II FƏSİL. SƏYAHƏTLƏR VƏ ONLARIN TARİXİ
2.1. Qədim dövrlərdə ərazi yerdəyişmələri və ilk
səyahətlər
İnsanın ətraf aləmi dərk etməsi prosesi bu və ya digər
dərəcədə səyahətlərlə bağlıdır. Ticarət əlaqələrinin yaradılması
tələbatı insanı naməlum ölkələrə getməyə məcbur edirdi. Səyahətlər
və onların böyük mədəniyyətlərin təzahüründəki rolu barədə ilk
məlumatlar dövrümüzə əsatirlər, əfsanələr, rəvayətlər, bibliya
mətnləri və qədim müəlliflərin yazıları şəklində gəlib çatmışdır.
XVII əsrdə Yaxın Şərqdə gil kitabələr tapıldı ki, bununla da orada
böyük mədəniyyət mərkəzlərinin - Çaylar arası (Dəclə və Fərat) və
Mesopotamiyanın mövcudluğu təsdiq edildi. Bu kitabələrdə ilk
səyyahlar haqqında
məlumatlara da rast gəlinir. İlk səyyahlar
haqqında məlumat həmçinin Şumer-Akkad mədəniyyətinin qədim
ədəbiyyat numunəsi olan “Gilqamış dastanf’nda da verilir. Orada
Uruk şəhərindən olan qəhrəmanın onlarla düşmən münasibətdə olan
Kiş şəhərinə sülh və ticarət əlaqələri qurmaq üçün etdiyi səfər bütün
təfərrüratı ilə şərh edilir. Səyahət iki həftə çəkmiş, çoxlu təhlükə və
məcaralarla dolu olmuşdur.
Bu kitabələrə görə şumer mədəniyyəti ən qədim mədəniyyət
hesab edilir. Rəvayətə görə ilk insanlar cənubi Mesopotamiyada hələ
er.əvvəl
X-IX
minillikdə
məskunlaşmışlar.
Şumerlər
Fars
körvəzindəki adalardan birini öz vətənləri hesab edirdilər. “Böyük
torpağa” çatan şumer səyyahları çay gəmilərini idarə etməyin
sirlərinə yiyələnmişdilər.
Eramızdan əvvəl
IV minilliyin axılarında ticarət və
sənətkarlıq mərkəzlərinə çevrilən şumer şəhərləri meydana gəldi.
İraqın milli muzeyində saxlanılan gil kitabələrdə şəhərlər arasındakı
məsafə, yola sərf edilən vaxt, hərbi yürüşlər və hökmdarların
tərcümeyi-halı haqqında məlumatlara rast gəlmək olur. Hətta qədim
Şumer çarlığının
torpaqlarını
əks
etdirən
coğrafi
xəritənin
fraqmentləri də mövcuddur.
Şumerlərə nəinki İranın ucsuz-bucaqsız səhraları, eləcə də
Hindistanın təbiəti məlum idi. Oxunan mətnlərdən aydın olur ki,
şumerlər Meluxa ölkəsi (Hindistan yarımadasının şimal-qərbindəki
dövləti şumerlər belə adlandırırdı) ilə fəal ticarət edirdilər. Eyni
zamanda
üzərində fil və timsah təsvirləri olan silindrik formalı
şumer möhürləri tapılmışdır.
Məlumdur ki, bu heyvanlara
Mesopotamiyada heç zaman rast gəlinməmişdir.
Haqqında dövrümüzə qədər məlumat gəlib çatmış ilk
mərkəzləşmiş dövlət eradan əvvəl üçüncü minillikdə yaranmışdır. Bu
dövlətin hökmdarı Böyük Sarqon idi. O, Dəclə və Fəratdan cənuba,
qərbdə Araliq dənizindən şimal-şərqdə Xəzər dənizinə kimi ərazilərə
hərbi yürüşləri ilə məşhurdur. Onun hökmranlığı dövründə tərtib
olunmuş çox saylı xəritə və planlar Ön Asiyanın və Fars körfəzi
ölkələrinin ilk təsviri üçün əsas olmuşdur. Şumerlər hesab edirdilər
ki, Yer iki dənizlə - Gündoğan dənizi (Fars körvəzi) və Günbatan
dənizi(Aralıq dənizi) ilə əhatə olunmuşdur.
Mesopotamiyanın ən məşhur şəhəri, Fərat çayı sahilində
yerləşən əfsanəvi Babil idi. Bu şəhərin adı “Allah darvazası” kimi
tərcümə edilir. Öz dövrü üçün (e.ə.VII əsr) bu şəhər nəhəng ölçüləri
və əhalinin fantastik sayına( 1 mln) malik idi. Şəhəri səkkiz qapısı
olan möhkəm divarlar əhatə edirdi. Bu qapılar baş allahların adı ilə
adlandırılmışdı. Bunlardan ən əzəmətlisi İlahə İştarın adına olan ikili
gapı
hesab
edilirdi.
Bu
qapılardan
məşhur
Babil
şahı
Navuxodonosarın sarayı yanından keçən “mərasimlərin müqəddəs
yolu” başlanırdı. Babilin diqqətəlayiq yerləri içərisində Marduk
məbədi və Babil qülləsi adi ilə məşhur olan əzəmətli 90 metr
hündürlüyə malik zikkurat(pilləli məbəd) seçilirdi. O,
müxtəlif
rəngli yeddi pillədən ibarət idi və axırıncı pillə qızılla örtülmüşdü.
Babilə çox saylı səyyahlar və tacirlər axışırdı. Qədim Şərqdə səyahət
insanların həyat tərzinin əsasına çevrilmişdi. Səyahətlər təhlükələrlə
dolu olduğu üçün səyyah allah tərəfindən seçilmiş insan kimi qəbul
edilirdi. Onların qarşısında ayinlər icra edilir və qurbanlar kəsilirdi.
Belə nümunələrə Gilqamış haqqındakı dastanda rast gəlmək olar. Öz
xalqını münbit torpaq tapmaq məqsədilə səhralardan keçirən Musa
52
53
peyğəmbəri, gəmisində canlıları ümumdünya su basmasndan xilas
edən Nuh peyğəmbəri də Incil səyyahlarına aid etmək olar.
Qeyd etmək lazımdır ki, hələ e.ə. IX əsrdə Babilistanda
dünyanın dairəvi xəritəsi yaradılmışdı. Xəritədə Babilistan dünyanın
mərkəzində təsvir olunur. Ölkənin içərisindən, şimaldan cənuba
doğru Fərat çayı axır. Dünyanın quru hissəsi hər tərəfdən dairəvi
şəkildə su ilə əhatə olunmuşdur. Uzaqda isə adalar görünür. Şimalda
- lap uzaqda yerləşən adalardan birinin yanında yazılmışdır:
“Günəşin görünmədiyi yer”
Dünya sivilizasiyasının digər mərkəzi Qədim Misir idi.
Təbiətin özü bütün ölkə boyu cənubdan şimala axan bol sulu Nil
çayında naviqasiyaya şərait yaratmışdı. Misirlilər Nil boyunca 2000
km məsafəni öyrənmiş və xəritəsini tərtib etmişdilər. Nil çayı
vasitəsilə misirlilər ölkənin cənubundakı Nubiyaya çatmış, həmçinin
şimalda və şimal-şərqdə yerləşən Aralıq dənizi ölkələri ilə (Krit
adaları) əlaqə yaratmışdılar. Ölkənin Mərkəzi hissəsindən Qırmızı
dənizə, oradan isə Punt ölkəsinə aparan karvan yolu başlayırdı.
Qədim misirlilər Şərqi Afrikada, Ədən körfəzi sahillərində yerləşən
ölkəni Punt(daha doğrusu Puin) adlandırırdılar. Hesab edilir ki, bu
müasir Somali və Yəmənin ərazisidir. Puntdan başlıca olaraq qullar,
qızıl, qara ağac, fil sümüyü və xoş ətirli qətran gətirilirdi. Bu karvan
yolunda istirahət və qida ehtiyatını artırmaq üçün xüsusi təchiz
olunmuş yerlər mövcud idi.
Misir papiruslarındakı məlumatlara görə Punt ölkəsinə
üzmələr hələ e.ə. İV minillikdə Assanın fironluğu dövründə
başlamışdır. O saman misirli sərkərdə Urudu bu torpaqlara yürüş
etmiş və Misirə liliput qullar gətirmişdi. Digər bir misirli səyyah -
Kirkuf Punt ərazisinə çatmış, hətta daha uzaqlara getmişdir. Bunu
Asuan şəhəri ətrafında tapılmış yazılar sübut edir. Misirlilərin Punt
ölkəsinə tarixdə sübüt olunmuş ilk səyahətləri e.ə.XXVl əsrdə
Saxurenin fironluğu dövründə baş vermişdir.
Ən məşhur və günümüzə qədər təsviri tam şəkildə gəlib
çatmış səyahət təxminən e.ə.2000-1960 il əvvəl baş tutmuş Sinuxetin
səyahətidir. Bu I Amenemxetin fironluğu dövrünə təsadüf edir.
Sinuxet Şərqdə yerləşən Kedem şəhərinə səyahət etmişdir. Onun
səyahəti naməlum m üəllif tərəfindən qələmə alınmışdır. Misirlilər
onu böyük həvəslə oxuyar, papirusdan papirusa köçürərdilər. Bu
papirusun dörd səhifəsi Moskvadakı A.S.Puşkin adına tətbiqi
incəsənət muzeyində saxlanır. 1915-ci ildə akademik B.A.Turayev
ilk dəfə onun tərcüməsini etmişdir.
Çay gəmiçiliyi misirlilərdə çox erkən inkişaf etmişdir. Tez-
tez ölkədə baş verən çay daşmaları onun inkişafına yardım edirdi.
Qədim
Misir
sərdabələrinin
divarlarında
papirusdan
qayıq
hazırlanmasının təsviri verilmişdir. Abidələrdə və qədim məbədlərin
divarlarında avadanlıqları, kayutaları və digər müasir gəmi atributları
olan böyük çay gəmiləri təsvir olunmuşdur.
XI
sülalənin fironları dövründə (e.ə. iki min il əvvəl) cənub
ölkələrinə dəfələrlə ekspedisiyalar təşkil edilmişdir. XII sülalə
fironları isə Nilin yuxarılarına ekspedisiyalar təşkil edirdi. Məsələn,
firon III Uzurtezen Nilin başlanğıcında “şimala gedən heç kim bu
xətti nə piyada, nə də su ilə keçməməlidir” yazılmış daşdan sərhəd
dirəyi qurmağı əmr etmişdi.
Belə bir məlumat dövrümüzə gəlib çatmışdır ki, e.ə. 2750-ci
ildə misirli Xannu qiymətli daş-qaş, fil sümüyü və qətran gətirmək
üçün Qırmızı dəniz sahillərinə təşkil edilmiş ekspedisiyaya başçılıq
etmişdir. Aralıq dənizində ilk səyahət firon Snofrunun hökmranlığı
illərində e.ə.XXVll
əsrdə həyata keçirilmişdir.
Mənbələrdən
məlumdur ki, ekspedisiya fınikiyadakı Bibi şəhərinə istiqamətlən
mişdi. Bir əsr sonra Saxurenin fironluğu zamanı Fələstin və Suriyaya
gəmi dəstəsi göndərildi. Geriyə qayıdarkən onlar şərab, zeytun yağı
və livan ayıları gətirdilər. Gəmiləri hətta fironların dəfn olunduğu
sərdabələrə də qoyurdular. Məsələn, Xeops piramidasında bütün
detalları 1: 100 olan qəmi tapılmışdır.
Zəngin Punt ölkəsi haqqında məlumatlar əsirlər boyu nəsildən
nəslə ötürülürdü. Təxminən Sinuxetin səyahətindən min il sonra -
e.ə,1493-cü ildə Fivada(indiki Luksor şəhəri) çariça Xamşepsutun
əmri ilə otuz avarlı beş böyük gəmidən ibarət dəniz ekspedisiyası
Punta göndərilmişdi. Səyahətçilər Qırmızı dənizdə 2000 km məsafə
54
55
Dostları ilə paylaş: |