9
Əlbəttə, bunlar təkcə bədiiliyə, yaradıcının hiss və düşüncələrini
ifadəyə xidmət etmirdi, burada həm də mühitdən, mühitin özünün
doğurduğu problemlərdən gələn ədəbi-tarixi zərurət də vardır. Məsələn,
A.Şaiqin əsrin ilk onilliyində uşaqlar üçün yazdığı “Tıq-tıq xanım”,
“Yaxşı arxa”, “Tülkü həccə gedir”əsərləri və bir qədər sonra qələmə aldığı
“Tapdıq dədə” mühitin daxili tələbatından doğmuşdur. M.Müşfiqin
“Kəndli və ilan”, “Şəngül, Şüngül, Məngül” əsərləri məhz bu səpkidə xalq
nağılları əsasında yaradılmışdır.
XX əsr boyu bu ədəbi-tarixi proses eyni axarda zənginləşmələrlə
davam edir. Xalq şairi S.Vurğun keçən əsrin 30-cu illərində bu məqamları
vurğulayaraq yazırdı: “Xalq əfsanələri, nağılları sahəsində belə, biz
əsrimizin qabaqcıl ruhu ilə səslənə bilən əsərlər yaratmalıyıq. Xalq
əfsanələrinə soyuq bir nəzərlə baxan yazıçılar unudurlar ki, bütün əfsanələr
xalq dühasının məhsuludur. Hər əfsanədə xalqın fəal həyatı, şüur və
zövqləri, onun gələcəyə olan inam və arzuları əks olunmuşdur ki, onların
bir çoxu indi də arzu olaraq, həm də yüksəliş arzusu olaraq qalır”
1
. Məhz
xalq dühasının məhsulu olan bu nümunələr bütünlükdə xalqın keçib gəldiyi
yolun əksidir. Ona görə də bu nümunələrə elə xalqın milli-mənəvi
varlığının ifadəsi kimi də baxmaq lazımdır.
Bu baxımdan görkəmli nəsr ustası S.S.Axundovun nağıl mövzusunda
qələmə aldığı çoxsaylı hekayələrini xüsusi qeyd etmək lazım gəlir.
Görkəmli ədibin yazdığı hekayələrinin mühüm bir qismi (“Kövkəbi-
hürriyyət”, “Tutu quşu”, “Qan bulağı”, “Cəhalət qurbanı”, “Molla Qasım”,
“Qorxulu nağıllar”) demək olar ki, tamamilə nağıl motivlərinə
köklənmişdir. Əsrin ictimai-siyasi mühiti bu sənətkarları nağıla müraciət
etməyə bir növ təhrik etmişdi. Daha doğrusu, əsrin əvvəllərində realistlər
bunu maariflənmənin, mühiti dərk etmənin vasitələrindən biri kimi
görürdülər.
Ədəbi-tarixi mənzərədən aydın şəkildə görünür ki, “Dərzi şagirdi
Əhməd”, “Həsən Qaranın nağılı”, “İlyasın nağılı”, “Baftaçı Şah Abbas”,
“Padşah və Dəmirçi”, “Yeddi nar çubuğu”, “Bülbülün nağılı”, “Yoxsul
qocaynan vəzir”, “Padşahla pinəçi”, “Padşahla qoca” və s. kimi
nağıllarımızla XX əsrin ilk onilliklərində yazıb-yaradan ədiblərin
yaradıcılığı arasında olduqca güclü bağlantılar mövcuddur. Alleqorik
xarakterli “Tülkü ilə canavar”, “Tülkünün kələyi”, “Hiyləgər tülkü”, “Qoca
Aslan”, “Süleyman şah və qarışqa” və başqa nağıllar da keçən əsrin
1
Vurğun S. Əsərləri. 6 cilddə, VI c., Bakı: Elm, 1972, s. 461.
10
əvvəllərində yaşayan ədiblərimiz üçün bir mövzu, ideya, üslub qaynağı
olmuşdur. Yazıçılarımız xalqın zəngin söz sərvətinə müraciət etməklə
təkcə bədii nümunələr yaratmaq yolunu tutmamışlar, həm də ondan
cəmiyyətin problemlərinin həlli üçün bir qaynaq kimi bəhrələnmişlər.
Y.V.Çəmənzəminlinin,
A.Şaiqin,
S.S.Axundovun,
R.Əfəndiyevin,
Ü.Hacıbəyovun, C.Məmmədquluzadənin, M.S.Ordubadinin, A.Divanbəy-
oğlunun, M.Hadinin, M.Ə.Sabirin, H.Cavidin, A.Səhhətin, C.Cabbarlının,
S.Vurğunun, M.Müşfiqin, S.Rəhimovun, Ə.Vəliyevin, İ.Əfəndiyevin,
Ə.Cəfərzadənin, İ.Şıxlının, Anarın, Elçinin, Y.Səmədoğlunun və
başqalarının yaradıcılığında bu cəhət özünü tam aydınlığı ilə göstərir.
Burada nağıl mövzusuna müraciətin eyni zamanda bir üslub hadisəsinə
çevrilməsi də müşahidə olunur.
XX əsrin əvvəlləri Azərbaycanın ictimai, siyasi, mədəni həyatında
problemlərin ağırlığı və gərginliyi ilə müşahidə olunur. Ona görə də yazıçı
və şairlərin əksəriyyəti problemin həllini maariflənmədə, insanların mədəni
səviyyəsini qaldırmaqda görürdülər. Məhz bu səbəbdən də yaranan bədii
nümunələrdə əsasən aşağıdakı istiqamətlər görünürdü:
1.
Siyasi mühitin özbaşınalıqlarını təqdim etmək;
2.
İctimai mühit haqqında dolğun təsəvvür yaratmaq;
3.
Xalqın maariflənməsi məsələsini bir problem kimi qaldırmaq;
4.
Təhsili, elmi bütün problemlərin həlli üçün yeganə çıxış yolu
kimi görmək;
5.
İctimai mühitin mədəni səviyyəsinin yüksəldilməsini əsas vasitə
kimi qəbul etmək;
6.
Nağıl formullarını bədii ifadə vasitəsinə çevirmək və s.
Bütün bunlar keçən əsrin əvvəllərində yaşayıb-yaradan sənətkarların
yaradıcılığında əsas istiqamət kimi görünür. Buradan da aydınlaşır ki, “bu
yazıçıların məqsədi, məfkurə istiqaməti, fəaliyyət sahəsi, hətta mövzu
dairəsi eyni idi. Bunların çoxu (Süleyman Sani Axundov, Abdulla Şaiq)
zəmanəsinin ziyalı ailəsindən çıxmış adamlar idilər. Bu ədiblərin ən əsas
fəaliyyət sahəsi və meydanı məktəb idi. Özlərinin keçdiyi təlim-tərbiyədən
fərqli olaraq bu yazıçılar “üsuli-cədid” məktəbinin, yeni qayda ilə təhsil və
tərbiyənin qızğın tərəfdarı idilər. Bu yolda əllərindən gələni
əsirgəmirdilər”
1
. Məhz ona görə də onların bütün düşüncəsi, təsəvvürləri
1
Cəlal M., Hüseynov F. XX əsr Azərbaycan ədəbiyyatı. Bakı: Maarif, 1982, s.
233.