Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/85
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5546
1   ...   9   10   11   12   13   14   15   16   ...   85

Kamran Ялийев
 _____________________________________  
 
 
38 
Monoqrafiyada Sabirdən bəhs olunması iki məqsədə xid-
mət  etmişdir:  burada  həm  Sabiri  tənqidi  realizmin  yeni  böyük 
siması kimi təqdim etmək, həm də Sabirlə Mirzə Cəlilin müqa-
yisəsini vermək məqsədi vardır. Sabir yaradıcılığı ilə «tipik şə-
raitin»  məzmununda  tipik  ictimai  epoxa,  «tipik»  «zaman  kon-
kretliyi  artır»  (səh.215).  Əslində  milli  satirik  şeir  məhz  Sabir 
dövründə  öz  tarixi  xidmət  vəzifəsini  yerinə  yetirir  və  tənqidi 
realizmin inkişafında yeni mərhələni şərtləndirir. 
Məsələ sadəcə olaraq, lirik növlə epik və ya dramatik növ 
arasındakı fərqlərdə deyil. Realizmin bir tipini janrlar da dövr-
lərə ayıra bilər,  lakin burada əsas fərq mahiyyəti Sabirin nova-
torluğu ilə ölçülür, Sabir şerinin yeni məzmunu, obrazlar siste-
mi ilə meydana çıxır. 
Ciddi  müşahidə  deyilmi  ki,  «Sabir  qəhrəmanları  əksərən 
«adsız qəhrəmanlardır», həm də Sabir satiraları üçün daha çox 
ictimai titullar,  zümrə,  təbəqə,  peşə,  məşğələ,  adları səciyyəvi-
dir (səh.216). 
Elmi  həqiqət  deyilmi  ki,  Sabir  şerində  «təkliyin,  fərdili-
yin  yox,  məhz  çoxluğun,  kütləviliyin  stixiyası  əks  olunur» 
(səh.216-217). 
Mübahisəsiz hökm deyilmi ki, Sabir realizminin gücü ilə 
dünən  «meydan  oxuyanlar»  bu  gün  «fəryad  edənlərə»  çevril-
mişlər (səh.221). Zaman obrazının Sabir poeziyasında hərəkəti-
ni,  pul  mövzusunun  «Sabir  mövzusu»  olması  qənaətini  də  qə-
bul etsək, onda tədqiqatçının Sabir realizmi haqqında irəli sür-
düyü  mülahizələrin  xarakteri  daha  da  aydınlaşmış  olar.  Çünki 
bu  xüsusiyyətlər  və  əlamətlər  tənqidi  realizmin  Sabir  zirvəsini 
təsdiqləməyə kifayət edir. 
Sabir  yaradıcılığına  elmi  yanaşmanın  bucağı  düzgün  və 
sərrast  tapılmışdır.  Belə  ki,  Mirzə  Cəlildə  Dəyənək  obrazı 
Mirzə  Cəlil  realizminin  açılışında  bütün  gücü  ilə  iştirak  edir. 


________________ Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar 
 
 
39 
Sabir  realizminin  təhlilində  isə  Şallaq  obrazı  həndəvərə  belə 
buraxılmır, çünki Sabir təsvirində əsas məqsəd – «Bütün silklə-
ri,  zümrələri  ilə  birlikdə  milləti  vahid  bir  təmərgüzdə  (özü  də 
mürəkkəb qarşılıqlı əlaqələri prosesində)» vermək idi. 
Monoqrafiyada  qoyulan  problemlər  o  səviyyədə  bütöv 
götürülür ki, Azərbaycan realizminin ayra-ayrı mərhələləri, on-
lar  üçün  mövcud  olan  bir  çox  məsələlərin  müştərəkliyi  ilə  də 
səciyyələnir.  Əlbəttə,  heç  ol  bilməzdi  ki,  müəyyən  sərhədlərlə 
ayrılan realizmin  iki tipinin  vahid ədəbi  hərəkat daxilində «or-
taqlı» problemləri olmasın. Bu mənada müsbət qəhrəman, ziya-
lı obrazı barəsində irəli sürülən oxşar və fərqli əlamətlər realiz-
min  məhz  çoxillik  və  davamlı  təcrübəsinin  nəticəsi  kimi  mey-
dana çıxmışdı. 
Bizdə elə alimlər var ki,  əsasən, M.F.Axundov haqqında 
yazıblar, elə tədqiqatçılar var ki, daha çox Mİrzə Cəlildən bəhs 
ediblər,  elə  ədəbiyyatşünaslar  da  var  ki,  Sabir  yaradıcılığını 
tədqiqat obyektinə çeviriblər. Lakin onların hamısı həm də rea-
lizmdən,  realizmin  problemlərindən  söhbət  açıblar.  Y.Qaraye-
vin  həmin  yazıçılarla  birgə  və  daha  çox  realizm  məsələlərini 
təhlil etdiyi mövcud monoqrafiya isə həmin tədqiqatlar üzərin-
də  yüksəlmiş  və  yeni  keyfiyyət  göstəricisinə  çevrilmişdir.  Bir 
sözlə, Y.Qarayevin «Azərbaycan realizminin mərhələləri» kita-
bı milli realizmin tədqiqində ən yeni mərhələnin başlanğıcı de-
məkdir. 
 


Kamran Ялийев
 _____________________________________  
 
 
40 
YENİ ƏDƏBİYYATŞÜNASLIQ  
KONSEPSİYASI 
 
Bədii  ədəbiyyatın  yaranması  və  bədii  yaradıcılığa  yönə-
lən  elmi  baxışın  təşəkkülü,  formalaşması  bir-birindən  fərqli 
hadisələr  olsa  da,  biri  digərindən  təcriddə  deyil.  Hər  halda 
çətinlik  və  məsuliyyət  baxımından  ədəbiyyatı  ərsəyə  gətirən 
yazıçı  da,  onu  dəyərləndirən  ədəbiyyatşünas  və  tənqidçi  də  bu 
əməli  işi  özünün  missiyasına  çevirəndə  daha  böyük  və  daha 
mükəmməl nümunənin yaradıcısı olur. Arzu, istək və vəzifədən 
keçərək  missiya  səviyyəsinə  yüksələn  məqsəd  və  ideya  onun 
daşıyıcısının  da  şəxsiyyət  bütövlüyünü,  məslək  sabitliyini, 
vətəndaşlıq keyfiyyətlərini təsdiq edir. Bu deyilənlər mücərrəd, 
ünvansız  söz  və  ifadələr  deyil,  akademik  İsa  Həbibbəylinin 
«Ədəbi-tarixi  yaddaş  və  müasirlik»  kitabından  (Bakı,  Nurlan, 
2007) alınan ilk və real qənaətlərdir. 
Təqdim edilən 44 çap vərəqi həcmində olan kitab ədəbi-
tarixi bir ehtiyacın və zərurətin nəticəsi kimi yaranmışdır. Mə-
sələ  burasındadır  ki,  biz  yeni,  müstəqil  dövlətimizi  möhkəm-
ləndiririk, təzə ictimai münasibətlər yaradırıq, amma yeni döv-
rün  bədii  ədəbiyyatına  və  ümumiyyətlə,  ədəbiyyat  tarixinə,  o 
cümlədən  ayrı-ayrı  sənətkarların  yaradıcılığına  yeni  baxışlar 
sistemini  hələ  də  tam  və  aydın  şəkildə  formalaşdıra  bilmirik. 
Ona  görə  də  İsa  Həbibbəyli  ədəbi-elmi  fikir  tarixində  ilk  dəfə 
olaraq öz faydalı tədqiqatı ilə ədəbi nəsillər, əsrlər və minillik-
lər  arasındakı  ədəbi  sədləri  və  sərhədləri  götürür,  varislik  əla-
qələrini  –  Azərbaycan  ədəbiyyatının  sənət  şəcərəsini  yaddaş 
müstəvisində və monumental kitab janrında bərpa edir. 
Akademik İsa Həbibbəylinin təqdimatında Arpaçay əfsa-
nəsindən «Dədə Qorqud» eposuna,  oradan da Nizami Gəncəvi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə