11
1000 nəfər kişiyə düşən
qadınların sayı
758
549
336
614
Bakının ticarət baxımından və etnoqrafik cəhətdən özünəməxsus tarixi, memarlıq və hətta adi küçə
mənzərələri var idi. Burada qədimliklə müasirlik həddindən artıq və qeyri-adi tərzdə bir-birinə qarışmışdı.
Bütün bunlar hər yerdə görünürdü. Neft krallarının daş sarayları, ən yaxşı Avropa üslubunda tikilmiş, yüzlərlə
gözəl ictimai binalar, Bakının qədim rəmzləri olan Qız qalası, İran şahlarının məscidi (1078), Xan sarayı (XV
əsr Şərq memarlığının ən gözəl nümunələrindən biri, ondan təəssüflər olsun ki, Bakı qubernatorunun şəxsi
iddiasından silah və hərbi sursat saxlamaq üçün anbar kimi istifadə edilirdi. Etnik münaqişə başlamazdan qabaq
bələdiyyə orqanları ordu komandanlığından xahiş etmişdilər ki, sarayı muzeyə çevirməyə icazə versinlər. Xahiş
rədd edildi, bəhanə də o oldu ki, bu qədim bina Mancuriyadan qayıdan yaralılar üçün xəstəxanaya çevriləcək),
şahzadələrin qədim zamanlarda yaşadığı köhnə binalar, minlərlə balaca mağazalar, azərbaycanlıların məşhur
Qafqaz xalça, döymə və toxuma sexləri, gümüş qablar, köhnə pal-paltar və hər cür qədim silah dükanları o
qədər də bir-birindən seçilmirdilər.
Rusiyada şəhərlərinin hamısından çox Bakıda yaşayanlar elektrik işığı və telefondan istifadə edirdilər. Bu
yuxarıda deyilənlərlə əlaqədə Bakı nə qədər müasirdisə, özünün qədim su daşıyan arabaları və dəvə karvanları
ilə keçmişinə sədaqətini itirməmişdi. Yuxarıda qeyd edildiyi kimi Bakıda qədimliklə müasirlik bir-biri ilə
çulğalaşmışdı; bu hətta şəhər qəbiristanlığında da özünü büruzə verirdi. Qədim qəbirlər Bakının arxasında
təpənin döşündə aydın görünürdü. Onlardan bir az aşağıda azərbaycanlılarla yanaşı, minlərlə xristian qəbirləri
var idi. Baş daşlarından düz duranı, yıxılanı da var idi, uzaqdan baxanda burdakı qarışıqlıq belə bir təsəvvür
yaradırdı ki, sanki təpənin döşündən torpaq sürüşüb və belə bir mənzərənin yaranmasına səbəb olub.
Qəbiristanlığın yanında, yerdə üç ingilis əbədi uyuyurdu. Bunlar A.V.Vaqstafor (Şibayev neft şirkətinin baş
meneceri), cənab Viskin və cənab Fekrquson idilər, üçünün də qəbri bir-birinə yaxın idi.
Dəniz tərəfdən yaxınlaşdıqda təpənin döşündə yerləşən Bakının ağ yaşayış evləri və ictimai binalarının
panoraması açılır, aşağıda Bayıldan tutmuş Qara şəhərədək yeddi millik bir məsafədə şəhərin işgüzar həyatı
qaynayırdı.
Bayıldan ayparanın başlanğıc nöqtəsində gəmilərin daldalaşması üçün təbii limanda Xəzər donanması
gəmiləri lövbər atır və buradan dənizə çıxırdı. Kanoner tipli bu kiçik gəmilərdir, şəhər uğrunda döyüşlərdə o
qədər də ciddi maneə ola bilməzdilər. Nəhəng ağac bərələr yedək gəmiləri vasitəsilə nefti Bayılın arxasından
ayparanın o başında yerləşən mənzərəli buxtadakı Qara şəhər və şəhər neftayırma zavodlarına daşıyırdı. Bakının
gecə mənzərəsi də füsunkardır, təpənin döşündən aypara boyunca düzlənmiş işıqlar cərgələnmiş şəkildə yanır,
onlar limanlara, gəmiqayırma və gəmi təmiri emalatxanalarına, sərnişin gəmilərinə işıq saçırdı.
Bakıda səfərdə olmuş polkovnik Stüart 1886-cı ildə öz səyahəti haqqında maraqlı bir hesabat yazmışdı,
həmin hesabatda deyilirdi:
"Şəhər özü küləklərdən çox yaxşı qorunan bir körfəzdə yerləşir, körfəzdən cənubda, lap yaxınlıqda
Bibiabad (Bibiheybət—mütərcim) adlı kiçik bir neft mədəni var, bu neft mədəninin yerləşdiyi sahə özü də
ayrıca bir körfəzdir: şəhərə yaxın yerdə, iki körfəzin arasında gəmilərin yan alması üçün liman var. Sonra isə
körfəzdə sahil boyu qərbdən şərqə uzanan xətt boyunca əvvəl şəhərin özü yerləşir — ticarət burda cəm-
lənmişdir, sonra isə Qara şəhər gəlir, neftayırma zavodlarının əksəriyyəti burda yerləşir. Buradan da şərqə doğru
getdikcə Ağ şəhər gəlir, ən müasir və üstün neftayırma zavodları buradadır. Nobel qardaşlarının da neftayırma
zavodu buradadır, bu zavod müasir tipli olsa da bədbəxtlikdən Qara şəhərə yaxın yerdədir. Qara şəhərlə Ağ
şəhərin görünüşlərində kəskin bir fərq nəzərə çarpır; Ağ şəhərdə neftayırma zavodların sobalarının borularından
qalxan tüstü demək olar ki, heç görünmür. Qara şəhərdə çox az istisnalar olmaqla sobaların borularından çıxan
qara tüstü hər yanı bürüyür, borular qara tüstü püskürür".
Zorakılığa məruz qalmış, divarlarında güllə yerləri olan və yandırılmış binalar təmir olunandan sonra
Bakı yenə də özünün əvvəlki cazibədar formasına qayıtdı. Heç kəs onun saysız-hesabsız qədim, lakin hələ də
gözəlliyini itirməmiş binalarının möhtəşəm liman işıqlarını, gözəl körfəzlərini dana bilməz.
C.Kenri özünün "Bakı — hadisələrlə dolu şəhər" kitabında yazırdı ki, "Bakının çoxmillətli əhalisinin
mənfi ünsürləri olan ermənilər ordan çıxıb getsə, xarabalıqlar təmir olunsa, sənaye və ticarət qaydasına düşüb
sakitləşsə, adam bu qədim şəhərin sakit küçələrini tənha dolanaraq onu əvvəllərdə olduğu kimi görsə idi, onda
atəşpərəstlərin Məkkəsi sayılan Bakıya, onlar üçün müqəddəs sayılan bu şəhərə heç kəs çirkli, eybəcər deməzdi.
O, Rusiyanın ən mənzərəli, ən gözəl şəhərlərindən biri və birincisidir. Mənim fikrimcə əgər Bakıya su çəkilsə,
suvarılsa idi, o gözəllikdə Avropanın şərq hissəsində tanınmış şəhərləri geridə qoyardı.
Bakı özünün yastı damlı evləri ilə doğrudan da Asiya şəhəridir; ancaq bir neçə barak tipli damları qırla,
yaxud yaşıl rəngli dəmir təbəqələrlə örtülü binalar, günbəzi qızılı xristian kilsəsi burda rusların hökm-
ranlığından xəbər verir. Bakının təsvirini verməyə cəhd etmiş hər kəs belə bir fikirlə razılaşardı ki, onun ən
gözəl yeri Fars qalası, minarət və məscid, xan hamamları xərabələrinin izi qalmış qədim hissəsidir. Küçələri
əyri-üyrü və dolanbac, yastı damlı, pəncərəsiz evləri olan bu qədim türk (Azərbaycan—mütərcim) şəhərində