Nizami Tağısoy
16
xalqlar kimi qaraçaylıların da bu dövrlərdə güzəranı o qədər yaxşı
deyildi. İmperiya siyasətinə uyğun olaraq qaraçaylılar ruslar tərə-
findən sıxışdırılsa da, öz siyasi maraqlarını burada daha uğurla
həyata keçirmək üçün onlar bu diyarda rus dilində məktəblər açır,
qaraçaylı balalarını oraya cəlb edirdilər. Qaraçayda 1872-ci ildən
başlayaraq Üçkulan, Teberda, Kart-Yurt, Xurzuk, Mare və Çoqut-
da açılan dünyəvi məktəblərdə yerlilərin təhsil alması son dərə-
cə əlamətdar hadisə idi. Bu uşaqlar əsasən Qaraçay knyazlarının,
uzdenlərinin ailəsindən olanlar idi. Bunun müqabilində tədricən
maariflənməyə yön götürən Qaraçay xalqının həyatında inkişaf
baş verirdi. Bu inkişaf öz növbəsində xalqın mütərəqqi yöndə irə-
liləməsi üçün şərait yaradır, ana dilində məktəblərin, teatrların və
klubarın fəaliyyət göstərməsi gündəmə gəlir, nəticədə isə əlifba-
nın yaranma ehtiyacı zəruriləşirdi. 1928-ci ildə ərəb əlifbası latın
qrafikalı əlifba ilə əvəz olundu. Yeni əlifbada işləyən fəhlə-gənc-
lər məktəbi, texnikumlar, daha sonralar müəllimlər və pedaqoji
institutlar ziyalı kadrların yetişməsinə təkan verdi. Dövrü mət-
buat orqanları «Dağlı kasıbları», «Dağlı həyatı», «Dağlı carlılar»
və s. kimi Qaraçay və rus dillərində çıxan qəzetlər yenicə bədii
yaradıcılıq fəaliyyətinə başlayan Qaraçay şair, nasir və drama-
turqlarının ilk qələm təcrübəsi üçün sınaq meydanına çevrilir-
di. İslam Teberdeçi (Krımşamxalov), İmmolat Xubiyev, Toxtar
Biçiyev, İsmayıl Akbayev (Teberdeçi), İssa Qaragetov, Abidət
Botaşeva, Həzrət Urtenov, Davud Bayqulov və başqalarının şeir,
felyeton, hekayə və povestləri əsasən xalqın maarifçi baxışlarının
müxtəlif tərəflərini təsvir edib göstərmək baxımından maraq do-
ğururdu. Qaraçayda baş verən mədəni-maarifçi baxışların inkişa-
fı xalq nəğməkarları Kasbot Koçkarov, Appa Canıbəyov, İbrahim
Qozayev kimi maarifçi insanların üzərinə düşürdü. Bütün o vaxt-
kı Sovetlər ölkəsində olduğu kimi burada da 20-ci illərdə əvvəl
Qaraçay-Çərkəz (1927), sonra Qaraçay (1928) Proletar Yazıçıları
Assosiasiyası yaradıldı və bu Assosiasiya Qaraçay yazıçılarının
yaradıcılıq işlərinin plana salınmasında mühüm rol oynadı.
Qaraçay ədəbiyyatı
17
1932-ci ildə «Ədəbi-bədii təşkilatların yenidən qurulması»
ilə bağlı ortaya çıxan sənəd Qaraçay ədəbiyyatının perspektivləri-
ni müəyyənləşdirməyə şərait yaratdı, bədii nümunələrin Qaraçay
dilində nəşr olunmasına impuls verdi. Milli ədəbi nümunələrin
yaranmasına bədii özfəaliyyət dərnəkləri, Qaraçay mahnı və rəqs
ansamblı kollektivi və s. öz təsirini göstərdi, yeni kiçik həcmli
nəsr nümunələri, pyeslər Qaraçay dramaturgiyasının təşəkkülün-
də öz rolunu oynadı. İlk ənənəvi səhnə nümunələri toylardakı və
xalq tamaşaları formasındakı «gopçu» və «təkə» oyun element-
lərini özündə əks etdirirdi. Əvvəllər yaradılmış dram əsərləri nü-
munələrində (A.Qorxmazov «Qırmızı komandir kadet əsrində»,
A.Batçayev «Əhməd-Batır», A.Botaşeva «Savadlı qadın və sa-
vadsız qadın», G.Qebenov «Güc birlikdədir» və «Köhnə adət və
qanunlar» və b.) professional aktyor kollektivi və dramaturqların
yoxluğu ucbatından, bu əsərlər illüstrativlik, ritoriklik və dekla-
rativliklə müşayiət olunduğundan müəyyən mənada janrın inki-
şafını ləngidirdi.
30-cu illərdə Qaraçay poeziyası İ.Qaragetov, H.Urtenov,
D.Bayqulov və digərlərinin yaradıcılığına əsaslanmaqla inkişaf
edirdi. Məhz bu dövrlərdə «Yeni nəğmələr», «Kolxoz nəğməsi»
kimi məcmuələrdə yer almış nümunələr Qaraçay poeziyasının
özünəməxsus inkişafından xəbər verirdi. Şairlər öz yaradıcılığın-
da sxematizm və mücərrədliyi aradan götürməyə çalışırdılar.
Realist tipikləşdirmə, doğma folklordan faydalanmaqla H.Urte-
novun, D.Bayqulovun və digərlərinin yaradıcılığında yeni təsvir
vasitələrinin köməyi ilə ortaya çıxır, poetik nümunələrdə epik
başlanğıc özünü büruzə verir, süjetli şeirlər yaranır, canlı xarak-
terlər görünürdü. H.Urtenovun «Kasıb qadın», «Qaraçaylı toyu»,
«Bizim babamız», «Yadımdadır», «Ovçular» və s. kimi lakonik
örnəklərlə yanaşı, liro-epik janrda qələmə aldığı poemalarda -
«Yadda saxla!», «Bəy və nökər», «Əfəndi və ölüm», «Süləmənin
Surətə məktubu», «Safiyət» və s. şairin kompozisiya ustası olub,
obrazlı poetik nitqdən bacarıqla istifadə etdiyini göstərdiyi hal-
Nizami Tağısoy
18
da, D.Bayqulovun «Şamay əvvəl və indi», «Məryəm və əfəndi»,
«İspan qızı», «Zəlihət» və digər poemalarında gerçəkliyin epik
təsvirinə canatma özünü daha görümlü planda nümayiş etdirirdi.
Qaraçay ədəbiyyatında ilk nəsr nümunələri sırasında D.
Bayqulovun «Həsənin evlənməsi», «Bəymirzənin həyatı» və s.
kimi hekayələr dayanır. H.Urtenov xalq yaradıcılığı nümunələri,
xüsusən Nəsr Xoca (Xoca-Molla Nəsrəddin lətifələrinə söykənən)
pritçalarını işləyir. Həsən Appayev «Qara sandıq» və «Əmanət»
romanları və s.-də 30-cu illər Qaraçay realist nəsr imkanlarını
folklordan gələn romantik üslub elementləri ilə birləşdirməklə,
satirik təhkiyə ənənələrinə söykənərək şərq novellalarının ün-
sürlərini əks etdirməyə səy göstərirdi. Qeyd edək ki, bu dövrdən
Qaraçay sənətkarları rus ədəbiyyatından nümunələrə, xüsusən
A.S.Puşkindən tərcümələrə daha çox yer ayırırdılar. Bütün bu
müstəvidəki irəliləyişlər Qaraçay ədəbiyyatının 30-cu illərdə öz
bədii simasına yiyələnməyə çalışdığını sübut etməkdədir. Eyni
zamanda bu da qeyd edilməlidir ki, bu dövrdə Qaraçay ədəbiyya-
tının təşəkkülü və inkişafı A.S.Puşkinin, M.Y.Lermontovun, L.N.
Tolstoyun, A.R.Çexovun, M.Qorkinin və başqalarının əsərlərinin
Qaraçay dilinə tərcümə olunması fonunda gedirdi.
40-cı illərdə hələ də Qaraçay ədəbiyyatında xalq yaradıcılığı
nümunələrinə söykənilməklə «Nart» dastanlarından, atalar sözü
və zərbi məsəllərdən, nağıllardan, rəvayətlərdən hər hansı parça-
lar yazılı örnəklərin süjetinin əsasına qoyulur, sənətkarlar şifahi
xalq yaradıcılığı janrlarını necə gəldi təkrarlayır, folklordan gələn
mövzu və süjetləri heç də bütün hallarda ustalıqla öz əsərlərinin
infrastrukturuna daxil edə bilmirdilər. Buna baxmayaraq, 40-cı
illərdə Qaraçay sənətkarları ideya-estetik baxımdan yaradıcı səy-
lərini birləşdirərək milli ədəbiyyatın inkişafına təkan verməkdə
israrlıydılar. Belə olduğu halda həyat hadisələrinə daha operativ
şəkildə müdaxilə edə bilən janrlar – oçerk, lirik şeir, hekayə, bə-
dii publisistik əsərlər ön plana çıxırdı. Sənətkarlar bütün səyləri-
ni vətənə xidmət ruhunda birləşdirirdilər. Böyük Vətən Mühari-
Dostları ilə paylaş: |