Azərbaycan miLLİ elmlər akademiyasi məRKƏZİ elmi Kİtabxana



Yüklə 23,47 Kb.
Pdf görüntüsü
səhifə37/51
tarix29.09.2017
ölçüsü23,47 Kb.
#2431
1   ...   33   34   35   36   37   38   39   40   ...   51

Ənənəvi  kitabxanada  biblioqrafık  kartoçka  olmadan 
fondlara  tematik  baxış  mümkün  olmadığı  kımi,  elektron 
kitabxanada  da  elektron  kataloq  olmadan  informasiyanı 
çeşidləmək,  oxucuya  düzgün  şəkildə  çatdırmaq  mümkün 
deyil. Azərbaycan kitabxanalarmda istifadə olunan “İRBİS-64” 
və  “VTLS”  AKİS-ləri  elektron  kataloq  yaratmaqla  bəra- 
bər,  elektron  kitabxanalann  da  yaradılmasma  imkan  verir 
və  kitabxanalanmız  bu  imkanlar  sayəsində  elektron 
kitabxanalannı yaradırlar.
Elektron  kitabxanalar  müstəqil  informasiya  sistemi 
olduqlarından  onlann  müstəqil  axtarış  mexanizmləri  də 
olur.  Yəni  oxucu  elektron  kitabxanaya  daxil  olaraq,  ümu- 
mi  axtarış  apara  və  informasiya  əldə  edə  bilər.  Hazırda 
məsələn,  AMEA  MEK-in  elektron  kitabxanasmda  elmin 
müxtəlif sahələrinə  dair 
10
  mindən  artıq  tammətnli  elek- 
tron nəşr mövcuddur.  Həmin elektron kitabxanadan bəhrə- 
lənmənin 
2
  üsulu  var:  məlumatm  bilavasitə  axtarışı  və 
elektron  kataloq  vasitəsilə  axtarışı.  Birinci  variantda  oxu- 
cu, elektron kitabxanadan kortəbii  şəkildə yararlanır.
Məsələn  o,  elektron  kitabxananm  axtanş  panelinə 
“Qıpçaq türkləri” sözünü daxil edir və axtanş  üzrə göstəri- 
lən kitablarm elektron versiyasmı tapır:
Mahmudov  Y.  Azərbaycan:  qısa dövlətçilik tarixi;
- Azərbaycan tarixi.  Yeddi cilddə;
- Ziya Bünyadov.  Azərbaycan  VII-IX əsrlərdə;
- Ziya Bünyadov.  Azərbaycan Atabəyləri dövləti.
154  | 
C.A. Csfərov
Nəticənin  belə  təqdimatının  səbəbi  həmin  nəşrlərdə 
“Qıpçaq türkləri” ifadəsinə rastgəlmə əmsalınm yüksək ol- 
masıdır.  Elə buna görə  də axtanş zamanı  sistem bu ifadəyə 
rast  gəldiyi  bütün  elektron  kitablan  nümayiş  etdirir.  Bu 
zaman  oxucu,  belə  qənaətə gəlir ki,  AMEA MEK-in  elek- 
tron  kitabxanasmda  “Qıpçaq  türkləri”  ilə  bağlı  cəmi  4  ki- 
tab var. Halbuki, bu mənzərə reallığı tam şəkildə əks etdir- 
mir.  Bu  misal  elektron  kitabxanada  elektron  kataloqsuz 
axtanşm nəticəsidir.
Eyni  sorğu  ilə  elektron  kataloq  vasitəsilə  elektron 
kitabxanada  axtanş  apardıqda  isə  sistem  bizə  əvvəlki 
kitablarla  yanaşı,  müxtəlif  dillərdə  əlavə  kitablar  da  təq- 
dim edir.  Məs.:
-  Istvän  Väsäry,  Cumans  and  Tatars  Oriental 
Military  in  the  Pre-Ottoman  Balkans  1185-1365,  Cam- 
bridge  University Press,  2005
-  Csäki,  E.  Middle  Mongolian  loan  words  in  Volga 
Kipchak  languages.  Turcologica,  Bd.  67.  Wiesbaden: 
Harrassowitz,  2006
-  S.A.  Pletneva,  Kipchaks,  Publishing  house  "Scien- 
ce",  1990
-Roux Jean-Paul.  L'Asie  Centrale,  Histoire  et Civili- 
zation,1997
Beləliklə,  məlum  olur  ki,  həmin  kitabların  elektron 
kataloqunu  yaradarkən,  kitabxanaçı  EK  sisteminin  “açar
Kitabxana-inform asiya xidm ətində elektrorı kataloq
 
|  155


sözlər”  bölməsinə  “qıpçaq,  qıpçaqlar,  türklər”  sözlərini 
azərbaycanca  əlavə  edib  və  sonradan  adıçəkilən  kitablarm 
xarici  dillərdəki  tam  mətnlərini  elektron  kitabxanaya 
yerləşdirib.  Elektron kitabxanada birbaşa axtarış apararkən 
bu nəticələrin  əldə  olunmamasmm  səbəbi  isə həmin  kitab- 
lann tam mətnində  azərbaycanca bu  sözlərin olmamasıdır. 
Bu  isə  onu  deməyə  əsas  verir  ki,  elektron  kataloq  müasir 
kitabxana resurslanna,  elektron kitabxanaya ən optimal əl- 
yetərlik  vasitəsidir  və  EK  ilə  bağhlığı  olmayan  elektron 
kitabxanada  nəticələrin  tam  relevantlığmı  təmin  etmək 
mümkün deyil.
3.3.  Elektron  kataloq  sistem lərinin ink işaf
perspektivləri:  yenilik lər və  təldiflər
Monoqrafiyada  əks  olunan  faktlar  onu  göstərir  ki, 
Azərbaycanda bir çox  iri  kitabxanalar artıq  10  ilə  yaxmdır 
ki,  modemləşməyə  hazırlıq  dövrünü  yaşayır,  elektron  ka- 
taloq  sistemini  qurur,  elektron  kitabxana  yaradır,  müxtəlif 
elektron  məlumat  bazaları  formalaşdırır.  Buna  baxmaya- 
raq,  yaxm  gələcəkdə  kitabxanalanmızda  elektronlaşma 
proseslərinin  daha  mütərəqqi  istiqamətlərini  müəyyənləş- 
dirmək üçün bir sıra yeniliklərə  ehtiyac duyulur.
Bu  ehtiyacı  nəzərə  alaraq,  Azərbaycan  kitabxanala- 
rmda yaradılan elektron kataloq sistemlərinin yaxm 5  il ər- 
zində  inkışafı  üzrə  təklif etdiyimiz  yeniliklər  aşağıdakılar- 
dan ibarətdir.
156  | 
C.A.Cəfərov
-Azərbaycan  kitabxanalarında  elektron  kataloqu 
inkişaf etdirmək üçün İlk növbədə MAKİS yaradılmalıdır.
- Kitabxanalardakı  elektron  kataloq  sistemi  RFID 
(radiotezliklə  identifıkasiya)  texnologiyaları  ilə  uzlaşdırıl- 
malıdır.
-  Veb  kataloq  sistemi  genişləndirilməli,  Respublika 
kitabxanaları  üzrə  vahid,  toplu  elektron  kataloq  sistemi 
istifadəçilərin  ixtiyarına verilməlidir.
-  Veb  kataloq  sistemi  elektron  sənədlərin  göndəril- 
məsi mexanizmi ilə  təchiz edilməlidir.
- Elektron  kataloqa  əlyetərliyin  səviyyəsini  yüksəlt- 
mək  üçün  3G  və  Web  3.0  texnologiyalarından  istifadə 
olunmalıdır.
- Elektron  kataloq sisteminin  təhlükəsizlik məsələləri 
həll  olunmalı,  kibertəhlükəyə  qarşı  önləyici  tədbirlər  gö- 
rülməlidir.
- Nitqin  tanınması  sistemi  ilə  elektron  kataloqun ya- 
radılması  işi uzlaşdırılmalıdır.
- Mətnin  nitqə  çevrilməsi  üsulu  ilə  kor  və görmə  qa- 
biliyyəti  z ə if olan  oxucuların  elektron  kataloqa  əlyetərliyi 
təmin olunmalıdır.
Təklif etdiyimiz  yeniliklərin  (Azərbaycan kitabxana- 
lan  üçün  nou-hau  olduğundan)  bir  qədər  geniş  izahatma 
ehtiyac duyulur:
Kitabxana-in/orm asiya xidmətirıdə  elektrorı kataloq
 
|  157


Yüklə 23,47 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə