Azərbaycan qirğinlari şƏKİl və SƏNƏDLƏRDƏ


Azərbaycan Respublikasının Dövlət Arxivi, f. 1061, siy. 2, iş. 1, v. 17



Yüklə 10,09 Mb.
Pdf görüntüsü
səhifə40/40
tarix31.12.2021
ölçüsü10,09 Mb.
#81216
1   ...   32   33   34   35   36   37   38   39   40
Albom1918 az

Azərbaycan Respublikasının Dövlət Arxivi, f. 1061, siy. 2, iş. 1, v. 17
CAVAD  QƏZASI


1918. AZƏRBAYCAN QIRĞINLARI ŞƏKİL VƏ SƏNƏDLƏRDƏ
164
FÖVQƏLADƏ TƏHQİQAT KOMİSSİYASININ SƏDRİNİN 
ƏDLİYYƏ NAZİRİNƏ 
MƏRUZƏSİ 
Bakı quberniyası Cavad qəzasının  müsəlman kəndlərinin talan 
edilməsi  və həmin kəndlərin müsəlman əhalisinə qarşı törədilmiş 
zorakılıqlar  haqqında iş üzrə
Fövqəladə  Təhqiqat  Komissiyasının  apardığı  istintaqla    aşağıdakılar 
müəyyən edilmişdir: 
1918-ci  ilin  mart  ayında  Cavad  qəzasının  onlarla  müsəlman  kəndi 
eynilə  qonşu  Şamaxı  qəzasının  bütün  müsəlman  kəndlərinin  aqibəti 
ilə  üzləşdi.  Ermənilər  Cavad  qəzasının  müsəlman  kəndlərinə  bolşevik 
bayrağı  altında  hücum  edərək,  onları  talayır  və  yandırır,  sakinlərini  isə 
qətlə  yetirirdilər.  Ən  birincilər  sırasında  Ərəb-Şahverdi  (Zubovka)  və 
Xilə-Mirzəlikənd  kəndləri  talanlara  məruz  qaldı,  bu  kəndlərin  sakinləri 
isə amansızlıqla öldürüldü. Onlar hücumu gözləmədikləri üçün qəfildən 
yaxalandılar.    Ermənilər  Ərəb-Şahverdi  kəndinə  top  və  pulemyotlarla 
yaxınlaşdılar  və  onu    atəşə  tutmağa  başladılar.  Sakinlər  özlərini  itirərək 
hərə  bir  tərəfə  qaçdı.  Çoxları  bərəyə  çatmağa  müvəffəq  oldu  və  çayın 
o biri sahilinə keçərək canlarını qurtara bildi. 37 kişi, qadın və uşaq Kür 
çayının  yarğanında gizlənmişdi və təxminən eyni sayda sakin də kənddə 
qalmışdı. Ermənilər  bir nəfərə belə rəhm etmədən hamını qətlə yetirdilər 
və bu zaman bir çoxlarına ağır işgəncələr verdilər. Məs., qoca Pənah kişini 
tikə-tikə doğramış, Şirvan adlı yaşlı qadının əvvəlcə əllərini bədənindən 
ayırmış,  sonra  isə  qətlə  yetirmişlər.  Mal-qaranı  və  daşınan  əmlakı  qarət 
edərək onlar kəndi zəbt etmişlər və türklər gələnə kimi orada qalmışlar. 
Kəndi tərk edərkən ermənilər ona od vurmuşlar. Nəticədə 44 ev yanmış, 
qalanı dağıdılmış, qapı-pəncərələr sındırılmışdır. Məscid də dağıdılmışdır. 
Məscidin tikilmə tarixini göstərən mərmər lövhə qırılmış, divardan asılan  
Məkkə və Mədinənin şəkilləri qopardılmışdır, Quran və digər müqəddəs 
kitablar yoxa çıxmışdır.  
Xilə-Mirzəlikənd  də  eyni  aqibətlə  üzləşib.  Kənddə  qalan  18  sakin  ağ 
bayraq qaldırdıqlarına baxmayaraq güllələnmiş, cəsədləri isə yandırılmışdır. 
Ümumilikdə 28 nəfər, o cümlədən 17 kişi, 7 qadın və 4 oğlan uşağı qətlə 
yetirilib. Bütün daşınan əmlak talan edilib və 22 ev yandırılıb. 
Adı  çəkilən  kəndlərdən  başqa  ayrı-ayrı  vaxtlarda  Bəkdili,  Yaxşıkənd, 
Xocalı,  Uzunbabalı,  Seyidlər,  Tamojnya,  Aşağı-Sorra,  Xırmandalı,  Ərəb-
Qardaşbəyli, Qaralı-Qəzvinli, Pirabba, Qara İmamlı və bir çox digər kəndlər 
talan edilmiş və yandırılmışdır. Hər yerdə olduğu kimi, bütün bu kəndlərdə 


165
də talanlar və   yanğınlar işgəncələr və qətllər ilə müşayiət olunmuşdur 
.  Xocalı  kəndində  baş  verən  belə  bir  hadisəni    qeyd  etmək  lazımdır. 
Ermənilər kəndə basqın etdikləri zaman bir neçə nəfər - Sürəyya Məşədi 
Dadaş qızı, südəmər körpə qızı, iki azyaşlı qardaşları – 9 yaşlı Abbas Əli və 
6 yaşlı Abı Səməd və həmkəndliləri Ənnanə Allahverdi qızı, Məşədi Tuba 
Mikayıl  qızı,  Qönçə  İbadulla  qızı  südəmər  oğlu  ilə  və    Ağakişi  İbadulla 
oğlu,    çöllərə  qaçaraq  orada  təpəliklərdə  gizlənmişlər.  8  nəfər  erməni  
onları tapmış  və qadınları zorlamaq istəmişlər. Ağakişi buna etiraz etmiş 
və ermənilər onlara  bir neçə yaylım atəşi açmışlar. Hamı yerə yıxılmışdır. 
Ermənilər çıxıb getmişlər. Sol çiynindən, sağ qolundan və sağ ayağından 
yaralanan Sürəyya, onun körpəsi və qardaşları, eləcə də Qönçənin uşağı 
sağ  qalmış,  qalanları  isə  ölmüşlər.  Bir  müddət  keçdikdən  sonra    həmin 
ermənilər həmin yerə qayıtmış və özləri ilə gətirdikləri dörd müsəlmanı 
elə oradaca güllələmışlər. Sürəyya ermənilərə yalvararaq onu öldürməyi 
xahiş etmişdir, lakin onlar cavab vermişlər ki, müsəlman qardaşlarının onu 
bu vəziyyətdə görməsi üçün onu sağ qoyurlar. Bunlar azmış kimi, onun 
qucağında olan körpəni, iki qardaşını və Qönçənin uşağını  vəhşicəsinə 
doğramışlar.      Qadın  şikəst  edilmişdir:  onun  sağ  əlinin  yerində  güdül 
qalıb. Bədbəxt qadının şəkli çəkilib və şəkil işə əlavə olunub.
Aşağı-Sorra kəndinin bir neçə sakini öldürülüb, o cümlədən iki nəfər 
diri-diri yandırılıb.   
Bu il dekabrın 7-dək Cavad qəzasının bir çox müsəlman kəndləri, məs.,  
Yuxarı  və  Aşağı  Xırmandalı,  Qarğıkənd,  Çuralı,  Günlü,  Təklə,  Alankənd, 
Ammanıkənd, Ağəlikənd, Dəyruş, Zəbannı, Dələli, Alar, Ocaqlı, Bazayram, 
Babaxanlı, Bədirli və s.,  bolşevik ermənilərin və xoxolların tam hakimiyyəti 
altındadır.  Onlar  ətrafda  öz  keşikçilərini  qoyaraq  heç  kimi  bu  kəndlərə 
girməyə və çıxmağa qoymurlar. Bütün bu kəndlərin aqibəti məlum deyil, 
lakin  bir  çox  şahidlərin  ifadələrindən  görünür  ki,  kəndlərin  müsəlman 
əhalisi ilə qul kimi davranırlar.  
Fövqəladə Təhqiqat Komissiyasının sədri: imza. Ə.Xasməmmədov 
Doğrudur: Komissiya üzvü: Aleksandroviç. 
ГА АР, ф. 1061, опись 2, д. 1, лл. 1-2.
CAVAD  QƏZASI


<
Yüklə 10,09 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə