Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə24/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   20   21   22   23   24   25   26   27   ...   135

 

Qəm çəkmə, könül, imdi ki, iqbal cünundur,

Batsun yer ilə durmasun heç, bəxt zəbundur.

Zahid məni təkfir eləyür badəpərəstəm,

Bilmür ki, qəmü möhnət ilə dərd füzundur.

Giysu demə, ey şux, tökübsən yüzə əfşan,

Şanə bu qədr vırma ki, zənciri-cünundur.

Ey məh, demə dil hüsnümə ya xalıma verdün,

Hərgiz demək olmaz bu sözi sirri-dərundur.

Kim olsa xəmi-türreyi-mişkinün əsiri,

Həm bəxti qəradür onun, həm tale`i dundur.

Bu xali-siyəhfamə könül verməsəm olmaz,

Rüsva eləmiş adəmi bu nuri-üyundur.

Tərk etməgilən xidmətini piri-muğanun,

Saqib, rəhi-meyxanədə ol rahnümundur.

* * *


Əsir edən məni giysuyi-tabdarundur,

Qoyan bu bağrıma qan, lə`li-abdarundur.

Məni bu vadiyi-heyrətdə eyləyən heyran,

Birisi xalü xətündür, biri üzarundur.

Yatub bu çeşmi-xumarunda bir cəhan fitnə,

Təmam mülki-Xütən ahusi şikarundur.

Çox etmə nalə qəfəs damində, ey bülbül,

Gətür bu nalədən əl, gülistan xarundur.

Təfaxür eyləmə çox hüsnüvə, kəmanəbru,

Sənün degül, gözəlim, bəlkə murü marundur.

Şərabxanə yolın dutma, zahid, əl çək,

Yüz üstə məscidə get, rindü mey kəsadundur.

Demə rəqibə verdi əl o mahvəş, Saqib,

106



Şikayət etməgilən, ixtiyar yarundur.

* * *


  

Vəh nə xal, nə siyəh zülf, nə əbruyi-kəmandur,

Birisi danə, biri dam, biri afəti-candur.

Göz degül səndə yaranmış, ona bir sürmə də çəkdün,

Həzər etmək gərək ondan, gözəlim, içdigi qandur.

Səcdə eylər qaşuvun tağinə hər abidü zahid,

Oxşadur guşeyi-mehrabə, vəli əgri kəmandur.

Tökmə bu zülfi-xəm əndərxəmüvi şanə vıranda

Arizi-alüvə, arami-dili-pirü cəvandur.

Birbəbir qətlimə səf-səf düzülüb navəki-qəmzön,

Xunbəha istəyən olmaz belə can qalsa ziyandur.

Qamətün gər əlifə bənzəsə də lovhi-könüldə,

Bəs qiyamət nədür hərdəm eləyür sərvi-rəvandur.

* * *


 

Könlümün səmtinə bu nə əbruyi-kəmandur,

Ya qılınclardu ki, qanə boyanub tökdigi qandur.

Gözlərün qıyqacı baxdıqda qoyar bağrıma qanlar,

Leyk mümkin ola kim sorsa, ləbün ruhi-rəvandur.

Türreyi-zülfüvə bir ləhzə könül bağlamaq olmaz,

Demə zənciri-cünun, hər biri bir əf`i ilandur.

Sana dil verməmək olseydi əgər verməz idim dil,

Mübtəla eşqüvə, ey şux, sənün pirü cəvandur.

Daneyi-xaluvə dil vermərəm, ey qaşı kəmanım,

Çox xətadidədür, Adəm hələ rüsvayi-cəhandur.

Baği-cənnətdə deyürlər yaramaz qarə qul, olmaz,

Necə olmaz, sana qurban, bu söz əlbəttə yalandur.

Pəs nədür xali-siyəh bu rüxi-alunda sənün var,

107



Qarə qul qarə xalun, çöhrən əgər baği-cinandur.   

Zahida, etmə məlamət, nola, meyxanəpərəstəm,

Tərk edim mən necə meyxanə yolın, darüləmandur.

Saqiba, şikvə çox etmə fələkün cövrindən,

Səbr qıl, səbr eləmək gərçi sana xeyli girandur.

* * *


 

Vəh nə xalü nə siyəh zülf, nə əbruyi-kəmandur,

Birisi danə, biri dam, biri afəti-candur.

Qoyma sağər öpə ol lə`lüvi, qan oldı könüllər,

Fikr ilə cigərim qanı gözümdən səyəlandur.

Sehr qıldı gözün, ey məh, sənə verdüm dilü dini,

Allah-Allah, bu necə sehr, nə aşubi-cəhandur.

Dili-viranəmi səd çak elədün qəmzə oxilə,

Onsız hər parəsi min parə olub xeyl zəmandur.

Hər təbibə dedim əhvali-dili-zarımi, cana,

Dərdi-eşqə nə olur çarə deyüb xəlqə əyandur.

Dutma, ey qanlu sirişkim, yolın ol afəti-canun,

Gözlər ol səngdili, çeşmi-ümidim nigərandur.

Mən` qılma məni, zahid, mən əgər badəpərəstəm,

Fərəhi-ruhdü mey, nəş`əsi həm ruhi-rəvandur.

Dəri-meyxanədən, ey dil, tələbi-məğfirət eylə,

Vermə əldən dəxi meyxanəni kim, darül-əmandur.

Mərdümi-guşənişinə bu qədər eyləmə tə`nə,

Saqiba, künci-xərabati dolan, gənci-nihandur.

* * *


Əsir zülfüvə, ey şux, tacdarandur,

Mənim kimi nə belə zari-dilfikarandur.

Səbadən arizüvə zülfin olmayub əfşan,

108



Üzarun fərəhindən ki, biqərarandur.

Nizam ilən düzülüb, qaşlarun kəmandür,

Bu tiri-navəki-müjganlarun həzarandur.

Baş əgmərəm qaşun tağinə, kəmanəbru,

Təəccübəm, necə mehrab tirbarandur.  

Qoyarmı öpməgə, ey şux, daneyi-xalun,

İki bu məst gözün, bəski huşyarandur.

Məgəs degül ki, sorar şəhdi-ləblərün hərdəm,

Şərabxanədə sərməsti-meygüsarandur.

Vüsalinə bu məhün yetişmisən,

 ey Saqib,



Yetər vüsalə o kimsə ki, bəxt yarandur.

* * *


  

Zülfün xəmi sərrişteyi-zənciri-cünundur,

Bu damun əsiri kim ola, bəxti zəbundur.

Sorson sən əgər halımi zülfimi sövərsən,

Əl çək demək olmaz onı, bu sirri-dərundur.

Yatmışdı o məh, istədim ol lə`li-ləbindən

Bir busə alam, açdı gözün, tale`i-dundur.

Sevdi səni divanə könül onda nə təqsir,

Vır qəmzə oxıyla çıxa, bais bu üyundur.

Alma xəbər əhvalımi, ey qaşı kəmanım,

Hicründə bilürsən ki, necə dərd füzundur.

Möhtac eləyən bir nəfəsə şahi gədayə,

Bu gərdişi-çərxi-fələki-buqələmundur.

Saqib, eləmə şikvə əbəs düşdün əyağə,

Deyrün işi başdan-əyağə məkri-fünundur.

* * *


Ləbün xəyali ilə şad könlümüz xundur,

 Yetişə bilməzsən



109


Mənim bu halimə vaqif şərabi-gülgundur.

Müdam məstü xərabəm, müdam divanə,

Məlamət etmə məni bəs ki, möhnət əfzundur.

Şikənci-türreyi-Leylayə dəgmə, ey şanə,

Dağıtma, qoy yana rahət, məqami-Məcnundur.

Fəda olum sana, Məcnun fəraqi-Leyladə,

Məqami-əmn sana dəştü kuhü hamundur.

Hekayəti-şəbi hicrani heç kim bilməz,

Mənim kimi demək olmaz xətərli məzmundur.

Rəqibə dil verəni, səngdil, gözüm yaşi,

Sənün müfariqətündə ki, rudi-Ceyhundur.

Kəmanə tə`nə urar əgri qaşlarun hərdəm,

Bu çeşmi-məstüvə ahuyi-Çin məftundur.

Gözəlligə eyləmə təkyə, tez gedər əldən,

Əgərçi bir iki gün tale`ün hümayundur.

Təkəbbür etməgilən yol gedəndə, ey zalim,

Əyağun altına bax, min kəlim mədfundur.

Təəccüb eyləmirəm olsa şəh gədazadə,

Məhali-əmrə səbəb tərhi-dövri-gərdundur.

Şərabi-eşq ilə sərməstsən əcəb, Saqib,

Eyləmisən genə bədməst bağrımız xundur.

* * *


Yetənün fikrini, ey dil, eləmək bicadur,

Xəlqidən qaç, həzər et, rəngə girüb rüsvadur.

Çoxlar əndişeyi-xamə özin aludə edüb,

Bilməyür zərrəcə başındaki nə sövdadur.

Özüvə fikrüvi ver, gör nə tələb səndən edir

Vəqt, gör, bir nə içün şamü səhər qovğadur.

Etmə məğlub özüvi nəfsün əlində, fəhm et,

110



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə