Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə5/69
tarix16.11.2017
ölçüsü5,05 Kb.
#10691
1   2   3   4   5   6   7   8   9   ...   69

Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     10 
 
 
lüğətində:  Ayğırlığ  malı  muŋ  polğan  “Orada  min  ilxı  vardı”;  Peş  ayğırlu  kiji 
“beş  ilxısı  olan  adam”;  Pistiŋ  malıbıs  ayğırlu  yürüp-yat  “Bizim  atlar  ilxı  şək-
lində  dolaşır”  (25,  I, 1,15-16).  L.Budaqov  lüğətində:  alt.  Üç  ayğır  mal  “üç  ilxı 
(hər ilxı bir ayğırla otlağa çıxarıldığı üçün ilxının sayı ayğırın sayı ilə müəyyən-
ləşdirilir)”  (6,  I,  198];  müasir  altay  dilində:  Bir  ayğır  mal  “bir  ilxı”  (hər  ilxıda 
bir  ayğır  olduğu  üçün  ilxının  sayı  ayğırın  sayı  ilə  müəyyənləşdirilir)  (21,  14). 
Aydın olur ki, nəşrlərdə verildiyi kimi ayğır malı və ayğır sözlərini ayıraraq hə-
rəsini  bir  misranın  tərkibinə  yerləşdirmək  düzgün  deyil;  bunların  hər  ikisi  eyni 
anlayışı – “kiçik ilxı (üyür)” mənasını ifadə edir. Bu da aydınlaşır ki, Beyrək ya-
yı almaq üçün bir neçə dişi atdan və bir ayğırdan ibarət olan kiçik ilxı vermişdir. 
Şübhəsiz ki, at belində qılınc çalıb igidlik göstərən Oğuz bəgləri başqa ölkələrə 
gedib  alış-verişlə  məşğul  olmağı  özlərinə  sığışdırmazdılar.  Bunun  üçün  onlar 
xüsusi  bazırganlar  saxlayır,  alış-verişi  onların  vasitəsi  ilə  həyata  keçirir  və  ba-
zırganlarla  özlərinin  ən  qiymətli  sərvətləri  olan  at  ilxıları  ilə  hesablaşırdılar. 
Oğuz igidlərinin hər birinin özlərinə məxsus xüsusi bazırganlarla əlaqə saxladıq-
larını  dastanın  mətnindəki  ifadələrdən  də  aydın  şəkildə  görmək  mümkündür: 
Bay Bora bəg bazırganlarını yanına oxudu, buyruq etdi (D. 69). 
Yanlış oxunmuş sözlərin düzəldilməsi, misraların tərkibinin və düzgün söz 
sırasının  müəyyənləşdirilməsi  soylamanın  ilk  misralarındakı  məzmunun  bila-
vasitə yaya aid olduğunu və yayla bağlı təfərrüatların ifadə edildiyini açıq şəkil-
də göstərir.  
 İlk  4  misradakı  yazılış  və  oxunuş  xətalarını  islah  etməklə  mətn  parçası 
bütövlükdə aşağıdakı şəkildə verilə bilər: 
(1)Tol tola gərdigüm
(2)Tola - varı doxurlayı qoduğum 
(3)Yağı yurdı alumda qıl kişlüm
(4)Ayğır malı, ayğır verüb alduğım 
(5) [Ağ] tozlu qatı yayum. 
(6)Buğa verüb alduğum 
(7)Boğma kirişüm
(8)Buŋlu yerdə qodum gəldüm 
(9)Otuz toquz yoldaşum, iki arğışum (D. 109) 
“Uc uca gərdiyim 
Büsbütün hissələrini bir-birinə keçirib (kirişləyib) qoyduğum 
Yağı yurdu ilə alış-verişimdən əldə etdiyim  
Qıldan toxunmuş oxqabılı [yayım] 
Bir ayğır və bir neçə dişi atdan ibarət kiçik ilxı verib aldığım 
Dəstəyinə ağ qayın ağacı qabığı sarılan sərt yayım 
Buğa verib aldığım boğma kirişim 
Sıxıntılı yerdə qoydum gəldim 
Otuz doqquz yoldaşımı, iki sarvanımı”. 


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     11 
 
 
II.  “Dədə  Qorqud  kitabı”nın  nəşrlərindəki  qüsurlu  mənzum  parçalardan 
biri də XI boyda kafirlərin əlində dustaq olarkən Qazan xanın dilindən söylənil-
miş soylamanın mətnidir. Bu boyda kafirlərin onları öyməsi təklifinə cavab ola-
raq Qazan xanın dilindən “Qazan bir dəxi soylamış, aydur” cümləsi ilə bir-birin-
dən  ayrılan  silisilə  soylamalar  (6  mənzum  parça)  verilmişdir.  Bu  soylamalarda 
həm Qazan xanın özü, həm də düşmənləri haqqında ətraflı məlumatlar əks olun-
muşdur.  Soylamalar  silsiləsində  oxunuşu  ən  çox  mübahisə  doğuran  məqamlar 
III  soylamadadır.  Arqıc  Qırda  yayqanur  ümman  dəŋizində  misrası  ilə  başlayan 
mənzum parçaya sistemli  yanaşılmamış, katib xətaları kifayət qədər həssaslıqla 
diqqətə  alınmamışdır.  V.V.Bartold  bu  soylama  haqqında  yazır:  “Bu  mətn  par-
çası  çox  çətin  tərcümə  olunur,  çoxlu  anlaşılmaz  sözlər  işlədilmişdir.  Ola  bilsin 
ki, həmin sözlər dastanın əlyazmasında təhrif olunmuşdur” (4, 278). V.V.Bartol-
dun  qeydlərində  müəyyən  həqiqət  vardır:  həmin  parçadakı  sözlərin  yazılışında 
bir  sıra  çatışmazlıqlar  mövcuddur.  Lakin  bu,  mətnin  anlaşıqlığını  zədələyən 
yeganə amil deyil. Naşirlərin yanlış oxunuş variantları seçmələrini də bura əlavə 
etmək lazımdır. 18 misradan ibarət olan soylamanın daha çox I-IX misralarında 
oxunuş  xətalarına  rastlanır.  Bir  sıra  hallarda  bu  misralardakı  sözlər  oxuna 
bilmədiyi  üçün  sual  işarəsi  ilə  buraxılmış,  bəzi  nəşrlərdə  mətnə  süni  düzəlişlər 
edilsə  də,  dəqiq  elmi  nəticələr  əldə  edilməmişdir.  Həmin  düzəlişlərin  səmərəli 
nəticə  verməməsini  mətnin  ümumi  məzmununun  diqqətə  alınmaması,  sözlərin 
yanlış  oxunması  halları  ilə  izah  etmək  olar.  Bütün  bunlarla  əlaqədar  olaraq 
soylamanın hər misrasını və bu misralardakı sözləri ayrılıqda nəzərdən keçirərək 
ümumi məzmunu müəyyənləşdirməyi daha münasib üsul hesab etdik. 
1. Arqıç Qırda yayqanur ümman dəŋizində  
Abidədə  iki  yerdə  işlənmiş  arqıc  ﺞﯿﻗرآ  sözünün  (Arqıc  Qırda  yayqanur 
ümman  dəŋizində;  Arqıc  Qırda  döndürdügüm,  mərə  kafir,  sənüŋ  babaŋ)  qar-
şısında M.Ergin tədqiqatının “İndeks / Gramer” adlanan ikinci hissəsində heç bir 
izah  vermədən  sual  işarəsi  qoymuş  (9,II,  19),  sadələşdirdiyi  mətndə  isə  arkaç 
şəklində  oxuyaraq  ona  tərəddüdlə  “sürü  yatağı,  (belki)  kuzey”kimi  şərh  ver-
mişdir.  O.Ş.Gökyay  mətnə  əlavə  etdiyi  lüğətdə  sözü  “Yazın  sürünün  istirahat 
ettiği  yer”  və  V.V.Radlov  lüğətindəki  arkaç  sözünə  istinadən  “dağ  yamacı,  bir 
dağın eteği, dağın yastığı olan sırtı” (12,165-166), sadələşdirdiyi mətndə “geniş” 
və “engin” şəklində izah etmişdir. F.Zeynalov və S.Əlizadənin sadələşdirdikləri 
mətndə arqıc qır ifadəsi “qayalıq” və “dağ-daş” kimi şərh olunmuşdur (10, 216). 
M.S.Kaçalin  M.Ergin  nəşrində  olduğu  kimi  arqıc  sözünün  “kuzey”  mənasında 
işlənə biləcəyi ehtimalını dilə gətirmişdir (15, 171). “Arqıc Qırda yayqanur üm-
man dəŋizində / Sarp yerlərdə yapılmış kafir şəhri” və “Arqıc Qırda döndürdü-
güm,  mərə  kafir,  sənüŋ  babaŋ”misralarında  işlənmiş  arqıc  sözü,  fikrimizcə, 
“ada” mənasındadır. Bu məna sonrakı misranın məzmunundan da anlaşılır: Ka-
fir şəhəri dənizdə  salınmışdır. Lakin açıq dənizdə şəhər salmaq  mümkün deyil; 
bunun üçün dənizdə müəyyən quru parçası, ada olmalı idi. Türk dillərində “ada” 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə