Azərbaycan miLLİ elmlər akademiyasi nizami GƏNCƏVİ adına ƏDƏBİyyat institutu



Yüklə 289,74 Kb.
Pdf görüntüsü
səhifə3/12
tarix02.01.2018
ölçüsü289,74 Kb.
#19468
1   2   3   4   5   6   7   8   9   ...   12

           

 



–  nağıl  mövzusuna  müraciətin  səbəbləri,  mahiyyəti,  forma,  üsul  və 

prinsipləri aydınlaşdırılmışdır; 

–  nağıl  mövzusuna  müraciətin  spesifikası,  özünəməxsusluqları  və 

burada  müşahidə  olunan  təhkiyə  üsulları,  yaradıcılıq  maneraları 

aşkarlanmışdır; 

– nağıl mövzusundan gələn motiv, obraz və süjetlərin XX əsr bədii 

düşüncəsinə  gətirilməsinin  milli  kimliyin  qorunması  və  oyanışı  üçün 

əhəmiyyətli vasitə olması  açıqlanmışdır;  

–  XX  əsr  ədəbiyyatında  nağıl  simvolikasının  çeşid  zənginliyi  və 

ədəbi-estetik  düşüncəyə  gətirdiyi  yeniliklər  elmi-nəzəri  təhlil  süzgəcindən 

keçirilərək ümumiləşdirilmişlir.  

İşin  nəzəri  və  praktik  əhəmiyyəti.  Dissertasiya  işi  XX  əsr 

Azərbaycan  ədəbiyyatının  xalq  təfəkküründən  qaynaqlanma  imkanlarını, 

nağıl motivlərinin mühiti, etnosun milli mənlik yaddaşını ifadə səciyyəsini, 

nağıl formullarının yazılı bədii düşüncədə məna yaratma funksiyasını və s. 

müəyyənləşdirmək üçün mühüm nəzəri əhəmiyyət kəsb edir.  

Dissertasiya  XX  əsr  Azərbaycan  ədəbiyyatının  araşdırıcıları,  ali 

məktəblərin  filologiya  fakültələrinin  tələbələri  üçün  mühüm  praktik  əhə-

miyyət  daşıyır.  Ali  məktəblərdə  tədqiqat  işindən  dərs  vəsaiti,  seçmə  fənn 

materialı kimi də istifadə etmək olar. 

İşin  aprobasiyası.  Dissertasiya  işi  Azərbaycan  Milli  Elmlər 

Akademiyası  Nizami  Gəncəvi  adına  Ədəbiyyat  İnstitutunun  Şifahi  xalq 

ədəbiyyatı və ədəbi abidələr şöbəsində yerinə yetirilmişdir. Tədqiqatın əsas 

müddəaları  müxtəlif  məqalələr  və    tezislər  şəklində  xarici  ölkələrdə  nəşr 

olunan  elmi  jurnallarda,  beynəlxalq  konfranslarda  məruzələrdə  və 

respublikamızda  Azərbaycan  Respublikası  Prezidenti  yanında  Ali 

Attestasiya  Komissiyasının    tövsiyə  etdiyi  nüfuzlu  elmi  jurnal  və  məc-

muələrdə öz  əksini tapmışdır. 



İşin quruluşu. Dissertasiya giriş, iki fəsil, nəticə və istifadə edilmiş 

ədəbiyyat siyahısından ibarətdir. 

 

TƏDQİQATIN ƏSAS MƏZMUNU 

 

Dissertasiya  işinin  “XX  əsrin  müxtəlif  mərhələlərində  nağıl   



mövzusuna  müraciətin  ədəbi-tarixi  zərurəti”  adlanan  I  fəsli  iki 

yarımfəsildə  öyrənilir.  Birinci  yarımfəsildə  “Ədəbi-tarixi  təcrübədə  və 



XX əsrin birinci yarısında nağıl  mövzusunun bədii ədəbiyyatda yeri” 

araşdırılır. 




           

 



Məlum olduğu kimi, nağıl  Azərbaycan şifahi və yazılı ədəbiyyatında 

mühüm  yer  tutan  və  müxtəlif  tədqiqatların  problemi  olan  janrdır.  Hələ 

bundan  çox-çox  əvvəl  klassiklərimiz  nağılların  süjet,  motiv,  obraz  və  

ideyalarından  lazımi  qədər  ustalıqla  bəhrələnmişlər.  Nizami  Gəncəvinin, 

Qul Əlinin, Əssar Təbrizinin,  Mustafa Zəririn, Yusif Məddahın, Fədainin  

və  başqalarının  yaradıcılığı  buna  nümunədir.  Onlar  nağıl  motivlərindən, 

xalq yaradıcılığının müxtəlif üslub və forma çalarlarından istifadə etməklə 

əsərlərinə dərin məzmunlu xəlqi keyfiyyət  və yüksək səviyyəli obrazlılıq  

qazandırmışlar.  Dahi mütəfəkkir N.Gəncəvinin yaradıcılığı  bu baxımdan  

klassik nümunədir.  

Əlbəttə,  bunların  hamısına  həmin  sənətkarların  yaşadığı  dövr 

kontekstində yanaşdıqda daha maraqlı məqamlar ortaya çıxır və sənətkarın 

bundan  məqsədli  şəkildə  istifadə  etməsi  tam  aydınlığı  ilə  ortada  görünür. 

Eyni  keyfiyyəti  XIX  əsr  sənətkarlarının  –  S.Ə.Şirvaninin,  Q.Zakirin, 

Xalxalinin, Şükuhinin bu səpkidəki  əsərlərində  görmək olur.  

XX  əsr  Azərbaycan  ədəbiyyatında  nağıl  motivlərinə  müraciət  isə 

daha  çox  real  mühitin  yaratdığı  zərurət  kimi  nəzərə  çarpır.  Yəni,  əgər  bir 

qədər əvvəldə, XIX əsrin sonu XX əsrin əvvəllərində bu üsul romantiklərin 

yaradıcılığında daha çox maarifləndirmə məqsədinə xidmət edirdisə, əsrin 

ortalarında  fikrin  üstüörtülü,  mətnaltı  ifadəsi  üçün  bir  vasitə  funksiyası 

daşıyır.  “Cəmiyyətin  islah  edilib  yenidən  qurulmasında  həlledici  rol 

oynayan mədəni tərəqqinin əsas atributları – məktəb, ədəbiyyat, əlifba, dil, 

elm,  mətbuat,  nəşriyyat,  dərslik,  teatr  və  s.  geniş  müzakirə  obyektinə 

çevrildi” 

1

.  Xalq  ədəbiyyatı  qaynaqlarından,  o  cümlədən  də  nağıl 



strukturundan  bəhrələnmə  bu  yöndə  xüsusi  önəm  daşıyırdı.  Ümumiyyətlə, 

XX  əsr  Azərbaycan  ədəbiyyatında  bütün  yüzillik  boyu  nağıl  mövzusuna 

müraciətin  yararlanmanın  mahiyyətini    aşağıdakı  kimi,  səciyyələndirmək 

olar: 


a) XX əsrin əvvəllərində maarifçi mərhələ (1900-1920). Bu dövrdə 

Y.V.Çəmənzəminli,  A.Şaiq,  S.S.Axundov,  Ə.Haqverdiyev,  M.Ə.Sabir, 

A.Səhhət,  S.Hüseyn  ,  Ü.Hacıbəyov,  F.Köçərli    və    başqaları    xalqın, 

xüsusən  də  yeni  böyüyən  nəslin  maariflənməsini  əsas  götürürdülər. 

Məqsədin reallaşması üçün  xalq təfəkküründən gələn modellərə , o sıradan 

da nağıl mövzu, obraz və süjetlərindən istifadəyə  üstünlük verirdilər.  

b)  1920-1950-ci  illər  dövrü.  Siyasi  mühitin  dəyişməsi,  Sovet  

totalitar    idarəçilik  mexanizmi  ədəbi  arenada    ideoloji  modelləri  zərurətə 

                                                 

1

 Məmmədov X. XIX əsr Azərbaycan ədəbiyyatı. Bakı: ADPU, 2006, s. 89.  



 


           

 



çevirirdi. Məhz bu səbəbdən  də ədalətsiz şahların, xalqa zülm edən qaniçən 

hökmdarların  neqativ  formalarda  bədii  mətnə  gətirilməsi  qabarıq  bir 

istiqamət  kimi  özünü  göstərirdi.  Bu  səbəbdən  də  T.Şahbazinin, 

S.Vurğunun,  M.Müşfiqin,  S.Rəhimovun,  M.İbrahim,  M.Rzaquluzadənin, 

M.Təhmasibin,    M.M.Seyidzadənin,  Ə.Cəmilin,  O.Sarıvəllinin,    M.Dilba-

zinin    və  başqalarının   yaradıcılığında    nağıl  obraz  və  süjetləri  sinfi-siyasi 

və ideoloji maraqlara uyğun şəkildə mənalandırılırdı. 

c)  1960-1990-ci  illər.  Artıq  bu  mərhələdə  sinfi  mövqedən 

yanaşmalar  tədricən  arxa  plana    keçməyə  başlayır.  Əvvəlki  mərhələdə 

müşahidə  etdiyimiz  və  bir  çoxluqla  gördüyümüz  qaniçən,  zalım  hökmdar 

obrazları  fərqli  formatlarda  bədii  mətnə  gətirilir.  Folklor  yaddaşına,  o 

cümlədən də nağıl mövzusuna  müraciət edən bədii düşüncə etnosun özünü 

dərkinə, milli-mənəvi dəyər və davranış prinsiplərinə xidmət edir.  Məhz bu 

cəhət  İ.Şıxlı,  İ.Əfəndiyev,  İ.Hüseynov,  Anar,  Elçin,  Y.Səmədoğlu,  

Ə.Cəfərzadə,  İ.Məlikzadə,  F.Kərimzadə,  X.Hasilova,  Ə.Babayeva,  

X.Əlibəyli, T.Mahmud, N.Kəsəmənli, M.Süleymanlı, Z.Xəlil, R.Yusifoğlu 

və  başqa  sənətkarların  yaradıcılığında  bir  çox  keyfiyyət  dəyişmələrinin  

yaranaması ilə nəticələnir. 

XX əsr  Azərbaycan ədəbiyyatı üslubların, düşüncə tiplərinin, ədəbi 

axtarışların rəngarəngliyi və müxtəlifliyi ilə seçilən bir dövrdür. Təkcə onu 

demək kifayətdir ki, bu əsrdə M.F.Axundzadənin və H.Zərdabinin başladığı 

milli  ideyanın  müxtəlif  səviyyələrdə  gerçəkləşməsi  (həm  əsrin  əvvəlində, 

həm  də  sonunda)  uğurlu  bir  proses  kimi  davam  edir. İctimai-siyasi,  tarixi, 

ədəbi,  kulturoloji  dəyərlərin  yeni  spektrləri  müəyyənləşir.  Ədəbiyyat  bir 

növ  əqidələrin,  məslək  mübarizələrinin,  eləcə  də  siyasi  mücadilənin 

ağırlığını daha çox öz üzərinə götürür.  İctimai həyat və ədəbi proses bütün 

mahiyyəti ilə yeni bir mərhələyə daxil olur. H.Zərdabinin, M.Şahtaxtlının, 

Ə.Hüseynzadənin,  Ə.Ağayevin,  M.Ə.Rəsulzadənin,  C.Məmmədqulu-

zadənin,  Ö.F.Nemanzadənin  və  başqalarının  milli  düşüncənin  müəyyən-

ləşməsi istiqamətində gördükləri böyük işlər  bütün XX əsr boyu bu və ya 

digər  şəkildə    ədəbi  gedişata  özünün  təsirini  göstərir.  Akademik 

İ.Həbibbəyli  XX  əsrin  əvvəllərindəki  vəziyyəti  xarakterizə  edərək  yazır: 

“Cəlil Məmmədquluzadə “Poçt qutusu” və “Usta Zeynal” kimi hekayələri 

ilə    həmin  XX  əsrin  əvvəllərindəki    real  mənzərəni  canlandırmış,  sadə, 

mənəvi cəhətdən  saf, avam, dindar  və sədaqətli insanların  təbii obrazını 

yaratmış,  həm də milli oyanışa və maarifçiliyə  olan zərurəti qəti şəkildə 

ifadə etmişdir

1

.  



                                                 

1

 Həbibbəyli İ. Cəlil Məmmədquluzadə. Naxçıvan: Əcəmi, 2009, s.14-15.  




Yüklə 289,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə