Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə97/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   89   90   91   92   93   94   95   96   97

 

300 


düşünülmüş  səhnələrə  misal  ola  bilər.  ―Maral‖da  aşıq  öz 

mahnısında  isgəndərləri,  çingizləri,  teymurları  qan  içən, 

dünyanı  alt-üst  edən  şöhrətpərəstlər  adlandırdığı  zaman 

dinləyənlər  bu  fikrə  müxtəlif  münasibət  bəsləyirlər. 

Beləliklə  də  bu  səhnə  müxtəlif  xarakterlərin  açılmasına 

kömək edir. ―Xəyyam‖da məzarçıların söhbəti Xəyyamın 

öz  rübailərində  təbliğ  etdiyi  fikirləri  tamamlayır  və  bir 

növ  onun  fəlsəfəsini  əyaniləşdirir.  ―Səyavuş‖da  igid 

Yalçının  öldürülməsi  feodal  zülmünün  amansızlığını 

göstərir və h.b.  

Hərəkət  vəhdəti  Cavidin  əsərlərində  dramatizmi 

qüvvətləndirən mühüm sənətkarlıq xüsusiyyətlərindəndir. 

Bu  dramlarda  səbəb  və  nəticə,  hadisələrin  bir-birindən 

doğması  birinci  növbədə  nəzərə  çarpır.  Məsələn, 

―Afət‖də  Afətin  əri  Özdəmir  əyyaşlıq  edir,  arvadını 

sevmir.  Ailəni  fəlakətə  sürükləyən  əsas  səbəb  də  bu 

yanlış  hərəkətlə  başlanır.  Özdəmirlə  xoşbəxt  ola 

bilməyən  gənc  Afət  başqa  bir  həyat,  təmiz,  mütəqabil 

sevgi  üzərində  qurulmuş  ailə  arzusu  ilə  yaşayır.  O, 

doktor  Qaratayı  sevir.  Lakin  Qaratay  yalançı,  ikiüzlü  və 

düşkündür.  O,  gənc  Afəti  cinayətə,  fəlakətə  sövq  edir. 

Son  nəticədə  Afət  aldandığını  görüb  peşman  olur,  öz-

özündən  intiqam  alır,  ihtihar  edir.  Bu  bədbəxt  ailəni 

əhatə  edən  adamların  hərəkəti,  fəaliyyəti  də  bu  ailəyə 

olan münasibətlə əlaqələndirilir. Alagöz, Ərtoğrul, Yavuz 

və  Oqtay  bədbəxt  ailəni  uçurumdan  xilas  etmək,  ona 

kömək  etmək  istədikləri  halda,  Qaratay,  Kaplan, 

Qorxmaz  və  Xandəmir  kimi  əyyaşlar  da  öz  alçaq 

hərəkətləri ilə  bu  ailənin uçuruma  yuvarlanmasına, məhv 

olmasına  səbəb  olurlar.  Beləliklə,  bir-birindən  doğan 

səbəblər  silsiləsi  bu  ailənin  faciəsi,  məhv  olması  ilə 

nəticələnir.  ―Uçurum‖,  ―Maral‖,  ―Ana‖  kimi  məişət 

dramlarında da bu növ hərəkət vəhdəti, möhkəm  səbəb və 

nəticə əlaqələri görürük. 




 

301 


Ailə-məişət dramlarından fərqli olaraq, Cavidin fəlsəfi 

dramlarında  hərəkət  vəhdətini  müəyyən  edən  tamamilə 

başqa 

səbəbdir. 



Məsələn, 

―Xəyyam‖da 

müxtəlif 

hadisələri, hərəkətləri, cəbhələri müəyyən edən, müxtəlif 

səbəblər  sisliləsi  doğuran,  hər  şeydən  əvvəl,  Xəyyamın 

təbliğ  etdiyi  qabaqcıl  ideyalardır.  Şair-filosof  Xəyyamın 

dini  fanatizm  və  feodal  zülmünə  qarşı  təbliğ  etdiyi 

materialist  fikirlərə  münasibətdə  iki  cəbhə  əmələ  gəlir. 

Xacə  Nizam,  Sevda,  Rəmzi,  Xərabati,  Vəfa,  Səfa  və  bir 

çox  başqa  sadə  insanlar  bu  ideyalardan  ruhlandıqları 

halda,  Həsən  Səbbah,  Müfti,  Xəlifə  və  başqa  saray 

adamları  və  ruhanilər  bu  ideyalara  qarşı  çıxırlar.  Bu  ilk 

əsas  hərəkətdən  bir  sıra  səbəblər  də  doğaraq  dramın 

hərəkət  vəhdətini  istiqamətləndirir.  Müxtəlif  zidd 

ideyalar  hərəkətə,  fəaliyyətə  çevrilir,  bunlardan  da 

müxtəlif səbəblər, nəticələr doğur. 

Siniflər  və  təbəqələr  arasında,  varlılar  və  yoxsullar 

arasında ictimai ziddiyyəti əks etdirən ―Şeyda‖ dramında, 

məişət dramları və fəlsəfi dramlardan fərqli olaraq, bütün 

hadisələri,  dramatik  vəziyyətləri  doğuran  ilk  səbəb 

mətbəə  müdiri  Məcid  əfəndinin  qabaqcıl  fikirli,  mübariz 

mühərrir  və  mürəttibləri  işdən  çıxarması,  sahibkarlarla 

işçilər arasındakı ziddiyyətdir. 

İlk  səbəblər,  ilk  dramatik  təkanlar  bu  əsərlərdə  hər  nə 

qədər  müxtəlif  olursa  olsun,  dram  sənətinin  qanunlarına 

uyğun  olaraq  hadisələrin  inkişafı  nəticəsində  ümumi  bir 

hərəkət vəhdəti yaradırlar. 

Ekspozisiya  Cavidin  dramlarının  çoxunda  qəhrəmanın 

sözləri  ilə,  yaxud  baş  qəhrəmanla  başqa  personajlar 

arasındakı  mükalimə  ilə  başlanır.  Məsələn,  ―Maral‖da 

pərdə açılarkən Maral Nazlıya öz dərdini danışıb, çəkdiyi 

əzabları  bildirir.  Başqa  sözlə  dramaturq  ilk  səhnədən 

tamaşaçıların  diqqətini  əsas  hadisəyə,  konfliktə  və 

qəhrəmanın  faciəsinə  cəlb  edir.  ―Şeyda‖da  yenə  eyni 




 

302 


vəziyyətdə  Şeyda  Raufa  həyat  haqqında  mülahizələrini, 

öz  ziddiyyətli  fikirlərini,  mənəvi  iztirablarını  danışır. 

―Uçurum‖da  Avropa  səyahətinə  hazırlaşan  Cəlal 

Göyərçinə  bildirir  ki,  hara  getsə,  yenə  də  Göyərçinin 

xəyalı  ilə  yaşayacaq,  ailəsinə  sadiq  olacaqdır.  Burada  da 

yenə  əsas  hadisə  və  əsas  surətlər  ilk  səhnədən  diqqət 

mərkəzindədir.  ―Afət‖də  pərdə  açıldıqda  biz,  hər  şeydən 

əvvəl,  Afəti  narahat  görürük.  O,  Özdəmirin  çox  içdiyini 

görüb  təşvişə  düşmüşdür.  ―Peyğəmbər‖də  də  baş 

qəhrəman  ilk  səhnədədir.  ―İblis‖  İblisin  müharibə 

dəhşətlərindən  bəhs  edən  monoloqu  ilə  başlanır. 

―Səyavuş‖da  dramın  baş  qəhrəmanı  Səyavuşla  Rüstəmin 

ilk səhnədən məşq etdiyini  görürük. ―Xəyyam‖ dramında 

ekspozisiya  Xəyyamla  Xərabati  və  Rəmzi  arasında  olan 

mükalimə  ilə  başlanır.  ―İblisin  intiqamı‖nda  yenə  pərdə 

İblisin sözləri ilə açılır və h. b. 

Bu 

nöqteyi-nəzərdən 



―Şeyx-Sənan‖  və  ―Topal 

Teymur‖  fərqlənir.  ―Şeyx  Sənan‖da  baş  qəhrəmanın 

gəlişindən  qabaq  dramaturq  onu  tamaşaçılarına  təqdim 

etmək üçün hazırlıq səhnəsi verir. Zəhra, Üzra və Şeyx Əbuzər 

Sənan  haqqında  danışırlar.  Bu  hazırlıq  səhnəsində,  eyni 

zamanda, Zəhranın xarakteri, Sənana olan məhəbbəti aydınlaşır. 

―Topal  Teymur‖da  ilk  səhnədə  Olqa  ilə  Orxan  arasında 

mükalimə  verilir.  Bütün  bu  dramlar  içərisində  ekspozisiya 

cəhətindən ―Topal Teymur‖ çox zəifdir. Çünki burada Olqa ilə 

Orxan  arasında  mükalimə  Teymurla  əlaqədar  olan  əsas 

hadisələrlə çox zəif şəkildə bağlanmışdır. 

Cavid  dramaturgiyasında  diqqəti  cəlb  edən  sənətkarlıq 

xüsusiyyətlərindən  biri  də  budur  ki,  bu  dramların  çoxunda 

dramatik  situasiya,  hadisələrin  təbiətinə  uyğun  olaraq,  gah 

tədrici,  gah  da  əksinə,  müəyyən  nöqtələrdə  çox  gərgin  bir 

şəkildə  inkişaf  edir.  Başqa  sözlə,  dramatik  hadisələr  həmişə 

coşqun, dalğalı, tufanlı deyildir, dənizin məddü cəzri kimi gah 

sakit, mülayim, gah da dalğalı, qasırğalıdır. Bu ondan irəli gəlir 




 

303 


ki,  dramaturq  tamaşaçılarını  həmişə  narahat,  həyəcanlı 

saxlamağı  sevmir,  ən  gərgin  faciələrində  də  baş  qəhrəmanın 

ürəkaçan,  xoşbəxt  günlərini  və  ya  heç  olmasa  dəqiqələrini  də 

göstərməyə çalışır. 

İlk  nəzərdə  belə  görünür  ki,  bu  üsul  tamaşaçıları  həmişə 

intizarda saxlamağa mane olacaq.  Lakin  əksinə,  Cavid  faciəvi 

qəhrəmanının  bu  ani,  xoşbəxt  dəqiqələrini  ümumi  hadisələrlə 

elə üzvi surətdə bağlaya bilir ki, bu dəqiqələr tamaşaçıda daha 

gərgin vəziyyət və coşqun maraq yarada bilir. 

Bu  nöqteyi-nəzərdən  ―Xəyyam‖  dramı  çox  səciyyəvidir. 

Birinci  səhnədə  Xəyyam  və  onun  dostları  ilə  Həsən  Səbbah 

arasında  başlanan  fikir,  məslək  ixtilafı  ilə  dramın  razvyazkası 

başlanır.  Bu  səhnədə  hələ  gərgin  dramatik  vəziyyət  yoxdur. 

İkinci,  bazar  səhnəsində  dramatizm  yavaş-yavaş  gərginləşir. 

Xəyyamın  ağır  günləri  başlanır.  Üçüncü  səhnə  dostların 

səmimi görüşü ilə, musiqi ilə, mahnılarla başlanır; sona doğru 

isə  yenə  dramatizm  güclənir,  Yusif  və  Alp  Arslanın  ölüm 

səhnəsi  göstərilir.  Beşinci  səhnədə  qəhrəmanın  müvəqqəti 

xoşbəxt  həyatı  verilir.  Xəyyam  dostları  ilə  bir  məclisdədir  və 

xoşbəxtdir.  Altıncı  səhnədə  dramatizm  daha  da  gərginləşir  və 

kulminasiya nöqtəsinə çatır. Həsən Səbbah Xəyyamın sevgilisi 

Sevdanı zəhərləyir. Bu gərginlik sonrakı səhnələrdə bir yanğın 

kimi  davam  edir.  Yeddinci  səhnədə  Xəyyam  Sevdanın  qəbri 

üstündədir. Səkkizinci səhnədə Xacə Nizam öldürülür, Xəyyam 

Xəlifə  ilə  üz-üzə  gəlir.  Doqquzuncu  səhnədə  Xəyyam 

qocalmışdır,  təkdir.  O,  yuxuda  əvvəlcə  təzəgəlin,  sonra  isə 

skelet  şəklində  Sevdanın  xəyalını  görür.  Bu  artıq  dramatik 

gərginliyin  son  nöqtəsidir.  Bundan  sonra  Nişapur  qızları 

əllərində  çiçək  Xəyyam  babanın  görüşünə  gəlirlər.  Xəyyam 

onlara vəsiyyət edib, əbədilik olaraq həyata göz yumur. 

Dramatik situasiyanın bu məddü cəzrinə biz Cavidin ―İblis‖, 

―Şeyda‖,  ―Knyaz‖,  ―Səyavuş‖  və  başqa  əsərlərində  də  rast 

gəlirik.  Məsələn,  ―Şeyx  Sənan‖ın  razvyazkası  bir  tərəfdən 

Sənanın  Xumarın  xəyalını  görməsi  ilə,  digər  tərəfdən  də 




 

304 


Sənanın  görüşlərinə  şərik  olanlarla  onun  şübhəçiliyinə  heyrət 

edən  fanatik  şeyxlər  arasındakı  mübahisə  ilə  başlanır.  Burada 

da  dramatik  gərginlik  ilk  səhnədən  Zəhranın  məhəbbət 

iztirabları  və  Sənanın  özündən  getməsi  ilə  başlanır.  Birinci 

pərdənin  üçüncü  səhnəsində  bu  gərginlik  yenə  Zəhranın 

iztirabları  ilə  davam  edir.  Sənan  isə  burada  bir  aşiqdən  daha 

çox bir mürşid, nəsihətçidir. O, korlara nəsihət edir, əhaliyə və 

şeyxlərə  yol  göstərir.  İkinci  pərdənin  birinci  səhnəsində 

Qafqazda  Kür  qırağında  Sənanın  müvəqqəti  xoş  həyat 

dəqiqələri  başlanır.  O,  filosofanə  bir  ilhamla  Qafqaz 

təbiətindən  zövq  alır.  Lakin  çox  çəkmədən  onun  dərvişlə 

qarşılaşması  yenə  ilk  səhnədəki  mənəvi  dramatik  gərginliyin 

təzələnib,  davam  etməsinə,  artmasına  səbəb  olur.  Sənan 

şeyxlərdən  ayrılır.  İkinci  pərdənin  üçüncü  səhnəsində  Sənan 

Xumarın  hüzurunda  Papas  və  Platonla  qarşılaşdıqda  dramatik 

gərginlik  ən şiddətli  kulminasiya nöqtəsinə  çatır; Sənan bütün 

dini  müqəddəsatı  ayaqlayıb,  bütün  dinlərə  qarşı  böyük 

məhəbbət  ideyasını  təbliğ  edir.  Üçüncü  pərdənin  birinci 

şəklində  dramatizm  vəziyyətlər  dramı  şəklində  davam  edir. 

Anton  və  Simon  birləşib  Sənanı  öldürmək  istəyir,  lakin 

müvəffəq olmurlar. Dördüncü pərdənin birinci səhnəsində yenə 

Xumarla  Sənanın  iztirabları  şiddətlənir,  dramatizm  güclənir. 

Dördüncü  pərdənin  ikinci  səhnəsində  Sənanla  Xumar  daha 

həyəcanlı  və  iztirablıdırlar.  Onlar  mühitlə  barışa  bilməyib, 

özlərini  uçuruma  atırlar.  Bu  mürəkkəb  kompozisiyada  yalnız 

üçüncü  pərdənin  ikinci  şəkli  (Şeyx  Hadinin  Sənanı  yuxuda 

görməsi ilə və əlavə Sənanın Xumarla buludlarda uçması) artıq 

görünür  ki,  bunu  dramaturq  özü  aydın  hiss  etdiyi  üçündür  ki, 

əsərin  sonundakı  qeyddə  məsləhət  görür  ki,  ―Şeyx  Sənan‖ 

tamaşaya qoyulduğu zaman bu səhnələr büsbütün atılsın. 

Cavidin  səhnə  əsərlərində  dramatik  gərginliyi,  xüsusən 

lirizm  və  emosionallığı  qüvvətləndirən  cəhətlər  çoxdur. 

Bunlardan ikisi diqqəti ayrıca olaraq cəlb edir: birincisi, şair və 

ya filosof, mütəfəkkir təbiətli qəhrəmanların mənəvi iztirabları 




 

305 


və bu surətlərin mənəvi çırpıntılarının son dərəcə şairanə bir dil 

və  dramatik  situasiya  ilə  verilməsidir.  Məsələn,  ―Xəyyam‖da 

filosof-şair  Xəyyamın,  ―Şeyx  Sənan‖da  Sənanın,  ―Şeyda‖da 

Şeydanın,  ―Afət‖də  Ərtoğrulun  mənəvi  iztirabları,  insan 

şüurunu və qəlbini təlatümə gətirən fikirləri, arzuları lirizm və 

emosionallığı  qüvvətləndirən  başlıca  cəhətlərdəndir.  Bu 

əsərlərdə  həm  dramatik  gərginliyi,  həm  də  lirizmi, 

emosionallığı  qüvvətləndirən  ikinci  cəhət  müsbət  insanların, 

xüsusən  gözəl  ruhlu  məsum  qadınların  vəhşi  əllərdə 

öldürülməsidir.  ―Maral‖da  Maralın  mülkədar  Turxan  bəy 

tərəfindən  güllə  ilə  vurulması,  ―Şeyda‖da  Rozanın  ölümü  və 

anası  qoca  Mariyanın  iztirabları,  ―Şeyx  Sənan‖da  Zəhranın 

iztirabları, ―Uçurum‖da körpə qızcığazın əyyaş atası tərəfindən 

öldürülməsi, 

bədbəxt 

ana 


Göyərçinin 

iztirabları, 

―Peyğəmbər‖də  Şəmsanın  zəhərlənməsi,  ―İblis‖də  Xavərin  öz 

əri  tərəfindən  boğulub  öldürülməsi,  ―Xəyyam‖da  gözəl 

Sevdanın zəhərlənməsi, ―Knyaz‖da Jasmenin Knyaz tərəfindən 

öldürülməsi və sairəni buna misal göstərmək olar. 

Cavidin dramlarında mahnılardan da çox istifadə edilmişdir. 

Məlum olduğu üzrə, mahnı dramlara çox zaman emosionallığı, 

lirizm  qüvvətləndirmək  üçün  salınır.  Lakin  Cavid  bundan 

başqa məqsədlər üçün də istifadə edir. Bəzən dramaturq surətin 

monoloq və ya mükalimə ilə ifadə edilə bilməyən dərin mənəvi 

iztirablarını  vermək  üçün  mahnıya  müraciət  edir.  Məsələn, 

―Uçurum‖da  əri  tərəfindən  unudulmuş,  yeganə  körpə  qızını 

itirmiş gənc Göyərçinin oxuduğu aşağıdakı mahnı bu məqsədlə 

verilmişdir: 

 

Göyərçinəm, Göyərçin, 



Ağlaram için-için. 

Mən bu qara bəxt ilə 

Neçin doğdum, ah, neçin? 

 

Bəzən mahnılardan dramaturq müəyyən fəlsəfi fikirləri ifadə 




 

306 


etmək  üçün  istifadə  edir.  Məsələn,  ―Xəyyam‖da  Sevdanın 

oxuduğu bütün mahnılar buna misal ola bilər. Sevda çox yerdə 

Xəyyamın rübailərini və qəzəllərini oxuyur. 

Əgər  ―Xəyyam‖da  fanatik  müftilərin  Xəyyam  və  onun 

dostları  tərəfindən  kinayəli  şəkildə  tənqid  edildiyi  müstəsna 

tutularsa,  demək  olar  ki,  Cavidin  dramlarında  komik 

momentlər  yoxdur.  Odur  ki,  dramaturq  lazım  gəldiyi  yerdə, 

gərgin  dramatik  vəziyyətlərdən  sonra  tamaşaçıya  azca  nəfəs 

almağa imkan vermək üçün həm dramatik situasiya ilə əlaqədar 

olaraq  gərginliyi  müvəqqəti  yüngülləşdirmək  üçün  mahnıdan, 

bəzən  də  rəqslərdən  istifadə  edir  (―İblis‖də  üçüncü  və  beşinci 

pərdələrdə  rəqqasənin  oxuduğu  mahnılar‖)  Bəzən  mahnıdan 

Cavid,  ―Şeyx  Sənan‖da  korların  mahnısında  olduğu  kimi, 

zəmanədən,  ―Mərhəmətsiz  fələkdən‖  şikayətləri  ifadə  etmək, 

―Knyaz‖da  isə  sevimli  vətənindən  ayrı  düşmüş  Lenanın 

mahnısında olduğu kimi, vətən, el həsrətini vermək məqsədi ilə 

ifadə edir. Bu mahnıların bir qismi də ―Sənan‖ və ―Xəyyam‖da 

olduğu  kimi,  bahar  nəğmələrini,  təbiət  şənliklərini,  gəncliyi, 

gözəlliyi  ifadə  və  tərənnüm  üçündür.  Bütün  bu  mahnılar,  söz 

yox ki, öz növbəsində emosionallığı, lirizmi qüvvətləndirməyə 

də xidmət edir. 

Məzmun  etibarı  ilə  Cavidin  dramlarında  zəmanəsi  ilə, 

müasir  həyatla  səsləşən  ideyalar  çox  olmuşdur.  Dini 

təəssübkeşliyin, orta əsr  zehniyyəti qalıqlarının tənqidi, köhnə 

adət-ənənələrin  tənqidi,  imperialist  müharibəsi,  burjua-

mülkədar  zülmü,  köhnə  əxlaq  və  ailə  münasibətlərinə  qarşı 

nifrət,  qısqanclıq,  əyyaşlıq  və  avamlığın  tənqidi  Cavidin 

dramlarında çox qüvvətlidir. 

Dil  nöqteyi-nəzərindən  bu  dramlar  müəyyən  mənada 

yeknəsəq  olmuşdur.  Cavid  dram  sənətinin  ―hər  tip  öz  dilində 

danışdırılmalıdır‖  kimi  məşhur  prinsipini,  demək  olar  ki, 

nəzərə almamışdır; o, xüsusən tarixi-fəlsəfi dramlarında tipləri 

eyni bir dildə, öz müəllif dili ilə danışdırmışdır. Cavid surətin 

yaranmasında  mühüm  şərtlərdən  olan  dili  deyil,  əhvali-




 

307 


ruhiyyəni,  psixoloji  xüsusiyyətləri  əsas  götürmüşdür  ki,  bu  da 

birtərəfliyə aparıb çıxarmışdır. Bundan başqa surətlərin dilində 

Azərbaycan  tamaşaçısı  üçün  anlaşılmaz  olan  sözlərin  tez-tez 

işlənməsi də Cavidin bəzi əsərlərinin dilini ağırlaşdırmışdır. 

Bütün  məhdud,  zəif  cəhətləri  ilə  bərabər,  Cavid 

dramaturgiyası  Azərbaycan  dramaturgiyası  tarixində  xüsusi 

orijinal  bir  mərhələ  təşkil  edir.  Şairin  əsərlərində  hələ  bu  gün 

də öz ideya-bədii əhəmiyyətini və gözəlliyini saxlayan cəhətlər 

çoxdur. 

 

 




 

308 


M Ü N D Ə R Ġ C A T 

 

Böyük cavidĢünas Məmməd Cəfər ..................................3 

Giriş ....................................................................................23 

Birinci fəsil 



H.Cavidin həyatı, ədəbi mühiti və ilk qələm təcrübələri 

1. Həyatı..............................................................................36 

2. İlk ədəbi təcrübələri.........................................................57 

3. İlk dramları......................................................................86 

4. ―Şeyx Sənan‖ faciəsi.......................................................99 

 

İkinci fəsil 



Yaradıcılığının ikinci dövrü 

1. Cavidin imperialist müharibəsi əleyhinə ilk çıxışları....123 

2. ―Şeyda‖ faciəsi..............................................................128 

3. ―Uçurum‖......................................................................133 

4. ―İblis‖............................................................................138 

 

Üçüncü fəsil 



Məfkurəvi tərəddüd illəri 

1. ―Peyğəmbər‖ və dini modernizə etmək cəhdləri...........164 

2. ―Afət‖............................................................................190 

3. ―Topal Teymur‖ və onun tənqidi..................................202 

 

Dördüncü fəsil 



Cavid yaradıcılığının yeni dövrü 

1. ―Azər‖ dastanı...............................................................219 

2. ―Knyaz‖.........................................................................242 

3. ―Səyavuş‖......................................................................248 

4. ―Xəyyam‖......................................................................260 

5. ―İblisin intiqamı‖...........................................................277 

 

Beşinci fəsil 



Cavidin dramlarında sənətkarlıq xüsusiyyətləri................283 


Q e y d l ə r 

 

___________________________________________________ 



 

___________________________________________________ 

 

___________________________________________________ 



 

___________________________________________________ 

 

___________________________________________________ 



 

___________________________________________________ 

 

___________________________________________________ 



 

___________________________________________________ 

 

___________________________________________________ 



 

___________________________________________________ 

 

___________________________________________________ 



 

___________________________________________________ 

 

___________________________________________________ 



 

___________________________________________________ 

 

___________________________________________________ 



 

___________________________________________________ 



 

Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə