Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə18/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   14   15   16   17   18   19   20   21   ...   205

«Miısərna  yolu»  və  s.  əsas  şərtdir.  Qızılbaşların  yəni  sadə 

camaatın  ibadəti  şiə  (Cəfəri)  məzhəbinə  əsaslanır.  Bir  məsələ 

də  xüsusi  qeyd  olunmalıdır  ki,  bəzi  müəlliflər  sübut  etməyə 

çalışırlar  ki,  qızılbaşlar  təkcə  Hz.  €)lini  deyil,  həmçinin  Şah 

İsmayılı  da 

Allah  (Haşa)  kimi  təqdim  edirlər.  Bunun 

qaynağını  isə 

Xətayinin  yaradıcılığında  axtarırlar.  Çox 

təəssüf  ki,  eyni  fikirlər  bəzi  Azərbaycan  müəlliflərinin 

səfəvilərlə  bağlı  əsərlərində  də  mövcuddur.  Biz  bu  sahədə 

geniş  bəhs  etməyəcək,  Şah  Xətayidən 

kiçik  nümunə 

verməklə  kifayətlənəcəyik.

* Ba ismi- ilahi! fərdi- yəzdan,

Rəhmani rəhimi  heyyi- sübhan 

Hər karını, ey dil ibtida  qıl,

Çün əhdə bəli dedin, vəfa qıl,

Ta hər işin yetə kəmalə,

Şükür eylə Cəlili- Zülcəlalə.

Virid eylə sənayi- Mustafani,

Zikr eylə kəmali  Mürtəzan  ifadələrini və ya

Xətayiyəm, şəha, əksüklü quləm,

Qapında bir kəminə kəmtərəm mən.

Xətayi nəyinki  Allahın,  Rəsulun,  Hz.  Əlinin qulu

O özünü Hz.  Əlinin silahdaşı, qulamı.  Qənbərin qulu sayır

Fikrü zikrim  hərdəm ol Sultani- aləmdir məni

|  



Bu Xətayi xəstə anın Qənbərinə bir qulam



Xətainin 

əsərlərini  oxuyan  hər  kəs  tez-  tez  belə 

ifadələrə  rast gəlir.  Düşünürsən,  belə  olduqda  bu  bidətçilik, 

allahlıq  fikirləri 

haradan 

qaynaqlanır.  Bəlkə  Nəsimini 

anlamayanlar  ona  dinsiz  dedikləri  kimi,  Xətayiyə  də  bu 

damğanı  yapışdırırlar.  Bizcə  bu 

bilgisizlikdən,  islamda 

insanın  kamillik  mərhələsinə  yüksəlməsindən,  hal  əhlindən,

54



təsovvüfdən,  əhlullahdan-emullaha  yüksəlməyi  anlamamaq- 

dan qaynaq-lanır.  Xətayi demişkən:

Nəfəsi əhli- dilin gövhəri- candır bilənə, 

Nitqimiz qüdrəti- həq, ruhi-  rəvandır bilənə 

Mərilfət gövhərinin  kaninə mədən ola gör, 

Gştə bu gəncü hünər  elmi- nihandır bələnə. 

Şərbəti- həqqdən içən eşq əri azad  olur,

Eylə sərməst olanın küfri imandır bələnə.

Yazının  həcmini  və  məsələyə  dönə-  dönə  qayıtmalı 

olacağımızı  nəzərə alaraq  aşağıdakı nəticəyə gəlirik.

1.  Ələvilik-  şiəlik-  qızılbaşlıq  məsələləri  tarixilik  və  inam 

baxımından  hərtərəfli təhlil edilməlidir.

2.  Orta  əsr  mənəvi  mədəniyyətimizi,  inamlar  sisteminin 

araşdırarkən  islam  fəlsəfəsinə,  təsəvvüfə  ciddi  diqqət 

yetirilməlidir.  Əks  təqdirdə  böyük  yanlışlığa  yol 

veriləcəkdir.

3.  Araşdırmalar  zamanı  hər  hansı  sünnü-  şiə,  ələvi- 

qızılbaş  və  s.  ilə  islami  bölücülüyə  yol  verilməmə­

lidir.  Bu  məsələdə  mövcud  olan  ədəbiyyatlara  çox 

ehtiyatlı  və  tənqidi  yanaşılmalıdır.  Məsələlər  islamçı­

lıq,  türkçülük  və  millilik  baxımından  öyrənilməlidir. 

Tədqiqatda  ən  çox  yol  verilməz  hal  problemə  mənsub 

olduğu 

məzhəbə  və  ya  şəxsi 



rəğbətinə 

uyğun 


yanaşmaqdır.  Sonda  Hz.  Əli  fə.s)  nin  bir  fikrini 

vermək  yerinə  düşərdi.  «Mənin  ucbatımdan  iki  qrup 

cəhənnəm  odunda  yanacaq,  biri  məni  layiq  olduğum­

dan  yuxarı  qaldıranlar,  digəri  mənim  haqqımı  yen- 

dirənlər».  Yəni hər şey haqqa və fakta söykənməlidir.

Ədəbiyyat:

1.  Ahmet  Er.  Alevilik  sünnilik  yapay  bir  lıadiscüir.  Genç 

Erenler dergisi,  1998, sayı 30.

2.  Azərbaycan  Sovet Ensiklopediyası,  III cild.

3.  Y.  A.  Belyayev.  Müsəlman  təriqətləri.  Bakı,  1991.

55



4.  Большая Советская Энциклопедия, том  14.

5.  Gülpmarlı  A.  İslamda  təriqətlər  və  məzhəblər  haqqında 

100 sııal və cavab, Əhli Beyt məktəbi  nəşriyyatı,  1999.

6.  Haydar Kaya.  Alevi,  Bettaşi.  Erkani, evradı ve edebiyyatı. 

İstanbul,  1996.

7.  Kadirzade  Hacı.  Kadir.  Rus  alimi 

akad. 

V.A. 


Kordlevskinin  Bektaşilikle  ilgili  araştırmaları  üzerine  bir 

açıqlama.  Türk  kültürü  Elacı  Bektaş  Araştırma  Merkezi 

Hacı Bektaş Veli Sempozyumu Bildirileri,  Ankara,  1999.

8.  Гордлевский  В.  А.  Из  религиозных  искании  в  Малой 

Азии Кызылбаши.  Изб. соч. том  1.

9.  Гордлевский  В.  А.  Из  религиозной  жизни  кызылбашей 

Малой Азии.  Изб.  соч. том  1. Москва,  1960.

10.  Mustafa A sm  Koşkal.  İslam tarihi.  Medine devri, cild  10.

11. Naxçıvan sancağının müfəssəl dəftəri.  Bakı,  1997.

12.  Şah  İsmayıl  Xətayi.  Keçmə  namərd  körpüsündən.  Şerlər 

və poemalar.  Bakı,  1988.

HA Cl FƏXRƏDDİN SƏ FƏ RLİ

Naxçıvan Dövlət  Universiteti

NAXÇIVAN  İMAMZADƏSİNİN  KİTABƏLƏRİ

Naxçıvan  Muxtar  Respublikası  ərazisindəki  ziyarət­

gahların  içərisində  «imamzadə»lər  xüsusi  yer  tutur.  Hazırda 

Naxçıvanda  «imamzadə»  adı  ilə  tanınan  üç  müqəddəs  yer  -  

ziyarətgah  vardır.  Yerli  əhali  tərəfindən  birbaşa  şiə  imam­

larının  övladları  ilə əlaqələndirilən  bu qəbil ziyarətgahlar üzə­

rində  digər  müqəddəs  yerlərdən  fərqli  olaraq  orta  əsr  sənət­

karlarının əli ilə möhtəşəm tarix-memarlıq abidələri -  türbələr 

ucaldılmışdır.  Zəmanəmizədək  nisbətən  salamat  vəziyyətdə 

gəlib  çatmış  bu  abidələrin  bəziləri  memarlıq  baxımından 

qismən  tədqiq  edilsələr  də,  demək  olar  ki,  onlar  lazımi 

səviyyədə  öyrənilməmiş,  dövrün  tələblərinə  uyğun  olaraq

56



sovet hakimiyyəti  illərində diqqətdən  kənarda qalmışlar.

Əsasən  oxşar  memarlıq  -   konstruktiv  quruluşa  malik 

olan  bu  abidələr  ərazidəki  digər  ziyarətgah  -   pirlərdən  fərqli 

olaraq  «imamzadə»  adlamdırılırlar.  Ərəbcə  «imam»,  farsca 

«zadə»  sözlərinin  birləşməsindən  əmələ  gələn  bu  söz  «imam 

övladı»,  «imam  nəslindən  olan»  mənasım  verir.  El  arasında 

yayılan  fikirlərdən  də  göründüyü  kimi,  bu  komplekslərdə 

olan  qəbirlərdə  uyuyan  şəxslər  şiə  imamlarının  övladları 

olmuşlar.

Tarixdən  məlumdur  ki,  şiə  imamları  Abbasi  xəlifələri 

tərəfindən  daim  təqib  olunmuş,  bu  səbəbdən  də  onların 

övladları  təqibdən  yaxa  qurtarmaq  üçün  qaçıb  müxtəlif 

ölkələrə,  o  cümlədən  Azərbaycana  və  onun  ayrılmaz  tərkib 

hissəi  olan  Naxçıvan  bölgəsinə  pənah  gətirmişlər.  Onlar 

burada  yaşamış  və  yerli  əhali  arasında  böyük  nüfuza  malik 

olmuşlar.  Vəfat  etdikdən  sonra  yaşadıqları  yerdə  də  dəfn 

olunan  bu  adamların  qəbirləri  əhali  tərəfindən  ziyarətgaha 

çevrilmişlər.

Naxçıvan  ərazisində  və  ona  yaxın  yerlərdə,  vaxtı  ilə 

Azərbaycan  torpaqları  olan  digər  yaşayış  məskənlərindəki 

imamzadələr xalq  tərəfindən imam  Museyi-Kazimin  övladları 

ilə 


əlaqələndirilir. 

Məsələn, 

Şərur 

ərazisindəki 



Parçı 

imamzadəsi 

onun 

övladlarından 



İbrahimlə, 

Babək 


rayonundakı  Nehrəm  imamzadəsi  Seyyid  Əqillə,  Ordubad 

rayonunun  Düylün  kəndindəki  pir  Seyyid  Səffänla,  taleyi 

daim  Naxçıvanla  bağlı  olan  Mehri  rayonundakı  (indi 

Ermənistan  Respublikasının  tərkibindədir)  Buğuçar  piri 

Seyyid Əhmədlə əlaqələndirilir.

Şiələrin  yeddinci  imamı  Museyi-Kazim  hicri-qəməri 

təqvimilə  183-cü  ildə  (miladi  təqvimilə  799-800-cü  ildə)  xəlifə 

Harun  ər-Rəşid  zamanında  zəhərlənib  öldürüldükdən  sonra 

onun  övladları  təqib  olunmuş  və  onlar  canlarını  qurtarmaq 

üçün  didərgin  düşüb  müxtəlif  yerlərə  qaçmışlar.  Məsələn, 

onun  qızı  Hökümə  xanım  Heybət  adlı  nökəri  ilə  birlikdə 

qaçıb  Azərbaycana  gəlmiş  və  orada  yaşamışlar.  Vəfat 

etdikdən  sonra  orada  da  dəfn  olunmuş,  qəbrinin  üstündə

57



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə