95
nin miqdarında baş verən dəyişmələri əks etdirən nəticələr
cədvəl 2.5-də verilmişdir. Cədvəldən göründüyü kimi, qu-
raqlıq stresi təsirindən arpa sortnümunələrinin yarpaqlarında
müəyyən dəyişmələr baş vermişdir. İki cərgəli arpalardan Nu-
tans 80-34/14 sortnümunənin vahid yarpaq sahəsində xloro-
filin miqdarı 5,42 mkq olmuşdursa, stres təsirindən sonra bu
göstərici 3,55 mkq-a qədər azalmışdır. Oxşar nəticələr Nutans
32/21 və 6 №-li Seçmə nümunələrində də müşahidə edil-
mişdir. Çox cərgəli arpa sortnümunələrindən isə stresə ən çox
məruz qalan 55№-li Yerli və Arpa 40 sortnümunələri olmuş-
dur. Bu arpa nümunələrinin yarpaqlarında quraqlıq stresi
təsirindən xlorofil (a+b)-nin miqdarı nəzarətə görə 29% və
27% azalmışdır. Lakin elə arpa nümunələri də vardır ki,
onların yarpaqlarında stres şəraitində xlorofil (a+b)-nin miq-
darı nəinki azalmamış, hətta bir qədər artmışdır. Bunlara, iki
cərgəli arpalardan Hüseyn 1, Arpa 47, Cəlilabad 19, Nutans
67/91 və Arpa 77-ni misal göstərmək olar. Bu arpa nümunə-
lərinin yarpaqlarında quraqlıq stresi şəraitində xlorofil (a+b)-
nin miqdarı 2-12% artmışdır. Oxşar nəticələr çox cərgəli arpa
nümunələrində də müşahidə edilmişdir. 84 №-li Seçmə, Pal-
lidum 69/91, Arpa-75 və Arpa 78 sortnümunələrinin yarpaqla-
rında quraqlıq stresi təsirindən xlorofilin miqdarı 3-18%
artmışdır.
Bəzi arpa nümunələrinin yarpaqlarında stres təsirindən
xlorofilin miqdarında nəzərə çarpacaq dəyişmələr baş vermə-
mişdir. Bunlara misal olaraq, iki cərgəli arpalardan Nutans
303 və Nutans 124/32-ni, çox cərgəli arpalardan isə Arpa 44
və Arpa 32-ni göstərmək olar. Quraqlıq stresi təsirindən yar-
paqlarda xlorofil (a+b)-nin miqdarında baş verən dəyişmələrə
görə arpa sortnümunələri bir-birindən müəyyən qədər fərq-
lənsə də, bu fərqlilik, toxumların cücərmə qabiliyyətində
96
olduğu qədər kəskin deyildir. Bu da, xlorofilin bitki həyatın-
dakı böyük rolu ilə əlaqədar ola bilər. Əgər xlorofilin sinte-
zində böyük depressiya və sürətli parçalanma prosesi baş ver-
miş olsaydı, o zaman bitki öz həyatını davam etdirə bilməzdi.
Bu hal stres amillərin çox güclü olduğu zamanlarda baş verə
bilir və nəticədə bitkilər məhv olurlar.
Cədvəl 2.5.
Quraqlıq stresinin təsirindən arpa sortnümunələrinin
yarpaqlarında xlorofilin miqdarlında baş verən dəyişmələr
(vahid yarpaq sahəsində, mkq-la)
Sı-
ra
№-
si
Ka-
taloq
№-si
Nümunənin
adları
Xlorofil (a+b)-nin miqdarı
Nəzarət
Quraqlıq
Nəza-
rətə
görə
%-lə
İki cərgəli
1
2308
Hüseyn 1
6,35±0,13
7,15±0,23
112,5
2
2448
Arpa 47
6,67±0,24
7,44±0,34
111
3
2311
Nutans 67/91
5,75±0,2
5,9±0,3
102,6
4
2323
Nutans 303
7,47±0,41
7,5±0,7
100,4
5
2482
Arpa-77
5,21±0,56
5,32±0,48
102,1
6
2270
Nutans 118/21
5,92±0,64
5,41±0,19
91,3
7
2443
Arpa-43
8,28±0,4
7,85±0,5
94,8
8
2262
Cəlilabad-19
7,1±0,7
7,7±0,2
108,4
9
2315
Nutans 86-
35/18
7,87±1,24
7,44±0,48
94,5
10
2286
Nutans 80-
32/21
5,32±0,16
4,08±0,3
76,6
97
Cədvəl 2.5-in davamı
11
2288
Nutans 28/92
5,14±0,31
4,52±0,84
87,9
12
2301
Nutans 57/9
6,0±0,29
5,27±0,4
87,8
13
2325
Nutans 124/32
5,96±0,14
5,75±0,11
96,4
14
2461
Arpa-59
7,42±0,29
5,9±0,31
79,5
15
2296
6№-li seçmə
9,36±0,3
7,3±0,2
78,4
16
2302
Nutans 80-
34/14
5,42±0,4
3,55±0,4
65,4
Çox cərgəli
17
2321
84 № Seçmə
6,41±0,81
7,58±1,11
118,2
18
2271
Pallidum
69/91
7,25±0,41
8,16±0,26
112,5
19
2480
Arpa-75
5,62±0,2
6,0±0,3
106
20
2483
Arpa-78
5,71±0,22
5,89±0,54
103,1
21
2406
Arpa-32
7,43±0,03
7,24±0,37
97,4
22
2277
№ 78
Cəbrayıl
7,25±0,19
6,63±0,23
91,4
23
2322
№ 76 Seçmə
6,53±0,46
6,17±0,38
94,4
24
2298
Pallidum
79/1-2
7,07±0,3
6,5±0,5
91,9
25
2368
Arpa-31
7,44±0,5
6,68±0,5
89,7
26
2366
Arpa-29
7,0±0,3
5,85±0,7
83,5
27
2439
Arpa-39
7,8±0,37
6,8±0,15
87,1
28
2367
Arpa-30
8,01±0,2
7,53±0,48
94,0
29
2305
№ 55 Yerli
5,95±0,5
4,25±0,3
71,4
30
2445
Arpa-44
7,5±0,2
7,4±0,7
98,6
31
2486
Arpa-81
7,33±0,3
6,3±0,5
86,3
32
2540
Arpa-84
6,21±0,38
5,47±0,04
88,0
33
2329
Naxçıvan
dəni
5,96±0,42
5,38±0,55
90,2
34
2440
Arpa-40
5,96±0,5
4,36±0,3
73,1
Dostları ilə paylaş: |