Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/94
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48873
1   ...   20   21   22   23   24   25   26   27   ...   94

Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
79 
(SAF, 370), Mustafa Lədünni (SAF, 535), Vəhyi (AÇ, 274), Halə-
ti (AÇ, 300) və s. Osmanlı Ģairləri səyahət məqsədi ilə Əcəmə gəl-
miĢlər.  
Duhani, Sultan II Mehmed Fatehin hakimiyyətinin sonların-
da elm öyrənmək üçün Əcəm diyarına getmiĢ, II Bayəzid zamanı-
nın əvvəllərində Osmanlı ölkəsinə qayıdıb, Sultan Səlim zamanın-
da silahdar katibi  olmuĢdu
184
.  Təbrizdəki  HəĢt-behiĢt  sarayı qapı-
sının sol tərəfində onun bir farsca mətləsi qeyd olunmuĢdur
185
.   
XVI əsrin 50-ci illərinin ortalarında Osmanlı dövlətinin Hind 
okeanındakı (“dərya-yi Hind”) donanmasının kapitanı olan, Katibi 
təxəllüsü  ilə  Ģeirlər  yazan  Qalatalı  Seydi  Əli  Hindistandan  Os-
manlı ölkəsinə qayıdarkən Azərbaycandan keçmiĢdi
186

DərviĢ  Həsən  Zehni  Təbrizdə  Həzrət-i  Dədə  Saib  zaviyə-
sində bir müddət qalmıĢ, orada yerli söz ustadlarından Molla Əhli 
və baĢqaları ilə söhbətlər etmiĢ və geri qayıdarkən ilk dəfə olaraq 
Saib divanını Ruma gətirmiĢdir
187
.  
Bosnavi  Mustafa  Əfəndi  Lədünni  (ö.  1133)  Orta  Asiya, 
Hindistan  və  Səfəvilər  dövlətinə  səyahət  etmiĢ,  bir  müddət  Ġsfa-
handa  qalmıĢ,  «xatime-yi  rical-i  Səfəviyyə  olan  ġah  Hüseynin» 
məclislərində Ģeir demiĢdir. Daha sonra Ġstanbula qayıtmıĢdır
188
.  
Dövrün  siyasi  hadisələri  səbəbindən  Osmanlı  Ģairlərindən 
bursalı Firdovsi, Vasiyi, Sultan Sənayi Divani, Mustafa bəy Suni, 
Tacizadə  Cəfər  Çələbi,  Məhəmməd  Əyani,  ġahzadə  Bayəzid, 
Turaq Çələbi, Mühiti, Meyli, Arifi Əhməd paĢa, Mərami, Mehmed 
Əziz, Rağib paĢa, Mehmed ġakir Azərbaycanda olmuĢlar. Bu Ģair-
lərin nə zaman və hansı  səbəblə Azərbaycana gəlmələri haqqında 
əsərin ikinci fəslinin ikinci paraqrafında məlumat verilmiĢdir. 
                                                 
184
 Йеня орада, с. 252. 
185
 Йеня орада, с. 252. 
186
  Ейдуран  А.  Кыналызаде  Щасан  Челеби.  Тезкиретцш-шуара.  с.  848;  Бейани 
Мустафа бин Ъаруллащ Тезкиретцш-шуара. с. 69; Кылыч Ф. Мешаирцш-шуара. с. 
350. 
187
 Есрар Деде. Тезкире-и шуарайи мевлевийе. с. 208. 
188
 Рамиз ве Адаб-ы Зурафасы. с. 261. 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
80 
Bəzi  Osmanlı  Ģairlərinin  yaradıcılığı  Azərbaycanda  böyük 
rəğbət və populyarlıq qazanmıĢdır. Səfəvi hökmdarı ġah Təhmasib 
Osmanlı Ģairi Xəyalinin (?-1557) yaradıcılığını yüksək qiymətlən-
dirmiĢdir:  «Məzkurun  ġah  Təhmasib  divanında  bu  üç  beyti  məz-
kur  olınduqda  Ģah  Xəyali  eĢqinə  tolu  içüb  təhsin  etdügin  eĢidüb, 
bir beytlə fəxr eyləmiĢdür. Ol üç beyt bunlardur»: 
 
Fəna əhlinə tən etmə geçüp ücb ilə yanından, 
Bu dəĢt-i vəhdətabadun sakın Ģir ü jiyanından. 
 
Ġdüp dər-püst Məcnunı geçürmiĢ Leyli yanından, 
Vəfa ayinini öyrən gönül Leyla Ģəbanından. 
 
Didilər kim xəzan əyyamı gəldi vəqt-i iĢrətdür, 
Baharından nə buldum ki, bulam anun xəzanından
189
.  
 
Əsrar Dədə, DərviĢ ġeyda adlı Ģairin Ģeirlərinin Əcəm diya-
rında da yayıldığını yazır
190

Beləliklə, bir sıra azərbaycanlı Ģairlər Türkiyəyə üz tutduqla-
rı kimi, bəzi Osmanlı Ģairləri də siyasi mühacirət, diplomatik mis-
siya, dövlət vəzifəsi, hərbi yürüĢlər, səyahət, təhsil kimi səbəblərlə 
Azərbaycana gəlmiĢ, bir müddət burada yaĢamıĢlar.   
 
3.4. Azərbaycan klassikləri və Osmanlı ədəbiyyatı 
 
 Xaqani Şirvani və Osmanlı ədəbiyyatı 
XII əsrin dünyaca məĢhur azərbaycanlı Ģairi Xaqani ġirvani-
nin  adı  Osmanlı  təzkirələrində  dəfələrlə  xatırlanmıĢdır.  Bir  çox 
hallarda onun adı gözəl Ģairlik istedadının rəmzi kimi çəkilmiĢdir.  
Səhi  bəyə  görə,  Ġznikli  Mövlana  Qütbi  Çələbi  «bəlağətdə 
Həzrət-i Xaqaninin kendisiydi»
191

Lətifi  öz  təzkirəsində  yazır  ki,  Mövlana  Seyyid  Mahmud 
Əmiri  (ö.  926  /  1520)  «tərz-i  qəsidədə  manənd-i  Zəhir  ü  Xaqani 
                                                 
189
 Кылыч Ф. Мешаирцш-шуара. с. 883.   
190
 Есрар Деде. Тезкире-и шуарайи мевлевийе. с. 263. 
191
 Сещи Бей. Тезкире Щешт-бищишт. с. 91. 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
81 
idi»
192
.  Lətifi,  Trabzonlu  Ramazan  Fəğanini  (ö.938/1531-32) 
«əkabir-i Ģüəra-yi sələf»dən Nizami, Cami və Xaqani ilə müqayisə 
edir
193

Sünbülzadə  Vehbi  (ö.  1224  /  1809-10)  digər  bir  Osmanlı 
Ģairi Xeyrini tərifləyrək, onu Xaqaniyə bənzədir: 
 
Həzrət-i Xeyri-yi ustad-i süxən-pirayə, 
ġüəra zümrəsi təhsin ilə Hassan derlər. 
 
ġimdi mənĢur-i bəlağətlə odur Xaqani, 
Zat-i valasına tuğrayi-yi divan derlər
194

 
Əhməd  Taib  (ö.1136/1723-24)  özünü  Xaqaninin  davamçısı 
sayır:  
Bənəm piraye-bəxĢ-i məsnəd-i Vəssaf u Xaqani
195

 
Ramiz  təzkirəsində  Seyyid  Yəhya  Vaqif  Əfəndi,  onun  atası 
KaĢif  və  əmisi  Faiz  haqqında  deyilən  bir  Ģeirdə  Xaqani  yada  dü-
Ģür: 
Məzaya-yi kəlama KaĢif-asa Vaqif olmuĢdur, 
Əcəbmi Faiz olsa haiz-i təhsini Xaqani
196
.  
 
Güfti bəzi Osmanlı Ģairlərinin səviyyəsinin yüksək olduğunu 
göstərmək  üçün  onları  Xaqani  ilə  müqayisə  edir.  Məsələn,  o, 
Mövlana Ünsi-yi Monla (ö. 1075 / 1664-65) haqqında yazır: 
 
Tab-i mətbuyı rəĢk-i Xaqani, 
Ruzigarun ədib ü Hassani… 
Nöqte-yi kilk-i ənbər-əfĢani 
Dağ-i rəĢk-i rəvan-i Xaqani
197

 
                                                 
192
 Латифи Тезкиретцш-шуара. с. 180. 
193
 Йеня орада с. 438-439. 
194
 Шефкат ве тезкире-и шуарасы. с. 262. 
195
 Мустафа Сафаи Ефенди. Тезкире-и Сафайи. с. 122. 
196
 Рамиз ве Адаб-ы Зурафасы. с. 280. 
197
 Эцфти ве Тешрифатцш-шуарасы. с. 98-99. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə