qoyuşdu, deellər. 
Dərmanım manqal isdər, 
Həkimin
ı
 qaşdı, deellər. 
 
90. Yaram ağrıyır, 
Bilmirəm, haram ağrıyır. 
Cavanı torpağa verəndə, 
Gör neçə yaram ağrıyır. 
 
91. Başımda ağ şalım var, 
Elimin oxşarı var. 
Cavanı yerə qoyanda, 
Gör necə ölünün oxşarı var. 
 
92. Yarama, 
Əl vurmayın
ı
 yarama. 
Atam çırağı tutsun,  
Bajım baxsın yarama. 
 
93. Qoy səni öz anan
ı
 ağlasın, 
Başına qara bağlasın. 
Yaddar yalan ağlıyar, 
Qoy səni öz anan
ı
 ağlasın. 
94. Əzizin
ı
əm, maya getdi, 
Sallandı, çaya getdi. 
Çox cəfakeş olmuşam, 
Əməyim zaya getdi. 
 
95. Əzizinəm, bu da məni
Axdar tap, buda məni. 
Ay Allah, gör nə günə qalmışam, 
Bəyənmir bu da məni. 
 
96. Göydə göyərçin ağlar, 
Yuvada laçın ağlar. 
Neçə ki dünya var, 
Başımda saçım ağlar. 
= Yuvada laçın ağlar, 
Görən bəs neyçin ağlar? 
Sən yadıma tüşəndə 
Başımda saçım ağlar

 
97. Tut ağacı boyunca, 
Tut yimədim doyunca. 
Rəhimi xəlvətdə gördüm, 
Danışmadım doyunca. 
 
98. Barmağım beşdi mənim, 
Yaşım on beşdi mənim. 
Cəfa çəkdim, yar sevdim, 
Əməyim heşdi mənim. 
 
99. Aftaxa qum-qum eliyər, 
Yar məni qəmgin eliyər. 
Mənim balaca yarım 
Hökümətə qullux eliyər. 


 
 
310
100. Əzizin
ı
əm, sini-sini, 
Doldur ver sini-sini. 
Man
ı
a öz yarım gərəh, 
Neynirəm özgəsini.  
 
101. Əzizin
ı
əm, dolan, gəz,  
Qürbət eli dolan, gəz. 
Qürbətdə şah olunca, 
Vətənin
ı
də dilən, gəz.  
 
102. Əzizim, vətən yaxşı, 
Geyməyə kətan yaxşı. 
Gəzməyə qəriv ölkə, 
Ölməyə vətən yaxşı.  
= Ələmin, vətənə sarı, 
Dolan gəl, vətənə sarı. 
Gəzməyə qürbət el, 
Ölməyə vətənə sarı. 
 
103. Əzizin
ı
əm, bir də mən
Doldur, içim bir də mən.  
Ömür keşdi, gün keşdi,  
Cavan olmaram bir də mən. 
 
104. Əzizim, baxdı yarım, 
Baxdımın taxdı yarım. 
Üzün
ı
də göz izi var, 
Sənə kim baxdı, yarım? 
 
105. Tağda yandı, 
Şamama tağda yandı. 
Arxamı dağa söykədim, 
Alışdı, dağ da yandı. 
  
106. Bu yerdə gülən olsa, 
Tərini silən olsa, 
Qardaş çox yaxşı şeydi, 
Qədrini bilən olsa. 
 
107. Su gəlir, lilləndirir, 
Baxçanı gülləndirir. 
Dərddini dindirməyin
ı

Dərdini dilləndirir. 
 
108. Balabanı, 
Asta çal balabanı.  
Hamının balası gəldi,  
Bəs mənim balam hanı? 
 
109. Əzizin
ı
əm, bu dağa, 
Yol gedir bu dağa. 
Fələh niyə qoymadın
ı

Bir də çıxam bu dağa. 
 
110. Əzizin
ı
əm, axar gedər, 
Sel gələr, axar gedər. 
Bu dünya bir güzgüdü
Hamı ona baxar gedər. 
 
111. Əzizin
ı
əm, gül əllər, 
Bülbül əllər, gül əllər. 
Varrı olsam, nə deyəllər, 
Yoxsul olsam, güləllər. 


 
 
311
112. Hovuza bax, hovuza, 
Köynəyi qanouza. 
Sevdiyimi ala bilmədim, 
Qaldı gələn payıza. 
 
113. Aşiqəm, nələr keçər
Ahular mələr, keçər. 
Oğlu  belə  müharibiyə  gedən 
ananın 
Qəlbinnən nələr keçər. 
 
114. Qoyunnar mələr, gələr, 
Dağları dələr, gələr. 
Yarın vəfalı olsa, 
Gejeyi bölər, gələr. 
 
115. İzin isdə, 
İzin ver, izin isdə. 
İzin ver bircə dəfə 
Baş qoyum dizin üsdə
248

 
116. Vay dərdim,  
Vay dərmanım, vay dərdim. 
Ellər gül əhdi, gül dərdi,  
Mən gül əhdim, vay dərdim.  
 
117. Günə tüşdüm,  
Kölgədən günə tüşdüm. 
Tüşmana xəvər eylə, 
Dediyi günə tüşdüm.  
                                                             
248
 Söyləyici bayatıları avazla – mah-
nı kimi oxuyur – top. 
118. Kimə gedim? 
Kimim var, kimə gedim? 
Dərmansız dərdə tüşən canım, 
Mən dərmana kimə gedim? 
 
119. Qazan ağlar, 
Od vurar, qazan ağlar. 
Qardaşı ölən bajının 
Qavrını qazan ağlar. 
 
120. Qarabağda bağ olmaz, 
Qara salxım ağ olmaz. 
Qəriblihdə qalanın 
Ürəyində yağ olmaz. 
 
121. Hər aylar, 
Hər ulduzdar, hər aylar. 
Başım cəllad əlində, 
Dilim səni haraylar. 
 
122. Dağlarda maral azdı, 
Ovçu çox, maral azdı. 
Ağlama, xumar gözdüm
Ölmərəm, yaram azdı. 
 
123. Əzizin
ı
əm, sənə dağlar, 
Göy geymiş sənə dağlar. 
= Yol gedir sənə, dağlar. 
Tuteydım oğul əlinnən, 
= Tuteydım vəfalı yar əlinnən, 
Çıxeydım sənə, dağlar. 


 
 
312
124. Oda yansın, 
Yaylığım oda yansın. 
Necə ki mən yanıram, 
O da yansın. 
 
125. Əzizinəm, arxa, haray, 
Su gələr arxa, haray. 
Tüşmüşəm qəm gölünə, 
Çağırram arxa, haray. 
= Su gələr arxa, haray, 
Tökülmür çarxa, haray. 
İgid qürbətə tüşsə, 
Çağırar arxa, haray. 
 
126. Tikə-tikə
Kəs məni tikə-tikə. 
Qoy məni anam ağlasın, 
Kəfənim tikə-tikə. 
 
127. Əzizin
ı
əm, yazıx mən, 
Dərddən tüşdüm yazıx mən. 
Balalar  içində köşkün sən ol-
dun
ı

Analar  içində  bəxti  qara,  ya-
zıx mən. 
 
128. Əzizin
ı
əm, tikən gülə, 
Sarmaşıfdı tikən gülə. 
Gör neçəsi göz tikif, 
Mən gözümü dikən gülə. 
 
129. Əzizim, naçar ağlama, 
Gündü keçər, ağlama. 
Bir yannan bağlıyan fələh, 
Bir yannan açar, ağlama. 
 
130. Əzizin
ı
əm, mərdana 
Mərd oğlu mərdana. 
Bədöy at
249
 köhlən doğar, 
Mərd oğulu mərd ana. 
 
131. Əzizin
ı
əm, gündə mən, 
ay qardaş ( = ay bajı), 
Kölgədə sən, gündə mən. 
İldə qurvan (bayram) bir olar, 
qardaş, 
San
ı
a qurvan gündə mən. 
= Əzizin
ı
əm, gündə sən
Kölgədə mən, gündə sən. 
Can alan bir gün (= dəfə) alır, 
Canımı aldın
ı
 gündə sən 
= Öldürdün məni gündə sən. 
 
132. Qalyanı boşa çəhdim, 
Doldurdum, boşa çəhdim. 
İsdədim can sağaldam, 
Zəhməti boşa çəhdim. 
 
133. Eləmi, qoşa dağlar, 
Nə veribsən
ı
 baş-başa dağlar? 
Mən ki gedərgi oldum, 
Səni dönəsən
ı
 daşa, dağlar. 
                                                             
249
 Bədöy at – hünərli at 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə