Azərbaycan miLLİ elmlər akademiyasi nizami GƏNCƏVİ adına ƏDƏBİyyat institutu



Yüklə 289,74 Kb.
Pdf görüntüsü
səhifə6/12
tarix02.01.2018
ölçüsü289,74 Kb.
#19468
1   2   3   4   5   6   7   8   9   ...   12

           

 

13 



sovet 

dönəminin 

20-30-cı 

illərində 

 

ictimai-siyasi 



mühitin 

müəyyənləşdirdiyi prinsiplərə əsaslanma üstünlük təşkil edirdi. Bu, sovetlər 

dönəminin  birbaşa  özü  ilə  bağlı  məsələdir.  Çünki  imperiyanın  gəlişi, 

yaşayışı  və  çökməsi    özlüyündə  ədəbi  mühitin  bütün  tərəfləri  ilə  içindən 

keçirdi. Əfsanə, rəvayət, nağıl, dastan, atalar sözü, lətifə, bayatı, nəğmə və 

s.  kimi  örnəklər  bu  proses  boyu  daim  yazılı  ədəbiyyat  üçün  bir  mənbə, 

istinad yeri olmuşdur.  

Bu  dövrün  poeziya,  nəsr  və  dramaturgiyasında  nağıl  mövzusunda 

yazılmış əsərlərdə şahlar, xanlar, bəylər istismarçı sinif nümayəndələri kimi 

qəddar  və  qaniçən  obrazında  göstərilir,  sadə  xalq  nümayəndələri  isə 

məzlum  və  istismar  olunan  əzabkeş  rolunda  verilirdi.  Məsələn, 

Əfəndiyevin, “Apardı sellər Saranı”, “Qarı dağı” hekayələri, M.Təhmasibin  

“Bir qalanın sirri” pyesi bu qəbildəndir.  

Keçən  əsrin  altımışıncı  illərində  ictimai-siyasi  mühitdəki 

yumşalmalar, repressiya və deportasiya, sürgün bəraətləri ədəbi mühitdə də 

yeni münasibətləri formalaşdırır. Artıq yeni tarixi-siyasi şərait və ona bağlı 

olan  ədəbi-mədəni  mühiti    özünün  reallıq  və    yeni  düşüncə  prizmasından 

məsələlərə  yanaşır.  Məhz    R.Rzanın,  İ.Hüseynovun,  İ.Şıxlının, 

B.Vahabzadənin,  M.Arazın,  N.Həsənzadənin,  Y.Səmədoğlunun,  Anarın, 

İ.Məlikzadənin,  Elçinin,  M.Süleymanlının  və  başqalarının  əsərlərində 

həmin  keyfiyyətlər    bu  və  ya  digər  dərəcədə  özünə  yer  tapmağa  başladı. 

Nağıl təhkiyəsi və nağıl forması bir vasitə kimi yazıçıların yazı manerasına 

daxil  oldu.  Burada  imperiyanın  siyasi  müstəvidə  xalqlara  qarşı  yeritdiyi 

məkrli siyasətin bir növ təhlili aparıldı. Ancaq onu da əlavə edək ki, həmin 

çatışmazlıqların,  qüsurların  verilməsi  birbaşa  deyildi.  Hansısa  əsərdə 

epizodik şəkildə, bəzən bir cümlə ilə, bəzən mətnaltı vasitələrlə, obrazların 

dili ilə və yaxud da hadisələrin təsvirini tarixin dərinliklərinə daşımaqla baş 

verirdi.  Ona  görə  də  XX  əsrin  siyasi  problemlərinin  çoxluğu  və 

mürəkkəbliyi  ədəbiyyatın  özündə  də  düşüncə  və  ifadə  müxtəliflikləri  ilə 

müşahidə  olunur.  Bunlar,  hətta,  xalq  yaradıcılığının  ayrı-ayrı  janrlarına 

müraciətin  özündə  də  görünür.  Məsələn,  40-cı  illər  ədəbiyyatında  bütün 

diqqət  demək  olar  ki,  müharibə  düşüncəsinə,  vətən  sevgisinin  ifadəsinə 

yönəlmişdi.  Artıq  60-cı  illər  ədəbiyyatında  tədricən  ədəbi-estetik  düşüncə 

milli ruhun axtarışları və imperiya ideologiyasının mahiyyətini açmağa  üz 

tutur. Bir növ ədəbiyyatda yeni tendensiyaların nümayişi özünü göstərməyə 

başlayır.  Bu  mənada  İ.Hüseynovun  “Saz”,  “Faciə”,  “Kollu  Koxa”, 

”Şəppəli”, “Tütək səsi”, “İdeal” və s. əsərləri 60-cı illər ruhunun ifadəsidir. 

Yazıçı  bütün  mənfiliklərə    nağıl  obrazından  istifadə  edərək  “hamısı  Div 

irsidir” şəklində  üstüörtülü məna verir. İ.Şıxlının “Həkimin nağılı” (1947), 



           

 

14 



“Ayrılan yollar” (1957), “Dəli Kür” (1957-1966), “Məni itirməyin” (1984), 

“Namərd  gülləsi”  (1991)  kimi  müxtəlif  janrlarda  qələmə  aldığı  epik 

əsərlərin  mahiyyətində   də,  məhz  imperiya  ruhuna  mətnaltı   yazıçı  etirazı 

öz  əksini  tapıb.  Azərbaycan  ədəbiyyatının  digər  nümayəndələrinin 

yaradıcılığında  da  belə  müraciətlər,  dövrün  və  mühitin  çatışmazlıqlarının 

ifadəsi vardır. Həmın qüsurların cəmiyyətə çatdırılmasının yollarından biri 

də,  yuxarıda  dediyimiz  kimi,  nağıl  formulundan  istifadə  idi.  Bu  mənada  

nağıla,  daha  doğrusu,  nağıl  mövzusuna  müraciət  bir forma,  ifadə  hadisəsi 

kimi  mühüm  əhəmiyyət  daşıyırdı.  Məhz    R.Rzanın,  İ.Hüseynovun, 

İ.Əfəndiyevin, 

 

İ.Şıxlının, 



M.Dilbazinin, 

H.Arifin, 

M.Arazın, 

Y.Səmədoğlunun,  İ.Məlikzadənin  ,  N.Həsənzadənin,  Anarın,  Elçinin, 

M.Süleymanlının  və  başqalarının  yaradıcılığında  bu  keyfiyyət    aydın 

şəkildə  özünü  göstərir.  Məsələn,  İ.Əfəndiyevin  “Geriyə  baxma,  qoca” 

romanında  “Möhnət  qocanın  nağılları”  silsiləsi  bütünlükdə  nağıl 

mövzusuna söykənir.  

Görkəmli  sənətkar  “Geriyə  baxma,  qoca”  romanında  sırf  nağıl  

formul  və  motivlərindən,  nağıl  ənənəsindən  gələn    bədii-üslubi 

keyfiyyətlərə  üstünlük  vermiş  və  bununla  əsərin  dəyərini  xeyli  dərəcədə 

artırmışdır.  Onu  da  əlavə  edək  ki,  ayrı-ayrı  əhvalatların  təqdimində, 

xüsusən də başlama manerasında da nağıl üslubu, nağılvari təhkiyə özünü 

göstərir. Məsələn, “İndi sizə kimdən danışım, Kamırxan qarıdan” bölməsi 

boyaboy  nağıl  üslubunda  hekayə  olunur.  “Kamirxan  qarı  öz  əməlində 

olsun, indi  eşit  çoban Mahmuddan”  əsərdəki  “Qızyetərlə  Çoban  Mahmud 

nağılı”  bölməsi  müəllifin  əsəri  nağıl  manerasında  yazmağa  üstünlük 

verməsinin əyani təzahürüdür.  

Xalq  yazıçısı    Süleyman  Rəhimov    nağıl  mövzusuna  böyük  maraq 

göstərən və bu istiqamətin XX əsrin ikinci yarısından  etibarən keyfiyyətcə  

yeniləşməsində    mühüm  rol  oynayan  qüdrətli  söz  ustasıdır.  Onun  nağıl, 

əfsanə  və  rəvayət  mövzusuna  müraciəti  və  bu  səpkidə  əsərlər  yaratması 

yaradıcılığının  bütün  mərhələlərində  müşahidə  olunur.  Hətta,  kitablarında 

“Əfsanələr” başlığı altinda verilən “Gülən balıq” (1963), “Ovqan və ilan” 

(1963),  “Güzgü  göl  əfsanəsi”  (1967),  “Gülsabah”(1968),  “Arpaçay 

əfsanəsi”  (1978),  “Kəsilməyən  kişnərti”  (1968)  və  s.  hekayələrinin 

mahiyyətində  də  əslində  nağıl  motivləri,  strukturu  dayanır.  Burada  xalqın 

faciələrinin, itkilərinin kökləri və məkrli düşməninin əsil mahiyyəti barədə 

çox  ciddi  rəmzi-məcazi işarələr görünür.  

Xalq  yazıçısı  Əzizə  Cəfərzadənin  yaradıcılığında  da    nağıl  

mövzusuna  müraciət  tez-tez  müşahidə  olunur.  Onun  “Çörək”,  “Qarı  və 

pişik”, “Yumurta  əhvalatı” kimi nağıl-hekayələrində qaldırılan problemlər  




Yüklə 289,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə