Nübar Həkimova ___________________________________
120
dər, şərəfsiz ölüm dalınca getməz.
Aqillərin inamına görə: kişi gözlərinə inanar, hər ye-
təndən eşitdiyi sözlərə inanmaz.
Aqillərin inamına görə: Allaha, peyğəmbərə, Qurana,
qibləyə inamsız olan, imansız olar (ölər).
Aqillərin inamına görə: elmə zalım olandan alim ol-
maz.
Aqillərin inamına görə: tamahına təh deməyən, halalı
söyər, haram yeyər, hamıya böhtan deyər.
Aqillərin inamına görə: ayaqqabını, corabmı taykeş,
tərs geyinənin uğuru xeyir tapmaz, işi tərsinə dönər.
Aqillərin inamına görə: oruc tutan, namaz qılan azar-
bezarsız yüzü haqlayar.
Aqillərin inamına görə: bütün fəsillərdə ağsoğlaq,
sarımsaqlı sıxma pencər, tünd sarımsaqlı xəngəl, başayaq, sa-
rımsaqlı qatıq, sarımsaq turşusu-tutması yeyən adamın göz na-
hiyəsində qızartı olmaz, dişləri, diş yuvaqlarının əti şişməz,
ağrımaz, ağız nahiyəsində xora, səpinti olmaz, mədə-bağırsağ-
da qurd olmaz, yaman-şiş (xərçəng) xəstəliyinə tutmaz. Dır-
naqları qırılmaz, iştahası, görmə qabiliyyəti artar, canı sağlam
olar, boy vəziləri inkişaf edər, saçı gec ağarar, tez tökülməz.
Aqillərin inamına görə: murdar olmuş ət yeyən adamı
qurdeşənək (etzema) tutar.
Aqillərin inamına görə: baş saçında bit, sirkə, sinək
olanın başını bir həftə, gündə bir dəfə çuğundur suyu ilə
yuyub-daramaq məsləhətdir.
Aqillərin inamına görə: saç dibinin möhkəm olması
üçün üç gündən bir gicitkəni qaynadıb, suyu ilə başı yumaq
məsləhətdir.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
__________________________________ Nübar Həkimova
121
Aqillərin inamına görə: saçın uzun müddət qara
qalması, ağarmaması üçün qatıq-ayranla saçı üç gündən bir
yumaq məsləhətdir.
Aqillərin inamına görə: ananın südü halal olanda,
övladının dolanışı cah-calal olar.
Aqillərin inamına görə: ananın südü haram olanda,
övladının ürəyi vərəm olar.
Aqillərin inamına görə: anaya əl qaldıran, üzərinə el
qaldırar.
Aqillərin inamına görə: ata-anasını söyən övlad, ata-
ana olanda peşman olub başına döyər.
Aqillərin inamına görə: ata-anasını yerli-yersiz mə-
yus edən övlad, dəyyus olar.
Aqillərin inamına görə: ailədə, cəmiyyətdə ilahi ix-
tiyar sahibi olan ananın övladı bəxtiyar olar.
Aqillərin inamına görə: qadın ərini bəy, övladlarını
öy edər.
Aqillərin inamına görə: ailədə nikahı olmayan qadı-
nın gördüyü hər iş günahdır.
Aqillərin inamına görə: qadın ev-eşikdə qoçaq olsa,
əri evdən qaçaq olmaz.
Aqillərin inamına görə: yaxşı ər-arvad halal zəhmətlə
yaşayar, pis ər-arvad tənə-töhmətlə.
Aqillərin inamına görə: yaxşı ər-arvad ailədə bir-
birinə yoldaş-sirdaş olmalıdır.
Aqillərin inamına görə: ər-arvad ailədə bir-birilə xoş-
rəftar olmasa, ailə üzvləri bir-birilə bədrəftar olar.
Aqillərin inamına görə: qadın-ana cəmiyyətin dərs
kitabıdır, tənə-tərs kitabı deyildir.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Nübar Həkimova ___________________________________
122
Aqillərin inamına görə: başmağı cüt olmayan qadı-
nın, kündəsi küt olar.
Aqillərin inamına görə: ana qədrini bilməyənin, məh-
şər gününə qədər üzü gülməz.
Aqillərin inamına görə: qadın ərinin başına gül də
tökə bilər, kül də.
Aqillərin inamına görə: süfrə başında əlini çörəyə
uzadan bismillah" deyərsə, işi avand olar.
Aqillərin inamına görə: ağıllı adam ailəsini dolandır-
maq üçün qəpik-quruşa çalışar, axmaq-ağılsız adam çəpiyə.
Aqillərin inamına görə: hər deyilən sözə inanan, el-
obada qınanar.
Aqillərin inamına görə: həqiqət harada, ədəb-ərkan,
ləyaqət də orada.
Aqillərin inamına görə: insan dünyanın gəlimli, ge-
dimli, son ucu ölümlü olduğunu bilsə də, yenə də tikir-qurur,
tikdiyi abidələr gələcək nəsillər üçün əvəzsiz töhfə kimi durur.
Aqillərin inamına görə: sərxoşluğa qoşulub içki içən,
var-dövlətinin, ismət-qeyrətinin başından keçər.
Aqillərin inamına görə: yaxşı qadın evin istisi, pis
qadın göz tökən tüstüsüdür.
Aqillərin inamına görə: ananın baş ləçəyi, ağbirçəyi
müqəddəsdir, qan yatızdırar.
Aqillərin inamına görə: ağbirçək baş şalını, ağsaqqal
çəliyini ən ağır döyüşdə, dava-dalaşda qan töküləndə, ortaya
– tərəflərin ayağı altma atarsa, mütləq hər şey sülh ilə bitər.
Nə şalın, nə çəliyin üzərindən addamazlar, tapdalamazlar.
Aqillərin inamına görə: kim əncir, xan çinar ağacla-
rını ocaqda yandırarsa, onun uğuru xeyir tapmaz, çörəyinin
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
__________________________________ Nübar Həkimova
123
bərəkəti olmaz, ailə qan-qarğışa səbəb olar. Ailədə yeddi
arxadan dolananın biri mütləq kor olar. Bu ağaclar elat
aqillərinin təsəvvüründə ocaq – müqəddəs sayılır.
Aqillərin inamına görə: kəskin sinə, oynaq ağrıların-
dan, qan təzyiqi yuxarı olub, əziyyət çəkənlərə, görmə qa-
biliyyəti zəif olanlara, tez-tez ürək döyüntülərindən əziyyət
çəkənlərə 1 kq qoz ləpəsini, 1 kq bal, 1 qram zəfəran, 0,5
qram sarı-kök, hil, mixək və 3-4 hind qozunu əzib yarım
stəkan qaynadılmış suda qarışdırıb hər gün (15-20 gün)
səhər-səhər acqarına bir qaşıq udmaq məsləhətdir. Bu həm
də qadın və kişiləri fizioloji cəhətdən aktivləşdirir.
Aqillərin inamına görə: 24 ədəd limonu, 200 qram
sarımsağı ətçəkən maşından keçirməli (qədimlərdə bu hə-
vəngdəstə ilə döyülərdi), sonra onu iri bankaya doldurmalı,
ağzını qapayıb qara parçaya bükməli, soyuducunun alt
gözündə 10 gün saxlamalı, hər gün səhər-səhər acqarına
ondan bir çay qaşığı udmalı. Bu şiş-xərçəng-yaman, daxili
hillət, oynaq (qol-qıç, əl-ayaq bel) ağrılarını, həddən çox
piylənməni müalicə edir və qarşısını alır. Qadın və kişilərdə
fizioloji aktivliyi artırır.
Aqillərin inamına görə: yel xəstəliyindən, oynaqların-
da küt ağrılar, sızıntılar olan, ürək döyüntülərindən əziyyət
çəkənlərə məsləhətdir ki, alma sirkəsini adi qaynanmış
soyuq su ilə qarışdırıb hər gün (10 gün) yeməkdən qabaq 1
stəkana 10 çay qaşığı, sonra (10-15 gün) isə alma sirkəsi
olan 1 stəkana 5 çay qaşığı qarışdırıb içmək məsləhətdir.
Aqillərin inamına görə: yarım litr arağı tən yarı bö-
lüb, onun qalan yarımçığını sarımsaq dişlərini tən yarı bölüb
ağzına qədər doldurub, normal otaq havası şəraitində 21 gün
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Dostları ilə paylaş: |