Azərbaycan neftġ



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə5/52
tarix06.05.2018
ölçüsü1,27 Mb.
#43232
1   2   3   4   5   6   7   8   9   ...   52

 

"...Hacı Zeynalabdin Tağıyev Bakı neft sənayesində əsas hərəkata təkan verən şəxslərdən biridir. Bakıda, 



Bibiheybətdə  dəniz  qırağında  ağıla  gəlməyən  qüvvə  ilə  inadla  quyu  qazmağa  başlayır  və  qazdığı  çoxlu 

quyuların  hamısı  güclü  fontan  vurur.  Neft  hasil  edilən  yerin  lap  yaxınlığında  böyük  zavod  tikir,  Rusiya 

şəhərlərilə ticarətə başlayır, işlərini çox ehtiyat və bacarıqla elə idarə edir ki, Bakıda baş verən çoxlu böhrandan 

salamat çıxır". 

Əcnəbilərdən fərqli olaraq, məhz adları hörmətlə yad edilən milli sahibkarlar Azərbaycanın müstəqillik 

qazanmasında, milli dövlətin yaranmasında misilsiz xidmətlər göstərmişlər. 

Nəhayət Birinci dünya müharibəsinin başlanması ilə böyük dövlətlərin müharibəyə sövq edilməsində neft 

amili  qısaca  da  olsa,  kitabda  öz  əksini  tapmışdır.  Bununla  bağlı  Elliot  Alvesin  müharibənin  ilk  günlərində 

söylədiyi  sözlər  obyektiv  gerçəkliyi  bir  daha  sübut  edir.  O  deyirdi:  "Ordu  da,  donanma  da  dünyanın  bütün 

qızılları və xalqları da neft sahibi olanlar qarşısında gücsüz və acizdirlər". Tarix sübut etdi ki, bu həqiqətən də 

belədir. 

XX əsrin başlanğıcı ilə dünyanın siyasi iqtisadiyyatı bir sıra köklü struktur dəyişikliklərinə məruz qaldı. 

Dünyada kapitalın və texnologiyanın mobilliyi artdı. Eləcə də transmilli neft şirkətləri, ayrı-ayrı kapital sahibləri 

arasında  münasibətlərin  hər  iki  tərəf  üçün  səmərə  konsepsiyası  işlənib  hazırlandı.  Lakin  son  mərhələdə  Bakı 

əldən-ələ keçməklə, xüsusilə bolşevik-erməni talanlarından sonra, onun neft sənayesi ciddi ziyan çəkərək ağır 

vəziyyətə düşdü. 

Beləliklə,  Birinci  dünya  müharibəsinin  sonunda  hərbi  diplomatik  mübarizə  son  nəticə  etibarilə 

Azərbaycan neft sənayesinin Sovetlərin əlinə keçməsi ilə nəticələndi. 

 

Akademik A. Mirzəcanzadə 

 

 




 

BAKI – HADĠSƏLƏRLƏ ZƏNGĠN ġƏHƏR 



 

Bakı  XIX  əsrin  son  iyirmi  beş  ili  ərzində  özünün  saysız-hesabsız  mədənlərinin  neməti  və  bir  çox 

neftayırma zavodlarının istehsal etdiyi məhsullarla neft dünyasında hökmranlıq etməyə başlamışdır. Bütöv bir 

nəslin yaşadığı dövr ərzində Bakı dünyanın bu vacib əmtəəsi ilə ticarətdə tarazlığı saxlamış, onun qara qızılla 

dolu yeraltı xəzinələri bu mühüm məhsula olan tələbatı ödəməklə dünyada Amerika monopoliyasının qarşısını 

almış  və  Atlantik  okeanının  bu  tayında  neftin  bahalaşmasına  imkan  verməmişdir.  Buxarla  işləyən  qazma 

qurğuları tətbiqi Bakıda quyuların əllə qazılmasına son qoymuşdur. 

Neft istehsalı sahəsində Bakının misli-bərabəri yoxdur. Dünyada elə bir neft şəhəri tapılmaz, həm zəngin 

neft ehtiyatları, həm də özünün qədim tarixi, adət-ənənələrilə, Bakı ilə müqayisə edilə bilsin. 

Uzaq Kaliforniyanın neft mədənlərinin arasında yerləşən Los-Ançeles, Kanadanın neft paytaxtı Petrolea, 

Texas ştatında neft sənayesinin inkişafı nəticəsində yaranmış Bomont qədim polyakların ana vətəni Qalisiyada 

geniş  bir  ərazidə  səpələnmiş  neft  mədənləri  arasında  boy  atmış  Borislav,  Rumıniyadakı  Kampina  və  onlarla 

digər  neft  istehsalı  mərkəzləri  heç  vəchlə  Bakı  ilə  müqayisə  edilə  bilməz.  Bakı  dünyadakı  bütün  neft 

şəhərlərinin ən qədimi, böyüyüdür. Əgər neft — dünyanın hökmdarıdırsa, Bakı — onun əyləşdiyi taxtdır. 

C. Henri qeyd edirdi ki," Bakı unikal şəhərdir; onun canlı məxluqatla bağlı həyatı qiyamlar, üsyanlar və 

məhəbbət  əfsanələri  ilə,  xatirələrlə  doludur;  əhalisi  bir-biri  ilə  qeyri-adi  ziddiyyətdə,  münaqişədə  olan 

xalqlardan  və  millətlərdən yaranmış  bir  kütlədən  ibarətdir,  bir-biri ilə  antaqonizm  təşkil  edən təsirlər  bura xas 

olan bir cəhətdir, bütün bunlar Bakı sakinlərinin özünəməxsus, gözə görünməz sirləridir, bunlardan ən böyüyü 

isə  hüdudsuz  neft  yataqlarının  Bakıya  məxsusluğudur.  Onun  ticarət  aləmindəki  nailiyyətləri  heç  də  əvvəldə 

söylənilənlərdən geri qalmır. 

Bu ölkədə biz rus neftindən danışırıq: əslində isə Bakı neftindən söhbət açmalıyıq, çünki Rusiyanın bütün 

nefti  Bibiheybət  və  Balaxanı  —  Sabunçu  —  Ramana  neft  mədənlərindən  gəlir.  Bu  iki  qurum  dünyada  ən 

məşhur  neft  mədənləridir  ki,  böyük  Rus  imperiyasının  lap  cənub  ucqarında  yerləşir.  Amerikanın  nefti 

Pensilvaniya,  Ohayo,  İndiana,  Texas,  Kaliforniya  və  digər  bir  neçə  ştatda  çıxarılır  və  bu  mənada  bu  neft 

doğrudan da Amerika neftidir, daha Abşeron yarımadasının Rus nefti kimi qəribə səslənmir." 

1905-ci ildə Londonun aparıcı səhər qəzetlərinin birinin ilk səhifələrində qeyd edilmişdir ki, Bakının ən 

böyük problemi budur ki, onu tez-tez dünyaya tamamilə yanlış formada və tərzdə, özü də həmişə yox, xüsusilə 

milli  zəminlə  əlaqədə  təqdim  etmişlər.  Bu  gün  Bakının  bir  çox  binaları  dağılıb,  ona  görə  də  onun  əvvəlki 

mənzərəsini tündləşdirib təsvir etmək mümkün deyil, ancaq bu qırğınlardan qabaq Bakı böyük və möhtəşəm bir 

şəhər idi. Müasir Bakı gözümüz önündə yaşadıqca onun keçmiş görünüşü, əhalisi və neft ticarəti haqqında bizə 

qarışıq,  ziddiyyətli  məlumatlar  verilirdi.  Bu  məlumatlar  elə  bil  gizli  şəkildə  çap  olunan  və  bu  gözəl  şəhərin 

həyatını özündə əks etdirən gündəlik bir qəzetdən götürülmüşdür. Çünki "elə bil" sözlərini bu məlumatları əks 

etdirən  cümlələrdən  çıxarsaq,  onda  aşağıdakı  deyilənlər  Bakını  əvvəllər  görməmiş  adamlarda  yanlış  təsəvvür 

yarada bilər: "Bakı çox zəngindir, amma çox da eybəcərdir... ilk təəssürat ürəkaçan deyil: yaxından tanışlıq da o 

qədər  cəzbedici  deyil".  Bu  böhtan,  lakin  kifayət  qədər  qərəzsiz  qələmə  alınmış  cümlələrdir.  Burda  Bakı 

haqqında deyilənlərdən yəqin ki, ancaq üç söz (Bakı çox zəngindir) düzdür. Bakı şübhəsiz ki, tərif xatirinə yox, 

doğrudan  da  zəngindir  bəzilərinin  dediyi  kimi,  onda  romantik  dərəcədə  bir  zənginlik  var.  Bakı  nefti  ilə 

maraqlanan milyonçuların sayı Rusiyanın digər sənaye sahələri ilə maraqlananlardan qat-qat çox idi. Bunlardan 

bəzilərini, xüsusilə zənginlərinin adını çəkmək olar, məsələn, Nobel qardaşları (İsveç), Rotşild (fransız), Ceyms 

Vişau (ingilis) adlarını çəkmək olar. Onların neft şirkətlərinin Londonda ofisləri olmuşdur. Təəssüflər olsun ki, 

Azərbaycan  öz  müstəqilliyini  qoruya  bilmədiyindən,  bu  milyonçular  neft  quyularının,  tankerlərinin,  boru 

kəmərlərinin  dağıdılmasından  çoxlu  ziyan  çəkmişsələr  də,  lakin  bununla  belə  onlar  tarixdə  milyonçu  kimi 

qalmışlar. Bakının ən böyük neft krallarından bəziləri özlərinin neft verən sahələrini Britaniyanın və digər xarici 

ölkələrin  şirkətlərinə  satmaqla  var-dövlət  sahibi  olmuşlar.  Onlardan  bir  çoxları  uzun  illər  neft  istehsalı  və 

neftayırma  konsernlərində  fəal  surətdə  çalışaraq  böyük  mövqe  sahiblərinə  çevrilmişlər.  Bakının  yerli  neft 

milyonçuları özlərinə bir  sıra gözəl saraylar tikdirmiş, öz xeyriyyəçilikləri ilə tarixdə qalmışlar. Bu sarayların 

memarlıq  işlərini  ölkənin  məşhur  memarları,  bəzək  işlərini  İtaliyanın  tanınmış  rəssamları  görmüşlər.  Bir 

həqiqəti qeyd etmək lazımdır ki, təkcə Con Rokfelleri çıxmaqla Bakı Amerikada da xeyli adamı zənginləşdir-

mişdir. 

Bakı  doğrudan  da  zəngindir:  bu  elə  bir  şəhərdir  ki,  burda  var-dövlət  qədərsizdir.  Yazırlar  ki,  Bakı  özü 

böyüklükdə olan İngiltərə şəhərlərindən qat-qat zəngindir. Bu zənginliyinin mənbəyi neftdir. 

Bakı xüsusilə əcnəbilər üçün, sonsuz müvəffəqiyyətlər şəhəri kimi tarixdə qalır. Bakının ticarət şəbəkəsi 

Həştərxanda, Nijnidə sona yetmir, öz neftinin qüdrətindən Volqa ilə hərəkət edərək imperiyanın lap mərkəzinə, 

oradan  Baltik  dənizinə,  oradan  da  Avropaya,  Xəzər  dənizi  vasitəsilə  Yaxın  və  Uzaq  Şərqə,  İrana  və  Mərkəzi 

Asiyayadək qol-qanad açırdı. 

Bakı nə üçün zəngindir? Sualın cavabı çox sadədir, çünki Bakı elə bir məhsul istehsal edir ki, onun bazarı 

sivil  dünyanın  özündən  böyükdür,  çünki  bu  məhsul  dəvələrə  yüklənib  Asiya  qitəsinin  ən  dərinliklərinə, 

Himalayın yolsuz-izsiz nöqtələrinə daşınır. 




Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə