18
yetkin mərhələyə daha tez çatırlar və cinsi yetişkən mərhələdə olan
buğumlar daha çox məhsuldardırlar.
4. Trichocephalus leporis Froelich, 1789
Helmintoloji ədəbiyyatlarda T.leporis növünün inkişafı haqda
yalnız bəzi cüzi məlumatlar mövcuddur (Fyulleborn, 1923, Şults,1931).
Ona görə də tədqiqat zamanı T.leporis növünün inkişaf dövriyyəsi və
onun inkişafına abiotik amillərin (temperatur, nəmlik, işıq və s.) təsiri
öyrənilmişdir. Bu məqsədlə çöl və laboratoriya şəraitində müxtəlif
variantlarda təcrübələr aparılmış, T.leporis növünün yumurtalarının
embrional inkişaf mərhələləri öyrənilmişdir. Müəyyən edilmişdir ki,
açıq çöllükdə yüksək temperatur və günəş şüasının təsiri altında quru
torpaqda yumurtalar 7 gün ərzində tamamilə məhv olurlar. Ancaq 16-
18
0
C temperaturda, kölgədə və nəm torpaqda yumurtalar morulla və
sürfələrin formalaşması mərhələsinə, 116 günə isə invaziyon sürfə
mərhələsinə çatırlar. Yumurtaların inkişafında əsas rolu torpağın və
havanın temperaturu oynayır. Dissertasiyada T.leporis növünün
yumurtalarının müxtəlif temperatur, nəmlik və işıqlanma şəraitində
müxtəlif məhlullarda (fizioloji məhlul, adi su və distillə edilmiş su)
embrional inkişaf mərhələləri invazion sürfə mərhələsinə qədər günlərlə
öyrənilmişdir və təcrübələrin nəticələri dissertasiyada verilmişdir.
Yumurtaların embrional inkişaf mərhələlərinin abiotik amillərin
təsirindən asılılığı şərh edilmişdir.
5. Trichocephalus myocastoris Enigk, 1933
İlk dəfə olaraq T.myocastoris növünün yumurtalarının embrional
inkişafına abiotik amillərin (temperatur, nəmlik, işıq və s.) təsiri
öyrənilmişdir. Müəyyən edilmişdir ki, trixosefalus yumurtalarının
inkişafı 2-ci sakitlik dövrünə qədər intensiv gedir. Bundan sonra isə
inkişafın mərhələləri uzanır və invazion sürfələrin əmələ gəlməsi 100%
nəmlik (su mühiti) və 500 lüks işıqlanma şəraitində +25
0
C–də fizioloji
məhlulda 52-60 günə, adi suda 50-63 günə və distillə edilmiş suda isə
49-74 günə başa çatır. Ancaq eyni nəmlik (su mühiti) və işıqlanma
şəraitində temperaturu +37
0
C-yə qədər yüksəltdikdə bu göstəricilər
uyğun olaraq 19-21, 19-21 və 20-23 günə başa çatır. Eyni zamanda
T.myocastoris yumurtalarının müxtəlif temperaturlarda qızdırılmağa,
qurudulmağa və soyudulmağa davamlılıq dərəcələri öyrənilmişdir və bu
təcrübələrin nəticələri dissertasiyada ətraflı şərh edilmişdir.
6. Trichocephalus ovis (Abildgaard, 1795)
Bizim tərəfimizdən ilk dəfə olaraq müxtəlif tip: qara, boz-qəhvəyi
19
və boz-qonur torpaqlarda T.ovis yumurtalarının embrional inkişafına
müxtəlif abiotik amillərin (temperatur, nəmlik) təsiri təcrübələr yolu ilə
öyrənilmişdir.
Hər üç tip torpaqda nüvələrin bölünməsi, morulla mərhələsinin
formalaşması, protoplastın invazion sürfə mərhələsinə qədər inkişaf
mərhələləri öyrənilmişdir.
Müəyyən edilmişdir ki, havanın temperaturu 30-35
0
C və torpağın
nəmliyi 90-95% olduqda invazion sürfələrin formalaşması qara
torpaqlarda 21-23 günə, boz-qəhvəyi torpaqlarda 25-27 günə və boz-
qonur torpaqlarda isə 30-35 günə başa çatır. Ancaq bu göstəricilər 20-
25
0
C temperaturda və 60-65% nəmliyi olan qara torpaqlarda 35-42
günə, boz-qəhvəyi torpaqlarda 48-60 günə və boz-qonur torpaqda isə
55-73 günə başa çatır.
Trixosefalyoz törədicilərinin əhli və vəhşi heyvanlar arasında
yayılma dərəcəsi, tədqiqatın aparılma metodikası və onun tətbiqinin
səmərəliliyi dissertasiyada ətraflı şərh edilmişdir.
Laboratoriya və çöl təcrübələri zamanı alınmış nəticələrin yerlərdə
tətbiqi
gələcəkdə
heyvanların baş sayının artırılmasında və
məhsuldarlığın yüksəldilməsində özünü göstərəcəkdir.
VI FƏSİL. AZƏRBAYCANDA VƏHŞİ MƏMƏLİLƏRİN
HELMİNTLƏRİNİN YAYILMASININ LANDŞAFT-EKOLOJİ
XÜSUSİYYƏTLƏRİ
Dissertasiyanın bu fəslində Azərbaycanın yerləşdiyi coğrafi məkan,
onun oroqrafik quruluşu, hipsometrik hündürlüklər üzrə fiziki-coğrafi
xüsusiyyətləri, torpaq örtüyü, bitki qruplaşmaları heyvanlar aləmi
ekoloji zonaların landşaftları ətraflı şərh edilmişdir.
Toplanmış helmintoloji materialları təhlil etmək üçün onların qrup-
laşmasını S.M.Əsədov (1960) tərəfindən təklif edilən ekoloji-hel-
mintolojı şaquli landşaftlar üzrə veririk (cədvəl 2).
20
Cədvəl 2
Azərbaycanda vəhşi məməli heyvanların helmintlərinin üfüqi və şaquli
landşaft-ekoloji zonalar üzrə qruplaşmasının say göstəriciləri
Vəhşi
məməlilərin
helmint
faunası
komp-nin
tərkibi
Kiçik Qafqaz
Böyük Qafqaz
Ovalıqlar
Düzənli
k
Zona-
sında
quru-çöl
landşaftı
85 növ
Alçaq
Dağlılı-
ğın çöl
landşaftı
62 növ
Dağlıq
zonada
enliyar-
paqlı
meşələr
və meşə-
dən
sonrakı
çəmən-
kolluq
lanşaftı
77 növ
Düzənlik
zonada
alçaq-
dağlılığın
çöl
landşaftı
76 növ
Orta-
dağ-
lılığın
dağ
kserofiti
(dağ
boz-qırı)
land-
şaftı
58 növ
Dağlıq
zona dağ
enliyar-
paqlı
meşələr və
meşədən
sonrakı
çəmən-
kolluq
landşaftı
91 növ
Abşeron
yarım
adasın-
da
düzənlik-
lərin və
alçaqlıq-
ların
yarım-
səhra
landşaftı
28 növ
Kür-
Araz
ovalığın
-
da
alçaqlıq-
ların
quru-çöl
və
düzənlik
- lərin
yarım-
səhra
landşaftı
96 növ
Lən-
kəran
ovalı-
ğında
alçaqlıq-
ların
çəmən-
meşə
landşaftı
55 növ
Xarakterik
növlərin
sayı
73
(85,9%)
49
(79,0%)
64
(83,1%)
67
(88,1%)
47
(81,0%)
83
(91,2%)
13
(46,4)
88
(91,7%)
48
(87,3%)
Fakültativ
növlərin
sayı
10
(11,8%)
12
(19,3%)
11
(14,3%)
9
(11,8%)
11
(18,9%)
8
(8,8%)
15
(53,6)
8
(10,2%)
7
(12,7%)
Potensial
növlərin
sayı
2
(2,3%)
1
(1,6%)
2
(2,6%)
-
-
-
-
-
-
Landşaft
üçün
spesifik
növlər
7
(8,4%)
1
(1,6%)
3
(3,9%)
-
-
4
(4,4%)
1
(3,6%)
1
(1,0%)
-
Qafqaz
üçün
spesifik
növlər
8
(9,4%)
9
(14,5%)
22
(28,6%)
6
(7,9%)
9
(15,5%)
19
(9,9%)
-
-
-
Geniş
zonallığa
malik
növlər
70
(82,3%)
52
(83,9%)
52
(67,5%)
70
(92,1%)
49
(84,5%)
68
(74,7%)
27
(96,4%)
95
(98,9%)
55
(100%)
Kopleksin
əsas
nüvəsi
83
(97,6%)
61
(98,4%)
75
(97,4%)
76
(100%)
58
(100%)
91
(100%)
28
(100%)
96
(100%)
55
(100%)
Tam
kompleks
85
(100%)
62
(100%)
77
(100%)
76
(100%)
58
(100%)
91
(100%)
28
(100%)
96
(100%)
55
(100%)