Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 65,28 Kb.
Pdf görüntüsü
səhifə31/101
tarix21.10.2017
ölçüsü65,28 Kb.
#6333
1   ...   27   28   29   30   31   32   33   34   ...   101

 
101 
quru çəkinin miqdarını bilməklə  xlorofilin  miqdarını 100 mq 
quru çəkiyə görə hesablamaq olar.  
 
Xlorofilin depressiya dərəcəsi 
Z = 100-Y x100  
Z- depressiya dərəcəsi 
Y-təcrübə variantı 
X- nəzarət variantı 
 
Osmotik məhlullarda saxlanılan dairələrdən alınmış xlo-
rofilin miqdarı, suda saxlanılan dairələrdən çıxarılmış xloro-
filin miqdarına bölünmüş, əldə edilən nisbət nə qədər böyük 
olarsa,  həmən  nümunənin  quraqlıq  və  duzluluq  streslərinə 
davamlılıq  dərəcəsinin  də  bir  o  qədər  yüksək  olduğu  qəbul 
edilmişdir. 
Alınan nəticələr cədvəl 2.6 - da verilmişdir. Cədvəl və şə-
kildən  göründüyü  kimi  öyrənilən  arpa  nümunələri,  yarpaq-
larında  xlorofilin  miqdarının  dəyişmə  dərəcəsinə  görə  bir-bi-
rindən, toxumların cücərmə qabiliyyətində olduğu qədər kəskin 
fərqlənmirlər.  Öyrənilən  arpa  nümunələri  içərisində,  duzluluq 
stresi  təsirindən  yarpaqlarda  xlorofil  sintezinin  depressiya  də-
rəcəsi ən çox Arpa 57/9 nümunəsində müşahidə edilmişdir. Bu 
sortun  yarpaqlarında  xlorofilin  miqdarı  nəzarətə  nisbətən  39% 
azalmışdır. İki cərgəli arpa sortnümunələrindən 6 №-li Seçmə, 
Nutans 28/92 və Arpa 43-də duzluluq stresi yarpaqlarda xloro-
filin  miqdarına  nəzərə  çarpacaq  dərəcədə  təsir  etmiş,  bu 
nümunələrdə  xlorofilin  miqdarı  22-26%  azalmışdır.  Çox  cər-
gəli  arpalarda  duzluluq  stresinin  təsirindən  yarpaqlarda  xloro-
filin  depressiyası  ən  çox  iki  nümunədə  Arpa  40  və  76  №-li 
Seçmədə müşahidə olunmuşdur. Bu arpa genotiplərinin yarpaq-
larında duzluluq stresinin təsirindən xlorofil (a+b)-nin miqdarı 
nəzarətə görə 19,5 və 18,6% azalmışdır. 


 102 
Bir  çox  nümunələrdə  isə  duzluluq  stresinin  təsirindən 
xlorofilin  miqdarında  önəmli  dəyişmələr  müşahidə  edil-
məmişdir.  Bu  sortnümunələrə,  iki  cərgəlilər  arasından  Arpa 
47, Nutans 303, Nutans 86-35/18-i, çoxcərgəli arpalardan  isə 
84 №-li Seçmə, Naxçıvan dəni  və  Arpa 29-u  aid  etmək olar. 
Bu  nümunələrin  yarpaqlarında  xlorofil  (a+b)-nin  nəzarətə 
görə  dəyişmə  faizi  97,1  ilə  99,1%  arasında  olmuşdur.  Lakin, 
elə nümunələr də  vardır  ki, onlarda duzluluq  stresi təsirindən 
xlorofilin  miqdarının  hətta  bir  qədər  artdığı  müşahidə  edil-
mişdir.  Bu  nümunələrə  iki  cərgəli  arpalardan  Nutans  80/32-
21,  Arpa  77,  Nutans  80-34/14  və  Hüseyn  1  sortlarını,  çox-
cərgəli  arpalardan  isə  Arpa  78,  55  №-li  Yerli,  Arpa  32  və 
Arpa  44-ü  misal  göstərmək  olar.  Bu  arpa  sortnümunələrinin 
yarpaqlarında  duzluluq  şəraitində  xlorofilin  miqdarı  nəzarətə 
görə 2,6-20% artmışdır. Göründüyü  kimi duzluluq stresi təsi-
rindən  arpa  bitkisi  yarpaqlarında  xlorofilin  miqdarında  o 
qədər də, böyük dəyişmələr baş verməmişdir. Lakin bu göstə-
riciyə görə də öyrənilən arpa genotipləri bir-birindən müəyyən 
qədər fərqlənmişlər. 
Duzluluq stresi təsirindən toxumların cücərmə qabiliyyəti 
ilə  yarpaqlarda  xlorofilin  depressiya  dərəcəsi  arasındakı 
əlaqəyə  baxıldıqda,  əksər  nümunələrdə  bu  göstəricilərin  bir-
birinə uyğun  gəldiyi  görünür. Məsələn,  iki cərgəli arpalardan 
Nutans 67/91 və Nutans 303-də toxumların NaCl məhlulunda 
cücərmə qabiliyyəti yetərincə yüksək olmuş və 91, 93% təşkil 
etmişdir,  yarpaqlarda  xlorofil  (a+b)-nin  miqdarında  da  ciddi 
dəyişmə  baş  verməmiş  və  bu  göstərici  nəzarətə  görə  96  və 
98%-ə bərabər olmuşdur. 
Çox  cərgəli  arpalardan  Arpa  31  və  Arpa  44-  də  toxum-
ların  NaCl  məhlulunda  cücərmə  qabiliyyəti  92  və  94%,  stres 
təsirindən sonra yarpaqlarda xlorofilin miqdarı isə demək olar 


 
103 
ki, dəyişməmiş, 100  və 103%-ə bərabər olmuşdur. Öyrənilən 
arpa  sortnümunələrinin  böyük  əksəriyyətində  oxşar  qanuna-
uyğunluqlar  müşahidə  edilmişdir.  Lakin  bəzi  nümunələrdə 
toxumların cücərmə qabiliyyəti ilə yarpaqlarda xlorofilin miq-
darının  dəyişməsi  arasında  müəyyən  uyğunsuzluq  müşahidə 
edilmişdir.  Məsələn,  ikicərgəli  arpalardan  Nutans  57/9  sortu 
toxumlarının  NaCl  məhlulunda  cücərmə  qabiliyyəti  62%  ol-
duğu  halda,  duz  stresi  təsirindən  yarpaqlarda  xlorofil  sin-
tezinin depressiya dərəcəsi cəmi 39% olmuşdur. Cəlilabad 19 
sortunda  isə  toxumların  cücərmə  qabiliyyəti  50%,  xlorofilin 
depressiya  dərəcəsi  isə  cəmi  4%-ə  bərabər  olmuşdur.  Oxşar 
nəticələr,  iki  cərgəli  arpa  nümunələrindən  Nutans  124/32, 
Arpa  59,  Hüseyn  1,  Arpa  47,  çox  cərgəlilərdən  isə  Arpa  81, 
Arpa 78  və 55 №-li Seçmədə də müşahidə  edilmişdir. Bizim 
fikrimizcə  toxumların  soruculuq  qabiliyyəti  nisbətən  aşağı 
olan  bu  kimi  nümunələr  öz  vegetasiyaları  dövründə  genetik 
potensiallarından  daha  yaxşı  istifadə  etməklə  güclü  kök 
sistemi yarada bilirlər ki, bu da yarpaqlarda xlorofilin depres-
siyasının qarşısını ala bilir. 
Beləliklə,  tədqiq  edilmiş  34  arpa  sortnümunələri  içəri-
sindən, həm toxumların cücərmə qabiliyyətinə, həm də xloro-
filin  stres  depressiya  dərəcəsinə  görə  fərqlənmiş,  iki  cərgəli 
arpa nümunələrdən Nutans 80/32-21, Arpa -77, Nutans 34/14 
və Nutans 118/21-in, çox cərgəli arpalardan isə Arpa 44, Arpa 
29,  Arpa  31,  Arpa  32  və  Arpa  78-in  duzluluq  stresinə  ən 
davamlı  genotiplər  olduğu  aşkar  edilmiş,  onların  orta  və  zəif 
duzlu torpaqlarda becərilməsi  və duzluluğa davamlılıq  istiqa-
mətində  aparılan  seleksiya  proseslərində  istifadə  edilməsi 
tövsiyə olunur.  
 


Yüklə 65,28 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə