Azərbaycan miLLİ elmlər akademiyasi məRKƏZİ elmi Kİtabxana



Yüklə 23,47 Kb.
Pdf görüntüsü
səhifə19/51
tarix29.09.2017
ölçüsü23,47 Kb.
#2431
1   ...   15   16   17   18   19   20   21   22   ...   51

Kitabxanaçılıq-informasiya  fakültəsində  "Kitabxanaçılıq 
informatikası",  "Kitabxana-informasiya  fəaliyyətinin  tex- 
niki  vasitələri",  "Kitabxana  proseslərinin  kompüterləşmə- 
sinin  əsasları",  "Kitabxanalarda  fandreyzinq  fəaliyyəti", 
"Kitabxanalann  informasiya  ehtiyatlarmm  idarə  olunma- 
sı",  “Kitabxana-informasiya  ehtiyatlarmın  yerləşdirilməsi 
və  istifadə problemləri”,  “Elektron  kataloqlar  informasiya 
axtanş  sistemi  kimi”,  “Sənədlərin  analitik-sintetik  işlən- 
məsi”,  “Beynəlxalq  biblioqrafik  yazı  formatları”,  “Avto- 
matlaşdınlmış  kataloqlaşdırmanm proqram təminatı”  kimi 
fəniərin tədrisi bunu deməyə əsas verir ki, yaxm gələcəkdə 
yüksəkixtisaslı peşəkar kadrlarm sayı  artacaq.
Qeyd  etdiyimiz  kimi,  Azərbaycan  kitabxanalarmda 
biblioqrafık yazılann  elektronlaşdırılmasmın,  başqa  sözlə, 
EK-in  ən  optimal  üsulla  (məlumatlarm  əl üsulu-klaviatura 
ilə  daxil  edilməsi)  yaradılması  doğru prioritetlərdən  xəbər 
verir.  Maşmlaoxunan  biblioqrafik  yazılar  elektron  katalo- 
qa,  oradan  isə  toplu  elektron  biblioqrafik  təsvir  mənbəyi- 
nə,  sonradan  isə  milli  elektron  biblioqrafiyaya  çevrilərsə 
proses  tamanlanmış  olar.  Dünyanm  bir  çox  kitabxanalan 
tərəfindən  EK-in  məhz  bu  formula  üzrə  inkişaf etməsi  ən 
məqbul  variant  kimi  qəbul  edilir.  Mütəxəssislərə  məlum- 
dur  ki,  milli  biblioqrafiyanm  əhəmiyyətliliyi  məsələsi  o 
xüsusda daha əlverişlidir ki,  ondan nəinki ölkə vətəndaşla- 
rı, hətta əcnəbilər də istifadə edə bilsinlər.
Ölkəmizdə  Milli  biblioqrafiyam  formalaşdırmaq  işi 
Milli Kitabxanaya həvalə edilib.  1999-cu ildən “Kitabxana
74  | 
C.A.Cəfərov
işi  haqqmda”  Qanun  [77],  konkret  olaraq  Qanunda  öz  ək- 
sini  tapmış  “Məcburi  nüsxə”  tələbi  milli  biblioqrafiyanın 
inkişafma  xidmət göstərir.  Doğrudur,  ara-sıra Milli  Kitab- 
xananın  rəhbərliyi  nəşriyyatlara  “Qanun”un  bu  tələbinə 
əməl  etməmələri  və yaxud yetərincə  (5  nüsxə)  əməl  etmə- 
mələri  ilə  bağlı  narazılığım  çatdırır.  Bir  qrup  mütəxəssis 
bu problemi  ölkədə  kitab çapı ilə bağlı sifarişlərin azalma- 
sı  ilə  əlaqələndirirsə,  digər bir qrup  məsələni ümümiy-yət- 
lə,  sənəd kütləsinin tirajlanmasında əw əlki illərlə müqayi- 
sədə  geriləmənin  müşahidə  olunması  ilə  izah  edir.  Fikri- 
mizcə,  milli  biblioqrafiyanm  (həmçinin  milli  elektron bib- 
lioqrafiyanm)  informasiya  təminatmı  zəiflədən  amillər 
bunlar  deyil.  Məsələn,  Braziliyada  1907-ci  ildən  kitabxa- 
nalara məcburi  nüsxələrin  daxil  olmasmı  tənzimləyən  Qa- 
nun  qüvvədədir.  Kubada  isə  müvafiq  məsələ  1964-cü  ildə 
qüvvəyə  minmiş  Qanunla tənzimlənir  [135,  s.  189].  Lakin 
bu  qədər  vaxt  keçməsinə  baxmayaraq  həmin  ölkələrdə 
nəşriyyatlar kitabxanalan məcburi nüsxə ilə və həmin nüs- 
xənin  elektron  variantı  ilə təmin  etmir.  Halbuki,  həm Bra- 
ziliya,  həm  də  Kuba kitab  çapı  sahəsində  dünyanm  aparıcı 
ölkələridirlər.  Demək, problem nəşriyyat  sektorunun,  tiraj- 
lanmanm,  nüsxələnmənin zəifləməsində  deyil.  Latın Ame- 
rikası  ölkələrindən  başqa  bir  misal:  Peruda  kitabxanalara 
məcburi  nüsxələrin  verilməsi  ilə  bağlı  Qanunun  Braziliya 
və Kubada olduğu kimi  50-100  il tarixi yoxdur.  1997-ci il- 
də  qəbul  olunan  Qanun  Peru Milli  Kitabxanasmm  nəzdin- 
də  “Milli  Biblioqrafiya  Mərkəzi”  (“Centro  Bibliografıco
Kitabxana-informasiya xıdmətində elektron kataloq
  |  75


Nacional”)  adlı  qurumun yaradılmasına  imkan  verib  [135, 
s.  194].  Perunun  “Milli  Biblioqrafıya  Mərkəzi”nin  əsasna- 
məsində çox ciddi bir məqam vardır:  ““Milli Biblioqrafıya 
Mərkəzi” ölkə üzrə nəşr olunan sənəd kütləsinin biblioqra- 
fık  təsvirini  yaradaraq  həm  ənənəvi,  həm  də  elektron  for- 
mada  vətəndaşlara  mütamadi  olaraq  ən  yeni  informasiya- 
lar  çatdırır.  Bu prosesi  tənzimləmək  məqsədilə  nəşriyyat- 
lar  nəşr  etdikləri  sənəd  kitablarm  5  nüsxəsi  ilə  məcburi 
qaydada  Mərkəzi  təmin etməlidirlər.  Bu  qavdaya əməl  et- 
məvən nəşriw atlar Mərkəz tərəfındən cərimələnir”.
Burada  ən  təqdirəlayiq məqamlardan  biri  də  odur ki, 
əw əla  cərimənin  məbləğini  Mərkəz  özü  müəyyən  edir 
(demək,  istənilən  məbləğə  iddia  etməyə  hüququ  var.  Bu 
isə  nəşriyyatlan  ehtiyatlı  olmağa  sövq  edir,  çünki  məbləğ 
konkret  olaraq  müəyyən  edilmir),  ikincisi  isə,  2  dəfə  cəri- 
mələnən  nəşriyyatm  fəaliyyəti  dayandırılır.  Paradoksal 
haldır  ki,  apardığımız  araşdırmalar  nəticəsində  müəyyən 
etdik ki,  Peru  kağız istehsalatı  çox  cüzi  olan  və  Skandina- 
viya  ölkələrindən,  Rusiya,  Sinqapur  və  Türkiyədən  ən  az 
həcmdə  kağız  idxal  edən  ölkələr  sırasmdadır.  Bu  da  öz 
növbəsində  ölkədə  kitab  çapınm  o  qədər  də  yüksək səviy- 
yədə olmamasına bir işarədir.  Lakin  bütün bunlara baxma- 
yaraq, hazırda Peru kataloqlaşdırma üzrə Anqlo-Amerikan 
qaydaları-AACR2  formatı  (ing.  Anglo-American  Catalo- 
guing  Rules)  üzrə  OCLC-a  (Onlayn  Kompyuter-Kitabxa- 
na  Mərkəzinə-OKKM)  ən  çox  elektron  biblioqrafik  yazı 
ixrac edən ölkə kimi tanımr.
76  | 
C.A.Cəfərov
Azərbaycanda  kitabxanalara  məcburi  nüsxələrin  zəif 
daxil  olmasına  şərait  yaradan  məsələlərdən  biri  də  nəşriy- 
yatlann  bir  çoxunun  “Kitabxana  işi  haqqmda”  Qanunun 
müvafiq  tələbindən  xəbərsiz  olması  ilə  izah  olunmalıdır. 
Ə w əlki  illərdə  fəaliyyət  göstərən  kitabxana  kollektorları- 
nm  işi  kitabxanaları  məcburi  nüsxə  ilə  təmin  etmək  ba- 
xımdan çox səmərəli idi.
Nəşriyyatlarımız  kitabxanaları  məcburi  nüsxlərlə  və 
onlann  elektron  variantları  ilə  təmin  edərlərsə,  həm  milli 
biblioqrafiyanm inkişafma, həm də milli toplu elektron ka- 
taloq sisteminin tərəqqisinə təkan verə bilərlər.
1.3.  M illi elektron  kataloqlarm  linqvistik 
təm inatı və  interpretasiyası
1.3.1.  Süni intellekt vasitəsilə  elektron 
kataloqun linqvistik təminatı
Elektron  kataloqun  linqvistik təminatı  dedikdə,  siste- 
mə  daxil  ediləcək  informasiyanın  işlənib  hazırlamasmı, 
mühafizəsini,  istifadəyə  verilməsini,  axtanşım  və  s.  təmin 
edən  vasitə  və  metodlar  kompleksi  nəzərdə  tutulur.  EK-in 
başlıca  vəzifəsi  istifadəçinin  informasiya  ilə  işləməsinə 
(axtarış,  müqayisəli  seçim  və  s.)  maksimum  şərait  yarat- 
maqdır.  Bu  vəzifəni  yerinə  yetimək üçün EK  sistemi  inki-
Kitabxana-informasiya xidmətində elektron kataloq
  |  77


Yüklə 23,47 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə