21
Cədvəldən göründüyü kimi xarakterik növlərin sayına görə Böyük
Qafqazın dağlıq zonası (91,2%) və Kür-Araz ovalığı (91,7%) digər
landşaft-ekoloji zonalar üzərində dominantlıq edir.
Qafqazda dağətəyi zonalar düzənlik və dağlıq zonalar arasında keçid
təşkil etdiklərinə görə geniş zonallığa malik növlərin ekstensivliyi
yüksəkdir. Ümumiyyətlə bütün zonalarda geniş zonallığa malik növlər bu
və ya digər zona üçün xarakterik növlər üzərində dominantlıq edir.
Göründüyü kimi, Azərbaycanda vəhşi məməli heyvanlarda ən çox hel-
mint növü Kür-Araz ovalığında inkişaf edən alçaqlıqların quru-çöl və
düzənliklərin yarımsəhra landşaftında (96 növ), Böyük Qafqazın dağlıq
zonasında inkişaf edən enliyarpaqlı meşələr və meşədən sonrakı çəmən–
kolluq landşaftında (91 növ), ən az isə Abşeron yarımadasında inkişaf edən
düzənliklərin və alçaqdağlıqların yarımsəhra landşaftında (28 növ)
qruplaşmışdır. Xarakterik növlərin sayına görə də düzənlik və dağlıq
zonalarda qruplaşan növlər dağətəyi və Abşeron yarımadası zonalarında
qruplaşan növlər üzərində dominantlıq təşkil edirlər. Bu rəqəm Kür-Araz
ovalığında inkişaf edən alçaqlıqların quru–çöl və düzənliklərin yarımsəhra
landşaftında 91,7%, Böyük Qafqazın dağlıq zonasında inkişaf edən
enliyarpaqlı meşələr və meşədən sonrakı çəmən-kolluq landşaftında 91,2%,
Kiçik Qafqazın düzənlik zonasında inkişaf edən quru-çöl landşaftında
85,9%, dağlıq zonasında inkişaf edən enliyarpaqlı meşələr və meşədən
sonrakı çəmən-kolluq landşaftında 83,1% yoluxma qeydə alındığı halda
Abşeron yarımadasında inkişaf edən düzənliklərin və alçaqlıqların
yarımsəhra landşaftında 46,4% xarakterik növ qeydə alınmışdır.
Fakultativ növlərin qruplaşmasında və yayılmasında kəskin zonallıq
müşahidə edilməmişdir. Kiçik Qafqazın düzənlik zonasında 2(2,3%),
daöətyi zonasında 1(1,7%) və dağlıq zonasında isə 2(2,6%) potensial növ
qeydə alınmışdır.
Zona üçün spesifik növlərin sayına görə də düzənlik zonalar dağlıq
zonalardan irəlidədir. Bu göstərici Qafqazın düzənlik zonalarında və
ovalıqlarda spesifik növlərin sayı 12, dağlıq zonalarda isə 6 növ təşkil edir.
Bütünlükdə götürdükdə isə düzənlik zonalar üçün spesifik növlərin sayı 23,
dağlıq zonalar üçün isə 48 növ olmuşdur. Dağətəyi zona düzənlik və dağlıq
zonalar arasında keçid zolağı olduğuna görə bu zona üçün spesifik növ
qeyd edilməmişdir.
Bütün landşaft-ekoloji zonalarda geniş zonallığa malik olan növlər
məhdud zonallığa malik növlər üzərində dominantlıq təşkil edir.
Geniş zonallığa malik olan növlərdən yüksək ekstensivlik Lənkəran
22
ovalığında 100%, Kür-Araz ovalığında 98,9%, Böyük Qafqazın düzənlik
zonasında 92,1%, dağətəyi zonasında 84,5% və nisbətən az isə Kiçik
Qafqazın dağlıq zonasında 67,5% qeydə alınmışdır. Helmint kompleksinin
zonalar üzrə qruplaşmasının təhlili göstərir ki, geniş zonallığa malik növlər
daha çox ovalıqlarda və Qafqazın düzənlik zonalarında yayılmışdır. Bu
yəqin ki, helmint növlərinin inkişafı üçün bu ərazilərdə optimal abiotik
amillərin olması və onları sahiblərinin (axırıncı, aralıq, əlavə və rezervuar)
bu ərazilərdə geniş yayılması və sıxlığının yüksək olmaları ilə əlaqədardır.
Bununla yanaşı qış fəslində bir çox vəhşi məməli heyvan növləri yem
ardınca dağətəyi və düzənlik ərazilərə fəsli miqrasiyalar edir. Bu cür fəsli
miqrasiyalar zamanı axırıncı sahiblər bir landşaft-ekoloji zonadan digərinə
miqrasiya edərkən onlar yeni helmint növləri ilə yoluxurlar. Eyni zamanda
bu miqrasiyalar zamanı onlar yoluxduqları helmintlərin yumurta və
sürfələrini də keçdikləri miqrasiya yollarında yayırlar. Təbii ki, bu və ya
digər zonaya miqrasiya zamanı təbiətə səpilmiş yumurta və sürfələrin
hamısı həmin zonada öz sahiblərini (axırıncı, aralıq, əlavə və s) tapa bilmir
və yeni landşaft-ekoloji zonaya hakim biotik və abiotik amillərin əlverişsiz
təsirlərinə davam gətirməyib məhv olurlar. Ancaq hər halda yoluxmuş bir
çox aralıq sahiblər bir zonadan digərinə keçərkən yırtıcılar və digər axırıncı
sahiblər tərəfindən yeyilir. Bu zaman sahib həmin helmint üçün spesifik
deyilsə, mədədə azad olan sürfə tələf olur, əgər həmin növ üçün spesifik
sahibdirsə inkişaf edərək yetkin mərhələyə çatır.
Azərbaycanda vəhşi məməli heyvanlarda ən çox helmint növü Kür-
Araz ovalığında, Böyük Qafqazın dağlıq zonasında və Kiçik Qafqazın
düzənlik zonasında, ən az isə Abşeron yarımadasında, Qafqazın dağətəyi
zonalarında və Lənkəran ovalığında mövcud olan landşaftlarda
qruplaşmışdır.
2-ci cədvəldən göründüyü kimi zona üçün xarakterik növlərin sayına
görə də düzənlik və dağlıq zonalarda qruplaşan növlər dağətəyi və Abşeron
yarımadası zonalarında qruplaşan növlər üzərində dominatlıq təşkil edirlər.
Həmçinin geniş zonallığa malik olan növlər məhdud areallarda yayılan
növlər üzərində dominantlıq edir. Geniş zonallığa malik olan növlər daha
çox Qafqazın dağətəyi zonalarında yayılmışdır.
VII FƏSİL. AZƏRBAYCANDA VƏHŞİ MƏMƏLİLƏRİN HELMİNT
FAUNASININ FORMALAŞMASI YOLLARI
Helmintlər təbii biosenozların bir komponenti kimi bir çox quru,