12
I FƏSĠL
GĠRDĠMAN TARĠXĠNĠN ÖYRƏNĠLMƏ
VƏZĠYYƏTĠNƏ DAĠR
Girdiman vilayəti qədim Qafqaz Albaniyası ərazisində insanların daha
erkən məskunlaĢdığı ərazilərdəndir. Qırlartəpədə aparılmıĢ arxeoloji tədqiqatlar
nəticəsində hələ eneolit dövründən baĢlayaraq təqribən 7000 il ərzində bu
ərazilərdə intensiv həyat olduğunun müəyyənləĢdirilməsi deyilənlərə sübutdur.
Erkən orta əsrlərdə Girdiman vilayəti ölkənin iqtisadi, siyasi və mədəni həyatında
xüsusi ilə önəmli rola malik olmuĢdur. Əfsuslar olsun ki, Girdimanın Azərbaycanın
dövlətçilik tarixindəki yeri və rolu milli tarixĢünaslığımızda hələlik yetərincə
araĢdırılmayıb. Bu, əlbəttə, müəyyən mənada Girdiman tarixi ilə bağlı mənbə
məlumatlarının azlığı və xeyli dərəcədə ziddiyyətli xarakter daĢıması ilə əlaqədar
olub. Lakin əsas səbəb bu deyil. Fikrimizcə, Girdiman tarixinin öyrənilməsi
sahəsində aparılan tədqiqatların istiqamətinə, xarakterinə və nəticələrinə prinsipial
Ģəkildə təsir edən çox ciddi amillərdən biri də məhz sovet təfəkkür sistemi olub.
Gizli deyildir ki, uzun illər ərzində sovet tarixĢünaslığında əsas «strateji
yüksəkliklər»ə nəzarət edən ermənilər Albaniya tarixinin istisnasız olaraq bütün
problemlərinin araĢdırılmasında Azərbaycan tarixçilərinə daim əngəl olmağa
çalıĢmıĢlar. Onlar qədim erməni mənbələrinin zəmanəmizə qədər gəlib çatan, hətta,
birtərəfli məlumatlarını da özlərinə xas üslubda «redaktə» edərək əsaslı surətdə
erməniləĢdirmiĢlər. Nəticədə, Albaniya tarixinin bir çox məsələlərini, o cümlədən
Girdiman problemini onilliklər boyu sözün əsl mənasında çox ciddi polemika
mövzusuna çevirmiĢlər. Bu, əslində Azərbaycan və erməni tarixçiləri arasında
Qarabağ müharibəsindən çox-çox əvvəllər baĢlanan və daha geniĢ sahələri əhatə
edən mövqe müharibəsi idi. Fikrimizcə, bütün bunlar, həmçinin, 60-cı illərdən
baĢlayaraq Azərbaycan ərazisində aparılan geniĢmiqyaslı arxeoloji tədqiqatların
nəticələri, bütövlükdə, Girdiman vilayəti tarixinin müasir reallıqlar müstəvisində
araĢdırılmasını aktual edir.
GĠRDĠMAN TARĠXĠ ANTĠK VƏ ORTA ƏSR MƏNBƏLƏRĠNDƏ
Məlum olduğu kimi, tarixi mənbələrdə Albaniya haqqında ən erkən
məlumatlara Strabon, Klavdi Ptolemey və Böyük Plininin əsərlərində rast gəlirik
[276]. Lakin həmin müəlliflərin qeydlərində bilavasitə Girdiman haqqında
məlumatlar yox dərəcəsindədir.
Bununla belə onların Albaniya tarixinin bu və ya digər məsələləri ilə bağlı
çoxsaylı məlumatlarının bir qismini həm də Girdiman tarixinə aid etmək üçün
kifayət qədər məntiqi əsaslar olduğu da danılmazdır. Məsələn, Strabonun Qafqaz
dağlarından axıb gələrək Kürə qovuĢan çayların ətraf ərazilərdə «torpağın
13
məhsuldarlığını artırması» və bu çayların «gətirdiyi çoxlu çöküntülərin keçidləri
tutması» barədəki fikirlərini eyni ilə Girdiman vilayətinin çaylarına da aid etmək
olar [617, 475]. Yəni, Kürün sol qolu olan Göyçay, Girdiman, Türyan və digər
çayların əsrlər boyu Böyük Qafqazın meĢə və dağ yamaclarını yuyaraq gətirdiyi
lyos çöküntüləri ġirvanın aran ərazilərinin torpaq örtüyünün münbitləĢməsi ilə
nəticələnib. Güman etmək olar ki, bu çayların Həftəran yaylasını və Qaraməryəm
tirəsini yararaq əmələ gətirdiyi paleodərə-keçidlər də məhz Strabonun qeydlərində
xatırladılan keçidlərdəndir.
K.Ptolemeyin «Coğrafiya dərsliyi» əsərində də Albaniya tarixinə dair bir
sıra maraqlı məlumatlar vardır. Fikrimizcə, onun adını çəkdiyi və koordinatlarını
göstərdiyi Ģəhər, kənd və çayların bir qismi məhz Girdiman ərazisindədir. Məsələn,
Ptolemeyə görə «Alban çayı və Kaysi çayı arasında yerləĢən» Xabala (Qəbələ -
Q.C.) Ģəhəri buna sübutdur [586, 24]. Bəzi müəlliflərə görə Ptolemey tərəfindən
adı çəkilən Alban çayı Oğuz, Qəbələ və AğdaĢ rayonları ərazisindən axaraq Kürə
qovuĢan Türyançaydır. A.Yanovski və S.YuĢkovun fikrincə isə Ptolemey
tərəfindən adı çəkilən «Alban» çayı Oğuz və ġəki rayonları ərazisindən axan
Əlciyan çayına daha çox uyğun gəlir [668, 672]. «Kaysi» isə fikrimizcə daha çox
«Qaraçay» və ya «Qarasu» hidroniminə uyğun gəlir. Məlumat üçün bildirək ki,
Qarasu Türyançayın ikinci adıdır. Daha doğrusu, çayın aĢağı axarında ona Qarasu,
yuxarı hissədə isə Türyançay deyirlər. Qaraçay isə Qəbələ Ģəhərinin qərb sahili
boyunca axır. Göründüyü kimi, bu halda həm Alban, həm də «Kaysi» (yəni,
Qaraçay, yaxud Qarasu) çayları Qəbələnin qərb tərəfindədir. Halbuki, Ptolemeyin
xəritəsində Alban çayını Qəbələdən Ģərq tərəfdə axtarmaq lazım gəlir.
«Coğrafiya dərsliyi» əsərində adı çəkilən və koordinatları etibari ilə
Qəbələyə yaxın ərazilərdə olan «Xabota», «Mozuata», «Misia», «Xadaxa» və
«Alam» kimi yaĢayıĢ məntəqələrini də fikrimizcə məhz Girdiman ərazisində
axtarmaq daha məntiqə uyğun olardı. Bu cəhətdən «Xadaxa»nın Oğuz rayonu
ərazisindəki Xalxal, «Alam»ın isə Qəbələ rayonu ərazisindəki Zalam yaĢayıĢ
məntəqələrinə daha çox uyğun gəldiyini söyləmək olar. Məlumat üçün bildirək ki,
adı çəkilən hər iki yaĢayıĢ məntəqəsi ətrafında antik dövrə aid yaĢayıĢ yeri və
nekropollar mövcuddur.
Eramızın I yüzilliyində yaĢamıĢ Roma tarixçisi Böyük Plininin «Təbiət
tarixi» əsərində öz əksini tapmıĢ bir sıra məlumatların da Albaniya tarixinin
öyrənilməsində mühüm əhəmiyyəti olduğu Ģəksizdir. Maraqlıdır ki, antik dövr
müəllifləri içərisində ilk dəfə məhz o, Qəbələnin «Albaniyanın baĢ Ģəhəri
olduğunu» yazıb [34, 25].
Orta əsr müəlliflərindən Favstos Buzandın [631], Moisey Xorenlinin [529],
YeqiĢenin [420], keĢiĢ Sebeosun [446] və bir sıra baĢqalarının əsərlərində də
Albaniya ilə bağlı məsələlərə kifayət qədər geniĢ yer verilmiĢdir. Lakin unutmaq
olmaz ki, erməni müəllifləri əksər hallarda Albaniyaya, albanlara və ümumiyyətlə,
qonĢulara münasibətdə qərəzli, birtərəfli və ziddiyyətli fikirlər söyləmiĢlər.