Azərbaycan mġLLĠ elmlər akademġyasi məHƏMMƏd füzulġ adına Əlyazmalar ġnstġtutu


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə30/91
tarix11.07.2018
ölçüsü3,29 Mb.
#54782
1   ...   26   27   28   29   30   31   32   33   ...   91

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
103 
İran İslami Şura Məclisi K/X. 615 
İran İslami Şura Məclisi K/X. 529. 
İran İslami Şura Məclisi K/X. 15004
İran İslami Şura Məclisi K/X. 14313. 
İran İslami Şura Məclisi K/X. 5649. 
İran Milli K/X. 251. 
İran Milli K/X. 805. 
İran Milli K/X. 896. 
Şəhid Mütəhhəri Ali Mədrəsəsi K/X 2721. 
Şeyxülislam Arif Hikmətin kolleksiyası, Mədinə 544. 
Hümayun Sənətizadə Kolleksiyası. 
Ayətullah Məhəmməd Hüccət Kolleksiyası 81. 
Los-Ancels K/X. C – 103. 
İndia Ofis K/X. № 2570. 
İndia Ofis K/X. № 601. 
Britaniya Muzeyi Or. 490. 
Berlin K/X. (Königlichen) № 643. 
Berlin K/X. (Königlichen) № 643 a. 
Vyana K/X. Mxt. 401. 
Bombey Universiteti K/X. № 42. 
Astani-Qüdsi-Rizəvi K/X. 
AMEA Əlyazmalar İnstitutu B – 5119. 
AMEA Əlyazmalar İnstitutu B – 5778. 
AMEA Əlyazmalar İnstitutu B - 1118. 
Konya Bölgə Yazma Əsərlər K/X. 44 Dar 279. 
Ayasofya K/X. № 1041. 
Britaniya Muzeyi K/X. Or. 3490. 
Britaniya Muzeyi K/X. add 7670. 
Britaniya Muzeyi K/X. add 2436. 
Vyana Dövlət K/X. № 1201. 
Gürcüstan Şərqşünaslıq İnstitutu 244. 
Gürcüstan Şərqşünaslıq İnstitutu 166. 
Leyden K/X. 831. 
 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
104 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
105 
 
ƏHDĠ BAĞDADĠ
 
 
Azərbaycan ədəbiyyatı tarixinə nəzər  yetirdikdə  məlum olur 
ki,  Azərbaycan  dilində  ilk  təzkirəni  Əhdi  Bağdadi  yazmışdır.  İra-
qın türkman əhalisi tarixən Azərbaycan xalqının tərkib hissəsi ol-
muşdur. Görkəmli türk alimi M.F.Köprülü İraqın türkdilli əhalisini 
soykök, dil, adət-ənənə və ədəbiyyat baxımından Azərbaycan mə-
dəniyyəti  regionuna  daxil  etmişdir
159
.  Əhdi  haqqında  ilkin  məlu-
matları  Aşiq  Çələbi,  Qınalızadə,  Bəyani,  Riyazi  təzkirələrindən 
alırıq. Bağdadda anadan olan Əhdinin əsl adı Aşiq Çələbi və Riya-
zi təzkirələrində Mehdi
160
, Qınalızadə təzkirəsində və “Künhül-əx-
bar”da isə Əhməddir. Ədəbi mühitdə isə Əhdi Bağdadi kimi tanın-
mışdır. Tarixçi Mustafa Ali “Künhül-əxbar”ında Əhdinin azərbay-
canlı  olduğunu  xüsusi  vurğulayır:  “…hətta  bir  zaman  əcəmiliyini 
bilmədi.  Əcəmiliyi  halında  şüərayi-Rum  təzkirəsini  yazmağa  me-
yilləndi”
161

“Gülşəni-şüəra” təzkirəsində atası Şəmsi Bağdadi, qardaşları 
və yaxın qohumları haqqında verdiyi məlumatlar ailənin şəxsiyyəti 
və  nüfuzunu  təsdiq  edir
162
.  Bağdadda  mədrəsədə  təhsil  aldıqdan 
sonra Rum elinə səyahətə çıxmış, İstanbulda olmuş, görkəmli şəx-
siyyətlər, alim və şairlərlə yaxından tanış olmuş, şeir məclislərində 
iştirak etmişdir. İstanbula gəldikdən sonra onun şəhərdə yerləşmə-
sində Qanuni Sultan Süleymanın  oğlu şahzadə Səlimin böyük rolu 
olmuşdur.  Ö.F.Akün  Əhdinin  şahzadə  Səlimlə  tanışlığının  h.960/ 
1553-cü  ilə  təsadüf  etdiyini  yazır
163
.  Bu  münasibətlər  şahzadənin 
sancaqbəyi  olduğu  Manisada  davam  etmişdir.  Əhdinin  təzkirə-
                                                 
159
 Xıdırov C. İraq türkmanları. Bakı: Azərnəşr, 1993, s. 6. 
160
 Aşiq Çələbi. Məşairüş-şüəra. Britaniya Muzeyi, Or. 6434184b.; Riyazi. Riya-
züş-şüəra. Nurosmaniyyə kitabxanası, 3724. 102a.. 
161
 Ali Mustafa. Künhül-ahbarın tezkire kısmı / hazır.: M.İsen. Ankara, 1994, s. 
319. 
162
 Feyzullayeva V. Əhdi Bağdadi və onun “Gülşəni-şüəra” təzkirəsi // Ədəbiy-
yat məcmuəsi, 2000, s. 198. 
163
 Akün Ö.F. Ahdi. DİA, c. I, İstanbul, 1988, s.510.  


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
106 
sindəki bəzi ifadələrdən onun Manisadan əvvəl bir müddət Adana 
və  Konyada  da  qaldığı  məlum  olur.  Ədəbiyyat  aləminin  tanınmış 
simaları  ilə  yaxın  münasibət  yaradan  Əhdi  orada  keçirilən  ədəbi 
məclislərin daimi iştirakçısı olmuşdur. Onun ədəbi məclislərdə ta-
nış olduğu şairlərin adlarına təzkirəsində də rast gəlmək olur. Mən-
bələr  Əhdinin  h.971/1562-63-cü  ildə  Bağdada  qayıtdığını  yazır-
lar
164
. Əhdi demək olar ki, hazır olan təzkirəsini ona göstərdiyi kö-
məyə və qayğıya görə təşəkkür üçün şahzadə Səlimə təqdim etmiş-
dir. Kınalızadə Həsən Çələbidən başlayaraq Əhdidən bəhs edən di-
gər  təzkirəçilər  “Gülşəni-şüəra”nın  Bağdadda  yazıldığını  bildirir-
lər. Ö.Akün bunun səbəblərindən biri kimi Əhdinin Bağdada  yola 
düşməsini ifadə edən “əzimət” sözünün “ovdət”

şəklində oxunma-
sını  göstərir.  Bundan  başqa,  Əhdi  Bağdada  qayıtdıqdan  sonra 
əsərini yenidən işləməsi (dördüncü rövzəni əlavə etməsi) əsnasında 
ön  sözə  əlavə  etdiyi  ifadələr  də  təzkirənin  Bağdadda  yazılması 
kimi nəticəni çıxarmağa səbəb olumşdur.  
Müəllif  tərəfindən  təzkirəyə  edilmiş  əlavələr  h.1001/1592-
93-cü  ilə  təsadüf  edən  hadisələri  də  əhatə  etdyinə  görə,  Əhdinin 
təxminən sözügedən tarixdən sonra vəfat etdiyini söyləmək olar.  
Təzkirələrdən əlavə, Ruhi Bağdadi “Divan”ında da Əhdi xa-
tırlanmışdır. Mehmet Halit Bayırı 1933-cü ildə “Azerbaycan Yurt 
bilgisi”ndə  Əhdi  Bağdadi  ilə  bağlı  dərc  etdirdiyi  məqaləsində  ya-
zır: “Ahdi hakkında zamanının telakkisini anlamak için hemşehrisi 
ve muasırı Ruhi divanına muracaat etmek lazım gelir”
165
. Məqalə-
də  Ruhi  divanında  Əhdiyə  həsr  olunmuş  misralar  verilir.  Daha 
sonra  M.H.Bayırı  Ruhi  divanındakı  bu  beytlərin  zamanında 
Əhdiyə  verilən  qiyməti  əks  etdirdiyini  göstərir:  “Bütün  bunlar 
Ruhinin  ve  dolayısile  zamanının  Ahdi  hakkındakı  düşüncelerine 
                                                 
164
 Bax: Ahdi ve Gülşeni-şuarası. Ankara, 2005, s. 4. 
*
 Ovdət -  ayrıldığı yerə dönmək. 
165
 Bayırı M.H. Bağdatlı Ahdi // Azerbaycan Yurt bilgisi, 1933 haziran, № 18, s. 
266. 


Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə