Azərbaycan miLLİ elmlər akademiyasi məRKƏZİ elmi Kİtabxana



Yüklə 23,47 Kb.
Pdf görüntüsü
səhifə21/51
tarix29.09.2017
ölçüsü23,47 Kb.
#2431
1   ...   17   18   19   20   21   22   23   24   ...   51

mir-bərpa  işləri”  adlı  nəşrin  elektron  kataloqunu  yaradır. 
Prosesin  sonunda  təsviri  tamamlamaq  məqsədilə  o,  bu 
nəşrə  aid  açar  sözləri  də  sistemin  yaddaşma  köçürür.  Sö- 
zügedən  nəşr üçün  optimal  açar  sözləri  “gəmi”,  “tərsanə” 
və  “dor”dur.  İndi  isə təsəw ür edək ki,  hər hansı  bir  istifa- 
dəçi  elektron  kataloqda  “dor”  sözü  üzrə  axtanş  aparır  və 
nəticədə 3  kitabm təsvirini tapır:
1)  “Mərkəzi  Bakı  tərsanəsində  iki  və  üçdorlu  gəmi- 
lərin təmir-bərpa işləri ”
2)  “Xəzərsahili  ərazilərdə  siqnal  dirəklərinin-dor 
ağaclarının quraşıdmlması üsulları ”
3)  “Bakı-Qazax  magistral dəmir yolunun  çarpazlaş- 
dırılması  və  hərəkət qrafıki  üzrə  manivela  vasitəsilə  ayrıl- 
ması təlimatı
3-cü kitabm axtanş nəticələri  arasmda təqdim olun- 
ması  bir  qədər təəccüblü  görünə bilər.  Çünki  ilk baxışdan 
nə  kitabm  admda  “dor”  sözünə  rast  gəlirik,  nə  də  dəmir 
yolu ilə  “dor ağacı”  arasmda hər hansı  bağhlıq  hiss  edirik. 
O zaman bu kitab hansı göstəricilərinə görə relevant nəticə 
kimi  istifadəçiyə  təqdim  olunur?  Qeyd  etdiyimiz  kimi, 
kitabxanaçı  1-ci  kitabm  elektron  kataloqunu  yaradarkən 
“dor”u  açar  söz  kimi  yaddaşa  daxil  etmişdi.  Həmin  vaxt 
(saniyə)  EK sistemi  özünün linqvistik vasitələrindən-lüğə-
82  | 
C.A.Cəfərov
tindən  istifadə  edərək bu  sözü  “təhlil  etmiş”  və məlum  ol- 
muşdur  ki,  “dor  ağacı”  termini  təkcə  su  nəqliyyatma-gə- 
milərə  deyil,  həm  də  quru  nəqliyyatma-qatar və  tramvay- 
lara da aiddir.  Beləliklə,  istifadəçi  öz  sorğusu üzrə 2  deyil, 
3  kitabla  tanış  olmaq  imkanı  əldə  etdi.  Göründüyü  kimi, 
elektron  kataloq,  ələlxüsus,  linqvistik  təminatı  yüksək  sə- 
viyyədə  həyata  keçirilmiş  EK  sistemi  ənənəvi  kataloq 
sistemindən dəfələrlə intellektual və hərtərəflidir.
Təqdim etdiyimiz misaldan aydm oldu ki, müasir EK 
sistemləri  leksik vahidlərin  ayn-ayn  səciyyəvi  xüsusiyyət- 
lərini  müəyyənləşdirmək,  terminlər  arasmda  paradiqmatik 
və  sintaqmatik  əlaqə  yaratmaq,  söz  və  söz birləşmələrinin 
fərqli  və bənzər cəhətlərini  ayırd etmək baxımından  kitab- 
xana işi sahəsində əvəzolunmaz vasitədir.
Maşınlaoxunan biblioqrafik yazılarm  linqvistik təmi- 
natının  birinci  inkişaf  mərhələsi  ötən  əsrin  50-ci  illərinə 
təsadüf edir.  Həmin  illərdə  informasiyamn  avtomatlaşdı- 
rılmış  şəkildə  işlənməsi  üzrə  ilk təşəbbüslər edilib  [183,  s. 
271].
1960-cı  ildən  etibarən  dünyanm  bir  neçə  iri  kitabxa- 
nası  informasiyanın  avtomatlaşdırılmış  şəkildə  işlənməsi 
sistemlərinə  məmləri  statistik  və  lüğəvi  cəhətdən  təhlilet- 
mə mexanizmi  əlavə ediblər.
Maşınlaoxunan biblioqrafik yazılarm  linqvistik təmi- 
natınm  ikinci  inkişaf mərhələsi  isə  1970-ci  ildən  sonrakı 
dövrə  təsadüf  edir.  Həmin  dövrdən  etibarən  AKİS-lər 
mətnləri  semantik-sintaktik,  struktural  cəhətdən  analiz  et-
Kitabxana-informasiya xidmətində elektron kataloq
  |  83


mək imkanı  əldə etməyə başlayıblar  [181,  s.  132].  80-ci  il- 
lərdən  müasir  dövrümüzədək  isə  mütəxəssislər  EK-siste- 
mini  süni  intellektlə  təmin  etmək  məsələsi  üzərində  çalı- 
şırlar.
Fransa  Milli  Kitabxanasmda  mütəmadi  elmi  tədqi- 
qatlar  aparan  Amerika  kitabxanaşünası  Norman  Stivensin 
fikrincə,  EK  sistemi  süni  intellektlə  təmin  olunmasa  belə 
texniki  effektivliyinə  görə  kitabxanaçınm  əl  metodu  ilə 
həyata keçirdiyi prosesi çoxdan geridə qoyub  [190,  s.  46].
Hazırda  dünyanm  bir  çox  ölkələrində  olduğu  kimi, 
Azərbaycanda  da  EK-in  linqvistik  təminatını  kökündən 
həll  edə  bilmək,  onu  süni  intellektlə  təchiz  etmək,  insan 
qədər  intellektuallaşdırmaq  üçün  psixologiya,  məntiq,  tət- 
biqi  linqvistika,  kibemetika və  s.  elmlərin qabaqcıl nəticə- 
lərindən kompleks şəkildə istifadə olunur.
Azərbaycan  kitabxanalarmda  yaradılan  EK-in  linq- 
vistik  təminatmdakı  ən  böyük  problemlərdən  biri  dillə 
bağlıdır.  Kitabxanalarımızda  istifadə  olunan  AKİS-lərin 
interfeysi və daxili yoxlama, tənzimləmə aparatı  bütünlük- 
də  əcnəbi  (rus  və  ingilis)  dillər  üzərində  qurulub.  Belə 
olan  halda,  Azərbaycan  dilində  olan  mətnlərin,  sözlərin 
linqvistik  təhlilində-morfoloji  və  sintaktik  analizində 
problemlər  qaçılmazdır.  Daxil  edilən  mətnlərin  səhihliyi- 
nin  ayrı-ayrı  mətn  redaktorlarmda  avtomatlaşdınlmış  şə- 
kildə yoxlanılması,  optik tanmma  sistemlərinin  köməyi ilə 
həmin  mətnlərin  yaddaş  qurğularma  daxil  edilməsi,  elek- 
tron  lüğətlərdən  istifadə,  mətnlərin bir dildən  digərinə  tər-
84  | 
C.A.Cəfərov
cüməsinin  avtomatlaşdınlması  müasir  dövrün  reallıqları 
olsa da dilimizin bu prosedurlann  obyektinə çevrilə bilmə- 
məsi  başlıca  problem  olaraq  qalır.  Lakin  son  dövrlərdə 
dövlət  tərəfindən  problemin  nəzarətə  götürülməsi,  milli 
EK  sisteminin  linqvistik  təminat  baxımmdan  inkişaf edə- 
cəyinə  dəlalət edir.  Azərbaycan hökuməti  ilə BMT-nin İn- 
kişaf Proqramınm 2003-2012-ci  illər üçün nəzərdə tutulan 
birgə  layihəsi  [11]  çərçivəsində  Azərbaycan  dilində  mətn- 
lərin  avtomatik  tanmması  sisteminin  yaradılmasma  başla- 
nılıb.  2009-cu ilədək "Azərbaycan dili və əlifbasmm infor- 
masiya  məkanında  istifadəsi"  istiqaməti  üzrə  müəyyən  iş- 
lər  görülüb:  Azərbaycan  dilinin xüsusiyyətlərini  (hərflərin 
rastgəlmə  tezliklərini  və  s.) nəzərə alan yeni klaviatura dü- 
zümünü  istifadə  etməyə  imkan  verən  drayverlər  hazırla- 
nıb.  Təsdiq  edilmiş  klaviatura  düzümünü  Microsofit şirkəti 
tanıyıb;  UNICODE  dəstəkli yeni  şriftlər toplusu və çeviri- 
cisi  hazırlanıb;  Azərbaycan  dilinin  elektron  orfoqrafık  lü- 
ğətinin  və Azərbaycan  dilində  (msdilli platforma üzrə  kla- 
viaturanın  alt  sırası  ilə  yazılmış)  yığılmış  mətnlərin  orfo- 
qrafıyasım  yoxlaya  bilən,  sözləri  sətirdən-sətrə  keçirməyi 
bacaran  və  s.  faydalı  fiınksiyalan  olan  sistem  yaradıhb  və 
bu  sistemin  MS  Office  proqramlarında  dəstəklənməsi  tə- 
min  edilib;  Azərbaycan  dilindən  ingilis  dilinə  və  əksinə 
tərcümələri təmin edə bilən ümumi və müxtəlif sahələr üz- 
rə terminoloji lüğətlər və avtomatlaşdmlmış tərcümə proq- 
ramlan  (Məs.,  Dilmanc-maşm  tərcüməsi  sistemi)  yaradı- 
lıb.  Son  3  ildə  layihə  çərçivəsində  aparılan  işlərin  sürəti
Kitabxana-informasiya xidmətində elektron kataloq
  |  85


Yüklə 23,47 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə