23
başlıca keyfiyyətlərdən biri məhz xalq yaradıcılığından, o cümlədən də
nağıl dünyasından ustalıqla bəhrələnmə idi. R.Rzanın, İ.Əfəndiyevin,
Ə.Məmmədxanlının, Ə.Cəfərzadənin, İ.Hüseynovun, İ.Şıxlının, B.Vahab-
zadənin, X.R.Ulutürkün, N.Həsənzadənin, Y.Səmədoğlunun, Anarın,
Elçinin, M.Arazın, M.Süleymanlının və başqalarının əsərlərində mühiti,
cəmiyyətin problemlərini qaldırmaq istəyi bir milli-mənəvi haqq kimi
çeşidli şəkillərdə ədəbi həyatı hərəkətə gətirmişdi. Əlbəttə, burada diqqət
yetirilməli məsələlərdən biri hadisənin, mövcud sovet cəmiyyəti ilə bağlı
problemlərin necə çatdırılması, daha doğrusu, dolayı təqdim manerası idi.
Çünki problemi açıq şəkildə və bütün təfərrüatları ilə çatdırmaq sovet
totalitar sistemi daxilində olduqca çətin, bəlkə də mümkünsüz idi. Ona görə
də, sənətkar axtarışlarında müxtəlif formulların, mətn tiplərinin təkrarən və
məqsədli şəkildə dövriyyəyə gətirilməsi aktuallaşırdı
1
. Ritual-mifoloji
yaddaşın formulları, mifik-kosmoloji düşüncə, bədii yaradıcılıqda özünə
yer tapırdı. Məsələn, S.Rəhimovun “Gülən balıq”, “Ovqan və ilan”, “Şir və
tülkü”, İ.Əfəndiyevin “Möhnət qocanın nağılları”, “Sarıköynəklə Valehin
nağılı”, “Qarı dağı”, İ.Şıxlının “Həkimin nağılı”, “Məni itirməyin”,
Ə.Cəfərzadənin “Çörək”, “Yumurta əhvalatı”, M.Dilbazinin “Muğanda
bahar”, “Göyçək Fatmanın nağılı”, “Danışılmamış nağıllar”, Anarın “Yaxşı
padşahın nağılı”, “Ağ qoç, qara qoç”, Elçinin “Bülbülün nağılı”, “Qış
nağılı”, Ə.Ağayevin “Bülbül və leylək”, Ə.Babayevanın “Ağca və Qaraca”,
“Külək və qırmızı papaq”, “Nənələr, əfsanələr”, M.Süleymanlının “Armud
ağacının nağılı”, “Duzsuzluq”, “Dəyirman” və s. əsərləri mətn və
özünüifadə baxımından kifayət qədər folklordan bəhrələnməyə
köklənməklə səciyyələnir. Xalq yazıçısı Y.Səmədoğlunun altmışıncı illərdə
məhz bu yazı manerası ilə qələmə aldığı “Xəzri”, “Yaddan çıxmış sözlər”
hekayələri mətnaltı məna yükü ilə bütünlükdə Azərbaycanın problemlərini,
iki yüz ildə üzləşdiyi ağrıları ifadə etmək baxımından həmin dövr üçün,
sözün həqiqi mənasında, bir sənətkarlıq örnəyi təsiri bağışlayır.
Keçən əsrin altımışıncı illərindən başlayaraq, ədəbi mühitdə folklora
üz tutmanın məqsəd və mahiyyətində məhz bu səpkidə bədii
diferensiallaşma, bütünlükdə ideyanı, yazıçı amalını özünəməxsusluq və
müxtəlifliklərlə ifadə formulları görünür. Nağıl yaradıcı üçün bir vasitə,
özünüifadə hadisəsi kimi böyük mahiyyət daşıyır. Ona görə də burada
bütün nümunələrə mətn və mühit, subyektin özünüifadəsi, janrın vasitə
funksionallığı kontekstində yanaşmaq lazım gəlir. Məhz bu üç parametr
baxımından nağıl mövzusu, o cümlədən də bu mətnin obraz, süjet və motiv
1
Yusifli.V. Nəsr, konfliktlər, xarakterlər. Bakı: Yazıçı 1986, s.134.
24
elementləri yaradıcı təxəyyülün diqqəti cəlb edə biləcək imkanlara malikdir.
Xəlqi kolorit və folklor ruhu yaradıcı, oxucu üçün vacib və gərəkli olan
informasiyanı, yaddaşı, milli-tarixi kimliyi, etnik mənsubluğu diqqət önünə
çəkməsini aktuallaşdırır. İ.Əfəndiyevin, İ.Şıxlının, Anarın, Elçinin,
Y.Səmədoğlunun, M.Süleymanlının yaradıcılığında mətn hadisəsi kimi bu
keyfiyyətə meyl güclü idi. Sözün məna yaddaşı, janr məzmunu məhz bu
müstəvidə bir tam olaraq qovuşur, biri digərini tamamlayan komponent
təsiri bağışlayır. M.Süleymanlının “Şanapipik”, “Duzsuzluq”, “Yel
Əhmədin bəyliyi”, “Şeytan”, “Dəyirman” sözün, mətnin həqiqi mənasından
çox, mətnaltı maneraları ilə diqqəti cəlb edir və bu yöndə milli-tarixi
yaddaşı oyadıb fəallaşdırır. “Şeytan”və“Duzsuszluq” nağıl-povestləri də
“Dəyirman”povestində olduğu kimi bütünlükdə folklor motivi ilə
simvollaşır. Nağıl məhz bu mənada mətn, fikrin ifadə hadisəsi kimi
yazıçıya əlavə imkanlar açmaqla bədii çoxyönlü və çoxplanlı düşüncənin
ifadəsinə münbit şərait yaradır. Göründüyü kimi, bütün müstəvilərdə nağıl
bir formal ünsür olaraq geniş mahiyyət, xüsusi məna yaratma hadisəsi kimi
mühüm əhəmiyyət daşıyır.
Siyasi rejim, sovet ideologiya maşını gerçəyin ifadəsinə sərt yasaqlar
qoymuşdu. Bu səbəbdən də yazıçı hadisələri uzaq mifoloji zamana aparır.
Yazıçı qayəsini, əsərdə nələrin deyilməsini isə mətnaltı manera ilə
çatdırmaq yolunu tutur. İ.Əfəndiyevin “Qarı dağı”, Anarın “Yaxşı padşahın
nağılı”, “Ağ qoç, qara qoç”, Elçinin “Qış nağılı”, “Şuşaya duman gəlib”,
M.Süleymanlının “Quru kəllə” və s. əsərləri nağıl formulları və mətnaltı
manera imkanları ilə bütünlükdə yazıçı idealını, sosial sferanın mənzərəsini
ortaya qoymaq və yaşatmaq məqsədinə xidmət edir.
İ.Hüseynov, İ.Şıxlı, Y.Səmədoğlu, İ.Əfəndiyev, B.Vahabzadə,
M.Araz, X.R.Ulutürk, F.Qoca, M.Yaqub, N.Həsənzadə, Anar, Elçin,
M.Süleymanlı sovet ideoloji maşınının altmış ilə qədər aşıladığı yeni
mədəniyyət tipinin puçluğunu və xofunu təqdim etmək məqsədi ilə folklor
texnologiyalarına, nağıl formullarındakı mətnaltı düşüncənin ifadəsinə
üstünlük verirdilər. Tarixi-mental keyfiyyətlər, milli-mənəvi dəyərlər
müxtəlif formalarda qabardılırdı və etnosun tarixi yaddaşının qorumasının
vacibliyini təqdim edirdi. “Qətl günü”, “Yaxşı padşahın nağılı”, “Ağ qoç,
qara qoç”, “Dəyirman”, “Quru kəllə”, “Şeytan”, kimi dəyərli bədii əsərlər
folklor simvolikası və onun mətnaltı funksiyası ilə bütünlükdə ictimai,
siyasi sferanı işarələyirdi. Bütün bu nümunələrdə yazıçı məqsədi və idealı
alt qatdadır. Burada mühitin, mövcud ideologiyanın təqdim etdiyi yeni
dəyərlər sistemi ilə tarixi və milli-mənəvi dəyərlərin paralelizmi,
kontraslılığı folklor simvolikası ilə təqdim olunur. Nağıl formulları mətnaltı