Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə132/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   127   128   129   130   131   132   133   134   135

Səntək hanı əlbətki müsəlman keçəcəkdə.

Tüğyan kimə baxson eləyür mö`minü kafər,

Bu hazirə əsrün həzərati nəyi istər

Etməkligə, aləm dutub od yandı sərasər,

İnsaf gedüb zülm genə artmada bədtər,

Başdan tikən heç olmayub eyvan keçəcəkdə.

Lə`nət dəxi mən eyləmərəm Şimrə, Yəzidə,

Gər əhli-yəqinsən, olasan kimsə nədidə,

Sən Həqqə haçan, de, belə oldun girəvidə,

Mən and içərəm zibhi-qəfa şahi-şəhidə,

Sən tək yox idi quli-biyaban keçəcəkdə.

Qur`an oxıyursan, əməlün meyli fəsadə,

Lə`nət dəxi heç etməgilən ibni-Ziyadə,

Bərbad elədün şər` evin düşməyə yadə,

Bir loğma çörəkçün şikəmün dönə badə,

Kim aldı qızıl rüşvəti batman keçəcəkdə.

Qanun var idi xəlqdə, əfsanə degüldi,

Qanuni qoyanlar dəli-divanə degüldi,

Bir yolda gedirdi, hərə bir yanə degüldi,

Nahəq qəsdi nə dilə, canə degüldi,

Çəkmişdi kənarə özin heyvan keçəcəkdə.

Qanun nəyə lazim, nə edərsən elə, əhməq,

Əqlün nə kəsir, get elə, nahəq ola ya həq,

Zülm ilə gərək vırmağa aləmlərə beydəq,

Xəlq anlamayur zülmdə ləzzəti-rövnəq,

Nahəq olub ədlilə divan keçəcəkdə.

Oğlan qız ilə olmaya bir yerdə nə ləzzət,

Ayrı yaşamaq vəhşiligi eylədi sibqət,

Bikr olmasa gər eyb eləməz, bəhsi nə hacət,

Yüz dəf`ə doğanda nə olur getdi şəriət,

Gözlərdi belə işləri nadan keçəcəkdə.

Düşdi əlüvə fövt eləmə fürsəti zinhar,

Yox eybi qızun olsa da, tərk eylə, nədür ar,

Məşğuli-ibadət gedüb ol, qoy yerə dəstar,

Allah nədür xovf eləmə harda məgər var,

Vardı bizə nə Qadirü Sübhan keçəcəkdə.

612



Çox verməgilən fikri həlal ilə həramə,

Bel bağlama bica yerə fitvayi-imamə,

Get, fikrüvi ver ləzzət ilən işrətə, kamə,

Döndərməgilən boş söz ilə sübhüvi şamə,

Hardeydi gözəl baləbi-xəndan keçəcəkdə.

Din altına kim girsə onun qanı hədərdür,

Başdan-əyağə qəm gətürən canə zərərdür,

Dinsizligə qurban deyəsən qəndü şəkərdür,

Düşmən sözidür hər işimiz hərçi bətərdür,

Allah nədür eylədi böhtan keçəcəkdə.

Mövhum yolın milləti-İslam dutubdur,

Girsün belə millət yerə bədnam dutubdur,

Nə faidəsi var təmə`i-xam dutubdur,

Əldə deyəsən badeyi-gülfam dutubdur,

Bica deyilüb mayeyi-üsyan keçəcəkdə.

At ölsə, məsəl var, olur itlərə bayram,

Saqib, o zəmandur yetişüb vay belə əyyam,

Viran olasan, qalmaya səndən dəxi bir nam,

Bundan bətərin gözləməli, qoy yerə əqlam,

Xoşbəxt olub hər nəsə mərdan keçəcəkdə.



DƏLİDÜR

Əqlə gəl, ey dəli könlüm, demə dünya dəlidür,

Nə ki, dünya dəlidür, Adəmü Həvva dəlidür,

Dedigün sözdən utan, cümlə sərapa dəlidür,

Aç bəsirət gözini səndəki xulya dəlidür, 

Nəzdi-danada belə söhbəti-bica dəlidür.

Sane`ün sən`ətinə fəhm elə, irad etmə,

Bir para söhbəti-bihudələri yad etmə,

Get, özündən həzər et, yox sözi icad etmə,

Eybdür xəlqi bu nadanlığa irşad etmə,

Səndəki bu təriqün axırı heyfa dəlidür.

Ayü gün hər nəfəs hər an eləyür seyr müdam,

Etdigi seyrdə xəlqə yetirür feyz təmam,

Kimdən ötri belə sərgəştə gəzər sübhlə şam,

Ad qobsan

 ona divanə, səzami bu kəlam?



 Qoyubsan

613



Sən kimilər deyəcək beylə müdara dəlidür.

Fəxr edir xilqəti-insanə Xudavəndi-kərim,

Ola bilməz bu sözün münkiri şeytani-rəcim,

Qıl nəzər ayeyi-Qur`anə bir, ey nəfsi-ləim,

Bu sözə xəlq gülər eyləmisən zərrəcə bim,

Şəhvəti tərk elə, başundakı sövda dəlidür.

Gög dəli, yer dəli, xurşidi-pürənvar dəli,

Ərşü lövhü qələmü sabitü səyyar dəli,

Dedigündən görünür Əhmədi-Muxtar dəli,

Cümləsin vəsf eləyüb eyləmə inkar dəli,

Əf`iyi-zəhrin desə bica yerə bica dəlidür.

Ədəmi-elm sənün hövsələvi təng etmiş,

Ya səni məst, gəh tiryaki və ya bəng etmiş,

Çoxunun payi-səbatın bu həvəs ləng etmiş,

Rəngə salma özüvi, sel səni bədrəng etmiş,

Get, oxı vəsfi-iti Kəhfdə

∗∗

, aya dəlidür?



Olmasa bəhr verilməzdi bu məxluqə həyat,

Xəlqə minnət qoyub ol Xaliqi-alidərəcat,

Şuri-bəhr əgər olmasa, olmazdı nicat,

Xəlq çün gül yüzüvə, bari, çevir bir sələvat,

İçdigün su haradandur, necə dərya dəlidür.

Bəhrdə var balıq lö`lö`ü mərcanü gühər,

Səndən ötri yaranub, eyləgilən yaxşı nəzər,

Olmasa cünbişi-dərya, ola bilməz bu əsər,

Ki, dənizdən doğulub daş ilə toprağü şəcər,

Heyrət istər demə heç bir belə əşya dəlidür.

Bu cəhan mülki içün çoxları qurban oldı,

Əvvəli sidq ilə ol şahi-şəhidan oldı,

Vətənün xatirəsiyçün belə fərman oldı,

Böylə fərman verən ayeyi-Qur`an oldı,

Əcəba, mən də deyüm ol şəhi-Bətha dəlidür.

Dəli kimdür deyərəm mən sana, ey kani-ədəb,

Şərti var, leyk mənim açmayasan tə`nimə ləb,

Dəlinün əslisi kimdür deyüb ol miri-Ərəb,

Vətənün xaininə nifrət edüb ruz ilə şəb,

Vətənün xaini hər kim ola, qət`ən dəlidür.



 Qurani-kərimin 18-ci “əl-Kəhf” surəsi nəzərdə tutulur



614



Vətəni vermisən əldən, evi bərbad oğlı,

Başuvun üstə durubdur dəli cəllad oğlı,

Gündə min dəf`ə vırar başımıza yad oğlı,

Sən səbəbsən nə olub, gör, necə heç zad oğlı,

Deyəcəksən degilən qövmi-Məsiha dəlidür.

Bir məsəl var olub xəlq dilində əzbər,

Yatmayanlar yatanun başını, əlbəttə, kəsər,

Səndə heç olmayacaq zərrəcə namus məgər?

Xanəbərduş olubsan, genə gəlməz sana tər,

Çalgilən zurnovı, Rusiyyədə ağa dəlidür.

Ta bekey çunü çərayə edəcəksən rəğbət,

Əlüvə düşmiş idi gül kimi yaxşı fürsət,

Zərrəcə milləti-İslamdə yoxdur qeyrət,

Bilmədün qədrini, biçarə, çək imdi zillət,

Görmüsən ol güni bir də bu təmənna dəlidür.

Nə kişi olmusan aləmdə, utan, bir nə də zən,

Gəlmisən aləmə neyçün, onı da bilməmisən,

Çox çətindür olasan dəhrdə ərbabi-süxən,

Vətənün halinə ağla ki, açub beytül-həzən,

Deyəcəksən bu nə səsdür, bu nə qovğa, dəlidür.



“...YATMAĞUN DƏMİDÜR”

Ayılma, yum gözüvi, yat ki, yatmağun dəmidür,

Ayıqlığı nə edirsən, min aləmin qəmidür. 

Əlündə sağəri-mey, məsti-xab olanda, nolur,

Ki, hər nəfəs sana həmdəmi-şərab olanda, nolur,

Əsiri-türreyi-pürpiçü tab olanda, nolur,

Cəhənnəmə, bütün aləm xərab olanda nolur.

Ayılma, yum gözüvi, yat ki, yatmağun dəmidür,

Ayıqlığı nə edirsən, min aləmin qəmidür. 

Səni yox axtaran aləmdə, kəc xəyal etmə,

Kimün yadındasan, avarə, qiylü qal etmə, 

Məhali-əmr xəyalilə keyfi-hal etmə, 

Gətür eşqdən əl, tərki-xətü xal etmə.

615



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə