____________________Azərbaycan Milli Kitabxanası___________________
19
Bədnam fərmanlara qol çəkənlərin,
Nəşəni xəlvəti bol çəkənlərin,
Qəmli zindanlara yol çəkənlərin
Başda əmmamətək qanlı tacı var.
Bircə şad xəbərə möhtac könlümün,
Amansız hicranla hey qaç könlümün
Qardaş həsrətilə bu ac könlümün
Ömürlük vüsala ehtiyacı var!
21 aprel 1984
YAZ, SÜLEYMAN, YAZ
Təbrizimin bitməyib, heyhat, qanlı günləri,
Sonsuz ahlı, fəryadlı, həyəcanlı günləri.
Bir zaman Yer üzündə çox yaxşı bilir ellər,
Şöhrətdi tarixlərə ulu, şanlı günləri.
Bu gün də əvvəlkitək nəğmələrdə səslənir
Bağırxanlı günləri, Səttarxanlı günləri.
Göz ağrıyır görəndə şairlər vətənində
Bu qəssablı günləri, bu qurbanlı günləri.
Əfsus, başda oturan əqrəb yuvalı başlar
Azadlıq adlandırır bu zindanlı günləri.
Yox, belə getməyəcək xalq ömründən siləcək.
Bu dəhşətli günləri, bu tufanlı günləri.
Yaz, Süleyman, durma, yaz, qoy var olsun Təbrizin
Şəhriyarlı günləri, Süleymanlı günləri.
ŞEİRDƏN QİYMƏTLİ
ŞƏRVƏT OLMASIN...
Dostlar, deyirəm ki, hər təzə ildə
Halal süfrəmizdə qeybət olmasın.
Vətəndən danışaq, eldən danışaq,
Gərəksiz, mənasız söhbət olmasın.
____________________Azərbaycan Milli Kitabxanası___________________
20
Qoy özündən küssün sözümdən küsən,
Hamıya, hamıya anadır vətən.
Könül, candan bağlan vətəninə sən,
Eldə ünvanına nifrət olmasın.
Döşünü qaz kimi qabağa verən,
Yerini hər yerdə lap başda görən,
Atını gah sağa, gah sola sürən
Mən-mən deyənlərə hörmət olmasın.
Vətəndir qol-qanad hər sənətkara,
Şairəm deməsin hər üzüqara.
Çalışaq onlarda nəşriyyatlara,
Hücumlar etməyə cürət olmasın.
Anamız vətənçin vurmasa ürək,
Haram olsun mənə yediyim çörək!
Vətənini sevən şairçin gərək
Vicdandan dəyərli sərvət olmasın.
TƏBRİZLİ SÜLEYMAN OLDUM
Ayrılıqdan necə gör könlü pərişan oldum,
Gözü illər ıızunu yol çəkən insan oldum.
Bir zamanlar qoca Təbrizdə şeirlər yazdım,
Doğma qardaş kimi min-min evə mehman oldum,
Bir gözəl vardı o sahildə, Züleyxaydı adı,
İlk baxışdan mən onun hüsnünə heyran oldum.
Başıma yadlar əlindən qara daşlar yağdı,
Yaralardan ürəyi, bağrı qızıl qan oldum.
Göz yaşımla suvarıb dərdli vətən torpağını,
Qara güllər bitirən bağlara bağban oldum.
Mən o sahildə nişan qoydum ayaq izlərimi,
Bakılı, həm də ki, təbrizli Süleyman oldum!
16 iyul 1985
____________________Azərbaycan Milli Kitabxanası___________________
21
MƏNİM MUŞTULUĞUM
Bəxtiyar Vahabzadəyə
Çoxdandır şad xəbər gəlmir o taydan,
Bağrıma dağ çəkib ayrılıq mənim.
Haçandır bir nəfər gəlmir o taydan,
Başıma daş töküb ayrılıq mənim.
İllərdir bu Araz qırağında mən,
Qardaş sorağında gəzən olmuşam.
Vahid vətən, millət fərağında mən
Dözülməz dərdlərə dözən olmuşam.
Mənə sözarası "Şair, bir belə
Yazmaqdan nə çıxar" deyənlər də var.
Orda zindandadır, ilk bahar belə,
El mənə, yazmasın lənət yağdırar.
Yağdırar, yağdırar, necə yağdırmaz,
Bu qızıl qələmi o verib mənə,
Vicdanım əmr edir şairim, yaz, yaz.
Hələ az yazmısan, durma, yaz yenə.
Gedirəm yenə də vüsala doğru,
Tənələr yağsa da biganələrdən.
Bilirəm, əzmimdə doğruyam, doğru,
Xəyalım uzaqdır əfsanələrdən.
Öz şəxsi dərdinə qalanlar mənə,
Hörümçəklər kimi tor hörməsinlər.
Ürəyi qara daş olanlar mənə,
Müqəddəs dərdimi çox görməsinlər.
Bu şair könlümün məhəbbətini
Bilir Heydərbaba, Savalan bilir.
Cənubun tükənməz müsibətini
Hamıdan daha çox Süleyman bilir.
Çox da gəncliyimdən uzaqdır yaşım,
Gələcək illərdə gözüm var hələ.
Cənubun dərdinə qarışıb başım,
Dünyaya bir dünya sözüm var hələ.
____________________Azərbaycan Milli Kitabxanası___________________
22
Qoy ellər eşitsin, qoy bilsin vətən,
Vüsal deyəcəyəm son nəfəsdə də.
Andıma vəfalı qalacağam mən,
Torpaqlar altında dar qəfəsdə də.
Qanlı göz yaşlarım deyildir əbəs,
Nisgilim, həsrətim yetməyir sona.
Vüsaldan şad xəbər versəydi her kəs,
Canımı muştuluq verərdim ona!
SÖZ ORDUM...
Yanılmaram desəm ki, alın tərli sözümlə
Könüllərdə şairtək özümə yuva qurdum.
Öz ilk mahnılarımı körük basa-basa mən
Atamın gur dəmirçi ocağında yoğurdum.
Yurdumun keşiyində gecəli-giindüzlü mən
Ürəyimin gözüylə səfərbər kimi durdum.
Çalışıram vüqarla köç zamanı deyim ki,
Sadə şair ömrümü vicdanla başa vurdum.
Bir vüsal həsrətilə çıxdım uzaq yollara
Dostlardan Səhəndimi, Şəhriyarımı sordum.
Dünən də yollardaydı, bu gün də yollardadır
Yorulmayan söz ordum, qocalmayan söz ordum.
Səndən deyir Süleyman, səndən deyəcək yenə,
Sən ey mənim varlığım, müqəddəs ana yurdum...
NƏ QƏDƏR Kİ, SAĞDIR...
Ötərgi sanmayın şikayətimi,
Mənim hər fəryadım, hər naləm haqdır.
Doğma Cənubumdan söhbət düşəndə
Hər kəlməm, hər cümləm bir yanar dağdır.
Orda cəzası var diləklərin də,
Xəmiri qanlıdır çörəklərin də.
Dostları ilə paylaş: |