Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə18/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   14   15   16   17   18   19   20   21   ...   97

Qaraçay  ədəbiyyatı
55
ki, qaraçaylılar Qafqazda qədim Qafqaz köçəri qəbilələrinin iran-
dilli (alanlar) və xüsusən türk qəbilələrinin (bulqarlar, xəzərlər, 
qıpçaqlar) assimilyasiyası nəticəsində yaranıb ortaya çıxmışlar. 
Qaraçay dili Altay dil qrupunun türk qoluna aid olan qıpçaq 
qrupunun qıpçaq-polovets yarımqrupuna daxildir. Dini inancları 
müsəlmanlığın sünni-hənəfi məzhəbidir. 
Qaraçay dili malkar və çegem dili ilə qohum olmaqla, noğay 
türklərinin dilinə çox yaxındır. Bununla belə onlar çərkəz dilini 
də  yaxşı  bilirlər.   Yuxarıda  bildirdiyimiz  kimi,  Qaraçay-malkar 
dili türk dillərinin qıpçaq qrupuna aiddir. Bu, XX əsrin 50-ci il-
lərindən işlənməyə başlamaqla, göstərilən dövrə qədər “dağlı-ta-
tar”, “dağlı-türk”, “tatar-cığatay” kimi adlanmışdır. Türkiyədə də 
bu dildə danışan iyirmi min Qaraçay-malkar köçəriləri yaşamaq-
dadırlar. Qaraçay-malkarlar eyni dil, mədəniyyət və tarixi payla-
şan, fəqət siyasi səbəblər üzündən iki müxtəlif bölgədə yaşayan 
türk boyudur. Qaraçay-malkar adı bu türk boyunun yaşadığı iki 
bölgənin adı olmaqla, qaraçaylılar və malkarlar ortaq qəbilə adı 
olaraq “taulu” (dağlı) adından istifadə edir və dillərinə də “tav 
dil” (dağlı dili) deyirlər.
Qaraçay-malkar türkcəsi tarixən iki müxtəlif dialektdən ibarət 
olmuşdur. Bunlar heç də ilk baxışda düşünüldüyü kimi Qaraçay 
və malkar dialektləri deyildir. Çünki Qaraçay bölgəsində və Mal-
kar torpaqlarının Bahsan, Çegem vadilərində ünsiyyətdə istifadə 
olunan dil bir-birindən fərqli deyildir. Qaraçay-malkar xalqının 
yüzdə doxsanı tərəfindən istifadə olunan bu dialekt Qaraçay-mal-
kar yazı dilini meydana gətirmişdir. Az sayda insan tərəfindən is-
tifadə olunan bu dialekt isə Malkar bölgəsinin Çerek vadisində is-
tifadə edilməkdədir. Holam və Bızınği vadilərində istifadə olunan 
bu dil də Çerek dialektinə aiddir (11, 167).  Adından göründüyü 
kimi bu dildən iki etnos-qaraçaylılar və malkarlar istifadə edirlər. 
Qaraçay-malkar dili əsasən Kabarda-Malkar Respublikasında və 
Qaraçay-Çərkəz Respublikasında, Orta Asiya, Qazaxıstan, Tür-
kiyə və ABŞ-da yayılmışdır (4, 390). Qaraçay-malkar leksikası 


Nizami Tağısoy
56
doğma türk lüğət fondu ilə yanaşı, həm də ərəb, fars və rus di-
lindən alınmış sözlərdən istifadə  etməklə inkişaf edib formalaş-
maqdadır. Bu dilin lüğət arsenalında həm də kabarda-çərkəz və 
osetin dillərində işlədilən sözlərdən istifadə edilir. Qaraçay-mal-
kar ədəbi dili 1920-ci illərdən mövcud olmaqla “çokat-jokat” di-
alekti əsasında formalaşmışdır. Qaraçay-malkar dilinin ilk latın 
və kiril əlifbasında işlənib hazırlanmasına 1880-ci illərdən baş-
lanılsa da, onun ilk nümunəsi 1905-ci ildə yaradılmışdır. 1926-cı 
ildən 1937-ci ilə qədər Qaraçay-malkar dili latın əlifbası əsasın-
da, 1937-ci ildən (Malkariyada), 1938-ci ildən (Qaraçayda) rus 
qrafikası əsasında olmuşdur. 
Qaraçaylılar da qədim dövrlərdə digərləri kimi bütpərəst ol-
muşlar. Sonralar, yuxarıda söylədiyimiz kimi, məcburən xristian-
laşdırılmışlar. Onlar  XVIII əsrin sonlarından yenidən İsaq Əfəndi 
tərəfindən (kabarda mollası – N.T.) islamlaşdırılmışdır. Nisbətən 
gec islamlaşmasına baxmayaraq, qaraçaylılar Quranın qayda-qa-
nunlarına  daim  ciddi  şəkildə  əməl  edər,  islamın  digər  mühüm 
xüsusiyyətlərini qoruyar, namaz qılar, ibadətlə məşğul olar, gün-
dəlik Allaha dua edər, oruc tutarlar. Digər müsəlman ölkələrində 
olduğu  kimi  qaraçaylıların  da  arasında  bu  gün  vahabizm  geniş 
yayılmış və yayılmaqdadır.
Qaraçaylılar  (xalqın adı “къарачайлыла”, къущхьэ, къара-
чай, акарач, мукрчаи, овсу, къарашай, тавлы къарашай, Устур 
Аси) – bir neçə kuşxe, Qaraçay, akaraç, mukrçuy, ovsi, karaşay, 
Ustur-Asi-tayfaları  Qaraçay-Çərkəzin  yerli  əhalisini  təşkil  edir. 
Etnik baxımdan malkarlarla qohum xalqdır. Böyük Avropeoidin 
Balkan-Qafqaz irqinə aiddir.
Qaraçaylılar qədim zamanlardan Kuban çayının lap yuxarı-
larında  yaşamaqdadırlar.  Bizanslar VI  əsrdən  başlayaraq  onları 
Qaraçay adı ilə gah Koruçan, gah da Xoruçon adlandırmışlar. 
Qaraçaylıları çərkəzlər “qarşağa quş-xa”, minqrellər və ime-
retiyalılar  “qaraçioli”,  türklər  –  “qara-çərkəz”,  daha  doğrusu 
çərkəz  (onlar  məhz  çərkəzlərin  təbəələri  olduğundan)  adlandır-


Qaraçay  ədəbiyyatı
57
mışlar.  Qaraçaylıların  özlərinin  qeyd  etdiklərinə  görə,  bu  əra-
zilərə çərkəzlər Kabardaya gələndən daha əvvəllər Macardan gəl-
mişlər. Adlarına gəldikdə isə onlar bu adı Qaraçay, yəni onların 
başçılarının adı Qarçadan götürdüklərini iddia edirlər ki, bu da 
məhz qaraçaylıların Kuban sahillərində məskunlaşdığı dövrlərə 
təsadüf  edir.   
Qaraçaylıların  etnogenezinin  formalaşmasında,  yuxarıda 
qeyd etdiyimiz kimi, tunc dövründən bu ərazilərdə yaşayan yerli 
Qafqaz qəbilələri, eləcə də gəlmə alanlar, bulqarlar və qıpçaqlar 
(polovetslər) iştirak etmişlər. Monqol dövrünə qədər qaraçaylılar 
Alan qəbilə ittifaqının tərkibində olmuşlar. Monqol yürüşündən 
sonra qaraçaylıların əcdadları Mərkəzi Qafqazın dağlar arasında-
kı dərələrinə sıxışdırılıb atılmışlar. 
Qaraçaylılar  əvvəllər  Xurzuk,  Kuban  və  Teberda  sahillə-
rində Elbrusun şimal hissəsinin aşağılarında Minqi-tau adlanan 
ərazilərdə  yaşamışlar. Yuxarıda  söylədiyimiz  kimi,  qaraçaylılar 
nəinki  Qafqaz  xalqlarının,  həm  də  dünya  xalqlarının  ən  gözəl 
simalısıdırlar. Onlar türk xalqlarının ən gözəl görkəmini özündə 
birləşdirmiş və əks etdirmişlər. Bədən quruluşu etibarı ilə qara-
çaylılar olduqca cəlbedici, sifətcə gözəl, qara iri gözə malik ol-
maqla ağ dərilidirlər. Onlarda noğaylar kimi geniş, girdə sifətli 
insanlar o qədər də çox deyildir. 
İstifadə olunmuş ədəbiyyat
1.   Azərbaycan Sovet Ensiklopediyası. 10 c., 3-cü c. Bakı, Azər-
baycan Sovet Ensiklopediyası Baş redaksiyası, 1979.
2.  Байрамукова Х.Жизнь в кадре и за кадром. Газ. «День Ре-
спублики», 1996, 24 сентября.
3.  Бларамберг  И.  Историческое,  топографическое,  ста ти-
ческое,  этнографическое  и  военное  описание  Кавказа. 
М.,  Изд.  «Надыршин  А.Г.»,  2005.


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə