Dədə Qorqud ● 2015/I 33
MATERIAL CULTURE IN THE WORKS OF MISKIN ABDAL
Summary
In the development of ethnography in the study of culture and style of life the middle
Ages as the object of study is still current. Historical ethnography of the 16th century one of the
issues, that is of great scientific interest. In studying the ethnographic heritage of the Azerbaijan
people information by various authors is of great importance. And, you can use the labor of
minstrels who sang of his people, describing the life and the culture surrounding them in the
middle Ages. One of these is the minstrels Miskin Abdal, who lived and worked in the 16th cen-
tury. From a scientific point of view we can extract important ethnographic motifs that Miskin
Abdal described in his poems. His poems reflect almost all the elements of the material and spi-
ritual culture, and family rituals. Therefore, his poems can be used as a valuable source for the
study of Ethnography of the Azerbaijan people.
In his poems, you can determine which sectors of the economy existed in the middle
Ages. And, learn about agricultural implements, on irrigation, beekeeping. The article explores
the food and drink, clothing and jewelry, used residents of Goyche.
Key words: Azerbaijan, Misgin Abdal, Middle Ages, ethnography, material culture.
Azərbaycan xalqı əsrlərdən bəri süzülüb gələn söz incilərilə, dərin məna
çalarları ilə dolğun olan aşıq sənəti nümunələrindən ibarət zəngin bir irsə ma-
likdir. Bu zəngin irsdə xalqın təsərrüfat həyatı və mənəvi dünyası, məişət tərzi
öz əksini tapmışdır. Qeyd edək ki, Azərbaycanın şifahi xalq yaradıcılığı nümu-
nələri real xalq həyatını olduğu kimi əks etdirmək baxımından tədqiqi zəruri
olan əvəzsiz mənbələrdir. Xüsusən aşıq yaradıcılığında öz əksini tapan zəruri
etnoqrafik məqamlar xalqımızın hərtərəfli tədqiq olunmasında mühüm əhə-
miyyət kəsb edir. Bu geniş ümmandan bəhrələnərək etnoqrafik cəhətdən maraqlı
və mühüm material əldə etmək mümkündür. El-obanın məişəti ilə bağlı mə-
sələlər aşıqların nəzər diqqətindən qaçmamış, onlar öz yaradıcılıqlarında bu mə-
sələlərə istər-istəməz müəyyən qədər yer vermişlər. Bu baxımdan da aşıqların
yaradıcılığı xalqımızın məişət və mədəniyyətinin öyrənilməsində bir mənbə rolu
oynaya bilər. Dastanlarda artırmaların, əlavələrin, bəzəmələrin, şişirtmələrin və
s. edilməsi, bu baxımdan da bir sıra faktların tarixi hadisələrdən müəyyən qədər
kənar olması, mümkün olan reallıqdır. Lakin bütün bu deyilənlərlə yanaşı, yega-
nə doğru-düzgün olan xalqın məişət və mədəniyyəti ilə bağlı gerçəklikdir. Belə
etnoqrafik təsvirlərdə nə artırma, nə şişirtmə və nə də əlavələr olmur. Hamısı
bilavasitə xalqın yaşam tərzi və həyat fəaliyyətidir. Dastan söyləyənlərin özləri
də xalqın əsrlər boyu yaşayan adət və ənənələrini, ayin və mərasimlərini, bir
sözlə, mədəniyyətin əsas xüsusiyyətlərini və ünsürlərini olduğu kimi bütün çıl-
paqlığı ilə təqdim etməyə çalışmışlar.
Məlumdur ki, «Uzaq keçmişlərdə – hələ tayfa, qəbilə şənlik mərasimlərin-
də, toy məclislərində igidlərin şəninə qopuz-saz çalıb ad qoyan, neçə-neçə bəy-
nişan ərgənləri bir-birinə qovuşduran ozan-aşıqlar ayrı-ayrı dövrlərdə türkdilli
xalqlar arasında müxtəlif ad-titullar ilə adlandırılmışlar. Azərbaycanda: Ağ-
saqqal, Dədə, Ata, Lələ, Pirustad, Pirbaba, Uğurustad, Varsaq, Ozan, Ustad və
Dədə Qorqud ● 2015/I 34
başqa» (4, 3). Bu xüsusda Eldarova da qeyd edir ki, folklordakı leksik məlu-
matlara əsasən təsdiq etmək olar ki, xalq ifaçılarının adı kimi aşıq kəlməsi XIV-
XV əsrlərdə yaranmışdır. Müəllif qeyd edir ki, qədim və orta əsrlər dövründə
aşıq sözünün sinonimi kimi onun əvəzinə varsaq, dədə, ozan, yanşaq kəlmələri
işlənmişdir (12, 8). Bunu biz «Dədə Qorqud» dastanından da görə bilirik.
Məlum olduğu kimi, ««Kitabi-Dədə Qorqud» kimi bir oğuznamənin for-
malaşması ozan yaradıcılığının qədim tarixiliyini sübut edir. Hərgah ozan çox
uzaq keçmişdə mövcudiyyət tapıb hərtərəfli inkişaf yolu keçməsəydi, bu abidəni
yarada bilməzdi. «Kitabi-Dədə Qorqud» boylarının sonluqları və ümumi məz-
munundan göründüyü kimi, Dədə Qorqud bu oğuznamənin yaradıcısıdır. O,
həm də ozandır, lakin «dədə», «ata» ozandır» (7, 66-67).
Zamanla aşıq sənətinin inkişaf etməsi nəticəsində bu sənətə yeni çalarlar
gəlir və bir sıra əlavələr olunurdu. Bu xüsusda Q.Namazov haqlı olaraq qeyd
edir: «orta əsrlərdə çox sürətlə yayılan və böyük şöhrət qazanan aşıq şeri sadə
şəkillərdə dayanıb durğunluq keçirə bilməzdi. Sazın tellərinə yeni pərdələr
vurulduqca saz, söz ustaları musiqi rənglərinə müqabil şer şəkillərinə yeni-yeni
ölçülər, qəliblər tapıb cilalayır, yeni formalar alırdılar» (14, 42).
Zəmanəmizə qədər yaradıcılığından nümunələr gəlib çatan orta əsr aşıq-
larından biri də Misgin Abdaldır. Misgin Abdal kimdir? Aşıqlar diyarı Göyçə
mahalının yetirməsi olan, zəmanəsinin hörmət sahibi, savadlı insanı Misgin Ab-
dal yaşadığı mühitdən bəhrələnərək yazıb yaradan görkəmli söz ustası idi. Belə
ki, «orta əsrlərin dini və dünyəvi biliklərinə bələd olan mötəbər tayfalarından
biri Misgin Abdalın mənsub olduğu Zərgərli tayfasının Yaqublu nəsli idi» (3,
53). Qeyd edək ki, «sufi təriqətini dərindən mənimsəyən Hüseyn sonralar bu
təriqətin müridi kimi tanındı və Misgin Abdal təxəllüsünü qəbul etdi» (3, 53).
Əlbəttə, əlimizdə əsaslı mənbə olmadığından aşığın təriqət müridi olduğu fikrini
tam olaraq təsdiq etmək olmaz.
Misgin Abdalın Şah İsmayıl Xətainin rəğbətini qazanaraq onun tərəfindən
Təbrizə dəvət olunduğu və sarayda öz fəaliyyətini davam etdirdiyi qeyd edilsə
də, əlimizdə real faktlar yoxdur. O, 1535-ci ildə vəfat etmişdir. Aşıq Misgin Ab-
dal haqqında bu qısa məlumatdan sonra onun yaradıcılığında xalq və onun məi-
şət, mədəniyyət məsələləri ilə bağlı yer alan məqamları nəzərə çatdırmaq yerinə
düşərdi.
Xalq həyatının demək olar ki, bütün sahələri aşıq Misgin Abdal yaradıcılı-
ğında qismən də olsa, öz əksini tapmışdır. İstər təsərrüfat həyatı olsun, istərsə də
maddi mədəniyyət ünsürlərinə dair məlumatlara aşığın yaradıcılığında rast gəl-
mək mümkündür. Təsadüfi deyildir ki, aşıqlar elin ən sevimli adamları olmuşlar.
El-obanın xeyir məclislərinin idarə olunmasında onlar mütləq iştirak etmişlər.
Xüsusən toy mərasimləri aşıqların sazlı-sözlü söhbətlərilə keçmişdir. Aşıqlar
xalqın müxtəlif təbəqələrinin arasında olaraq onların gündəlik həyatlarının mü-
şahidəçilərinə çevrilmişlər. Buna görə də onlar daha çox görüb-götürmüş və in-
Dostları ilə paylaş: |