Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/94
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48873
1   ...   11   12   13   14   15   16   17   18   ...   94

Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
50 
1547-ci  ildə  ġah  Təhmasibin  qardaĢı  Əlqas  mirzə  ġirvanda 
ona qarĢı qiyam edərək məğlubiyyətə uğradı və ġimali Qafqazdan 
keçməklə Krımın  Kəfə (Feodosiya) Ģəhərinə qaçdı,  oradan da  Ġs-
tanbula gedərək Sultan Süleymana sığındı
98
. AĢiq Çələbi öz təzki-
rəsində bu hadisəyə geniĢ yer vermiĢdir. Əlqas hələ Kəfəyə gələr-
kən  orada  xassə-əmini  vəzifəsini  tutan  azərbaycanlı  Ģair  Mir  Hü-
seyn Qəribi onu böyük ehtiramla qarĢılamıĢ və ona ziyafət vermiĢ-
di.  Təzkirəçi,  Sultan  Süleymanın  hüzuruna  gələrkən  ġirvan  valisi 
Əlqas mirzənin  görkəmini  “xəzan olmuĢ ağaca”  bənzədir. Tacın-
dan  və  taxtından  ayrı  düĢmüĢ  Ģahzadə  baĢı  açıq,  ayağı  yalın  bir 
halda  sultanın  hüzuruna  çıxmıĢ  və  sultandan  yardım  istəmiĢdir. 
Səfəvi Ģahzadəsini xoĢ qarĢılayan sultan ona nəqd pullardan, müx-
təlif  mallardan  və  nəfis  əĢyalardan  ibarət  hədsiz  miqdarda  hədiy-
yələr  təqdim  etmiĢdi.  Sultanın  hədiyyələri  arasında  qızıl  və  gü-
müĢdən hazırlanmıĢ, dürr və cəvahirlərlə bəzədilmiĢ zinət əĢyaları, 
cəbbəxana,  çadır,  çətir,  təbil,  ələm,  tac,  kəmər,  xalçalar,  qumaĢ 
parçalar, libaslar və s. sadalanır. Təzkirəçi bu hədiyyələrin həcmi-
nin xərvar-xərvar, qiymətinin isə ölçüyəsığmaz olduğunu göstərir. 
Bundan  əlavə,  Ģahzadənin  və  məiyyətinin  gündəlik  məsrəfləri 
üçün hər gün 100 florin ayrılmıĢ, ona xidmət üçün nökərlər veril-
miĢdi
99
.     
ġəmsi paĢa «Əlqas mirzə gəldükdə bu qəzəli dimiĢdür»: 
 
ġəha, qapunda bəndən oldı Əlqas, 
Qara bağrın qızılbaĢ etdi Təhmas. 
 
Səadət xatəmin görüb əlündə, 
Süleymansan, sənə ram oldı Xənnas. 
 
GünəĢ baĢ əgmədigiçün topuna, 
Kəsilməz gərdənindən tiğ-i almas. 
 
 
                                                 
98
  Ефендиев  О.  Азербайджанское  государство  Сефевидов  в  XVI  веке.  Баку:  Элм, 
1981, с. 85. 
99
 Кылыч Ф. Мешаирцш-шуара. s.60. 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
51 
Səfalar gəldi, qəmlər getdi ġəmsi, 
Könüllər aynasında qalmadı pas
100

 
Əlqas mirzənin gəliĢindən ruhlanan Sultan Süleyman növbə-
ti il onu da özü ilə götürərək, üçüncü dəfə Azərbaycana qoĢun çə-
kir.  «Sahibqiran-i  zaman  mərhum  Sultan  Süleyman  Əlqas  ilə  di-
yar-i Əcəmə səfər etdükdə” Arnavudlu devĢirmə Yəhya bu müna-
sibətlə: 
 
Çəkəlüm gün gibi ağ sancaqla Ģərqə çəri, 
Qara toprağa qaralum, qıralum sürx-səri. 
 
beyti ilə baĢlayan bir qəsidə demiĢdir
101

Sultan  Süleymanın  yürüĢlərinə  baxmayaraq,  Azərbaycanı 
fəth etmək ona nəsib olmur. 1552-ci ildə ġah Təhmasibin baĢçılığı 
ilə  qızılbaĢ  ordusu  ġərqi  Anadoludakı  Osmanlı  torpaqlarına  daxil 
olur. ġahverdi sultan Ziyadoğlu Qacar və Ədhəm bəy Rumlu baĢ-
da olmaqla bir qızılbaĢ qoĢunu Ģah tərəfindən Pasin-ovasına gön-
dərilir
102
.  Qınalızadənin  məlumatına  görə,  həmin  zaman  Pasin 
ovasında qazı vəzifəsini daĢıyan Osmanlı Ģairi Məhəmməd Əyani 
qızılbaĢlara  əsir  düĢür  və  zəncirə  vurulub,  ġah  Təhmasibin  hüzu-
runa aparılır. Fərasətli bir adam olan Əyani hiyləgərlik edərək, Ģi-
rin dilini iĢə salır və Təhmasibin rəğbətini qazanır. Çox keçmir ki, 
Ģah  onu  özünə  müsahib,  sərdar,  niĢançı  və  möhürdar  edir.  Əyani 
zahirən  Ģaha  ixlas  və  sədaqət  göstərsə  də,  günlərin  birində  fürsət 
tapıb  Rum  diyarına  qaçır  və  yenidən  Osmanlı  dövləti  tərəfindən 
qazı vəzifəsinə təyin edilir
103

Qınalızadə təzkirəsində 1550-ci illərdə ġah Təhmasibin vəzi-
ri  olmuĢ  əbhərli  Mirzə  bəy  Sabiqi  haqqında  məlumat  verilir.  O, 
məĢhur azərbaycanlı filosof ġeyx Bəhaəddin Sührəvərdinin nəslin-
dən  imiĢ.  Axırda  Ģahla  münasibətləri  pozulmuĢ  və  darül-aman 
                                                 
100
 Йеня орада, с. 810-811. 
101
 Ейдуран А. Кыналызаде Щасан Челеби. Тезкиретцш-шуара. с. 1137; Кылыч Ф. 
Мешаирцш-шуара. с. 338. 
102
Эфендиев О.А. Азербайджанское государство Сефевидов в XVI веке. с. 92. 
103
 Ейдуран А. Кыналызаде Щасан Челеби. Тезкиретцш-шуара. с. 740. 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
52 
olan,  yəni  toxunulmazlıq  statusuna  malik  ġeyx  Səfiəddin  məqbə-
rəsinə sığınmıĢdı. O, orada vəfat etdikdən sonra oğlu Məhəmməd 
Əmin Ġraq-i Ərəbə gedib, Ġsgəndər paĢaya sığınmıĢdı. Buna cavab 
olaraq ġah Təhmasib onların var-dövlətini müsadirə etmiĢdi
104

1555-ci  ildə  Səfəvilərlə  Osmanlılar  arasında  Amasya  sülh 
müqaviləsi bağlanır. 1559-cu ildə Sultan Süleymanın oğulları ara-
sından Səlimi vəliəhd təyin etməsi onun digər bir oğlu olan Bayə-
zidin narazılığına səbəb olur. Bayəzid atasına qarĢı qiyam qaldırsa 
da,  məğlub  olur  və  Səfəvilərə  sığınaraq,  3  il  Qəzvində  qalır.  Os-
manlılarla uzun çəkən müzakirələrdən sonra yeni bir müharibənin 
baĢ verməsini istəməyən ġah Təhmasib 1562-ci ildə Ģahzadəni Os-
manlı elçilərinə təhvil verməyi qərara alır. Xosrov paĢanın baĢçılıq 
etdiyi Osmanlı nümayəndə heyəti sultandan aldığı təlimat əsasında 
Bayəzidi və onun oğullarını təhvil alan kimi qətlə yetirirlər
105
.   
Osmanlı təzkirəçisi Qınalızadə bu hadisəyə geniĢ yer vermiĢ, 
Bayəzidin  bir  müddət  Ģah  tərəfindən  həbsdə  saxlandığını  qeyd 
etmiĢdir. Biz onun təzkirəsindən öyrənirik ki,  Sultan Süleymanın 
ġah  Təhmasib  sarayına  göndərdiyi  elçilərdən  savayı,  Osmanlı 
taxtının vəliəhdi Səlim də qardaĢı Bayəzidi təhvil almaq məqsədi 
ilə  Nihani  təxəllüsü  ilə  Ģeirlər  yazan  Turaq  Çələbi  adlı  elçisini 
Səfəvi  sarayına  yollamıĢdı.  Qınalızadə,  Bayəzidin  və  onun  oğul-
larının  21  zilqədə  969-cu  ildə  qətlə  yetirildiyini  göstərmiĢ,  lakin 
bu qətlin ġah Təhmasib tərəfindən həyata keçirildiyini yanlıĢ ola-
raq iddia etmiĢdir
106
.  
                                                 
104
  Кыналызадя,  с.  913-914.  Исэяндяр  бяй  Мцнши,  Мирзя  бяй  щаггында  бу 
мялуматы  верир:  «О,  Ябщярин  кющня  нясилляриндян  иди.  Яввялъя  горчубашы 
Севиндик бяй Яфшарын вязири олмуш, сонра бир аралар диван вязири вязифясини 
тутмушду.  Вязирлик  мясяляляри  бир  мцддят  бу  язиз  шяхс  тяряфиндян  щяйата 
кечирилмишди».  Лакин  Исэяндяр  бяй  онун  сонракы  талейи  щаггында  сусур 
(Тарих-и  алямара-йи  Аббаси,  ъ.  Ы,  с.  161;  щямчинин  бах:  Эфендиев  О. 
Азербайджанское  государство  Сефевидов  в  XVI  веке.  с.  258)  вя  биз  бу  барядя 
мялуматы Османлы Османлы тязкирясиндян алырыг. 
105
 Эфендиев О. Азербайджанское государство Сефевидов в XVI веке. с.110. 
106
  Ейдуран  А.  Кыналызаде  Щасан  Челеби.  Тезкиретцш-шуара.  с.  104,  118,  930, 
1073-1074. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə