Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə131/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   127   128   129   130   131   132   133   134   135

Gül vəqti gəlür, fəsli-zimistan keçəcəkdür.

Girəm ki, bu dəhrün yedi iqlimi sənindür,

Birənc elədün cəm`, zərü simi sənindür,

Bir-bir bularun vəqti gəlür, bimi sənindür,

Kim desə inanma, nəfəsün yümni sənindür, 

Axır edəcəklər səni talan, keçəcəkdür.

Həsrət nə çəkürsən yetənün malü zərinə,

Əgri qoyub hər padşəhün taci-sərinə,

Yıxma özüvi sayə kimi xaki-dərinə,

Yaqutsifət çayinə, qəndü şəkərinə,

Bir loğma içün, xanəsi viran, keçəcəkdür.

Ögrətməgilən çox dilüvi lafü gəzafə,

Hüsnün vıra gər tə`nəni ayineyi-safə,

Dəhrün rəvişi Yusifi satdırdı kəlafə,

Şad olmagilən eylədigün əmri-xilafə,

Hərgiz günəhimdən demə Yəzdan keçəcəkdür.

Çox da qədüvün maili hər sərvi-rəvandur,

Rüxsarun odı lalənün hüsnində əyandur,

Mən neyləyüm heyran sana həm pirü cəvandur,

Səndə qalacaq beşcə gün ayini-cəhandur,

Hər kim olur olsun sana heyran, keçəcəkdür.

Kimdür var əlündə dolıdur cami-piyalə,

Gülrəng şərab ilə gətür bircə xəyalə,

Yusif rüxidür yox demə var əldə qəbalə,

Get, kuzəgər etsün sana bir ləhzə həvalə,

Olmış, hanı, yox xak ilə yeksan, keçəcəkdür.

Azad olan olmaz fələkün heç qəzəbindən,

Çox da vıra dəm hər nəfəs ali nəsəbindən,

Nə faidə gördün, de görüm, ruzü şəbindən,

Kim gördi vəfa zərrəcə türkü ərəbindən,

Gər söləsə də mən sana qurban, keçəcəkdür.

Rəftar elədün sən haçan insanlığa dair,

Həmnöv`ün ilə bir nəfəs vicdanlığa dair,

Dutdun hər işi, gir yerə, heyvanlığa dair,

Zahir elədün fe`lüvi şeytanlığa dair,

Yox-yox demə, qafil, belə tüğyan keçəcəkdür.

608



Düşdün bu xətərnak yola ari həyadən,

Əl çəkməyəcəksən məgər heç cövrü cəfadən?

Vəqtün yetişüb tez çıxacaqsan bu aradən,

Namusə əl atdun, nə qalub ağü qəradən,

Heyhat, demə iş mana asan keçəcəkdür.

Xurma yemək olmaz ki, əkübsən bu tikandan,

Ətləs toxuyan olmayub iplik kətandan,

Sən keçdün haçan həqqi dutub sevgili candan,

Biçarələri dögməgə mərd oldun haçandan,

Sən beylə bilür, belə hər an keçəcəkdür.

Ey başı bəlali, belə zülmü sitəm olmaz,

Səndə məgər heç etdigün azar kəm olmaz,

Düşmiş əlüvə, cövrüvi et, beylə dəm olmaz,

Zalim, sitəmündən həzər et, hər qədəm olmaz,

Qorxma sana beş gün hələ meydan keçəcəkdür.

Vəhşiligə vermək sana müşkilmi nəhayət,

Ey düşkini-nəfs, eyləmə həmnöv`ə xəyanət,

Tərkin elə, varmış nə qədər səndə şərarət,

Bihədd əziyyət eləmək xəlqə nə hacət,

Dünya bulara yoxsa ki, zindan keçəcəkdür.

Bir vəqt gəlür verməz əman heç sana bir dəm,

Qəflətdən ayıl, çox özüvi saxlama xürrəm,

Səndən, evi bərbad, gəlüb təngə bu aləm,

Nə eyləmisən xəlqə, edərlər onı bil həm,

Qan eyləyənün boynına yüz qan keçəcəkdür.

Dögmə vətənün oğlıni, Şərqə qocamandur,

Məğğarədə yatmış hərəsi şiri-jəyandur,

Məşhuri-cəhandur, demə bilmərrə yəlandur,

Sən eylə xəyal eyləmə heç kim bu filandur,

Fərmaninə min mülki-Süleyman(ə) keçəcəkdür.

Sən də bularun qədrini bil, ey evi bərbad,

Bir vəqt səni təhlükədən eyləyər azad,

Salmış səni təsxir içir qanuvı cəllad,

Yıxdun vətəni getdi yelə, qalmadı bir zad,

Dərman belə dərdə necə Loğman keçəcəkdür.

Saqib sana gər pənd verürsə əsər etməz,

Daşdan bu məsəl var ki, neştər güzər etməz,

609



Təb`im gecəni yazmasa şamın səhər etməz,

İnsanə olar kargər hərgiz xətər etməz,

Yaxşı keçəcək yaxşıya hədyan keçəcəkdür.

KEÇƏCƏKDƏ

Qaldı rəvişi-hörməti-Qur`an keçəcəkdə,



Mə`lumdür, etmiş nəbi iman keçəcəkdə,

Dövr eyləmədi heç belə dövran keçəcəkdə,

Yüz açmadı bir dəf`ə bu ünvan keçəcəkdə,

Vardur səbəbi, var idi mərdan keçəcəkdə.

Fərqi yox idi zərreyicə şahü gədanun,

Yoxdı yeri dana arasında süfəhanun,

Qiymətdə idi rütbəsi hər əhli-ziyanun,

Söz qalmaz idi pərdədə pünhan üqəlanun,

Düşməzdi əyağ altına insan keçəcəkdə.

İmdi baxasan hər kəsə peymanəşikəndür,

Başdan-əyağə rəngə girüb, talibi-fəndür,

Qoymaz görəsən düz işi bəs ki, qədəğəndür,

İslahi qoyub bir tərəfə, fitnə sevəndür,

Haşa, var idi bir belə peyman keçəcəkdə?

Əfsanə degül keçmişə yetmək hünər istər,

Bu dairəyə girməgə bir şiri-nər istər,

Ənqa kimi əflakə uçan balü pər istər,

Bazarə gedən cib dolısi simü zər istər,

Azadə idi hər kişi hər yan keçəcəkdə.

Söz birdi, iki olmaz idi eyləmə inkar,

Ey keçmişi təhqir eləyən, səndə yox asar,

Ol talibi-Həqq idi, edüb can ilə iqrar,

Sən talibsən vəhşiligə, etməgə azar,

Əldən düşənə yoxdı bu mizan keçəcəkdə.

Ölçi var idi keçmişə hər işdə nəhayət,

Yox səndə bir ölçi, hanı heç yoxdur əlamət,

İnsanlığa dair degül hərgiz belə adət,

Etdün kimə bir zərrə, görüm, sölə, riayət,

İnsaf var idi, xanəsi viran, keçəcəkdə.

Keçmiş nə bilürdi ki, nədür qeyrətü namus,

Eylərdilər xəlqi əbəs hər ləhzədə mə`yus,

 Şeirin əvvəlində müəllifin belə bir qeydi var: “Keçəcəgün halilə əsri-hazirənün halinə dair”.



610


Satmazdı hərifə qızıni bir kişi əfsus,

Gəldün nə içün aləmə sən, ey belə dəyyus,

Həqqa ki, yox idi belə oğlan keçəcəkdə.

Keçmişdəkinə söləmək olmazdı filani,

Bihədd gözəldür gedirəm görməgə ani,

İzhar eləyərdim ona mən sirri-nihani,

Əfsus çətindür görəm ol mahliqani,

Əzbəski vırardı hərə qan-qan keçəcəkdə.

İmdi deyəsən hər kəsə, ey sevgili yarım,

Gəl, bir qoyarım ləb-ləbə, yox səbrü qərarım,

Bazarun içində deyər heç yox məgər arım,

Qəm çəkmə fədadur sana, gəl al, yox vəqarım,

Olmışdı məgər heç belə ehsan keçəcəkdə?

Keçmişdə qadınlar kişiyə hörmət edərdi,

Bica yerə canü dil ilən xidmət edərdi,

Meyxanədə hansı lotıyla söhbət edərdi,

Saxlardı özin, bəd əmələ nifrət edərdi,

Əl tapmaz idi bir kəsə şeytan keçəcəkdə.

Dinsizlik içün elmü kəmalat gərəkdür,

İnkarıni etməkligə halat gərəkdür,

Nə səndəki bihudə xəyalat gərəkdür,

Əhməqcəsinə nə qurı mandat gərəkdür,

Hər ləhzə açıqdı belə meydan keçəcəkdə.

Hazırdakı din əhlinə nifrət edirəm mən,

Yoxdur xəbəri dindən, heyrət edirəm mən,

Bu lə`nətə gəlmişlərə lə`nət edirəm mən,

Görcək buları qəhrlə töhmət edirəm mən,

Əksikraq idi Buzərü Səlman keçəcəkdə?

Ey söləyən hər anidə mən əhli-yəqinəm,

Canü dil ilə tabe`i-Qur`ani-mübinəm,

Eyb eyləmək olmaz mana hər işdə mətinəm,

Aləm ola düşmən mən ilə, talibi-dinəm,

Olmışdı bütün din evi viran keçəcəkdə.

Söz yox dedigün sözlərün heç yoxdı xilafi,

Təsdiqün edər gər gəzəsən Qafbəqafi,

Həqqində vırursan görürəm lafü gəzafi,

Bir də degilən, etmə həya, olmadı kafi,

611



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə