24
və demək olar ki, onun hər bir yeni əsəri haqqında məqalələr
yazmış, fikir söyləmiş, xeyirxah bir niyyətlə onun əsərləri və
görüşlərində olan müvəffəqiyyət və nöqsanları göstərmişlər.
Bu obyektiv elmi tənqidin də şairin yaradıcılıq inkişafına çox
müsbət təsiri olmuşdur.
Cavidin görüşlərində olan bütün ziddiyyətlərdə, onun
yaradıcılığında müəyyən dövrdə əmələ gələn tərəddüdlərə,
hətta ciddi ideya səhvlərinə baxmayaraq, xalqımız, qabaqcıl
ziyalılarımız
və
ədəbi-bədii
təşkilatlarımız
Cavidin
xidmətlərini və gələcəyini də unutmayaraq onun yaradıcılığına
həmişə geniş ürəklə, qayğı ilə yanaşmışdır.
Azərbaycan sovet tənqidi Cavidin istedad və sənətkarlığını
qiymətləndirməklə bərabər, həmişə onun qarşısına yeni
tələblər, vəzifələr qoymuş və şairin yaradıcılıq çətinliklərindən
qurtarması üçün yollar göstərməyə çalışmışdır. Bununla belə
Cavid
yaradıcılığına
marksist münasibətin birdən-birə
yarandığını demək olmaz.
Cavidin yaradıcılığı ilə məşğul olan ilk sovet tənqidçisi
Hənəfi Zeynallıdır. O, 1923-1926-cı illərdə ―Şeyda‖ xüsusunda
qısa bir mülahizə‖, ―Şeyx Sənan‖ haqqında mülahizələrim‖,
―Cavidin Peyğəmbəri haqqında mülahizələrim‖ məqalələrini
yazmışdı
1
.
Məqalələrin adından da göründüyü kimi,
H.Zeynallının mülahizələri əsasən şairin inqilabdan əvvəl
yazdığı əsərlər haqqında idi. Tənqidçinin xüsusən ―Şeyx
Sənan‖, ―Şeyda‖ və ―Maral‖ haqqında mülahizələri, təhlilləri
maraqlı idi. O, haqlı olaraq, ―Şeyx Sənan‖ı ruhaniliyi,
fanatizmi, bütün köhnəlmiş din və təriqətləri rədd edən bir əsər
hesab edir, ―Şeyda‖ faciəsində şairin inqilabçılara rəğbət
bəslədiyini, ―Maral‖da feodal zülmünü və əxlaqını ittiham
etdiyini, qadın hüququnu müdafiə etdiyini göstərirdi.
H.Zeynallı Cavidin Şeyda kimi romantik qəhrəmanlarında olan
zəif cəhətləri, ziddiyyətləri, tərəddüdləri də meydana çıxarır,
tənqid edirdi. Bütün bunlarla bərabər, H.Zeynallı çox vaxt
1
Bax: ―Maarif və mədəniyyət‖ məcmuəsi, 1923 № 1, 2; 1926, № 9, 10, 11, 12
25
Cavidin yaradıcılığına birtərəfli yanaşırdı. Onun bu
məqalələrində 1920-1926-cı illərdə yeni həyata çox laqeyd
münasibət bəsləyən Cavidə keçmiş xidmətlərinə görə bir növ
bəraət qazandırmaq meyli var idi. Bu illərdə, demək olar ki,
H.Zeynallı özü də hələ marksist estetikası və ədəbi tənqidinin
prinsiplərini tamamilə mənimsəyə bilməmişdi. Buna görə də
tənqidçi səhv olaraq Cavidin ―Peyğəmbər‖ əsərində də ―çox
parlaq‖ bir müasirlik görür, bu əsərdəki mücərrəd
insanpərvərliyin, köhnəlmiş panteist görüşlərin və dini
modernizə etmək təşəbbüslərinin də müasir inqilabi ideyalarla
səsləşdiyini iddia edirdi.
H.Cavidin yaradıcılığına ilk dəfə nisbətən düzgün qiymət
verən tənqidçi Mustafa Quliyev olmuşdur. 1926-cı ildən
başlayaraq Cavidin yaradıcılığını diqqətlə izləyən M.Quliyev
şairin ayrı-ayrı əsərlərinin təhlilinə xüsusi məqalələr həsr etmiş
başqa məqalələrində də Cavidin hər bir yeni əsərinə öz
münasibətini bildirməyə çalışmışdır.
M.Quliyev müasir ədəbiyyatın vəziyyəti və gələcək
perspektivlərinə partiya və dövlət nöqteyi-nəzərindən yanaşan
bir mədəniyyət xadimi idi. O, Cavidin də əsərlərinə bu
cəbhədən yanaşır şairə təsir etməyə, Cavidin yaradıcılığına
xalqın mənafeyinə və müasir ədəbiyyatın tələblərinə uyğun bir
istiqamət verməyə çalışırdı. O, Cavidin səhv addımlarına görə
hamıdan artıq kəskinliklə, bəzən də çox amansız şəkildə tənqid
edirdi. Lakin bu, əsasən, səmimi, haqlı, ədalətli və hər cür
yersiz hücumlardan qərəzçilikdən uzaq olan obyektiv marksist
tənqid idi. M.Quliyev şairin yalnız səhvlərini əsas götürüb,
onun sənəti haqqında birtərəfli mülahizələr yürütmürdü;
Cavidin keçdiyi yaradıcılıq yolunun mürəkkəbliyini nəzərdə
tutaraq onun qarşısında yeni tələblər qoyurdu. O, Cavidin
inqilabdan əvvəlki yaradıcılığını qiymətləndirir, başqaları kimi
heç də onu dəlilsiz-sübutsuz ―füyuzatçı şair‖, ―mürtecə burjua
romantiki‖ adlandırmırdı. Çünki dünyagörüşü və sənəti
26
etibarilə Cavid həmişə mürtəce romantizmdən uzaq olmuşdu
1
.
―Füyuzat‖da isə şair gəncliyində təkcə bir şeir çap etdirmişdi
ki, bu şeirin də məzmunca ―Füyuzat‖ın ideya istiqaməti ilə heç
bir əlaqəsi yox idi. M.Quliyev ―Şeyda‖ faciəsini nəzərdə
tutaraq Cavidin 1917-1918-ci illərdə inqilaba xüsusi rəğbət
bəslədiyini, ―inqilabın qarşısında səcdə etdiyini‖ də qeyd
edirdi. Tənqidçinin nəzərində H.Cavid burjua-dvoryan ictimai
quruluşundan narazı olan, burjua-mülkədar dünyagörüşünün
puçluğunu dərk edən, bununla belə 1926-cı ilə qədər proletar
inqilabı ideyalarını da çətinliklə mənimsəyən yazıçılardan biri
idi.
M.Quliyev tamamilə haqlı olaraq belə hesab edirdi ki, Cavid
kimi yazıçıları yersiz hücumlarla yeni həyatdan uzaqlaşdırmaq
yox, əksinə onların proletar inqilabı cəbhəsinə keçməsinə
kömək etmək lazımdır. Bu kömək də quru təriflərdən ibarət
olmayıb, kəskin marksist tənqid yolu olmalı idi. O yazırdı ki:
―...biz Cavid kimi şairlərdən inqilab tərəfinə keçməyi tələb
edirik. İnqilab treni var qüvvəsi ilə qoşur. Əziz şairlər, inqilab
dalğaları üzərində daha yuxarı qalxa bilərsiniz‖
2
. Bu, keçmişdə
burjua-mülkədar zülmündən fəryad edən, köhnə ictimai
quruluş alt-üst olandan sonra isə gec-tez proletar inqilabı
cəbhəsinə keçəcəklərinə heç bir şübhə qalmayan Cavid kimi
yazıçılara düzgün marksist münasibət idi. Mustafa Quliyevin
belə yazıçılara münasibətində diqqəti cəlb edən başqa bir cəhət
də var idi: tənqidçi, eyni zamanda, nəzərdə tuturdu ki, bu
yazıçıların sosialist inqilabı cəbhəsinə keçməsini arxayınçılıqla
oturub gözləmək də olmaz. Bu məqsədə nail olmaq üçün onları
hərəkətə gətirmək, onlara sağlam və tələbkar inqilabi tənqid
yolu ilə təsir etmək lazımdır, onların hər bir səhvini və bu səhvi
düzəltmək yollarını göstərmək lazımdır.
Cavidin 1920-1926-cı illərdə yeni həyatdan heç nə
yazmaması, əsərlərində yeni cəmiyyət quruluşuna öz
1
Bax: Azərbaycan ədəbiyyatı tarixi, II cild, Bakı, 1960 ―Romantizm‖ bəhsi.
2
―İnqilab və mədəniyyət‖ məcmuəsi, 1928, № 8-9.
Dostları ilə paylaş: |