Azərbaycan miLLİ elmlər akademiyasi məRKƏZİ elmi Kİtabxana



Yüklə 23,47 Kb.
Pdf görüntüsü
səhifə25/51
tarix29.09.2017
ölçüsü23,47 Kb.
#2431
1   ...   21   22   23   24   25   26   27   28   ...   51

xəssislər düşünürlər ki,  müasir  dövrümüzdə  Almaniya  (bu 
ölkədə  kataloqlaşdırma  qaydalan  dünya  standartlarından 
əsaslı  surətdə  fərqlənir)  istisna  olmaqla,  bütün  dövlətlərdə 
kataloqlaşdırma qaydaları  eyni  olduğundan bu  sahədə mil-
li  indetikliyə,  fərqliliyə  ehtiyac  yoxdur.  Bu  məntiqlə, 
ABŞ-da  və  yaxud  Almaniyada  ali  məktəb  varsa,  artıq 
Azərbaycanda  ali  təhsil  müəssisəsinə  də  ehtiyac  qalmır. 
Çünki prinsip etibarilə Azərbaycanda elm və təhsilin funk- 
siyası  ilə  ABŞ-dakı  elm  və  təhsilinin  funksiyası  eynidir. 
Əlbəttə,  bütün dünyada təhsilin,  elmin, tibbin və  s.  funksi- 
yası birdir, amma milli-ideoloji baxımmdan bu  funksiyalar 
bir-birindən  fərqlənir.  Milli  kommunikativ  formatların  ya- 
radılması zərurəti də məhz bu yanaşma ilə əsaslandırılır.
Mövzunu  davam  etdirərək  qeyd  etməliyik  ki,  bir 
qayda  olaraq  bütün kitabxanalar  biblioqrafık  təsvirın  rele- 
vant  elementləridən  istifadə  edirlər  və  bu  zaman  müəllif, 
sərlövhə,  nəşr haqqmda məlumat,  buraxılış məlumatlan  və 
s.  icbari  informasiya  xarakteri  daşıyır.  Çünki  milli  kata- 
loqlaşdırma  qaydalarmm  böyük  əksəriyyəti  Beynəlxalq 
Standart  Biblioqrafık Təsvirə  (ISBD)  uyğunlaşdırılıb.  Bu- 
na baxmayaraq  son  dövrlərədək məsələn,  AACR 2  qayda- 
ları  ilə  TOCT  7.1.2003  arasmda  2  fərq  var  idi:  2  və  daha 
artıq  müəllifli  və  çoxcildli  nəşrlərin  təsvirində  bu  iki  bib- 
lioqrafik təsvir məcmusu biri-birindən  kəskin  surətdə fərq- 
lənirdi.
Artıq  birinci  problem  öz  həllini  tapıb.  Belə  ki, 
AACR 2-də  olduğu kimi  TOCT  7.1.2003  standartlan  üzrə
102  | 
C.A.Cəfərov
də  2  və  daha  artıq  müəllifı  olan  nəşrlərin  təsviri  zamam 
təsvir başlığma yalmz bir müəllifin adı daxil edilir.
Rus  kitabxanaşünası  Lobanovaya  görə,  yaxm  illərdə 
yeni  kommunikativ  formatlarm  yaradılması  prosesi  daya- 
nacaq  [131,  s.  57].  Bu  isə  onunla  əsaslandırılır ki,  dünya- 
nın  bir çox  ölkələri  artıq öz milli  kommunikativ formatla- 
rmı  yaradıb,  qalan  ölkələr  isə  hazır  AKİS-ləri  (İRBİS, 
VTLS,  Ex-libris  ALEPH,  LIBER)  əldə  etməyə  üstünlük 
veriblər.  Həmin  AKİS-lərdə  isə biblioqrafık yazılar əw əl- 
cədən  quraşdınlmış  konvertor  üzrə  elektronlaşdırılır.  Mə- 
sələn,  Azərbaycan  kitabxanalarımn  bir  çoxunda  istifadə 
olunan  Rusiyanm  “İRBİS-64”  AKİS-i  həm  RUSMARC, 
həm  də  LTNIMARC  formatmı  dəstəkləmək  imkanına  ma- 
likdir.  Lakin bütün hallarda milli biblioqrafiyamızın dünya 
informasiya məkanma  tam  inteqrasiyası  mümkün deyildir. 
Çünki heç bir çevirmə  mexanizmi  biblioqrafik təsvirin bü- 
tün  xüsusiyyətlərini  UNIMARC-a  və  ya əksinə,  konverta- 
siya  edə  bilmir.  Konvertasiya  zamanı  yalnız  ən vacib  atri- 
butlar bir sistemdən  digərinə  keçir.  Məsələn,  AMEA  Mər- 
kəzi  Elmi  Kitabxanası  ilə  Paris  Milli  Kitabxanası  biblio- 
qrafık  yazıların  mübadiləsini  həyata  keçirərkən  məlum 
olur  ki,  AMEA  MEK  “İRBİS-64”  AKİS  vasitəsilə  elek- 
tron  kataloqunu  birbaşa  deyil,  dolayı  yolla  beynəlxalq 
qaydalara  uyğunlaşdırır.  Başqa  sözlə,  kitabxana  elektron 
kataloqunu  RUSMARC  formatmdan  UNIMARC  standart- 
larına çevirir.  Fransa kitabxanası  isə biblioqrafık təsvir za- 
manı  özünün  milli  formatından-INTERMARC-dan  istifa-
Kitabxana-informasiya xidmətində elektron kataloq
  |  103


də  edir  və  lazım  gəldikdə  həmin  yazıları  UNIMARC-da 
təqdim  edir.  Buradan  belə  nəticə  çıxır  ki,  həmin  kitabxa- 
nalar  mübadiləni  bilavasitə  deyil,  bilvasitə  həyata  keçirir- 
lər.  Çünki hər iki kitabxana elektron kataloqunu UNIMARC-a 
konvertasiya  edərkən  vasitəçidən  istifadə  edir  və  nəticədə 
informasiya  itkisi  ilə  üzləşir.  Bu  həm  də  o  deməkdir  ki, 
kitabxanalar  arasında  biblioqrafik  yazı  mübadiləsi  bütün 
göstəricilər  üzrə  tam  olmayacaq.  Buna  baxmayaraq,  kon- 
vertasiya mexanizmi  beynəlxalq  sahədə  elektron  informa- 
siya  mübadiləsini  davam  etdirmək  üçün  hələlik  yeganə 
vasitədir.
Ötən  əsrin  90-cı  illərində  milli  kommunikativ  for- 
matlarm  çoxalması  fonunda ABŞ  kitabxanaşünasları  ingi- 
lisdilli  ölkələr arasmda elektron kataloq mübadiləsini daha 
da  optimallaşdırmaq  üçün  yeni  vasitəçi  format  yaratmaq 
qəranna gəldilər.  IMARC  (beynəlxalq MARC)  adlanan bu 
format  ABŞ,  Kanada,  Böyük Britaniya,  Avstraliya və  Ye- 
ni  Zelandiya  kitabxanalannda biblioqrafık yazılarm  vahid 
standartlar  üzrə  hazırlanmasmı  həyata  keçirəcəkdi.  Lakin 
Britaniya  Muzeyinin  kitabxanası  layihəyə  qoşulmamaqla 
IMARC-m reallığa çevrilməsini əngəllədi.
Buna  cavab  olaraq  ABŞ  və  Kanada  kitabxanaları 
biblioqrafık yazılarm  mübadiləsi zamam  itkiyə  yol  vermə- 
mək üçün,  yəni  konvertasiya  işindən azad  olmaq  üçün  va- 
hid kommunikatıv format yaratdılar.  Tərəflər yeni vasitəni 
“21-ci  əsrin  formatı”  -MARC  21  adı  ilə  realizə  etməyə 
başladılar [175,  s.  119].
104  | 
C.A.Cəfərov
Yeni yaranmış  MARC  21  sələflərindən əsaslı  şəkildə 
fərqlənə bilməzdi.  Çünki həmin vaxta qədər ABŞ USMARC, 
Kanada  isə  CANMARC  formatmda  milyonlarca  retro- 
spektiv  yazını  elektron  formaya  çevirmişdi.  Yeni  təsvir 
qaydaları,  yeni  itkilərə  rəvac  verəcəyindən  tərəflər  qarşı- 
lıqlı  kompromislər nəticəsində  MARC-21-i  çox cüzi  yeni- 
liklərlə  qəbul  etdilər.  Beləliklə,  yeni  yaranmış  MARC  21 
formatı,  əslində  köhnənin  (USMARC)  yeni  tədqimat  for- 
ması  kimi  kataloqlaşdırma  proseslərinə  tətbiq  edilməyə 
başlandı.
İstənilən  bütün  hallarda  MARC  21  tam  yeni  təsvir 
qaydalarma  söykənə  bilməzdi,  çünki  formatın  yeni  təsvir 
qaydalarmı  ehtiva  edə  bilməsi  üçün  AACR  2  standartmda 
dəyişiklik  aparılmalı  idi.  Bu  isə,  ingilisdilli  ölkələrin  ki- 
tabxanalarında  elektron  kataloqlaşdırma  üzrə  əldə  olun- 
muş  bütün  nailiyyətlərin  heçə  endirilməsinə  bərabər  olar- 
dı.
MARC  21-in  USMARC-a məxsus bütün  xüsusiyyət- 
ləri  özündə  birləşdirməsi  də  dediklərimizə  əyani  nümunə- 
dir.
MARC 21  formatınm:
1.  Biblioqrafık məlumatlar üçün;
2.  Normativ məlumatlar üçün;
3.  Fond haqqındakı məlumatlar üçün;
4.  Məlumatlann təsnifatı üçün;
5. 
İctimai  informasiya  üçün  ixtisaslaşdırılmış  for- 
matlar kompleksi mövcuddur.
Kitabxana-irıformasiya xidmətində elektron kataloq
  |  105


Yüklə 23,47 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə