6
– nağıl mövzusuna müraciətin səbəbləri, mahiyyəti, forma, üsul və
prinsipləri aydınlaşdırılmışdır;
– nağıl mövzusuna müraciətin spesifikası, özünəməxsusluqları və
burada müşahidə olunan təhkiyə üsulları, yaradıcılıq maneraları
aşkarlanmışdır;
– nağıl mövzusundan gələn motiv, obraz və süjetlərin XX əsr bədii
düşüncəsinə gətirilməsinin milli kimliyin qorunması və oyanışı üçün
əhəmiyyətli vasitə olması açıqlanmışdır;
– XX əsr ədəbiyyatında nağıl simvolikasının çeşid zənginliyi və
ədəbi-estetik düşüncəyə gətirdiyi yeniliklər elmi-nəzəri təhlil süzgəcindən
keçirilərək ümumiləşdirilmişlir.
İşin nəzəri və praktik əhəmiyyəti. Dissertasiya işi XX əsr
Azərbaycan ədəbiyyatının xalq təfəkküründən qaynaqlanma imkanlarını,
nağıl motivlərinin mühiti, etnosun milli mənlik yaddaşını ifadə səciyyəsini,
nağıl formullarının yazılı bədii düşüncədə məna yaratma funksiyasını və s.
müəyyənləşdirmək üçün mühüm nəzəri əhəmiyyət kəsb edir.
Dissertasiya XX əsr Azərbaycan ədəbiyyatının araşdırıcıları, ali
məktəblərin filologiya fakültələrinin tələbələri üçün mühüm praktik əhə-
miyyət daşıyır. Ali məktəblərdə tədqiqat işindən dərs vəsaiti, seçmə fənn
materialı kimi də istifadə etmək olar.
İşin aprobasiyası. Dissertasiya işi Azərbaycan Milli Elmlər
Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Şifahi xalq
ədəbiyyatı və ədəbi abidələr şöbəsində yerinə yetirilmişdir. Tədqiqatın əsas
müddəaları müxtəlif məqalələr və tezislər şəklində xarici ölkələrdə nəşr
olunan elmi jurnallarda, beynəlxalq konfranslarda məruzələrdə və
respublikamızda Azərbaycan Respublikası Prezidenti yanında Ali
Attestasiya Komissiyasının tövsiyə etdiyi nüfuzlu elmi jurnal və məc-
muələrdə öz əksini tapmışdır.
İşin quruluşu. Dissertasiya giriş, iki fəsil, nəticə və istifadə edilmiş
ədəbiyyat siyahısından ibarətdir.
TƏDQİQATIN ƏSAS MƏZMUNU
Dissertasiya işinin “XX əsrin müxtəlif mərhələlərində nağıl
mövzusuna müraciətin ədəbi-tarixi zərurəti” adlanan I fəsli iki
yarımfəsildə öyrənilir. Birinci yarımfəsildə “Ədəbi-tarixi təcrübədə və
XX əsrin birinci yarısında nağıl mövzusunun bədii ədəbiyyatda yeri”
araşdırılır.
7
Məlum olduğu kimi, nağıl Azərbaycan şifahi və yazılı ədəbiyyatında
mühüm yer tutan və müxtəlif tədqiqatların problemi olan janrdır. Hələ
bundan çox-çox əvvəl klassiklərimiz nağılların süjet, motiv, obraz və
ideyalarından lazımi qədər ustalıqla bəhrələnmişlər. Nizami Gəncəvinin,
Qul Əlinin, Əssar Təbrizinin, Mustafa Zəririn, Yusif Məddahın, Fədainin
və başqalarının yaradıcılığı buna nümunədir. Onlar nağıl motivlərindən,
xalq yaradıcılığının müxtəlif üslub və forma çalarlarından istifadə etməklə
əsərlərinə dərin məzmunlu xəlqi keyfiyyət və yüksək səviyyəli obrazlılıq
qazandırmışlar. Dahi mütəfəkkir N.Gəncəvinin yaradıcılığı bu baxımdan
klassik nümunədir.
Əlbəttə, bunların hamısına həmin sənətkarların yaşadığı dövr
kontekstində yanaşdıqda daha maraqlı məqamlar ortaya çıxır və sənətkarın
bundan məqsədli şəkildə istifadə etməsi tam aydınlığı ilə ortada görünür.
Eyni keyfiyyəti XIX əsr sənətkarlarının – S.Ə.Şirvaninin, Q.Zakirin,
Xalxalinin, Şükuhinin bu səpkidəki əsərlərində görmək olur.
XX əsr Azərbaycan ədəbiyyatında nağıl motivlərinə müraciət isə
daha çox real mühitin yaratdığı zərurət kimi nəzərə çarpır. Yəni, əgər bir
qədər əvvəldə, XIX əsrin sonu XX əsrin əvvəllərində bu üsul romantiklərin
yaradıcılığında daha çox maarifləndirmə məqsədinə xidmət edirdisə, əsrin
ortalarında fikrin üstüörtülü, mətnaltı ifadəsi üçün bir vasitə funksiyası
daşıyır. “Cəmiyyətin islah edilib yenidən qurulmasında həlledici rol
oynayan mədəni tərəqqinin əsas atributları – məktəb, ədəbiyyat, əlifba, dil,
elm, mətbuat, nəşriyyat, dərslik, teatr və s. geniş müzakirə obyektinə
çevrildi”
1
. Xalq ədəbiyyatı qaynaqlarından, o cümlədən də nağıl
strukturundan bəhrələnmə bu yöndə xüsusi önəm daşıyırdı. Ümumiyyətlə,
XX əsr Azərbaycan ədəbiyyatında bütün yüzillik boyu nağıl mövzusuna
müraciətin yararlanmanın mahiyyətini aşağıdakı kimi, səciyyələndirmək
olar:
a) XX əsrin əvvəllərində maarifçi mərhələ (1900-1920). Bu dövrdə
Y.V.Çəmənzəminli, A.Şaiq, S.S.Axundov, Ə.Haqverdiyev, M.Ə.Sabir,
A.Səhhət, S.Hüseyn , Ü.Hacıbəyov, F.Köçərli və başqaları xalqın,
xüsusən də yeni böyüyən nəslin maariflənməsini əsas götürürdülər.
Məqsədin reallaşması üçün xalq təfəkküründən gələn modellərə , o sıradan
da nağıl mövzu, obraz və süjetlərindən istifadəyə üstünlük verirdilər.
b) 1920-1950-ci illər dövrü. Siyasi mühitin dəyişməsi, Sovet
totalitar idarəçilik mexanizmi ədəbi arenada ideoloji modelləri zərurətə
1
Məmmədov X. XIX əsr Azərbaycan ədəbiyyatı. Bakı: ADPU, 2006, s. 89.
8
çevirirdi. Məhz bu səbəbdən də ədalətsiz şahların, xalqa zülm edən qaniçən
hökmdarların neqativ formalarda bədii mətnə gətirilməsi qabarıq bir
istiqamət kimi özünü göstərirdi. Bu səbəbdən də T.Şahbazinin,
S.Vurğunun, M.Müşfiqin, S.Rəhimovun, M.İbrahim, M.Rzaquluzadənin,
M.Təhmasibin, M.M.Seyidzadənin, Ə.Cəmilin, O.Sarıvəllinin, M.Dilba-
zinin və başqalarının yaradıcılığında nağıl obraz və süjetləri sinfi-siyasi
və ideoloji maraqlara uyğun şəkildə mənalandırılırdı.
c) 1960-1990-ci illər. Artıq bu mərhələdə sinfi mövqedən
yanaşmalar tədricən arxa plana keçməyə başlayır. Əvvəlki mərhələdə
müşahidə etdiyimiz və bir çoxluqla gördüyümüz qaniçən, zalım hökmdar
obrazları fərqli formatlarda bədii mətnə gətirilir. Folklor yaddaşına, o
cümlədən də nağıl mövzusuna müraciət edən bədii düşüncə etnosun özünü
dərkinə, milli-mənəvi dəyər və davranış prinsiplərinə xidmət edir. Məhz bu
cəhət İ.Şıxlı, İ.Əfəndiyev, İ.Hüseynov, Anar, Elçin, Y.Səmədoğlu,
Ə.Cəfərzadə, İ.Məlikzadə, F.Kərimzadə, X.Hasilova, Ə.Babayeva,
X.Əlibəyli, T.Mahmud, N.Kəsəmənli, M.Süleymanlı, Z.Xəlil, R.Yusifoğlu
və başqa sənətkarların yaradıcılığında bir çox keyfiyyət dəyişmələrinin
yaranaması ilə nəticələnir.
XX əsr Azərbaycan ədəbiyyatı üslubların, düşüncə tiplərinin, ədəbi
axtarışların rəngarəngliyi və müxtəlifliyi ilə seçilən bir dövrdür. Təkcə onu
demək kifayətdir ki, bu əsrdə M.F.Axundzadənin və H.Zərdabinin başladığı
milli ideyanın müxtəlif səviyyələrdə gerçəkləşməsi (həm əsrin əvvəlində,
həm də sonunda) uğurlu bir proses kimi davam edir. İctimai-siyasi, tarixi,
ədəbi, kulturoloji dəyərlərin yeni spektrləri müəyyənləşir. Ədəbiyyat bir
növ əqidələrin, məslək mübarizələrinin, eləcə də siyasi mücadilənin
ağırlığını daha çox öz üzərinə götürür. İctimai həyat və ədəbi proses bütün
mahiyyəti ilə yeni bir mərhələyə daxil olur. H.Zərdabinin, M.Şahtaxtlının,
Ə.Hüseynzadənin, Ə.Ağayevin, M.Ə.Rəsulzadənin, C.Məmmədqulu-
zadənin, Ö.F.Nemanzadənin və başqalarının milli düşüncənin müəyyən-
ləşməsi istiqamətində gördükləri böyük işlər bütün XX əsr boyu bu və ya
digər şəkildə ədəbi gedişata özünün təsirini göstərir. Akademik
İ.Həbibbəyli XX əsrin əvvəllərindəki vəziyyəti xarakterizə edərək yazır:
“Cəlil Məmmədquluzadə “Poçt qutusu” və “Usta Zeynal” kimi hekayələri
ilə həmin XX əsrin əvvəllərindəki real mənzərəni canlandırmış, sadə,
mənəvi cəhətdən saf, avam, dindar və sədaqətli insanların təbii obrazını
yaratmış, həm də milli oyanışa və maarifçiliyə olan zərurəti qəti şəkildə
ifadə etmişdir
1
.
1
Həbibbəyli İ. Cəlil Məmmədquluzadə. Naxçıvan: Əcəmi, 2009, s.14-15.
Dostları ilə paylaş: |