Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə34/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   30   31   32   33   34   35   36   37   ...   85

__________________________________ Nübar Həkimova 
 
 
131 
sində  yara  olarsa,  bir  neçə  gün  yabanı  yarpız  şirəsi  ilə  ağzı 
qarqara  etmək  məsləhətdir.  Yarpızı  yuyub,  hər  gün 
yeməkdən əvvəl çeynəyib udmaq da xeyirlidir. 
Aqillərin  inamına  görə:  şəkər  xəstəliyindən  əziyyət 
çəkən  adamlara  balqabağı  (boranını)  ətçəkən  maşından  ke-
çirib  şirəsini  gündə  üç  dəfə,  yeməkdən  əvvəl  yarım  fincan 
içmək məsləhətdir. 
Aqillərin  inamına  görə:  qan  təzyiqi  yuxarı  olan 
adamlara şəkər çuğundurunu ətçəkən maşından keçirib sonra 
süzüb  ona  bir  çay  qaşığı  bal  qatıb  gündə  3  dəfə,  yeməkdən 
əvvəl bir fincan içmək məsləhətdir. Bu cür türkəçarə müalicə 
qan təzyiqini aşağı salır. 
Aqillərin  inamına  görə: gecə pis  yuxu görən kəs  yu-
xusunu sübh  tezdən suyun axarına  tutub  söyləsə, su pis  yu-
xunu yuyub aparar, pis söz, pis göz yuxu görənin ailəsindən 
uzaq olar. Əgər, o, yaxşı yuxu görübsə, yenə də sübh tezdən 
axar  su  üstünə  gedib,  yuxusunu  söyləsə,  yuxu  görənə  və 
onun ailəsinə xoşbəxtlik üz verər. 
Aqillərin  inamına  görə:  yuxunu axşamüstü,  şər qarı-
şanda, gecə danışmazlar. Danışılsa, yuxu danışan şərə düşər, 
xeyir tapmaz. 
Aqillərin inamına görə: ürəyində niyyət tutub yola çı-
xan kəs  yatmamışdan və səhər tezdən qızılgül ilə bənövşəni 
dəmləyib içsə, niyyəti baş tutar. 
Aqillərin  inamına  görə: kim Novruzda il təhvil olar-
kən  ürəyində  niyyət  edib  xan  çinarın  dibində  otursa,  əlini 
onun  gövdəsinə  sürtüb  üzünə,  gözünə,  sinəsinə  vurarsa, 
niyyətini çinara söyləsə, niyyəti baş tutar, darda qalmaz. 
Aqillərin  inamına  görə:  Novruzda  doğulan  uşağın, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
132 
ərə gedən qızın dodağına səməni şirəsi çəkib, ürəyində niy-
yət tutsan, niyyətin qəbul olunar. 
Aqillərin inamına görə: səmənini hara gəldi atmazlar, 
ocaqda  yandırmazlar.  Əks  halda  onu  yandıran,  bayıra  atan 
adamı  il  boyu  xeyir,  bərəkət  tapmaz.  Səmənini  pak  su  olan 
yerə yaxın qoyar və ya axar suya atarlar. Belə olarsa, həmin 
adamın evindən bərəkət əksilməz. 
Aqillərin  inamına  görə: qayınana ilk dəfə erkək bala 
doğmuş  düyə  bulamasını,  Novruzda  niyyət  edib  hamilə 
gəlininə,  qızına  yedizdirsə  oğlu,  dişi  bala  doğan  düyə  bula-
ması verərsə qızı olar. Belə uşaqlar inama görə ayağı sayalı 
olar, ailəyə xoşbəxtlik gətirər. 
Aqillərin  inamına  görə:  ailə  başçısı,  ağbirçək  nənə-
ana  həftədə  bir  dəfə  evdə  üzərlik  yandırıb  ev-eşiyi,  paltar-
palazı,  ailə  üzvlərini  üzərlik  tüstüsünə  verərsə,  pis  söz,  pis 
göz, bədnəzər o ailədən iraq olar, evin bərəkəti artar. 
Aqillərin  inamına  görə:  ərə  gedən  qızı  süpürgə  ilə 
vurmaq olmaz, o qızın bəxti bağlanar. Beləsinin bəxtini aç-
maq  üçün  onu  mütləq  üzərlik  suyunda  çimizdirmək,  üzər-
liyin  kökü  qaynadılmış  sudan  üç  çay  qaşığı  sağ,  üç  çay 
qaşığı sol çiyninə, üç çay qaşığı isə başına töküb, qalan su ilə 
isə əl-üzünü yumaq lazımdır. Bu zaman aşağıdakıları demək 
lazımdır: – Ay Allah! Sən mənim bəxtimi, uğurumu açıq et. 
Azar-bezarı  məndən  uzaq  elə.  Haqq  yolunda  nəzir-niyaz 
verəcəyəm, yetim-yesir, kasıbı sevindirəcəyəm. 
Aqillərin  inamına  görə:  oynaq  ağrılarından,  duzlaş-
madan əziyyət çəkən xəstələrə 15-20 gün yüz bir zeytun yar-
pağını ilıq su ilə  yuyub bir litr suda dəmləmək: onu yemək-
dən  əvvəl  və  sonra  içmək  məsləhətdir.  Qalan  dəmləməni 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
133 
atmamaq, onu yenidən qızdırıb içmək olar. Bu qəbil müalicə 
yaxşı  nəticə  verir,  ağrılar  yox  olur,  duzlaşma  əriyir,  əhvali-
ruhiyyə yaxşılaşır. 
Aqillərin inamına görə: kim Novruzun son çərşənbə-
sində il təhvil olarkən aydınlıq gecədə axar sudan su götürüb 
onu  müqəddəs  –  təmiz  bir  yerdə  səhərəcən  saxlayıb  gün 
çıxanda,  səhər  yelinin  əsdiyi  vaxt  əkin-səpin,  bağ-bağçaya, 
evinin  doqqazına  çiləyərsə,  o  ili  həmin  ailənin  bəxti  uğurlu 
olar. Bağ-bağçasının barı çox, əkin-səpini məhsulu, taxılı bol 
və bərəkətli olar. 
Aqillərin  inamına  görə:  Qurban  bayramı  günü  kim 
niyyət  edib  kəsilən  qurbanlığın  ətinin  suyundan  bir  fincan 
(dolça)  içsə,  gələn  Qurban  bayramına  qədər  niyyəti  uğurlu 
olar, Allah tərəfindən qəbul olunar. 
Aqillərin  inamına  görə:  kim  Novruzun  son  çərşən-
bəsində gün çıxandan, ta o biri gün çıxana qədər ürəyində niy-
yət tutub yatmazsa, il təhvil olarkən axar sudan gətirilən sudan 
içib, əl-üzünü yuyarsa, ürəyində tutduğu niyyət qəbul olunar. 
Aqillərin  inamına  görə:  kim,  Novruzda  ilin  təhvilində 
əlində dolçada axar sudan gətirilən pak su ilə bayıra çıxıb, gör-
düyü  ilk  ulduza: –  "Ey  fələyin baxan gözü! Sən  mənim arzu-
istəyimi,  niyyətimi  uğurlu  elə,"  –  deyərsə  səhər  gün  çıxana 
kimi  yatmayıb,  dan  açılanacan  ulduz  cilvələnib,  pardaqlanıb 
ziyasını gur göstərərsə, həmin adamın niyyəti qəbul olunar. 
Aqillərin  inamına  görə:  kim  Novruzda  anadan  olan 
oğlan uşağı il təhvil verilərkən axar pak sudan gətirilmiş su ilə 
yalquzaq  ağzının  qıyası  və  diş  sümüyünün  ilıq  suyunda 
çimizdirilərsə,  o  uşağın  gözü  iti,  özü  sağlam,  qüvvətli,  uzun 
ömürlü,  bəxti  uğurlu  olar.  Getdiyi  uğurdan  yarıyan,  sözü 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə