Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə29/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   25   26   27   28   29   30   31   32   ...   85

Nübar Həkimova ___________________________________  
 
 
112 
təzyiqini  tənzimləyir,  xəstədə  iştahanı  artırır,  onu 
gümrahlaşdırır. 
Göy öskürək xəstəliyinə tutulanlara gülxətmini dəmlə-
yib  çay  dəmini  içmək  məsləhətdir.  Gülxətmi  suyu  ilə  başı 
yuduqda saç tökülmür, dibində qov (kəpək) əmələ gəlmir. 
Zahı  qadınların  döşündə  süd  vəzilərinin  iltihabı  vaxtı, 
duranda qəfildən onu soyuq su, əşya toxundurmaqla səksən-
dirmək  və  ya  qarağat  qabığını  qaynadıb  məlhəm  kimi  döş 
nahiyəsinə yaxmaq məsləhətdir. 
Beyin  silkələnməsinin  müalicəsi  üçün,  xüsusilə,  şid-
dətli beyin, əmgək  ağrılarından  əziyyət çəkən xəstələrin tez 
sağalması üçün 40 ədəd qozu (cəvizi) iyun ayının 15-i ilə 25-
i  arasında  dərib  onu  təmiz  yumalı,  yaxşı  silib  ətçəkən 
maşında  çəkməli.  Sonra  onu  3  litrlik  bankaya  doldurub, 
üzərinə  1  kq  şəkər  tozu  (pesok)  tökməli.  Bankanın  ağzını 
möhkəm  bağlayıb,  ən  tezi  bir  həftədən  sonra  (bu  qəbil 
bankanı  bir  il  ağzı  qapalı  saxlamaq  olar.  O  öz  müalicə 
əhəmiyyətini  itirmir)  səhər,  günorta,  axşam  yeməyindən 
qabaq hər dəfə bir çay qaşığı qəbul etmək məsləhətdir. 
Sümükdə  çat  olanda  yumurtanın  sarısını  un  və  bal  ilə 
qarışdırıb,  çat  olan  yerə  yaxmaq  məsləhətdir.  Bu,  sümüyün 
bitişməsinə yaxşı təsir edir. 
Bel ağrısından əzab çəkənlərə qara saqqızı mumla qa-
rışdırıb, ağrı olan yerə bağlamaq məsləhətdir. 
Bədəndə tez-tez keyimə olanda, onu gicitkənlə  ovmaq 
məsləhətdir. 
Ürəyi  ağrıyan  adama  dəvədabanını  qaynadıb  həlimini 
vermək (içirtmək) məsləhətdir. 
Öd kisəsində daş olan adamlara itburnu meyvəsini qay-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
113 
nadıb həlimini içmək məsləhətdir. 
Dişi  ağrıyan  adama  məsləhətdir  ki,  ağrıyan  dişin  üzə-
rinə mixək qoysun. 
Göy  öskürək  xəstəliyinə  tutulanlara  at  və  eşşək  südü 
içmək məsləhətdir. 
Sətəlcəm  olan  adama  gülxətmini  qaynadıb  suyunda 
çimmək və onu dəmləyib içmək məsləhətdir. 
Zob xəstəliyinə tutulanlara bağayarpağını dəmləyib iç-
mək və qaynadılmış yarpağından zob olan yerə təpitmə qoy-
maq məsləhətdir. 
Böyürtkən  kökünü  qaynadıb  dəmləməsini  içmək  öd 
kisəsində  olan  daşı  tökür,  saçları  tez  ağarmasının  qarşısını 
alır, gözə işıq verir, görmə qabiliyyətini yaxşılaşdırır. 
Babasil  xəstəliyinə  tutulanlara  böyürtkən  yemək,  şirə-
sini içmək çox faydalıdır. 
Qərənfili  dəmləyib  içmək  zehni  artırır,  hafizəni  qüv-
vətləndirir. Mədə-bağırsaq xəstəliyinə də yaxşı təsir göstərir. 
Qızılgülün  şirəsi  gözün  işığını  artırır.  Hər  iki  cinsdə 
gümrahlıq  yaradır,  aktivliyi  artırır.  Mədə-bağırsaq  xəstəli-
yinə yaxşı təsir edir. 
Arıq,  zəif  adamlara  kökəlmək  üçün  qırx  gün  cirə  ilə 
əncir yemək məsləhətdir. 
Ürək-damar  xəstəliyi  olanlara,  dalağı  şişənlərə,  təng-
nəfəs olanlara əncir yemək, şirəsini içmək məsləhətdir. 
Zeytunun  göy  yarpağını,  körpə  budağını  həvəngdəs-
tədə döyüb, ağrıyan yerə yaxmaq babasil xəstəliyinə olduqca 
yaxşı təsir edir. 
Qaraciyəri  ağrıyanlara  şanı  üzümü,  yarpız  çiyidi 
(tumu),  bişmiş  çuğundur  yemək  və  hil  qatılmış  çay  içmək 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
114 
məsləhətdir. Bu, xəstəliyin müalicəsini asanlaşdırır. 
Barmağına  dolama  çıxan  adama  bir  kasa  qatığı,  bir 
dəstə  yarpızı,  bir  baş  soğanı,  bir  parça  sabunu,  50  qram 
yağda  5  dəqiqə  odun  üstündə  qaynatdıqdan  sonra  ağrıyan 
yerə yaxmaq məsləhətdir. Bu, müalicəni tezləşdirər. 
Qoturluq  xəstəliyinə  tutulanlara  15-20  gün,  gündə  bir 
dəfə  qoz  yarpağını  qaynadıb,  onun  suyunda  30-35  dəqiqə 
vanna qəbul etmək məsləhətdir. 
Təngnəfəs  (astma)  xəstəliyinə  tutulanlara  papiros  çək-
mək,  içki  içmək  olmaz.  Hər  gün  yeməkdən  əvvəl  üç  dəfə 
itburnunu  qaynatdıqdan  sonra  onun  ilıq  suyunu  içmək 
məsləhətdir. Yeməkdən əvvəl gündə üç dəfə qızılgül, itburnu 
və  ya  tərxun  kökünü  qaynadıb  ilıq  suyundan  100  qram 
içmək  də  məsləhətdir.  Müalicəsi  effektli  olur.  Saç  tökül-
məsinin qarşısını almaq üçün narı dənələyib, 2-3 gün sirkədə 
saxlayıb,  ayı  piyi  və  qara  noxud  suyu  ilə  qaynadıb  saçın 
dibinə möhkəm-möhkəm sürtmək məsləhətdir. 
Ürəyi  şiddətlə  döyünən,  ağrıyan  adamlara  100-150 
qram albalının tumunu çıxarıb xırda-xırda doğrayıb, onu ye-
miş  (qovun)  tumu  ilə  qaynadıb,  3  gün  ağzı  örtülü  qaranlıq 
yerdə  saxlayıb,  sonra  içmək  məsləhətdir.  Bu,  ürək  ağrısını 
sakitləşdirməyə olduqca yaxşı təsir edir. 
Saçı  tökülən  adamlara  ilan  qabığını  yandırıb,  külünü 
zeytun  yağı  ilə  qarışdırdıqdan  sonra,  başına  yaxmaq  məslə-
hətdir. Bu, yalnız saçın tökülməsinin qarşısını almır, həm də 
təzə tük gətirmək xassəsinə malikdir. 
Sarı  yaradan  əzab  çəkənlərə  quru  nar  qabığını  əzib, 
nehrə yağı və süd üzü ilə qarışdırıb, yaranın üzərinə yaxmaq 
məsləhətdir. Müalicəsi effektli olur. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
115 
Qol, qıç, el, ayaq, bel ağrılarından əziyyət çəkən adam-
lara  kişidirsə  –  dişi  keçi,  qoyun,  qadındırsa  –  erkək,  dıbır, 
qoçun  isti-isti  dərisinə  girmək  məsləhətdir.  Müalicə 
əhəmiyyəti effektlidir. 
Ağciyəri  ağrıyanlara  çiy  yumurta,  çiy  qoyun,  erkək, 
əmlik quyruğu və isti-isti sağılmış köpüklü inək südü içmək 
məsləhətdir. 
Ürək döyüntüsündən tez-tez əzab çəkən adama hər gün 
səhər,  günorta  və  axşam  yeməkdən  əvvəl  yarım  stəkan 
qızılgül suyu içmək məsləhətdir. 
Ürəkkeçməsi olan adama süsən iylətmək məsləhətdir. 
Ürək  döyüntüsündən  əziyyət  çəkənlərə  almanın  içini 
çıxarıb, boş qalan  yerə zəfəran doldurub  və onu qoxulamaq 
məsləhətdir. Bu, ürək döyüntüsünün qarşısını alır. 
Saçı tökülən adamlara bir həftə, hər gün narın dənələri-
ni ehmalca çıxarıb,  yerinə ayı piyi və zeytun  yağı doldurub, 
sonra onu ocaqda isidib, həmin yağı saçın diblərinə sürtmək 
məsləhətdir. Bu, saçın tökülməsinin qarşısını alır. 
Sətəlcəm  olanların  müalicəsi  üçün  paxla  ununu  gül 
yağı  ilə  həll  edib,  xəstəyə  içirtmək  məsləhətdir.  Bu,  xəstə-
liyin sağalmasına çox kömək edir. 
Sarılıq  keçirən  adamlara  xəstəliyi  zamanı  inək  südü, 
badam  yağı,  turş  və  şirin  nar  şirəsi,  turş  alma  şirəsi  qəbul 
etmək məsləhətdir. 
Başı  ağrıyan  adamlara  zəncəfil  şirəsini  küncüt  və  gül 
yağı  ilə  qarışdırıb  başına  sürtmək  məsləhətdir.  Bu,  başda 
olan şiddətli ağrıların qarşısını alır. 
Ağzından xoşagəlməz iy gələn adamlara hər gün səhər 
və  axşam  naringinin  dənəsini  qaynadıb  onun  suyu  ilə  ağzı 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə