8
vəzifələr qoyulmuşdur: Azərbaycanda vəhşi məməlilərin helmintlərinin
sistematik qruplar üzrə növ tərkibini öyrənmək; hər bir vəhşi məməli
heyvan
növünün ayrılıqda helmint faunasını müəyyən etmək;
Azərbaycanda vəhşi məməlilərin bəzi başlıca helmintoz törədicilərinin
bioekoloji xüsusiyyətlərini öyrənmək; Azərbaycanda vəhşi məməlilərin
helmintlərinin landşaft-ekoloji zonalar üzrə yayılmasını öyrənmək və onları
ekoloji cəhətcə təhlil etmək; Azərbaycanda vəhşi məməlilərin helmint
faunası kompleksinin formalaşması yollarını öyrənmək; Azərbaycanda
vəhşi məməlilərin helmintlərinin epidemioloji və epizootoloji rolunu, insan
və ev heyvanlarnın başlıca helmintoz törədicilərinin təbii ocaqlarının
saxlanmasında vəhşi məməlilərin rolunu müəyyən etmək; alınmış elmi
nəticələr əsasında başlıca helmintoz törədicilərinə qarşı elmi əsaslarla
profilaktik mübarizə tədbirləri işləyib hazırlamaq.
Elmi yeniliklər və işin nəzəri əhəmiyyəti. Azərbaycanda ilk dəfə
olaraq vəhşi məməlilərin helmint faunası tam şəkildə öyrənilmiş və ekoloji
cəhətcə təhlil edilmişdir. Şəxsi material əsasında hər bir növün
Azərbaycanda landşaft-ekoloji zonalar üzrə yayılması, invaziyanın
intensivliyi və ekstensivliyi verilmiş və ekoloji cəhətcə təhlil edilmişdir.
Tədqiqat zamanı 32 növə daxil olan 1415 vəhşi məməli heyvan tədqiq
edilmiş və onlardan 74 cinsə, 43 fəsiləyə, 17 yarımdəstəyə, 9 dəstəyə və 4
sinfə daxil olan 144 növ helmint (onlardan 6 növü cinsə qədər təyin
edilmişdir) aşkar edilmişdir. Bu heyvanların helmintlərlə yoluxması 77,9%
təşkil etmişdir.
Azərbaycan faunası üçün 22 yeni növ, 26 növ helmint üçün isə ilk dəfə
yeni sahiblər aşkar edilmişdir. Orijinal materiallar əsasında 11 növün təsviri
verilmiş və növün morfo-anotomik quruluşu haqda bir sıra əlavələrlə növün
təsviri tamamlanmışdır.
Azərbaycanda ilk dəfə olaraq geniş yayılmış başlıca helmintoz
törədicilərindən Taenia hydatigena, T.pisiformis, Echinococcus granulosus,
Trichocephalus leporis, T.myocastoris və
T.ovis növlərinin inkişafına təsir
edən biotik və abiotik amillərin təsri və inkişaf dövriyyəsi təcrübələr yolu
ilə öyrənilmişdir.
Azərbaycanda ilk dəfə olaraq vəhşi məməli heyvanların helmint
faunası landşaft-ekoloji zonalar üzrə öyrənilmiş, 4 ekoloji zonanın
tərkibində 14 yarımzonada qruplaşdırılmış və yayılmanın xarakteri təhlil
edilmişdir. Müəyyən edilmişdir ki, helmintlərin müxtəlif xarakterli
landşaft-ekoloji zonalarda müxtəlif cür yayılmaları həmin landşaft-ekoloji
zonalarda növün inkişafı üçün əlverişli olan abiotik amillərin təsiri ilə
9
yanaşı, həm də sahiblərin arealı, sıxlığı, əraziyə bağlılığı, onların həm
Azərbaycanda, həm də dünyada yayılması, müxtəlif ekoloji amillərin
təsirlərinə qarşı növün ekoloji plastikliyi və s. ilə əlaqədardır. Helmint
faunanın landşaft-ekoloji zonalar üzrə yayılmasına antropogen amillərin
təsiri təhlil edilmişdir.
Azərbaycanda ilk dəfə olaraq vəhşi məməlilərin həyat tərzini, digər
canlılarla trofik əlaqələrini, coğrafi yayılmalarını və digər bioekoloji
xüsusiyyətlərini təhlil edərək onların helmintlərinin formalaşması yolları
müəyyən edilmişdir.
Müəyyən edilmişdir ki, Azərbaycanda vəhşi məməlilərin helmint
faunası kompleksinin formalaşması biotik amillərin təsiri altında bir
tərəfdən aralıq və axırıncı sahiblərin mövcudluğundan, digər sistematik
qruplardan olan canlılarla trofik və s. əlaqələrindən, təbiətdə sıxlığından,
bioekoloji xüsusiyyətlərindən və s. asılıdırsa, digər tərəfdən də axırıncı və
aralıq sahiblərin coğrafi yayılmasından və antropogen amillərin landşaftın
strukturuna təsiri formalarından asılıdır.
Azərbaycanda vəhşi məməlilərdə aşkar edilən bütün helmint növləri
epidemioloji və epizootoloji cəhətcə tam şəkildə xarakterizə edilmiş,
başlıca helmintoz törədicilərinin təbii ocaqları aşkar edilmişdir. İnsan və
əhli heyvanlar üçün ciddi təhlükə törədən başlıca helmintoz törədicilərinin
təbii ocaqlarının saxlanmasında vəhşi məməlilərin rolu müəyyən
edilmişdir.
Azərbaycanda vəhşi məməlilərin müxtəlif xarakterli landşaft-ekoloji
zonalar üzrə helmintoloji tədqiqi helmintlərin coğrafi yayılmasının
qanunauyğunluqlarının müəyyən edilməsində, Azərbaycanda heyvanlar
aləminin bir sahəsi olan helmint növlərinin sayının müəyyən edilməsində,
müxtəlif xarakterli landşaftlarda helmint populyasiyalarının arealı daxilində
paylanmasının və helmint faunası kompleksinin formalaşması yollarının
müəyyən edilməsində mühüm əhəmiyyət kəsb edəcəkdir. Müəyyən
edilmişdir ki, helmint faunanın formalaşması müxtəlif ekoloji faktorların
təsiri altında baş verir. Burada əsas rolu abiotik amillərlə yanaşı həm də
trofik amillər, populyasiyaların sıxlığı, yaş qrupları, sahiblərin biotopik və
coğrafi yayılmaları, ilin fəsilləri və müəyyən dərəcədə də antropogen
amillər oynayır. Müxtəlif sistematik qruplara aid olan məməlilərin helmint
faunasının formalaşması uzun tarixi-təkamül prosesi dövründə sahiblə
parazitin sıx qarşılıqlı əlaqəsi nəticəsində baş vermişdir. Ayrı-ayrı helmint
növlərinin inkişaf dövriyyəsinin və helmint yumurtalarının embrional
inkişaf mərhələlərinin öyrənilməsi helmintlərin təkamülündə morfo-