22
sufi məsləkli bir insan olduğunu yazsa da, mənbə kimi istifadə etdiyi
Dövlətşah
Səmərqəndinin
“Təzkirətüş-şüəra”
və
“Danişməndani-
Azərbaycan” təzkirələrində Hümamın Sədi Şirazi ilə görüşdüyü faktı qeyd
edilməmişdir.
Təzkirədə haqqında məlumat verilən şairlərdən biri də Şərif Təbrizidir.
Şairin Lisani Şirazinin şagirdi olduğu, çox yaxşı həcv dediyi də
“Süxənvərani-Azərbaycan”
təzkirəsinin
müəllifi
tərəfindən
qeyd
olunmuşdur.
Dövlətabadi təzkirədə şairin Xacəyə yazdığı həcvin elə özünün
hüzurunda oxuduğunu yazsa da, bəzi mənbələrdə Şah Təhmasibin
hüzurunda dediyi və buna görə də şahdan yaxşı ənam aldığı qeyd
olunmuşdur.
Üçüncü
yarımfəsil
“Süxənvərani-Azərbaycan”
təzkirəsinin
Azərbaycan ədəbiyyatına gətirdiyi yeniliklər” adlanır.
Alimin bu əsəri təzkirəçilik ənənəsinə yeni üslub və yanaşma tərzi
gətirmişdir. Ə.Dövlətabadi əsəri tərtib edərkən qədim mənbələrlə yanaşı,
həm də müasir tədqiqat əsərlərinə müraciət etmişdir ki, bu da təzkirəçilik
ənənəsinə yeni nəfəs bəxş etmişdir. Belə ki, ən qədim mənbələrdən
yararlanaraq ədəbi-bədii irsimizin öyrənilməsi nə qədər məqsədəuy-
ğundursa, müasir dövrü də (XIX-XX əsr) lazımınca əks etdirmək üçün yeni
mənbələrə istinad etmək olduqca aktualdır. Bununla yanaşı, Ə.Dövlətabadi
özündən qabaq yazılan mənbələrə istinad edərkən müəyyən səhvləri də üzə
çıxarmışdır. Qeyd edək ki, şüəra təzkirələrində ən çox rast gəldiyimiz
nöqsan müəlliflərin əvvəlki qaynaqlarda verilən məlumatların dəqiqliyini
yoxlamadan onları olduğu kimi öz əsərlərinə daxil etməsidir. Müəlliflər
eşitdiklərini və gördüklərini heç bir araşdırma aparmadan təzkirələrində
vermişlər. Bu da bir səhvin digər əsərlərdə də təkrar olunmasına və
nəticədə yanlış fikrin formalaşmasına gətirib çıxarmışdır. Bunu nəzərə alan
Ə.Dövlətabadi öz əsərinin tərtibinə tənqidi yanaşmışdır. Belə ki, müəllif
istifadə etdiyi hər bir mənbəni öncədən araşdırmış, verilən məlumatın
dəqiqliyini yoxlamış, rast gəldiyi və şübhələndiyi məqamlara aydınlıq
gətirmişdir. Bu da ədəbiyyatçının təzkirəçilik ənənəsinə verdiyi töhfələrdən
və ədəbiyyat sahəsindəki yeniliklərindən biri kimi qiymətləndirilə bilər.
Ə.Dövlətabadi digər mənbələrdə aşkar etdiyi səhvləri aşkar ederək islah
etmişdir.
Ə.Dövlətabadinin sözügedən təzkirəsi məhəlli xarakter daşıyır. Yəni
təzkirə ərazi üzrə tərtib olunub. Bu tip təzkirələrin yeganə çatışmayan
cəhəti oxucunun şairin hansı şəhərdə anadan olduğunu bilmədiyi halda onu
tapmaqda cətinlik cəkməsidir. Bəzən elə şairlər var ki, onların doğulduğu
23
məkan hələ də dəqiq bilinmir. Bu çətinliyi aradan qaldırmaq üçün
Ə.Dövlətabadi kitabın sonunda şairlərin adlarını daxil etdiyi siyahı verərək
oxucuların işini asanlaşdırmışdır.
Ə.Dövlətabadi M.Tərbiyətin “Danişməndani-Azərbaycan” təzkirəsin-
də adı çəkilməyən bir çox şairlər haqqında məlumat toplamış və öz əsərinə
daxil etmişdir. M.Tərbiyət həmin şairləri müəyyən səbəblər üzündən öz
əsərinə daxil etməmişdir. Lakin Ə.Dövlətabadi müraciət etdiyi mənbələrə
çox diqqətlə yanaşmış, bu fərqləri aşkar etmişdir. Və nəticədə bir neçə
Azərbaycan şairi haqqında məlumat əldə etmişdir.
III
fəsil
“Qafqazda
yaşayan
farsdilli
şairlər”
təzkirəsi
“Süxənvərani-Azərbaycan” əsərinin davamı kimi” adlanır. Bu fəsil iki
yarımfəsildən ibarətdir.
Birinci yarımfəsil “Təzkirənin yazılma səbəbi və tərtib prinsipləıri”
başlığı altında təqdim edilmişdir.
Müəllif əsəri qələmə almamışdan öncə-1966-cı ildən etibarən
“Süxənvərani-Dağıstan” (Dağıstan şairləri), “Qəbuli Şirvani və divani-u”
(Qəbuli Şirvani və onun divanı), “Parsiquyani-Qarabağ” (“Qarabağın farsca
yazan şairləri”), “Parsiquyani-Ordubad” (“Ordubadın farsca yazan şairləri”)
başlıqlı məqalələrini Təbrizin Ədəbiyyat İnstitutunun nəşriyyatında,
“Amuzeşi-pərvəriş” jurnalında çap etdirmişdir. Tədqiqatçı uzun illər bu
təzkirənin üzərində çalışaraq “Fərhəngi-süxənvəran”, “Tarixi-təzkirehayi-
farsi” əsərlərindən əlavə digər mənbələrə də müraciət edərək, İranın Astani-
Qüdsi-Rizəvi, Məclis, Tehran və Təbrizin Milli kitabxanalarında, o
cümlədən Tehran və Təbriz Universitetlərinin Mərkəzi kitabxanalarında,
əlyazmalar kataloqunda, “Nəvvab”, “Riyazül-aşiqin”, “Gülüstani-irəm”,
“Nəsrabadi”, “Hüseyni”, “Hidayət”, “Mahmud”, “Riyahi”, “Xəlil” və sair
bu kimi əsərlərdə rast gəldiyi məlumatları əxz edərək bunlardan
faydalanmışdır. İstifadə olunmuş ədəbiyyatlar içərisində müəllif ən çox
Azərbaycan təzkirələrinə üstünlük vermişdir. Onu da qeyd edək ki,
tədqiqatçı alim “Zəriə” və “Fərhəngi-süxənvəran” əsərlərində adı
çəkilməyən 110 şair haqqında bilgi toplamışdır.
“Sərayendeqani-şeri-parsi dər Qəfqaz” təzkirəsi ərazi üzrə tərtib
olunmuşdur. Bu təzkirə 227 şairin həyat və yaradıcılığını əhatə edir. Əsər
dörd fəsildən ibarətdir. Bundan təzkirədə müəllif M.Tərbiyətin
“Danişməndani-Azərbaycan” əsərində adını çəkmədiyi 40 şair haqqında
məlumat vermişdir.
Bütün bu sadaladıqlarımızı nəzərə alsaq ədəbiyyat aləmində belə bir
əsərə böyük ehtiyac var idi. Ə.Dövlətabadi əsəri tərtib edərkən bir çox
mənbələrdə gedən səhvləri də aşkar edərək düzəliş vermişdir.
24
Əziz Dövlətabadi digər təzkirədə olduğu kimi bu əsəri də ərazi üzrə
əlifba sırası ilə tərtib etmişdir.
“Təzkirənin Azərbaycan ədəbiyyatı tarixinin tədqiqində əhəmiyyəti”
başlıqlı yarımfəsildə əsərdəki ədəbiyyat məsələləri haqqında məlumat
verilir.
Burada Bakıxanov, Xaqani Şirvani, Fələki Şirvani, Ağabəyim xanım,
Fatma xanım Kəminə, Natavan, Molla Pənah Vaqif, Nizami Gəncəvi,
Məhsəti Gəncəvi kimi şairlər haqqında məlumat verilmişdir.
Nəticədə tədqiqatın yekunu olaraq əldə edilmiş elmi-nəzəri qənaətlər
ümumiləşdirilmişdir:
-Əziz Dövlətabadi XX əsr ədəbiyyatşünası kimi, iki əsas ənənə
əsasında formalaşmışdır: orta əsrlərdən gələn Şərq ədəbiyyatşünaslıq
ənənəsi və Avropa ədəbiyyatşünaslığının müəllifin mənsub olduğu mühitdə
yenicə hiss olunmağa başlayan təsiri.
-orta
əsrlərdən
başlanan
əsrlər
boyu
inkişaf
edən
Şərq
ədəbiyyatşünaslıq ənənələri, o cümlədən bu ənənənin aparıcı janrı olan
təzkirə
ənənəsi
Əziz
Dövlətabadinin
“Süxənvərani-Azərbaycan”
təzkirəsinin ümumi poetik (ədəbi-estetik) əsasını təşkil edir. Bu cəhətdən
“Süxənvərani-Azərbaycan” təzkirəsi ümumşərq təzkirə ənənəsinin parlaq
örnəyi kimi, Azərbaycan ədəbiyyatının əsas qaynaqlarındandır.
-Əziz Dövlətabadi XX əsr ədəbiyyatşünası kimi, öz dövrünün Qərbdən
gələn və ölkədəki sosial-mədəni narazılıqlarla qidalanan inqilabi
ideyalardan, maarifçilik düşüncəsindən, ədəbi təsirlərdən xəbərdar şəxs idi.
Bu cəhətdən öz “Süxənvərani-Azərbaycan” təzkirəsini ümumşərq
təzkirəçilik ənənələri əsasında ərsəyə gətirmiş müəllifin bu əsərində müasir
dövrün ədəbiyyatşünaslıq ənənələri müəyyən nisbətdə hiss olumaqdadır.
Bu da öz növbəsində “Süxənvərani-Azərbaycan” təzkirəsini milli
ədəbiyyatın qaynaqlarından biri kimi görməyə imkan verir.
-Ə.Dövlətabadinin “Süxənvərani-Azərbaycan” təzkirəsinin struktur və
məzmun xüsusiyyətlərinin tədqiqi göstrəmişdir ki, əsər orta əsr təzkirəçilik
ənənəsi əsasında meydana çıxsa da, burada bu ənənə inkişaf etdirilmiş,
təzkirə ənənəsinin qabaqcıl ədəbi norma və prinsipləri, tədqiqat üsulları
müasir ədəbiyyatşünsalıq normaları ilə müəllifin bilikləri səviyyəsində
qovuçdurulmuşdur. Bu cəhətdən “Süxənvərani-Azərbaycan” təzkirəsində
mövcud çoxəsrlik ədəbi-estetik ənənəyə bir çox yeniliklər əlavə edilmişdir.
Təzkirədə müəllifin özündən əvvəlki analoji əsərlərdə gedən məlumatları
təshih etməsi, qüsurlarını aradan qaldırması, yeni məlumatlarla
genişləndirməsi bu əsərin Azərbaycan ədəbiyyatının qaynağı kimi
əhəmiyyətini daha da artıran cəhətlərdir.
25
Dissetasiyanın
elmi
müddəaları
aşağıdakı
məqalələrdə
və
monoqrafiyada öz əksini tapmışdır:
1. Ə.Dövlətabadi və M.Diyhim təzkirələrinin müqayisəli təhlili / Yaxın və
Orta Şərq: Dünəni, Bu günü, Sabahı Beynəlxalq elmi konfrans, Bakı, 24-25
oktyabr, 2007-ci il, s.438-440.
2. Qafqazda yaşayan farsdilli şairlər // Filologiya məsələləri, 2010, №11,
s.356-365.
3. Ə.Dövlətabadi yaradıcılığında ictimai-siyasi mövzulu şeirlər //
Filologiya məsələləri, 2012, №10, s.373-378.
4. Ə.Dövlətabadi yaradıcılığında dini mövzulu şeirlər // Humanitar
elmlərin öyrənilməsinin aktual problemləri, 2014, №3, s.74-79.
5. Тазкираты и история их развития // Журнал «Гилея», Киев: 2014,
№90 (11), с.158-163.
6. Ə.Dövlətabadinin sufi görüşləri // “Dövlət və din” jurnalı,, 2015,
№7(36), s.42-52.
7. Ə.Dövlətabadi təzkirəsində Şah İsmayıl Xətai // Azərbaycan
Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitututunun
Xəbərləri. Elmi metodik jurnal, 2015, №2, s.61-66.
8. Əziz Dövlətabadi və Məhəmməd Tərbiyət təzkirələrinin ortaq və fərqli
cəhətləri / Müasir Türkologiya: Dünən, Bu Gün və Sabah: Respublika elmi
konfransının materialları, Bakı, 28 dekabr 2016, Bakı:2016 s.352-355.
9. Əziz Dövlətabadinin “Süxənvərani-Azərbaycan” təzkirəsinin özəllikləri
/Ağamusa Axundov və Azərbaycan filologiyası: Beynəlxalq elmi
konfransın materialları, 24-25 aprel Bakı:2017, s.436-438.
10. Əziz Dövlətabadi yaradıcılığında islami dəyərlər / İslam Həmrəyliyi
2017: Reallıqlar və perspektivlər; Respublika
elimi-konfransının
materialları, Bakı, 25-26 aprel 2017-ci il, səh.200-202
11. Əziz Dövlətabadinin “Süxənvərani Azərbaycan təzkirəsi və Azərbaycan
ədəbiyyatı. Monoqrafiya. Bakı: Nurlan, 2017,.156s.
26
Жаля Cулейман кызы Шукюрова
Тазкире Азиза Довлетабади «Соханварани-Азербайджан» как
источник изучения азербайджанской литературы
РЕЗЮМЕ
Изучение национальной культуры на основе достоверных
источников, представляет острую необходимость в выявлении глубин
исторических корней. Это один из важнейших факторов,
обуславливающих актуальность и значимость восточного творчества
тазкиратов, имеющих многолетнию историю.
Тазкираты, считающиеся в истории средневековой литературы
значимым научным источником, в основном используются для
изучения истории литературы. В этом жанре были написаны
многочисленные произведения в разные времена. Тазкире южно
азербайджанского
ученого
Азиза
Довлатабади
"Суханварани-
Азербайджан" («Поэты Азербайджана») является самым значимым и
современным литературным примером.
Диссертация состоит из трех глав, заключения и списка
использаванной литературы. Первая глава называется "Традиции
тазкире и Азиз Довлатабади". В этой главе рассмотрены этапы
развития тазкире как научного и литературного жанра. Здесь
исследована эпоха литературного и научного творчества Азиза
Довлатабади. Кроме этого определены отличительные и общие черты
тазкире Азиза Довлатабади и M.Tарбийата.
Во второй главе рассмотрены принципы создания тазкире
"Суханварани-Азербайджан», а также исследованы этапы истории
развития
азербайджанской
литературы.
Подробно
изучены
нововведения тазкире которые внедрены в историю азербайджанской
литературы.
В третьей главе под названием "Поэты Кавказа, творившие на
фарси" как продолжение "Суханварани-Азербайджан"
были проанализированы принципы составления этого произведения.
27
Jala Suleyman gizi Shukurova
A.Dovlatabadi`s tazkira work “Sukhanvarani-Azerbaijan” as a source
in studying of the Azerbaijani literature
SUMMARY
The tazkiras are considered one of the oldest sources of the Middle
Eastern literature. At different periods, numerous works of this genre were
written. The memoirs written by the South Azerbaijani scholar Aziz
Dovlatabadi under the name “Sukhanvarani- Azerbaijan” (Azerbaijani
poets) are the most significant and modern literary samples.
The dissertation work consists of three chapters, the conclusion and literary
sources.
The first chapter is named “The tradition of tazkira and A.Dovlatabadi”.
In this chapter is reviewed the formation and development stages of tazkira
as a scientific and literary genre. A.Dovlatabadi’s literary and scientific
activities and the period he lived are researched here. Besides, the
distinctive and general features of A. Dovlatabadi’s and M. Tarbiyat’s
tazkiras are determined.
In the second chapter entitled “The Tazkira “Sukhanvarani-Azerbaijan”
and the Azerbaijani Literature” are analyzed the principles of preparation of
the tazkira and researched the stages of the history of the Azerbaijani
literature. The innovation of tazkira in the history of literature is
comprehensively researched.
The third chapter “The Caucasian poets written in the Persian language”
which exists as a continuation of the work “Sukhanvarani-Azerbaijan”, is
thoroughly researched in the capacity of A.Dovlatabadi’s second work and
tried to demonstrate the merits of this work.
The dissertation work is completed with the final result of the research.
28
Kağız formatı: 60/84 16/1
Sayı: 100 nüsxə
AMEA-nın mətbəəsində çap olunmuşdur
29
НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ НАУК АЗЕРБАЙДЖАНА
ИНСТИТУТ ЛИТЕРАТУРЫ им. НИЗАМИ
На правах рукописи
ЖАЛЯ СУЛЕЙМАН кызы ШУКЮРОВА
ТАЗКИРЕ АЗИЗА ДОВЛЕТАБАДИ «СОХАНВАРАНИ-
АЗЕРБАЙДЖАН» КАК ИСТОЧНИК ИЗУЧЕНИЯ
АЗЕРБАЙДЖАНСКОЙ ЛИТЕРАТУРЫ
5716.01- Азербайджанская литература
А В Т О Р Е Ф Е Р А Т
диссертации на соискание научной степени доктора
философии по филологии
30
БАКУ-2017
Dostları ilə paylaş: |