Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/85
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5546
1   ...   10   11   12   13   14   15   16   17   ...   85

________________ Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar 
 
 
41 
düşüncəsinə  qədər  gələn  yol  M.F.Axundov,  C.Məmmədqulu-
zadə,  H.Cavid,  S.Vurğun  yaradıcılığında  üzülmür.  Dövr  dəyi-
şir, yazıçıların adları və təxəllüsləri başqalaşır, mövzu və ideya 
təzələnir,  hətta  ədəbi  qəhrəman  da  yeniləşir,  amma  sənətin 
cəmiyyətdəki əbədi rolu qalır. İsa Həbibbəyli bədii ədəbiyyatın 
dəyərini onun ideyası və tərbiyəvi gücünün vəhdətində, habelə 
sənətkarlıq  səviyyəsində görür.  Bəllidir ki,  yeni epoxa ədəbiy-
yat  adlı  mənəvi  irsi  türk-müsəlman  coğrafiyasında  və  milli-
mental obrazlı düşüncə sistemində görmək  istəyir.  Belə bir el-
mi qənaət İsa Həbibbəylinin C.Məmmədquluzadəni, M.Ə.Sabi-
ri,  M.Şahtaxtılını,  Ə.Hüseynzadəni,  H.Cavidi  və  digərlərini 
həmin coğrafiya və düşüncə sistemində dəyərləndirməsi təşəb-
büsünün nəticəsi kimi meydana çıxır.  
Beləliklə,  bizim  çoxəsrlik  və  zəngin  ədəbiyyat  tariximiz 
öz  həqiqi  kökləri  və  rişələri  ilə  görünür,  hətta  reallıq  an-
layışının  özü  də  dəyişir  və  türk-müsəlman  dünyasının  qlobal 
problemlərini,  bu  müstəvidəki  insanı  və  ideyanı  əhatə  etmiş 
olur.  Görkəmli  alimin  Nizami  Gəncəvinin  əsərlərindəki  türk 
sözlərindən xüsusi maraqla danışması, Azərbaycan Demokratik 
Respublikasının  himni  barədə  yazması,  «Böyük  ədib  və 
mütəfəkkir  Əlibəy  Hüseynzadə»  adlı  məqaləsini  kitaba  daxil 
etməsi, professor Nizami Cəfərovun dörd cildlik «Türk xalqları 
ədəbiyyatı»  adlı  tədqiqatını  qiymətləndirməsi  məqamları  da 
türk-müsəlman  kontekstinə  müxtəlif  yönlərdən  işıq  salmaq, 
aydınlıq gətirmək məqsədinə xidmət göstərir. 
İsa Həbibbəyliyə görə, həm yazıçı sözünə, həm də tənqidçi 
fikrinə inanmaq və bununla kimisə inandırmaq əlyazmaya, arxiv 
materialına,  tarixi  fakta  diqqət  və  həssaslıqla  yanaşmaqdan 
başlayır. Çünki bir əlyazma nümunəsi, naməlum qalan bir arxiv 
sənədi,  yaddan  çıxan  və  əhəmiyyətsiz  görünən  bir  fakt  həqiqəti 
başa  düşməyə  kömək  edir.  Bu  mənada  kitab  Eynəlibəy  Sulta-


Kamran Ялийев
 _____________________________________  
 
 
42 
novun  və  M.Şəhriyarın  doğum  tarixlərinin  dəqiqləşdirilməsi, 
C.Məmmədquluzadənin,  M.T.Sidqinin  müxtəlif  janrlarda  olan 
naməlum əsərlərinin aşkarlanması və çapı, M.Şahtaxtlının indiyə 
qədər işıq üzü görməyən publisistika sahəsindəki nailiyyətlərinin 
ortaya  çıxarılıb  nəşr  edilməsi,  sənətkarların  nəsil  şəcərəsinin 
bərpası, Aşıq Ələsgərin yeni şeirlərinin tapılması və dərci çoxları 
tərəfindən  görülə  bilməyən  səmərəli  işin  aydın  mənzərəsini 
yaradır.  Xatırladaq  ki,  ədəbiyyat  tarixçiliyi  uzun  müddət  Cəlil 
Məmmədquluzadənin  doğum  tarixini  1866-cı  il  kimi  qəbul 
etmiş,  hətta  onun  anadan  olmasının  100  illiyi  də  bu  tarixə 
istinadən keçirilmişdir. İsa Həbibbəylinin axtarışları Mirzə Cəlili 
üç  yaş  cavanlaşdırmış  və  indi  artıq  Cəlil  Məmmədquluzadə 
yalnız ədəbiyyatşünaslıq kitablarında və ziyalılar arasında deyil, 
orta məktəb şagirdləri, ali məktəb tələbələri arasında da 1869-cu 
ildə  dünyaya  gələn  bir  ədib  kimi  tanınır  və  tanıdılır.  Deməli, 
ədəbi-elmi fikirin də həqiqi gücü aşkar olunan materialın xalqın 
malına  çevrilməsində  və  insanların  yaddaşına  hopdurulmasın-
dadır.  Bu,  bir  yaddaşın  digər  yaddaşa  köçürülməsçinin  gözə-
görünməz  və  incə  mexanizmidir,  eyni  zamanda  ikincisi  birin-
cidən  daha çətindir. İsa Həbibbəylinin  gücü  həm  birincini,  həm 
də ikincini təmsil etməsində və buna nümunə olmasındadır.  
Azərbaycan ədəbiyyatı klassiklərinin zəngin və çoxsahəli 
yaradıcılığı,  eyni  zamanda  onların  hər  birinin  sənətkarlıq  mə-
ziyyətləri öyrənildikcə hər dəfə yeni keyfiyyətlər aşkarlanır. İsa 
Həbibbəyli  də  tədqiqat  obyekti  kimi  seçdiyi  sənətkarı  öz  ədə-
biyyatşünas  sələflərindən  fərqli  şəkildə  dəyərləndirməyə  daha 
çox  səy  göstərir  və  tədqiqatçının  ədəbiyyata  baxış  bucağı,  tut-
duğu  mövqeyi tam şəkildə üzə çıxmış olur.  Məsələ  burasında-
dır  ki,  onun  ədəbiyyatı  dəyərləndirmək  üsulunun  bir  tərəfi  ilk 
növbədə  məsələyə  bədii  metod  və  ədəbi  cərəyan  səviyyəsində 
yanaşması ilə bağlıdır.  Kitabda Nizami Gəncəviyə elmi yanaş-


________________ Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar 
 
 
43 
ma meyarı bədii metodun üstünlüyünü qorumaqla səciyyələnir. 
C.Məmmədquluzadə və M.Ə.Sabir irsindən əldə edilən yenilik-
ləri  realizm  ədəbi  cərəyanının,  o  cümlədən  tənqidi  realizmin 
prinsipləri  və  bu  ədəbi  cərəyandan  doğan,  milli  düşüncəyə 
əsaslanan müddəalar şərtləndirmiş olur. H.Cavid, Ə.Hüseynza-
də,  A.Səhhət yaradıcılığına dair elmi tezislərin ən mühüm  isti-
nad  nöqtəsi  romantizmin  estetikasıdır.  Məhəmmədtağı  Sidqi-
nin, Eynəlibəy Sultanovun ədəbi-pedaqoji fəaliyyəti isə maarif-
çi realizimin tələbləri işığında qiymətləndirilir.  
İsa  Həbibbəylinin  ədəbiyyatı  dəyərləndirmə  üsulunun 
digər bir tərəfi isə onunla bağlıdır ki, alimin klassikaya münasi-
bəti bədii  metod və cərəyan sərhəddində dayanmır, həmin sər-
hədləri aşaraq bir az da irəliyə gedir və əslində görkəmli tədqi-
qatçı bu növbəti gedişdə daha mükəmməl, daha fərqli görünür. 
O,  yaradıcılıqda  ədəbi  məktəb  statusuna  metoddan  da,  yara-
dıcılıq  cərəyanından  da  daha  böyük  önəm  verir.  Həmin  sirrin 
mahiyyəti ondan ibarətdir ki, ədəbi məktəb əslində ümumi me-
tod və cərəyanla müqayisədə son dərəcə milli və özünəməxsus-
luqdur.  Bu  baxımdan  tədqiqatçının  hədəfi  N.Gəncəvinin, 
C.Məmmədquluzadənin,  M.Ə.Sabirin,  S.Vurğunun,  həmçinin 
«Mola Nəsrəddin» və «Füyuzat» jurnallarının adı ilə bağlı olan 
ədəbi  məktəblərdir,  yaxud  əksinə,  ədəbi  məktəb  yaradan  söz 
ustalarının yaradıcılığıdır.  
Akademik  İsa  Həbibbəylinin  haqlı  qənaətinə  görə, 
C.Məmmədquluzadə irsində tragikomediya və yeni nəsr, «Mola 
Nəsrəddin»  jurnalında  və  M.Ə.Sabir  yaradıcılığında  satiranın 
bənzərsiz  hədəfləri  ilə  birgə  yeni  janrlar  –  taziyanə,  qırmanc, 
satirik  marş,  bəhri-təvil,  sual-cavab  və  s.,  H.Cavid  və  A.Səhhət 
yaradıcılığında  ədəbi  ənənədən  fərqli  olan  yeni  romantik  coş-
qunluq,  sonet,  türkü,  marş  kimi  yeni  poetik  janrlar;  «Füyuzat» 
jurnalında  və  Ə.Hüseynzadə  irsində  romantizmə  xas  ümumtürk 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə