Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə9/69
tarix16.11.2017
ölçüsü5,05 Kb.
#10691
1   ...   5   6   7   8   9   10   11   12   ...   69

Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     18 
 
 
çabat (çap- feilindən), bıçaq yerinə kəsərqoyun yerinə maŋramaat yerinə ulak 
yaxud binitqılınc yerinə karu və başqa bunlara bənzər bir çox sözlər işlədirlər.  
Məhz bunun nəticəsində bu türk boylarında yalnız qadınların işlətdiyi sözlərdən 
ibarət olan xüsusi leksik təbəqə yaranmışdır. Qırğız, altay və saqay qadınlarının 
qadağan  edilmiş  sözləri  başqa  sözlərlə  dəyişdirmək  məharətləri  heyrət  doğur-
maya  bilmir.  Ən  həyəcanlı  dəqiqələrdə  belə  qadınlar  qadağan  olunmuş  sözləri 
sinonimləri  və  ya  o  sözün  məzmununu  ifadə  edən  başqa  bir  sözlə  əvəz  edə 
bilirlər (14, 359). Müəllifə görə, əsl adı Məhəmməd Tarakay olan Uluğbəyin bu 
adla  tanınmasına  Əmir  Teymurun  atasının  adının  Məhəmməd  Tarakay  olması 
səbəb olmuşdur. Qadınlar üçün çağırılması  yasaq olan Məhəmməd Tarakay adı 
Uluğbəy “böyük bəy” adı ilə əvəz olunmuşdur. A.N.Samoyloviç altay qadınları-
nın  42  fərqli  söz  işlətdiyini  qeydə  almışdır.  Bir  çox  tədqiqatçılar,  o  cümlədən 
N.İ.İlminski,  V.V.Radlov,  N.P.Dırenkova,  A.N.Samoyloviç  və  b.  qazax,  qırğız 
və  altaylarda  qurd,  qoyun,  çay,  ağac  və  s.  yasaq  sözləri  birbaşa  (düzgün)  işlət-
mədən çayın o biri tərəfində qurdun qoyuna hücum etdiyini qadının qayınatasına 
necə bildirməsi ilə bağlı məşhur lətifənin müxtəlif variantlarını yazıya almışlar. 
Həmin  lətifənin qazax variantını  A. İnan bu şəkildə təqdim  edir: “Kurtkoyun
tüfekırmakormanbıçak kelimelerini söylemesi yasak olan bir genç kadın ır-
mak  yanında bir kurdun koyunlardan birini  yakaladığını görmüş ve sarkırama-
nıŋ  (ırmağın)  öteki  tarafında,  gölgelinin  (ormanın)  bu  yanında  uluma  (kurt) 
maŋramayı  (koyunu)  yakalamış  . Tars  ederle  (tüfekle) keseri  (bıçağı)  getiriniz 
diye  bağırmış” (14, 359). Altay  variantında  isə qadın öz fikrini  belə  ifadə edir: 
Ağaçınıŋ o yanında, çığaçınıŋ tözündə uluçu maraçınıŋ balazın yip-turu “Axa-
nın  (çayın)  o  tərəfində  çıxanın  (ağacın)  dibində  ulayan  (qurd) mələyənin  (qo-
yunun)  balasını  yeyir”  (28,  161).  Qazaxlarda  gəlinin  qayınatası  və  qayınanası 
tərəfindən  qohumlarının  adlarını  və  bu  adlara  bənzəyən  adları  çağırmasına  qo-
yulmuş  qadağan  daha  ciddi  qorunurdu.  Gəlinin  əri  tərəfindən  qohumlarının  bi-
rinin  adı  Məhəmməd  olarsa,  kəlimeyi-şəhadət  söylərkən  belə  həmin  adı  çağır-
mağa  onun  ixtiyarı  yox  idi,  onu  başqa  bir  sözlə  əvəz  etməli  idi.  Bütün  bunlar 
kafir  qız-gəlinlərinin  tərs  çağırmalarının  səbəbini  aydınlaşdırmağa  imkan  verir. 
Görünür ki, etnoqrafik hadisə kimi qadınların dilinə qoyulmuş tabu oğuzlarda o 
qədər  də  yayılmamışdı.  Buna  görə  də  Qazan  xan  soylamasında  bunu  kafirlərin 
(müsəlman  olmayan  qıpçaq  və  ya  peçeneklərin)  qız-gəlinlərinin  mənfi  cəhəti 
kimi xüsusi şəkildə nəzərə çarpdırır.  
7. Altun aşıq oynar sıncıl anuŋ bəgləri.  
Buradakı sıncıl anuŋ ifadəsi mövcud nəşrlərdə Sancıdanıŋ Sancıdanuŋ 
/  Suncıdanıŋ  şəkillərində  yer  adı  kimi  oxunmuş  və  indiyə  qədər  coğrafi 
koordinatları  müəyyənləşdirilməmişdir.  Güman  edirik  ki,  mətndə  ﮏﻧا  ﺪﺠﻨﺻ 
şəklində  verilmiş  birləşmənin  ﺪﺠﻨﺻ  sıncıd  kimi  oxunan  I  tərəfinin  yazılışında 
səhvə  yol  verilmişdir;  qrafik  kompleksin  sonundakı  dəl  hərfi  yerinə  ləm  hərfi 
olmalıdır:  ﻞﺠﻨﺻ  .  Bu  hərflər  yazılışca  bir-birinə  yaxındır.  Qaynaq  nüsxədə  ləm 


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     19 
 
 
hərfinin  yuxarıya  doğru  qalxan  çıxıntısı  kiçik  olduğu  üçün  köçürmə  zamanı 
katib  ləm’i  dəl  kimi  oxumuş  və  bu  şəkildə  də  mətnə  daxil  etmişdir.  Əslində, 
birləşmə  ﮏﻧا  ﻞﺠﻨﺻ  şəklində  yazılmalı  idi.  “Dədə  Qorqud  kitabı”nın  əlyazma 
nüsxələrində  söz  sırası  ilə  bağlı  müasir  dildən  fərqli  spesifik  bir  xüsusiyyət  də 
diqqəti  cəlb  edir.  Dastanın  bir  sıra  boylarında  I  tərəfi  şəxs  əvəzlikləri  ilə  ifadə 
olunmuş  III  növ təyini  söz  birləşmələrinin  tərkibində  işlənməli  olan  söz  birləş-
mənin  əvvəlinə  keçirilir:  keçmiş  mənüm  günüm  “mənim  keçmiş  günüm”  (D. 
54); tutar mənüm əllərüm “mənim tutar əllərim” (D. 157); şahin bənüm quşum 
“mənim şahin quşum” (D. 42); ağca mənüm köksüm “mənim ağca köksüm” (D. 
162); tatlu mənüm canum “mənim dadlı canım” (D. 166); atlu batub çıqamaz 
anuŋ  balçığı  “onun  atlı  batıb  çıxa  bilməyən  palçığı”  (D.  175).  M.Ergin  bunu 
dastanın nəzm dilinə məxsus spesifik xüsusiyyət kimi dəyərləndirir (9, II, 471). 
Həqiqətən  də,  bu  cür  fərqli  sintaktik  sıralanmaya  yalnız  soylamalarda  təsadüf 
edilir.  Sıncıl  sözünün  kökü olan  sın  sözünə  “Ət-töhfə”də  “büt”  mənasında  rast 
gəlinir  (33,  2350.  V.V.Radlov  lüğətində  bu  söz  “daş  büt”  və  “qəbirüstü  daş” 
mənalarında qeydə alınmışdır (25,IV, 1, 628). -cıl şəkilçisi  leksik  formant kimi 
adlara  qoşularaq  “bir  şeyə  və  ya  əlamətə  meyil  edən;  vərdiş,  adət,  fəaliyyət” 
mənalarında  sifət  düzəldir.  Şəkilçiyə  bu  mənada  bir  çox  türk  dillərində  geniş 
şəkildə  təsadüf  edilir:  azərb.  hörmətcil,  zarafatcıl,  söhbətcil,  ölümcül,  ardıcıl  
türk.  anacıl,  babacıl,  balıkçıl,  tavşancıl,  akçıl,  gökçül;  türkm.  qayğıçıl,  ukıçıl 
“yuxucul”;  qırğ.  arapçıl,  janıçıl  “yenilikçi”,  jaançıl  “yağışlı”;  başğ.  xucalıksıl 
“təsərrüfatcıl”,  hönersel  ;  qazax.  kımızşıl,  zanşıl  “qanunpərəst”,  menmenşil 
“mənəm-mənəm deyən” və s. M.Kaşğarlı divanında da bir neçə sözdə bu şəkil-
çiyə rast gəlmək mümkündür: tüpcil yer “qasırğaya meyilli, qasırğalı yer”, igcil 
“xəstəliyə  meyilli,  xəstə”və  s.  Bu  halda  sıncıl  sözü  “bütə  meyilli,  bütpərəst” 
mənası  ifadə  edir.  Sıncıl  anuŋ  bəgləri  ifadəsi  yuxarıdakı  nümunələrlə  analoji 
söz  sırasına  malikdir:  sıncıl  anuŋ  bəgləri  =  anuŋ  sıncıl  bəgləri.  Misranın 
ümumi məzmunu: Altun aşıq oynar onun bütpərəst bəyləri. 
8.  Altı  qatla  Oğuz  vardı,  alımadı  “Altı  dəfə  Oğuz  bu  şəhərin  üzərinə 
hücum etdi, amma onu ala bilmədi” 
9-10. Ol qəl’əyə altı baş ərlə mən Qazan vardum / Altı günə qomadum, anı 
aldum
Buradakı baş sözü bütün nəşrlərdə numerativ söz kimi “nəfər” mənasında 
izah  edilmişdir.  Dastanın  başqa  bir  yerində  də  bu  sözə təsadüf  edilir:  Qırq  baş 
qul, qırq qırnaq oğlu Uruz başına azad eylədi (D. 65). Bu nümunədə baş sözü-
nün “nəfər” mənasında işlənməsi heç bir şübhə doğurmur. Lakin altı baş ər “altı 
nəfər ər” ifadəsi ən azından belə bir sual doğurur: Bütün Oğuz tayfası igidlərinin 
altı dəfə  hücum edərək ala bilmədiyi qalanı Qazan altı  nəfərlə  necə tutmuşdur? 
Doğrudur,  bu,  dastan  mətnidir  və  burada  şərtiliklər,  mübaliğəli  ifadə  forması 
mümkündür. Ancaq  mübaliğənin də  məntiqlə  izah oluna bilən bir ölçüsü olma-
lıdır.  Digər  tərəfdən,  müasir  Azərbaycan  ədəbi  dilində  baş  numerativi  yalnız 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə