Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə17/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   13   14   15   16   17   18   19   20   ...   205

ikinci  qızılbaş  ordusu 

Şeyx  Heydər  tərəfindən 

yaradıldı.  Lakin  fərqli  cəhət 

bundan  ibarət  idi  ki,  onların 

çalmalarında  12  qırmızı  zolaq 

vardı.  Yəni  Allah,  onun 

Rəsulu  və  12  imam  uğrunda mübarizə  aparmaq.  Bu  məsələ 

Şah  İsmayılın 

zamanında 

daha 


kəskin  şəkil  alır. 

Azərbaycanla  bərabər  Anadolunun 

demək  olar  ki,  hər 

yerində  eyni  məqsədə  qulluq  eyləyən  Səfəvi-  Bektaşi  və 

şiəlikdən  bəhrələnən  dərvişlər  yayılmışdı.  Bu  isə  Osmanlı 

dövləti  üçün 

böyük  təhlükə  idi.  Beləliklə  Osmanlı 

imperiyasında  sünnü  olmayan  bütün  müsəlmanlar  ələvi- 

qızılbaş - bektaşi  adlandırıldı  və onlara qarşı kəskin mübarizə 

başlandı.  Xüsusən  Sultan  Səlim  zamanında  qızılbaşlıq, 

ələvilik əliallahilik,  dinsizlik,  allahsızlıq  kimi  təbliğ  olunurdu. 

Hz.  Əlini,  Əhli-  Beyti  sevən  hər  bir  kəs  ələvi-  qızılbaş 

adlandırıldı.  Bu  ad  altında  şiəlik-  cəfəriliklə  qəti  əlaqəsi 

olmayan  Əliallahilər  (Haşa  Hz.  Əlini  Allah  sayanlar)  də 

birləşdirildilər.  Qızılbaş  ifadəsi  təhqir  mənasında  işlədilirdi. 

Avropa  və  rus  tarixçiləri,  siyasət  adamları  bundan  öz 

məqsədləri üçün  istifadə etməyə,  daxili  münasibətləri  daha da 

kəskinləşdirməyə  çalışırdılar.  Məhz  bu  yolla  Osmanlı-  Səfəvi 

düşmənçiliyi  yaratmaq,  beləliklə  Avropanı,  bütövlükdə 

xristian  dünyasını  müsəlman-  türk  istilasından  xilas  etmək 

mümkün  idi.  Onlar  bundan 

məharətlə  istifadə  etməklə 

istədiklərinə  nail  oldular.  Bu  prinsip  sonrakı  dövrdə  də 

Türkiyəni  daxildən  zəiflətməyə 

xidmət  etmişdir.  Heç 

təsadüfü  deyil  ki,  1807-  ci  ildə  Napaleon  öz  səfirindən 

Türkiyə 

ilə  bağlı  məlumat  istəyərkən 

səfir  yazmışdır: 

«Türklər əsla  məğlub  edilməzlər.  Onları  məğlub etməyin  yolu 

ələvi-  sünnü  kimi  bölmək,  parçalamaqdır»  (1,  s.  20).  Bu 

təkcə  siyasətçilərin,  dövlət  adamlarının  deyil,  tarixçilərin  də 

qarşısında  dayanan  miihüm  vəzifə  idi.  Tarixdə  qızılbaşlıqla 

bağlı  ən  kəskin  mövqe  tutanlardan  biri  V.A.  Qordlevski 

olmuşdur.  Anadoluda  tədqiqat  aparan  müəllif  açıc-  aşkar 

ələvi  (qızılbaş) -   sünnü  qarşıdurması  yaratmağa çalışmış,  ən 

kiçik 

məsələləri 



qabardaraq 

düşmənçilik 

həddinə 

çatdırmışdır.  Bunlar  azmış  kimi  müəllif 

qızılbaşların,

51



xüsusən  Kars  və  ətrafmdakıların  soyca  erməni  olduqlarını, 

lakin  şiəlik-  qızılbaşlıqla  bağlı  olaraq 

assimilyasiya 

edildiklərini  sübut  etməyə  çalışır.  Bununla  bağlı  ayrıca  yazı 

nəşr  etdirdiyimizdən  məsələnin  üzərində  geniş  dayanma­

yacağıq  (7,  s.  12).  Amma  bir  fikri  xüsusi  vurğulamaqla  onun 

hansı  mövqe  tutduğunu  göstərmək  olar.  Guya  qızılbaşların 

ona  verdiyi  məlumata  görə  «onlarla  ermənilər  arasında  fərq 

tük  qədərdir»  (8,  s.  252).  Bu  az  imiş  kimi  müəllif  Doğu 

Anadoluda  geniş  yayılmış  və  fevral  ayında  keçirilən 

(Naxçıvandakı  kimi) Xızır- İlyasla  bağlı  mərasimi  ermənilərlə 

əlaqələndirir (8, s.  244-245).

Çox  təəssüflə  qeyd  edilməlidir  ki,  Azərbaycan 

tarixşünaslığında  da  bəzi  müəlliflər  Səfəvilər,  qızılbaşlar  və 

Şah  ismayılla  bağlı  müəyyən  məsələlərdə  bu  qaynaqlara 

önəm  verirlər,  onları  əsas  mənbə  kimi  göstərirlər.  Onlar  isə 

ələviliyi-  əliallahlıq  sayırlar,  bidətçi  hesab  edirlər.  Lakin  əldə 

olan  çox  sayda  Ədəbiyyat  materiallarına  əsaslanaraq  demək 

olar  ki,  əliallahiliklə  əsl  ələviliyin,  şiə-  qızılbaşlığın,  xüsusən 

özlərini  Cəfəri  hesab  edənlərin  heç  bir  əlaqəsi  yoxdur.  Bu  bir 

faktır  ki,  indi  də  Türkiyədə  Əlisiz  ələvilər,  az  miqdarda 

əliallahilər,  ateis  ələvilər  və  s.  bu  kimi  qruplar  mövcuddur. 

Doğrudan  da  bunlar  bidətçiliklə,  allahsızlıqla  məşğuldurlar. 

Məsələn,  Əlisiz  ələvilər  iddia  edirlər  ki,  ələvi  sözü  Hz.  Əli  ilə 

bağlı  deyil,  bu  alovidir.  Yəni  odla  bağlıdır.  Özlərini 

zərdüştlüklə  əlaqələndirirlər.  Deməli,  bunun  əsl  ələviliyə 

aidiyyatı  yoxdur.  Digər  qrup  -  əliallahilər  isə  hələ  Hz.  Əlinin 

zamanında  ortaya  çıxmışdır.Tarixi  mənbələrə  görə  Hz.  Əli 

onlara ən ağır cəza vermişdir (5, s.  20).

Lakin  bunlardan  fərqli  olaraq  Cəfəri  adlanan  şiə- 

qızılbaş-  ələvilər  islamda  ayrıca  məzhəb,  təriqətdir.  Ələviliyin 

mahiyyətini  bilməyənlər  onu  Əliallahilərlə  qarışdırırlar. 

Y.A.Belyayevin  məlumatından  belə  çıxır  ki,  bütün  ələvilər 

Əliallahidir  (3,  s.  82).  Müəllif  yazır  ki,  ələvi  təriqəti  Əlini 

Allah  kimi  tanımaqdır  (3,  s.  82).  Çox  təəssüf  ki,  Y.  A. 

Belyayev 

bu  fikrində  özündən  əvvəlki  tendensiyaya 

söykənmişdir.  Bu  gün  Türkiyədə  Ələvilik,  onun  mahiyyəti  ilə

52



bağlı  çox  sayda  ədəbiyyat  materiallar  vardır.  İndi  ələviliyin- 

şiəliyin  mahiyyəti  daha  dəriridən  araşdırılaraq  bizim  də 

qatıldığımız  bir  neçə  toplantıda  islami  birlik,  bütün 

məzhəbləri  Quran  və  Əhli-  Beyt  ətrafında  birləşdirmək 

başlıca  şərt  olmuşdur.  Bizim  bu  məsələni  önə  çəkməyimizin 

başlıca  səbəbi  budur  ki,  tarixdə  bizə  də  şiə-  qızılbaş-  ələvi 

deyilmişdir.  Bir  cəhətə  xüsusi  diqqət  verilməlidir  ki,  bir  çox 

ədəbiyyatda  ələvi-  qızılbaş  sözləri  sinonim  kimi  verilmişdir. 

Tarixi  mənbələrdə  çox  vaxt  Səfəvi  imperiyası-  Qızılbaş 

imperiyası,  əhalisi  isə  qızılbaş  adlandırılır.  Uzun  illər 

Naxçıvan  əhalisi  haqqında  da  bu  ifadə  işlənmişdir:  şiə- 

qızılbaş.  «Naxçıvan  sancağının  müfəssəl  dəftəri»  kitabında 

boş  qalmış  kəndlərin  bir  qismi  ilə  bağlı  yazılır  ki,  bu  kəndin 

əhalisi  pis  əməlli  qızılbaş  (şiə)  olduğu  üçün  qaçıb  getmiş  və 

boş  qaldığı  üçün  dəftərdə  məzrə  olaraq  qeydə  alındı  (11,  s. 

291).  Bu  tarixi  mənbədədir.  Lakin  bizim  topladığımız 

materiallarda  əhalinin  özünü  ələvi-  qızılbaş  adlandırmasına 

rast  gəlməmişik.  Özləri  haqqında  daha  çox  Əli  şiəsi,  Cəfəri, 

ümumiyyətlə  müsəlman  deyirlər.  Hətta  yaşlılar  Azərbaycan 

dili  haqqında  da  «müsəlman  (yerli  deyimdə  müsürman  dili)» 

ifadəsi  işlətmişdir».  Naxçıvanda  bədniyyət,  ümumi  qanunlara 

tabe  olmayan,  dava-  dalaş  törədənlər  haqqında  deyilən 

«Əliallahı,  tumantökən»ifadəsi  əliallahiliyə  münasibəti  aydın 

şəkildə göstərir.

Ümumiyyətlə  Ələviliyin  mahiyyətinə  gəlincə  söz  «Əli 

evi»,  yəni  Əhli  Beytlə  bağlılıqla  əlaqləndirilir.  Bu  baxımdan 

ələviliyi bir neçə hissəyə ayırmaq olar:

1. 


Soyca  Əhli-  Beytə  bağlananlar.  2.  Hərbi-  siyasi 

məsələlərdə,  döyüşlərdə  Hz.  Əli  tərəfindən  çıxış  edənlər.  3. 

Yaşamda,  ibadətdə,  iman  və  təqvada  Hz.Əli  yoluna-  yəni

ona söykənən məzhəb və təriqətə  uyanlar.

___

Deməli  I.  P.  Petruşevski,  V.A.  Qordlevski,  Y.A. 



Belyayev  və  başqalarının  dediyi  kimi,  Ələvilik-  qızılbaşlıq 

Əlini  Allah  (Haşa  !)  saymaq  deyil.  Onu  ayrıca  təriqət 

adlandırmaq  da yanlışdır.  Unudurlar  ki,  təriqətə  görə  xüsusi 

zikr  forması,  «Əsma  yolu»,  «Sufilik»,  «Təkcə  (Xəlvətiyyə)»,

53



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə