12
başlayaraq Nizami, Nəsimi, Füzuli, Cəlil Məmmədquluzadə, Səməd
Vurğun və müasirləri Rəsul Rza, Bəxtiyar Vahabzadə, İmran Qasımov,
Anar, Şahmar Əkbərzadə, Hüseynbala Mirələmov haqqında qiymətli
fikirlər bildirmiş, haqqında müsahibələr vermiş, məqalələr yazmışdır.
Dissertasiyanın “Qırğız və Azərbaycan nəsrində mövzu və ideya
paralelləri (Çingiz Aytmatovun yaradıcılığı konteksində)” adlanan
ikinci fəsli iki bölmədən ibarətdir. “Qırğız və Azərbaycan nəsrində
müharibə reallıqlarının inikası” adlı birinci yarımfəsildə İkinci Dünya
müharibəsi zamanında arxa cəbhədə baş verən hadisələrin Çingiz
Aytmatov və görkəmli Azərbaycan nasiri İsa Hüseynovun povest
yaradıcılığında inikası məsələləri araşdırılmışdır.
XX əsr Azərbaycan nəsrinin görkəmli nümayəndəsi İsa Hüseynovun
İkinci Dünya müharibəsi illərindən bəhs edən “Tütək səsi” və “Saz”
povestləri ilə Çingiz Aytmatovun eyni mövzuda yazdığı “Üz-üzə”,
“Cəmilə”, “Ana tarla” və “Erkən gələn durnalar” əsərlər arasında ortaq
cəhətlər mövcuddur. Bu cəhətləri meydana çıxaran ciddi səbəblər vardır.
Birincisi, hər iki sənətkar eyni quruluşda - SSRİ-nin tərkibində yaşamış və
yazıb-yaratmışdır. Həm qırğız, həm Azərbaycan xalqı repressiya ilə
cəzalandırılmış, daha sonra müharibənin ağır sınağı ilə üz-üzə qalmışdır.
İkincisi, onlar eyni ildə (1928-ci il) doğulmuş və müharibəni eyni yaşda
(13-14 yaş) qarşılamışdırlar. Müharibə dəhşətinin, onu ağrı-acısının, heç
vaxt sağalmayacaq yaraları vardır. Bunu hər iki yazıçı dərk edirdi. Bu
amillərin onların yaradıcılıqlarında necə əks olunması təbii ki, müharibəni
hansı yaşda qarşılamaları ilə birbaşa bağlıdır. Üçüncüsü, coğrafi baxımdan
çox uzaq olsa da, hər iki müəllifin əsərlərində təsvir olunan kəndin bir-biri
ilə oxşar tərəfləri həddindən artıq çoxdur. Bu kəndlər hər şeydən öncə ağır
sınaq qarşısındadır. Burada durmadan çalışan, işləyən, aclığa, yoxsulluğa
dözən, qələbəyə sonsuz ümidlə inanan insanlar, hər gün “qara kağız”la
qadınları ərlərindən, uşaqları atalarından, bacıları qardaşlarından ayıran,
yarıac kənd camaatı yaşayır. Dördüncüsü, hər iki yazıçı etnik kökəncə
türkdür və bu amil onların yaradıcılığına ciddi təsir edən faktdır. Beşincisi,
hər iki yazıçının mövzu ilə bağlı yazdığı əsərlərdə avtobioqrafizm olduqca
güclüdür.
Bir-birindən min kilometrlərlə uzaq məsafədə yerləşən Azərbaycan və
Qırğız kəndlərinin müharibə sınağı qarşısındakı tale bənzərliyi və
qəhrəmanlarına yanaşmada ən ali insani dəyərlərlə yanaşması iki böyük
yazıçının yaradıcılığında oxşar məqamların yaranmasına səbəb olmuşdur.
Hər iki yazıçının əsərlərində avtobioqrafizm güclüdür və baş verən
hadisələr şəxsi müşahidələrinin nəticəsdir.
13
“Qırğız və Azərbaycan nəsrində repressiya mövzusunun bədii-
estetik səciyyəsi” adlanan ikinci yarımfəsildə 30-cu illərin məlum qanlı
hadislərinin Çingiz Aytmatov və Yusif Səmədoğlu yaradıcılığında inikası
məsələləri öyrənilmişdir. Repressiya bütün mahiyyəti ilə ilk növbədə yerli
xalqların milli özünəməxsusluğunu məhv edərək sovetizmin (bolşevizmin)
dayaqlarını möhkəmləndirmək və Çingiz Aytmatovun vurğuladığı kimi
manqurt nəsil formalaşdırmaq məqsədilə bilərəkdən törədilmişdi. Qırğız
və Azərbaycan nəsrində eyni motivli əsərlərin yaranmasının obyektiv
səbəbləri vardır. Təbii ki, imperiyanın yürütdüyü siyasətin xalqlarda oxşar
təsiri, eyni zamanda buna adekvat münasibətdə etnik cəhətdən eynilik bu
və
ya
digər
dərəcədə
bir-birinə
yaxın əsərlərin yaranmasını
şərtləndirmişdir. Necə ki, İkinci Dünya müharibəsi ilə bağlı Çingiz
Aytmatovla İsa Hüseynovun povestləri ideya və məzmun baxımından
səsləşir, eləcə də repressiya ilə bağlı yazıçı ilə Yusif Səmədoğlunun
mövzuya həsr olunmuş əsərləri arasında paralellər az deyil.
Çingiz Aytmatov özünün “Gün var əsrə bərabər” (1980) romanı ilə
bütün dünyanı silkələməyi bacardı. Əsər bir insanın faciəsindən başlamış
bəşəri səviyyədə aparılan manqurtlaşmadan, imperialist maraqlardan bəhs
etməklə bərabər, Abutalıb Kutubbayevin həyat faciəsi əsasında Stalin
rejiminin törətdiyi repressiyadan, cinayətdən bəhs edirdi. Yazıçı romanda
Abutalıbın taleyinə sona qədər aydınlıq gətirmədi və onun taleyi
müəmmalı qaldı. Beləliklə, “Çingiz xanın ağ buludu” povestində
Aytmatov yenidən həmin mövzuya qayıdaraq onu uşaqlıqdan narahat edən
mövzunu, tarixi faciəni tam şəkildə təsvir etmişdir. 1987-ci ildə
“Azərbaycan” jurnalında görkəmli yazıçı Yusif Səmədoğlunun “Qətl
günü” romanı çap olunmuş və Çingiz Aytmatov toxunduğu repressiya
mövzusunu müəllif Azərbaycan gerçəkliyinə uyğun şəkildə təsvir etmişdir.
Təbii ki, hər iki yazıçının mövzuya müraciət etməsi və faciənin yüksək
dəqiqliklə əks olunması onların şəxsi avtobioqrafiyaları ilə birbaşa
bağlıdır. Necə ki, “Gün var əsrə bərabər” romanı və “Çingiz xanın ağ
buludu” povestinin qəhrəmanı Abutalıb Kutubbayevin taleyi ilə yazıçının
atası Torequlun, əmisi Rəsulbəyin acınacaqlı sonluğu bu və ya digər
dərəcədə oxşardırsa, “Qətl günü” romanının qəhrəmanı Sədi əfəndinin
taleyi də yazıçının atası, görkəmli Azərbaycan şairi Səməd Vurğunun
həyat hekayəsi arasında bənzərliklər çoxdur. Uşaqlıqdan süzülüb gələn
xatirələr, iti müşahidələr və ən əsası yüksək yaradıcılıq istedadı bu
əsərlərin meydana gəlməsinə səbəb olmuşdur. Həm “Qətl günü”, həm də
“Çingiz xanın ağ buludu” əsərində nisbi götürəndə müstəqil mahiyyət kəsb
edən və bir-biri ilə varislik əlaqəsi daşıyan tarixi dövrlər əks olunmuşdur.