Azərbaycan miLLİ elmlər akademiyasi nizami GƏNCƏVİ adına ƏDƏBİyyat institutu



Yüklə 289,74 Kb.
Pdf görüntüsü
səhifə2/12
tarix02.01.2018
ölçüsü289,74 Kb.
#19468
1   2   3   4   5   6   7   8   9   ...   12

           

 



Mövzunun  işlənmə  dərəcəsi.  XX  əsr  Azərbaycan  bədii  düşün-

cəsinin  şifahi  ədəbiyyatla  əlaqələri    problem  kimi  müxtəlif  səviyyələrdə 

tədqiqatların  mövzusuna  çevrilmişdir.  M.Hüseyn  ,  M.Cəlal,  M.Cəfər, 

C.Xəndan, 

F.Qasımzadə, 

Y.Qarayev, 

İ.Bəktaşi, 

M.Məmmədov, 

X.Məmmədov, 

P.Əfəndiyev,  İ.Həbibbəyli,  K.Abdulla,  M.İmanov, 

N.Cəfərov, 

A.Hacıyev, 

V.Osmanlı, 

Anar, 


Elçin, 

A.Hüseynov, 

T.Hüseynoğlu,  Ə.Məmmədov  ,  Q.Namazov,  H.Ənvəroğlu,  R.Yusifoğlu, 

V.Yusifli, B.Əhmədov,  V.Sultanlı, T.Salamoğlu,   və s. tədqiqatçılar bədii 

sferadakı  şifahi və yazılı ədəbiyyat münasibətlərinin ümumi səciyyəsindən,  

janr tipologiyasından qəhrəman  probleminə,  mövzu  rəngarəngliyinə  qədər 

çeşidli  təhlillər  aparmış  və  geniş  anlamda  mahiyyətini  ortaya  qoymağa 

çalışmışlar.  Şifahi  ədəbiyyat  və  yazıçı  münasibətlərini  araşdıran 

M.H.Təhmasib, 

V.Vəliyev, 

P.Əfəndiyev,  Ə.Cəfərzadə,  B.Abdulla, 

M.Hacıyeva,  M.Cəfərli,  N.Xəlilov,  X.Bəşirova,  N.İsayeva  və  başqa  

tədqiqatçılar  da  bir  çox  maraqlı  elmi  əsərlər  qələmə  almışlar.  Problemin 

birbaşa  nağıl  müstəvisində  sistemli  olaraq  işlənməsi  təqdim  olunan 

dissertasiya işi ilə bağlıdır.  

Tədqiqatın  obyekti  və  predmeti.  Tədqiqatın  obyektini  iyirminci 

yüzillik  Azərbaycan  ədəbiyyatı  təşkil  edir.  Olduqca  böyük  mündəricəyə, 

zəngin  fakturaya  malik  olan  sözügedən  ədəbi-tarixi  mərhələ  janr  tipolo-

giyası, struktur komponentləri, etnosun tarixi və mifoloji yaddaşının ifadəsi 

və müəyyənliyi baxımından da fakt bolluğu baxımından  diqqətçəkicidir.  

Tədqiqatın  predmetini  bu  zənginliyin  mühüm  bir  istiqaməti,  nağıl 

mövzusundan bəhrələnmə problemi təşkil edir. Məlum olduğu kimi, nağıl 

xalqın  milli  varlığının  ilkin  mənəvi  enerji  qaynaqlarındandır.  XX  əsrin 

müxtəlif 

onilliklərində 

yazılı 

ədəbiyyatın  nümayəndələri 



nağıl 

formullarından  bəhrələnməklə  mühiti,  onun  sosial-siyasi  problemlərini 

dolayı yolla, üstüörtülü şəkildə ifadə etməyə  çalışmışlar.  

Tədqiqatın  məqsəd  və  vəzifələri.  Araşdırmanın  əsas  məqsədi  XX 

əsr  yazılı  ədəbiyyatında  özünü  geniş  şəkildə  göstərən  nağıl  mövzusuna 

müraciətin  səbəblərini,  forma  və  üsullarını,  mahiyyətini,  keyfiyyət 

yeniləşmələrini  bir  sistemin  vahidi  kimi  tipoloji  müstəvidə  müəy-

yənləşdirməkdir.  Bunların  aydınlığı  üçün  aşağıdakı  vəzifələrin  yerinə 

yetirilməsi qarşıda durur:  

–  XX  əsr  Azərbaycan  ədəbiyyatında    nağıl  mövzusuna  müraciətin 

məqsəd və məramını, ədəbi-tarixi dəyərini müəyyənləşdirmək; 

–    etnosun  mifoloji,  tarixi  yaddaşını,  təsəvvür  və  inanclarını  ifadə 

edən  nağıl  mətnlərinin  bədii  düşüncəyə  gətirdiyi  ideya  və  mövzu 

imkanlarını aydınlaşdırmaq; 



           

 



 – bir əsrin bədii nümunələri timsalında nağıl simvolikasının mətnaltı 

məna çalarlarını müəyyənləşdirmək; 

–  XX  əsr  ədəbiyyatında  özünü  göstərən  nağıl  formullarından 

bəhrələnmənin mahiyyət və səbəblərini aşkarlamaq; 

–  nağıl  mövzusuna  müraciətin  yazıçı  fakturasında  çeşidli  yönlərdən  

manera səciyyəsini dəqiqləşdirmək

– nağıl formullarının üslubi səciyyəsini, məna yaratmada funksional 

xarakterini açmaq; 

–  bu  məqsədlə  yazıya  alınmış  bədii  əsərlərdə  etnosun  yaddaşının, 

milli-tarixi  mənsubluğunun  ifadə,  yaşam  və  özünəqayıdış  hadisəsi  kimi 

dəyərini aydınlaşdırmaq;  

–  nağıl  təhkiyəsinə  məxsus  dil,  üslub  xüsusiyyətlərinin,  mətnaltı 

manera  imkanlarının  XX  əsr  Azərbaycan  ədəbiyyatındakı  ədəbi-estetik 

xarakterini üzə çıxarmaq və s. 



Tədqiqatın  metodologiyası.  Dissertasiya  işi  tarixi-müqayisəli  və 

nəzəri-tipoloji  metodlar  müstəvisində  işlənmişdir.  Müasir  filologiyanın 

elmi-nəzəri  prinsipləri,  ədəbi-estetik    dəyərləndirmələri,  mövzu  ilə  bağlı 

qənaətləri,  folklor  və  yazıçı  kontekstində    aparılan  təhlillər  elmi-nəzəri 

qaynaq  kimi istinad mənbəyi olmuşdur.   

İşin  elmi  yeniliyi.  Dissertasiya  XX  əsr  Azərbaycan  ədəbiyyatında 

nağıl  mövzusuna  müraciətin  məqsəd  və  prinsiplərinin  müəyyənləşməsi 

müstəvisində  yazılmışdır.  Bu  araşdırma  həmin  əsrdəki  sənətkarların  nağıl 

mövzu və süjetlərinə, təhkiyəsinə, formullarına fəal müraciətinin səbəbləri, 

ayrı-ayrı  tarixi  mərhələlərdə  bu  mövzunun  imkanlarından  istifadə 

müxtəlifliyi,  qələmə  alınmış  əsərlərin  ideya-estetik  səciyyəsi,  janr  sintezi 

problemi, yazıçı və folklor münasibətlərinin müxtəlif tarixi mərhələlərdəki 

çeşidli təzahür formaları kimi elmi məsələlərin öyrənilməsinə həsr olunmuş 

ilk  monoqrafik  tədqiqatdır.  Ona  görə  də  bir  sıra  elmi  yeniliklərlə 

səciyyələnir: 

– XX əsr Azərbaycan ədəbiyyatının nağıl  obraz, mövzu və süjetlər 

ilə  münasibətləri araşdırılaraq onların ədəbi-estetik mahiyyəti, bədii-üslubi 

səciyyəsi müəyyənləşdirilmişdir; 

–  tarixi-genetik  yaddaşın,  mental  inanc  və  təsəvvürlərin,  milli-

mənəvi  düşüncənin  real  siyasi-sosioloji  aşınmalar  mühitində  qorunması 

yolundakı ədəbi mücadilə aydınlaşdırılmışdır; 

–  nağıl  mətnlərində  özünü  göstərən  poetik  sistemin,  üslubi 

formulların  xüsusi  məna  kəsb  etməsi,  o  cümlədən  də  sətraltı  məna 

yaratmada  iştirakı    ayrı-ayrı  tarixi  dönəmlərin  ədəbi  axtarışlarında  üzə 

çıxarılmışdır; 




Yüklə 289,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə